Məhkəmə qərarları › İş №2-1(105)-27/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-27/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-27/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə3 və iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Qusar rayon Xuluq Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə1 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayon Xuluq Bələdiyyəsinə qarşı “Qusar rayonunun X21 rayonunun Xuluq kənd ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsinin X3 barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarın və 22.01.2020-ci il tarixli ********* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-506/2021 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 9/3 saylı qərarı ilə Qusar rayonunun Xuluq kənd ərazisindən qayınatası X9 133.3 m2 həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onun mülkiyyət hüququ 03 noyabr 2003-ci il tarixli, JN010A, KOD: 30108028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. X12 2007-ci ildə vəfat etdikdən sonra ondan miras qalmış 133.3 m2 həyətyanı torpaq sahəsini evi faktiki miras əmlak kimi qəbul edərək hal hazırda ailəsilə həmin evdə yaşayırlar. Miras qalmış torpaq sahəsinin yanında yerləşən mübahisələndirdiyi 0,095 ha torpaq sahəsindən faktiki olaraq 1990-cı ildən istifadə edir. 2016-cı il tarixində Xuluq bələdiyyəsinin həmin torpaq sahəsinin həyat yoldaşı, yəni nümayəndəsi olduğu İddiaçı satılacağına dair razılıq aldıqdan sonra həmin sahəni kubik daşı ilə hasarlayaraq mal-qara saxlamaq məqsədilə tövlə inşa etdirmiş, hal-hazırda həmin tövlədən adiyyəti üzrə istifadə edir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Qusar rayonu Xuluq bələdiyyəsinin qərarı ilə həmin torpaq sahəsi X4. Həmin torpaq sahəsinin satılmasının təşkil olunması, hərracın keçirilməsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Bununla da, həmin torpaq sahəsi qanunsuz olaraq, iddiaçıdan gizli şəkildə X1. Bununla bağlı iddiaçı Qusar rayonu Xuluq bələdiyyəsinə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etsə də, heç bir nəticə olmamış və torpaq sahəsinin satılmasına dair sənədlərin mövcud olmadığını bildirmişdir. Bu səbəbdən də pozulmuş hüququnun bərpası üçün məhkəmədə iddia qaldırmaq məqsədilə vəkil xidmətindən istifadə etmək qərarına gəlmişdi. Qusar rayonunun Notariat Ofisinə edilmiş vəkil sorğusuna cavab olaraq 11 noyabr 2020-ci il tarixli məktubla bildirilmişdir ki, Xuluq Bələdiyyəsinin saxta 25 dekabr 2019-ci il tarixli il tarixli 12 saylı saxta iclas protokolunun qərarına əsasən mübahisələndirdiyi 0,095 ha torpaq sahəsi X5, alqı-satqı müqaviləsi 28 dekabr 2019-ci il tarixində Qusar rayonunun Notariat Ofisində qeydiyyatdan keçirilmiş və həmin müqaviləyə əsasən ona 18 dekabr 2019-cu il tarixində ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Xuluq bələdiyyəsinə verilmiş vəkil sorğusuna cavab olaraq 13 noyabr 2020-ci il tarixli, 54 saylı məktubla bildirilmişdir ki, X7 0,095 ha həyətyanı torpaq sahəsinə dair, Xuluq Bələdiyyəsinin təviltəslim sənədlərində həmin torpaq sahəsi ilə bağlı bələdiyyənin qərarı, alqı-satqı müqaviləsi və pul köçürülməsinə dair ödəmə qəbzi təhvil verilməmiş sənədlər arasında mövcud deyildir. Xuluq Bələdiyyəsinin sözü gedən qərarındakı bələdiyyə üzvləri Şahid1, Flora Mahmudova, Şahid3 və Şahid2 imzaları onlar tərəfindən imzalanmayaraq Bələdiyyənin sabiq sədri Adil Kərimxanov tərəfindən saxtalaşdırılmışdır. Həmin torpaq sahəsi X2 ilk növbədə iddiaçının satın almaqda üstünlük hüququ nəzərə alınmaqla ona satılmalı idi. Həmin torpaq sahəsi Xuluq Bələdiyəsi tərəfindən X2 sözü gedən torpaq sahəsinin iddiaçının istifadəsində olması, kubik daşı ilə hasarlanması və həmin torpaq sahəsində mal-qara tövləsinin inşa edilməsi kimi hüququqverici faktları nəzərə almamışdır. Qusar RİHB-nın Qılah kənd İƏD üzrə Nümayəndəliyinin 11 noyabr 2020-ci il tarixli 24 saylı arayışında Xuluq kəndində İddiaçı adında Xuluq kənd ərazisində ümumi sahəsi 133.3 m2 olan yaşayış evi və 0,18 ha həyətyanı torpaq sahəsinin onun istifadəsində olduğu qeyd edilir. Mübahisələndirilən 0,095 ha həyətyanı torpaq sahəsi həmin ərazi daxilindədir. Hesab edir ki, mübahisələdirilən torpaq sahəsinin hansı əsaslarla X3 bələdiyyənin qanuna zidd hərəkətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Maddənin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Maddənin 4-cü hissəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Göründüyü kimi, Qusar rayonu Xuluq bələdiyyəsi 1990-ci ildən etibarən istifadə etdiyi torpaq sahəsinin ona satılmasına dair şifahi müraciəti olduğu halda, torpaq sahəsini heç bir əsaslı səbəb olmadan başqa şəxsə satmışdır. Halbuki, bir daha qeyd edir ki, həmin torpaq sahəsi artıq 1990-ci ildən etibarən iddiaçının faktiki sahibliyində və fasiləsiz və etiraz olunmadan istifadəsində olmuşdur. Qusar rayonu Xuluq bələdiyyəsi həmin torpaq sahəsini X6 Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun, «Torpaqların alqı-satqı qaydaları»nın, eləcə də mülki qanunvericiliyin tələblərini, o cümlədən onun qanunla qorunan maraqlarını və mənafeyini pozmuş və nəticədə o, uzun müddət istifadə etdliyi və satın almaq istədiyi yuxarıda göstərilən məlum torpaq sahəsini əldə etmək imkanından məhrum olub. Qusar rayonunun Xuluq Bələdiyyəsi qanunla qorunan hüquqlarını kobud surətdə pozaraq istifadəsində olan 0,095 ha torpaq sahəsinin qanunsuz olaraq cavabdeh X4. Beləliklə, hesab edir ki, Qusar rayonu Xuluq bələdiyyəsinin 25 dekabr 2019-ci il tarixli il tarixli 12 saylı iclas protokolunun qərarı mülki qanunvericiliyə uyğun gəlmədiyindən, iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan həmin qərar etibarsız sayılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı cavabdeh Qusar rayon X21 rayonunun Xuluq kənd ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsinin X3 barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarın və 18 dekabr 2019-cu il tarixində ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız sayılması barədə qərar çıxararılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X24 iddia tələbinə dəqiqləşdirmə verərək iddia ərizəsinin xahiş olunan hissəsində “18 dekabr 2019-cu il tarixli çıxarışı” “22.01.2020ci il tarixli ********** saylı çıxarış” kimi qəbul olunmasını xahiş etmişdir (i/v 150). Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-506/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Qusar rayon Xuluq Bələdiyyəsinə qarşı “Qusar rayonunun X21 rayonunun Xuluq kənd ərazisində yerləşən 0.9 hektar həyatyanı torpaq sahəsinin X3 barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarın və 22.01.2020-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki işə mahiyyəti üzrə məhkəmə tərəfindən baxılarkən maddi və prosessual hüquq normaları pozularaq və düzgün tətbiq edilməyərək, eləcə də, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bir sıra faktiki hallar və sübutlar aydınlaşdırılmayaraq ərizənin rədd edilməsinə dair sözügedən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübashisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi İPM-nin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları və faktları nəzərə alır. Göründüyü kimi məhkəmə işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bununla da iş üzrə düzgün olmayan nəticəyə gələrək, iddianın təmin edilməməsinə dair qərar qəbul etmişdir. Qusar rayon X19 03 iyun 1998-ci il tarixli, 9/3 saylı qərarı ilə Qusar rayonunun Xuluq kənd ərazisində iddaçının qayınatası X9 133.3 m2 həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onun mülkiyyət hüququ 03.11.2003-cü ildən JN-010 A, kod: 30108028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. X12 2007-ci ildə vəfat etdikdən sonra ondan miras qalmış 133.3 m2 həyətyanı torpaq sahəsini evi faktiki miras əmlak kimi qəbul edərək hal-hazırda ailəsi ilə həmin evdə yaşayırlar. İddiaçı miras qalmış torpaq sahəsinin yanında 0,18 ha torpaq sahəsindən faktiki olaraq 1990-cı ildən istifadə edir. 2016-cı ildən Xuluq bələdiyyəsinin həmin torpaq sahəsinin İddiaçı satılacağına dair razılıq alındıqdan sonra həmin sahəni mişar daşı ilə hasarlayaraq malqara saxlamaq məqsədi ilə tövlə inşa etmişdir. Hal-hazırda həmin tövlədən aidiyyatı üzrə istifadə edilir. Bir müddət əvvəl iddiaçıya həmin torpaq sahəsinin cavabdeh X3 məlum olmuşdur. Həmin torpaq sahəsinin satılmasına dair hərracın keçrilməsi və satışının təşkil edilməsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçıya məlum olmayan səbəbdən qanunsuz hesab etdiyi alqı-satqı prosesi gizli keçirilmişdir. Ona görə də apellyasiya şikayəti qanuni və əsaslıdır, apellyasiya qaydasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə mübahisələndirilən torpaq sahəsinin X3 barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı iclas protokolu tərtib edilmişdir və həmin iclas protokolunu imzalayan keçmiş bələdiyyə üzvləri isə bildirir ki, həmin protokol onlar tərəfindən imzalanmamışdır. Torpaq sahəsi iddiaçının istifadəsindədir. Hal-hazırda həmin torpaq sahəsini təsərrüfat məqsədi üçün istifadə edir. Ona görə də apellyasiya şikayəti qanuni və əsaslıdır, qərarın ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qusar rayon Xuluq bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə əlaqədar bildirmişdir ki, o, 15 yanvar 2020-ci ildə bələdiyyə sədri vəzifəsinə təyin edilmişdir. Həmin torpaq sahəsi ondan əvvəl satılıbdır. Bələdiyyə arxivində heç bir sənəd yoxdur. Torpağı vətəndaş istəməsə də, torpaq sahəsinin satılmasına dair sənədi çıxarıb vətəndaşa bildiriş göndərilir. Almadıqda başqasına satılır. Apellyasiya şikayətinə məhəkəmənin mülahizəsi əsasında baxılaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və əlavə olaraq bildirmişdir ki, Qusar rayonu Xuluq Bələdiyyəsinin 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarının əsli arxivdə aşkar olunmamışdır və həmçinin Xuluq Bələdiyyəsinin heç bir qərarı arxivə verilməmişdir. İddiaçının həmin torpaq sahəsindən istifadəsi isə bələdiyyədən alınmış şifahi razılıq əsasında həyata keçirilmişdir və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə və ya istifadəsinə verilməsi barədə heç bir qanuni sənəd yoxdur. Üçüncü şəxs X14 mübahisələndirilən torpaq sahəsini alqı-satqı müqaviləsi yolu ilə aldığı zaman həmin torpaq sahəsi ilə bağlı bələdiyyə qərarının etibarsız olması haqqında heç bir məlumatı olmamışdır. Apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 vəkilin hüquqi məsələlərlə bağlı izahatı ilə razı olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin X3 barədə tərtib edilmiş 25 dekabr 2019-cu il tarixli iclas protokolunu o, imzalamamışdır. Həmin sənəddə çəkilən imza onun imzası deyildir və həmin protokol ondan xəbərsiz tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin X3 barədə tərtib edilmiş 25 dekabr 2019-cu il tarixli iclas protokolunu o, imzalamamışdır. Həmin sənəddə çəkilən imzası onun imzası deyildir və həmin protokol ondan xəbərsiz tərtib edilmişdir. Bələdiyyə üzvü seçildiyi ilk vaxtlarda iclaslarda iştirak etmiş, amma daha sonra iclaslarda iştirak etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin və şahidlərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-506/2021 saylı qərarı Qusar rayonu Xuluq Bələdiyyəsinin 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarının etibarsız sayılmasına dair iddianın təmin olunmaması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmalı, Qusar rayonunun X21 rayonunun Xuluq kənd ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsinin X3 barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarı etibarsız sayılmalıdır. Belə ki, Bələdiyyə torpaqlarının idarə olunması haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İnzibatti icraat haqqında Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, Qusar rayonunun Notariat Ofisinə edilmiş vəkil sorğusuna cavab olaraq 11 noyabr 2020-ci il tarixli məktubla 28.12.2019-cu il tarixli 4Ə- 2891 nömrəli alqı-satqı müqaviləsinə dair notariat işinin surəti göndərilmişdir. Həmin notariat işinə əsasən müəyyən olunur ki, Qusar rayonunun Xuluq Bələdiyyəsi tərəfindən 0,095 ha torpaq sahəsi X5, alqı-satqı müqaviləsi 28 dekabr 2019-ci il tarixində Qusar rayonunun Notariat Ofisində qeydiyyatdan keçirilmiş və həmin müqaviləyə əsasən ona 22 yanvar 2020ci il tarixində ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin notariat işinə Qusar rayonunun Xuluq Bələdiyyəsinin 25.12.2019-cu il tarixli 12 saylı iclas prtokolu qərarının surəti əlavə edilmişdir. Həmin iclas protokoluna əsasən Bələdiyyə mülkiyyətində olan Xuluq kəndində yerləşən KPİ sahəsindən №********** Çıxarışı, pulu qabaqcadan X18 bankdakı hesabına köçürməklə X3 qərara alınmışdır. Xuluq bələdiyyəsinə verilmiş vəkil sorğusuna cavab olaraq 13 noyabr 2020-ci il tarixli, 54 saylı məktubla bildirilmişdir ki, X7 0,095 ha həyətyanı torpaq sahəsinə dair Xuluq Bələdiyyəsinin təvil-təslim sənədlərində həmin torpaq sahəsi ilə bağlı bələdiyyənin qərarı, alqı-satqı müqaviləsi və pul köçürülməsinə dair ödəmə qəbzi təhvil verilmiş sənədlər arasında mövcud deyildir(i/v 53). Qusar RİHB-nın Qılah kənd İƏD üzrə Nümayəndəliyinin 11 nopyabr 2020-ci il tarixli 24 saylı arayışında Xuluq kəndində X8 adında Xuluq kənd ərazisində ümumi sahəsi 133.3 m2 olan yaşayış evi və 0,18 ha həyətyanı torpaq sahəsinin onun istifadəsində olduğu qeyd edilir (i/v 51). İddiaçı mübahisələndirilən 0,095 ha həyətyanı torpaq sahəsinin həmin ərazi daxilində olmaqla həmin torpaq sahəsindən faktiki olaraq 1990-cı ildən istifadə etdiyini bildirir. Məhkəmə iclasında iştirak edən cavabdeh Qusar rayon Xuluq bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, o, 15 yanvar 2020-ci ildə bələdiyyə sədri vəzifəsinə təyin edilmişdir. Həmin torpaq sahəsi ondan əvvəl satılıbdır. Bələdiyyə arxivində heç bir sənəd yoxdur. Torpağı vətəndaş istəməsə də, torpaq sahəsinin satılmasına dair vətəndaşa bildiriş göndərilir. Almadıqda başqasına satılır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin X3 barədə tərtib edilmiş 25 dekabr 2019-cu il tarixli iclas protokolunu o, imzalamamışdır. Həmin sənəddə çəkilən imza onun imzası deyildir və həmin protokol ondan xəbərsiz tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin X3 barədə tərtib edilmiş 25 dekabr 2019-cu il tarixli iclas protokolunu o, imzalamamışdır. Həmin sənəddə çəkilən imzası onun imzası deyildir və həmin protokol ondan xəbərsiz tərtib edilmişdir. Bələdiyyə üzvü seçildiyi ilk vaxtlarda iclaslarda iştirak etmiş, amma daha sonra iclaslarda iştirak etməmişdir. Həmçinin məhkəmə tərəfindən Qusar rayon Dövlət Arxivinə və Azərbaycan Respublikası Dövlət X25 verilən sorğulara cavab olaraq bildirilmişdir ki, Qusar rayonu Xuluq Bələdiyyəsinin heç bir illərinin sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Odur ki, X11 torpaq sahəsinin satılması ilə əlaqədar Xuluq Bələdiyyəsinin 25 dekabr 2019-ci il tarixli 12 saylı iclas protokolunun təsdiq edilməsi mümkün olmamışdır. İş materiallarına əsasən müəyyən olunur ki, mübahisələdirilən torpaq sahəsinin hüquqi əsası, yəni Bələdiyyənin müvafiq qərarı olmadan X3, sabiq bələdiyyə sədrinin qanuna zidd hərəkəti ilə əlaqədar olmuşdur. Bununla da aydın olur ki, Xuluq Bələdiyyəsinin 25 dekabr 2019-ci il tarixli 12 saylı iclas protokolunun təsdiq olunmuş surəti iclas keçirilmədən, Bələdiyyənin sabiq sədri X15 tərəfindən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədilə Qusar rayon notariat ofisinin notariusuna təqdim edilmişdir (i/v 4-13). Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi hasara alınmaqla uzun müddətdir ki, faktiki olaraq istifadə edilir. Buna görə də iddia tələbi Qusar rayonunun X21 rayonunun Xuluq kənd ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsinin X3 barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarının etibarsız sayılması hissəsində İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun əvvəl qeyd olunmuş 21-ci maddəsinin tələbləri baxımından mümkün sayılmalıdır. Həmçinin yuxarıda qeyd olunmuş Bələdiyyə torpaqlarının idarə olunması haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələbləri baxımından iddia tələbi göstərilən hissədə təmin olunmalıdır. Bununla əlaqədar 1-ci instansiya məhkəməsinin qərarı iddia tələbinin həmin hissəsinin təmin edilməsi hissəsində ləğv olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-506/2021 saylı qərarı Qusar rayonu Xuluq Bələdiyyəsinin 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarının etibarsız sayılmasına dair iddianın təmin olunmaması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmalı, Qusar rayonunun X21 rayonunun Xuluq kənd ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsinin X3 barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarı etibarsız sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-506/2021 saylı qərarı Qusar rayonu Xuluq Bələdiyyəsinin 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarının etibarsız sayılmasına dair iddianın təmin olunmaması hissəsində ləğv edilsin, iddia həmin hissədə təmin olunsun. Qusar rayonunun X21 rayonunun Xuluq kənd ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsinin X3 barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarı etibarsız sayılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar