Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-269/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-3408/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür (AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi). H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən İddiaçı 1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR X5 Təhsili Komitəsi tərəfindən verilmiş 23 iyul 1980-ci il tarixli, 878 nömrəli “Attestat” a əsasən İddiaçı xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhər 7 nömrəli texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1980-ci il tarixdə “quraşdırıcı çilingər” peşəsi üzrə bitirmişdir. İddiaçı təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1983-cü ildən xx.xx.2000-ci il tarixədək “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində işləmişdir. İddiaçı ilk dəfə xx.xx.2019-cu il tarixdə olmaqla, bir neçə dəfə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İnzibati orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-94132/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Güzəştli şərt ərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı" nın Metallurgiya istehsalatı bölməsinin (İİİ) domna istehsalatı bəndinin (1) fəhlələr yarımbəndində (1030100а) 1753а kodu üzrə - təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin 31 mart 2023-cü il tarixli 2 nömrəli arayışında xx.xx.1980-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində çilingər quraşdırıcısı, xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində dəmir konustruksiyaları quraşdırıcısı, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı, xx.xx.1991-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmçinin, sözügedən arayışda "xxxx" MMC-nin ancaq təmir işləri ilə məşğul olduğu qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı sahəsinə, işlədiyi vəzifələr isə yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən, də İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur, xx.xx.2006-cı il tarixədək 20 il artıq ümumi iş stajına və 10 ildən artıq güzəştli iş stajına malikdir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, müraciətinə əlavə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli güzəştli arayışdan görünür ki, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 1030100a—1753a koduna əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona 52 yaşının tamam olduğu 15 may 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-3408/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016cı il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı (xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.2000-ci ilədək) və 20 il ümumi iş stajı (xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.2000-ci ilədək) olduğuna görə, qanunvericiliyin tələbinə əsasən onun pensiya hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun pensiya hüququ yarandığı dövrdə, yəni 52 yaşı tamam olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunda güzəştli şərtlərlə pensiya kapitalı tələb olunmurdu. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. İddiaçı tərəfindən cavabdeh orqana pensiya təyinatı ilə bağlı 26 dekabr 2019-cu il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona əmək pensiyası müraciət etdiyi tarixdən 3 il əvvəldən, yəni 26 dekabr 2016-cı il tarixdən ödənilməlidir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddiaçının ümumi, güzəştli iş stajı və pensiya kapitalı olmadığı üçün iddia tələbini rədd etməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, zifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman, nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı ilə 20 il ümumi staj tələb olunduğundan, tərəflərindən iddiaçının ümumi iş stajı bağlı məsələ mübahisələndirilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, o, “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində işlədiyi dövrdə domna peçinin içindəki dəmirlər qırılanda, dəyişiləndə, çürüyəndə həmin dəmirlərin yığılması, kərpiclərin fərqli qaydada mühafizə edilməsi, peçin üstünə qapaq qoyulması, soyuyandan sonra dəmiri təmir edib qapağın yerinə qoyulması kimi sırf təmir işləri ilə məşğul olmuşdur. Təmir işi fasilə olmadan davam etdiyi üçün onları bütün sexlərə aparırdılar. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya 15 may 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) 52 yaşının tamam olması; 2) 01 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajının mövcud olması; 3) 01 yanvar 2006-cı il tarixədək 10 il güzəştli iş stajının mövcud olması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğu üçün 52 yaşına çatması və xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddiaçının yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Bununla belə, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının yuxarıda qeyd edilən məlumatlarından müəyyən edilir ki, iddiaçının əmək kitabçası üzrə iş stajı 17 il 04 ay 11 gün (xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1983-cü ildən xx.xx.2000-ci il tarixədək), hərbi xidmət dövrü 02 il (1980-1982-ci illər), təhsil dövrü 02 il 02 ay (xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək) olmaqla, ümumi iş stajı 20 il 05 ay 02 gün təşkil edir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində 1980- 2000-ci illər ərzində çilingər, quraşdırıcı çilingər, dəmir konstruksiyaları quraşdırıcısı, quraşdırıcı və təmirçi çilingər vəzifələrində işlədiyi sahənin güzəştli arayışda istinad edilən 1 nömrəli siyahının 1030100a—1753a kodu altında göstərilən sahəyə və vəzifələrə uyğun olmadığından, həmin dövrün güzəştli staj kimi qəbul edilmədiyini, bu səbəbdən, ümumiyyətlə, güzəştli iş stajının olmadığını qeyd etmişdir. Əmək kitabçasının qeydlərinə əsasən iddiaçı “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində xx.xx.1980-xx.xx.1980-cı il və xx.xx.1983-xx.xx.1988-ci tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər, xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində dəmir konstruksiyaları quraşdırıcısı, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı, xx.xx.1991-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə təmirçi çilingər vəzifələrində işləmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən tərəfindən iddiaçı barəsində verilmiş 13 fevral 2014-cü il tarixli güzəştli arayışda onun xx.xx.1980-ci il tarixdən xx.xx.1980-cı il tarixiədək və xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Mərkəzləşdirilmiş Təmir-tikinti Trestinin ixtisaslaşdırılmış Təmir-tikinti İdarəsində quraşdırıcı və quraşdırıcı çilingər peşələrində işlədiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr” bölməsinin XXXİİİ fəslinin 23200000-19906 şifrinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğu göstərilmişdir. Daha sonra həmin Cəmiyyət tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 57 nömrəli və 31 mart 2023-cü il tarixli, 02 nömrəli güzəştli arayışlarda da iddiaçının qeyd olunan dövrlər ərzində quraşdırıcı, quraşdırıcı çilingər, quraşdırıcı, dəmir konstruksiyaları quraşdırıcısı və təmirçi çilingər peşələrində işlədiyi göstərilmiş, lakin, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının İİİ bölməsinin 1030100a-1753a şifrinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğu qeyd edilmişdir. Sonuncu güzəştli arayışda "xxxx" MMC-nin xx.xx.2000-ci il tarixədək yeganə sifarişçisinin "xxxx" ASC olduğu və müəssisənin adından da məlum olduğu kimi onun ancaq təmir işləri ilə məşğul olduğu qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi müəssisənin yenidən təşkil edilmiş varisi olan orqan mübahisələndirilən dövrlər ərzində “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində işlədiyi vəzifələrin əvvəlcə 2 nömrəli siyahıya əsasən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr olduğunu qeyd etsə də, daha sonrakı tarixlərdə verdiyi güzəştli arayışlarda eyni vəzifələrin 2 nömrəli siyahı deyil, 1 nömrəli siyahıya uyğun olduğunu bildirmişdir. Halbuki, 1 nömrəli Siyahının 1030100a-1753a kodu altında İİİ. Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin 1. Domna istehsalatı bəndinin a) fəhlələr yarımbəndinin - təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları göstərilmişdir. Yəni, iddiaçı 1 nömrəli siyahı üzrə (1030100a-1753a kodu) əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işlədiyini iddia edirsə, onun işlədiyi sahə siyahıda göstərildiyi kimi domna istehsalatına aid olmalıdır. Lakin, məhkəmə araşdırması zamanı bu hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC-nin 14 mart 2024-cü il tarixli məktubundan görünür ki, MMC-nin xx.xx.2000-ci il tarixədək yeganə sifarişçisi "xxxx" ASC olmuş və Cəmiyyət fəaliyyətini ASC-də fəaliyyətdə olan marten prakat turbo Prokat-1 Turboprakat-2 sexlərində davam etdirir. MMC güzəştli arayışlarda istinad olunan 2 nömrəli və 1 nömrəli siyahılarla bağlı ziddiyyətə dair məlumat verilməsinə dair məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda MMC yarandığı tarixdən 2000-ci ilə qədər qara metallurgiya müəssisələrinin sifarişini həyata keçirdiyini, idiaçının da həmin müəssisədə işlədiyi dövr üzrə 1 nömrəli Siyahının 1030100a-1753a kodu üzrə güzəştli şərtlərlə pensiya hüququ olduğu göstərilsə də, həmin tarixdə müəssisənin özü tərəfindən məhkəməyə təqdim edilən Lenin adına Azərbaycan boru zavodunun sifarişləri əsasında görülən işlərin 1983-cü il tarixli, Forma-2 qovluğundan görünür ki, müəssisə tərəfindən görülən işlərin məzmunu turbaların içinin təmizliyi, bacaların rənglənməsi, trosların birləşdirilməsi, şiferlərin təmiri, bərkidicilərin sökülməsi, karkasların təmiri, metal bağlanmış nərdivanlarda möhkəmləndirilmiş oxun dəyişdirilməsi, yürüstü kranlarda şüşə dəyişdirilməsi, asfalt-beton örtüyünün sökülməsi, dəmir yolu relslərinin təmiri, dəmir-beton fermentin sökülməsi, armaturun metala dəyişdirilməsi, metal polad fənər korpusunun təmiri, metal pəncərə çərçivələrinin təmiri, bütum mastikası ilə damların təmiri, avadanlıqların altına beton tökülməsi, gips divarlarının sement məhlulu ilə təmiri, beton plitələrinin qırıcı ilə sökülməsi, sökülən betonun metala, qutulara yüklənməsi və boşaldılması, sökülən betonun əllə təkrar emal edilməsi, torpağın metal nüvəyə yüklənməsi və boşaldılması və s. barədə olmuş, yəni domna istehsalatı sahəsinə aid olmayan sırf təmir işləri görülmüşdür. Adıçəkilən müəssisə tərəfindən görülən həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 yoxsa 2 nömrəli siyahının müvafiq şifrinə əsasən güzətli şərtlərlə pensiya hüququna əsas verən işlər olub-olmaması barədə kollegiya tərəfindən “X7” Qapalı Səhmdar Cəmiyyəti Azərboru İstehsalat sahəsinə sorğu verilmiş, həmin müəssisə 27 sentyabr 2024-cü il tarixli cavab məktubunda təmir-tikinti və quraşdırma işlərinə aid peşə və vəzifələrin 2 nömrəli siyahının 27-ci “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulduğu və həmin işlər müəssisənin əsas fəaliyyət sahəsinə aid olmadığından siyahının konkret hansı koduna uyğunluğu barədə məlumatın verilməsinin mümkün olmadığını qeyd etmişdir. Həmçinin, kollegiyanın sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" X8 Cəmiyyətinin nizamnaməsinin 3.2-ci bəndindən də görünür ki, cəmiyyətin əsas fəaliyyət növü tikinti-quraşdırma işləri olmuşdur. Bununla yanaşı, iddiaçının özü də məhkəmə iclasında izahatında “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində işlədiyi dövrdə sırf təmir işləri ilə məşğul olduğunu bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının mübahisəli 1980-2000-ci illərdə “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində quraşdırıcı çilingər, dəmir konstruksiyaları quraşdırıcısı, quraşdırıcı və təmirçi çilingər vəzifələrində işlədiyi dövrdə gördüyü işlər təmir işləri olmuşdur ki, bu işlərin də siyahıda qeyd edilən 1 nömrəli siyahının 1030100a—1753a koduna uyğun olaraq domna istehsalatı sahəsinə və bu sahədə həyata keçirilən texnoloji prosesə aid olmadığı aşkar görünür. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1983-cü ildən xx.xx.2000-ci il tarixədək olan 17 il 04 ay 11 günlük dövrü 1 nömrəli siyahı üzrə iddiaçının güzəştli iş stajına daxil etməməkdə haqlı olmuşdur. Cavabdehin imtinası mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Göründüyü kimi iddiaçının 1 nöməli siyahı üzrə ümumiyyətlə güzəştli iş stajı yoxdur. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının 1980-2000-ci illərdə “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində işlədiyi vəzifələr 2 nömrəli siyahıya uyğundur. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı məhkəmə iclasında izahatında həmin müəssisədə işlədiyi dövrdə domna peçinin təmiri işləri ilə məşğul olduğunu qeyd etmişdir. İddiaçının gördüyü belə işlər isə 2 nömrəli siyahının analoji 3-cü “Metallurgiya sobalarının təmiri” bölməsinin “Metallurgiya sobalarının təmiri” adlı sahəsinə uyğun gəlir. Belə ki, 2 nömrəli Siyahının İİİ. Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin “2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bəndinin a) fəhlələr yarımbəndində 2040200a—18559 kodla (təmirçi çilingərlər) qeyd edilmişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən 2 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onlar 57 yaşına çatmalı, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajı və azı 12,5 il güzəştli iş stajı mövcud olmalıdır. Hazırkı iş üzrə iddiaçının 57 yaşı tamam olmuş və 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajı olmuş olsa da, onun 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajı olmamışdır. Bu səbəbdən kollegiya iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbinin dəqiqləşdirilməsinə dair yardım etməyə də zərurət görməmişdir. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində araşdırma aparmadan iddanı təmin etmişdir. Beləliklə, sadalananlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-3408/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-269/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-269/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver