Məhkəmə qərarları › İş №2-1(105)-27/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-27/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-27/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpağa mülkiyyət hüququna dair Dövlət aktının və çıxarışın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Quliyev İsmayıl Rza oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X1, onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktın”ın və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2565/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin imtina məktubundan görünür ki, 1,06 ha torpaq sahəsinə verilmiş JN-351 KOD 30103018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının 351Bhissəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir dövlət aktının 351B (0,87 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-511a/2007 saylı qətnaməsinə və JN286 kod 30103018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış işlənmişdir. Mütəxəssis rəyindən görünür ki, 1.Qusar rayonu X13 11 dekabr 1997-ci il tarixli 17/2 nömrəli qərarı əsasında tərtib edilmiş JN-351 KOD 30103018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına verilmiş Qusar rayonu Avaran kənd ərazisində yerləşən 1,06 ha torpaq sahəsi verilmiş Dövlət Aktına əsasən, 0.188 hektar və 0.87 hektar olmaqla 2 (iki) planşetdə (hissədə) yerləşir və iddiaçının həmin hissələrdən iddia edilən torpaq sahəsi 351В planşet nömrəli 0.87 hektar hissəsidir, iddiaçının faktiki istifadəsində hal-hazırda 0.61 hektar ölçüdə torpaq sahəsi mövcuddur, iddiaçının iddia elədiyi 0.87 hektar torpaq sahəsinin koordinatları, naturada TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında uçota alınmış koordinatları ilə üst-üstə düşür. 2. Qusar rayonu X13 25 iyun 1999-cu il tarixli 9/4-1 nömrəli qərarı əsasında tərtib edilmiş JN-286 KOD 30103018 “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən X8 və X15 verilmiş Qusar rayonu Avaran kənd ərazisində yerləşən 1,42 ha torpaq sahəsi verilmiş Dövlət Aktına əsasən 0.1373 hektar, 0.374 hektar və 0.91 hektar olmaqla 3 (üç) planşetdə (hissədə) yerləşir və həmin hissələrdən mübahisələndirilən torpaq sahəsi 286B planşet nömrəli 0.91 hektar torpaq sahəsidir, həmin torpaq sahəsindən naturada istifadə olunur, lakin TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında uçota alınmamışdır. 3. 1.06 hektar torpaq sahəsinə verilmiş JN-351 KOD 30103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan 351В planşet nömrəli 0.87 hektar torpaq sahəsinin koordinatları ilə 1.42 hektar torpaq sahəsinə verilmiş JN-286 KOD 30103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət Aktında qeyd olunan 286B planşet nömrəli 0.91 hektar torpaq sahəsinin koordinatlarını elektron məlumat bazasında olan xəritə üzərində (DWG) dəqiqləşdirildikdə 0.6756 hektar ölçüdə üst-üstə düşməsi aşkar olunmuşdur.

4. X8 və X22ma verilmiş Qusar rayonu Avaran kənd ərazisində yerləşən 1,42 ha torpaq sahəsinə dair 286B pianşet nömrəsi ilə qeyd edilmiş 0,91 ha torpaq sahəsi həmin torpaq sahəsinə dair tərtib edilmiş plan-cizgidə əks olunmuş koordinatlar daxilində yerləşir. Həmin 0.91 hektar torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində (DWG) dəqiqləşdirildikdə iddiaçının adına ayrılmış 1.06 hektar torpaq sahəsinin 351В planşet nömrəli 0.87 hektar torpaq sahəsi ilə üst-üstə düşür. 5. **********69 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 0,91- ha torpaq sahəsi X8 və X15 verilmiş Qusar rayonu Avaran kənd ərazisində yerləşən 1,42 ha torpaq sahəsinin (Dövlət Aktının daxilində) daxilində yerləşir. 6. X1 naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları X8 və X15 verilmiş Qusar rayonu Avaran kənd ərazisində yerləşən 1,42 ha torpaq sahəsinin (Dövlət Aktında qeyd olunan planşetin koordinatları daxilində) koordinatları daxilində yerləşir. 7. X1 naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları iddiaçının adına verilmiş Qusar rayonu Avaran kənd ərazisində yerləşən 1,06 ha torpaq sahəsinin koordinatları daxilində yerləşmir. 8. X1 naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları **********69 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 0,91 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. 9. X1 naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd: X2 naturada istifadə olunan torpaq sahəsi faktiki olaraq ümumi 2.86 hektar ölçüdə təşkil edir, həmin 2.86 hektar torpaq sahəsinin 0.91 hektar hissəsinə **********69 reyestr nömrəli özünə məxsus çıxarış, 0.98 hektar hissəsinə isə özünün və ailə üzvlərinin adına olan **********69 reyestr nömrəli çıxarış və 0.78 hektar hissəsinə də özünə məxsus **********31 reyestr nömrəli çıxarışın olması məlum olmuşdur. Mübahisələndirilən ərazi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu bazasıda isə “351B” (hüquq sahibi - X3, 0.87 hektar) və “346B” (hüquq sahibi - X17 və onun ailə üzvləri, 1.38 hektar) nömrələri ilə xüsusi mülkiyyət kimi uçota alınmışdır. İddiaçımn torpaq sahəsi faktiki koordinatlar daxilində 0.61 hektar ölçüdə təşkil edir və TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumatı bazasına əsasən 0.61 hektar torpaq sahəsinin 0.254 hektar hissəsi “344B” (hüquq sahibi - X10 və onun ailə üzvləri, 0.98 hektar) nömrəsi ilə xüsusi mülkiyyət kimi uçota alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Qusar Rayon AlK-nin 1997-ci il 11 dekabr tarixli, 17/02 saylı qərarına əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətinə 1,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədiyi vaxt ona məlum olmuşdur ki, JN-351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətimə verilmiş 1,06 ha torpaq sahəsinin 351B (0,85 ha) hissəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir.Ona görə də həmin torpaq sahəsinin hər hansı hissəsinin digər şəxsin adına özgəninkiləşdirildiyi təqdirdə hansı əsasa görə verilməsi barədə xx.xx.2022-ci il tarixli vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, qeyd olunan dövlət aktının 351B (0,85 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-511a/2007 saylı qətnaməsinə və JN286 kod 30103018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış işlənmişdir. Qusar Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya verilmiş xx.xx.2022-ci il tarixli, G(029)- 357/2022 saylı cavab məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivində 2-511a/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin mövcud olmaması səbəbindən hər hansı sənədin təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətimə verilmiş 1,06 ha torpaq sahəsinin 351B (0,87 ha) hissəsinə X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın işlənməsi mövcud olmayan məhkəmə qətnaməsi əsasında baş vermişdir. Ona görə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən işlənmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müvafiq tələbin məhkəmə qaydasında həll edilməsinin mümüknlüyü bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, iddiaçı müraciət etmiş onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Avaran kəndində yerləşən X9 adına hazırlanmış JN- 286 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və həmin dövlət aktı əsasında verilmiş torpaq sahəsinə dair **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür". Qeyd edilir ki, iddia ərizəsində göstərilən X4 və X11 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışda göstərilən 0.91 ha torpaq sahəsi notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla da ləğv edilməsi tələb olunan torpaq sahəsinə dair mülkiyyət hüququ X8 və X18 tərəfindən itirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2565/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X5 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının xx.xx.2022-ci ildə **********69 reysetr nömrəsi ilə qeydiyyata alınmasına əsas xx.xx.2008-ci il tarixli, **********69 reyestr nömrəli çıxarış olmuşdur. Həmin çıxarışın verilməsi üçün əsas dövlət aktı, dövlət aktının verilməsi üçün əsas isə rayon aqrar islahat komissiyasının qərarı olmuşdur. Belə ki, məhkəmənin sorğusu əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən göndərilən sənədlərdən məlum oldu ki, X6 dövlət aktının verilməsi üçün məhkəmə qətnaməsi deyil Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1999-cu il tarixli 9/4-1 saylı qərarı olmuşdur. X23 verilmiş 3-48-30RA/1-Q-2xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, “Şərq” sovxozu bazası əsasında yaranmış Avaran BKT-da əmlak payı düşən ailələrin siyahısında Gülmira Qurbalıyevanın adı qeyd olunmuş və ona əmlak payı bağ sahəsi kimi 0.74 ha torpaq sahəsi ayrılmışdır. X23 verilmiş 3-48-30RA/2-xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan isə müəyyən olunur ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 nömrəli qərarı ilə İddiaçı 1.06 ha torpaq sahəsinin ayrılmasına dair məlumatlar mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və yerquruluşu Layihə-X24 Məsuliyyətli Cəmiyyətinin 3-21-3-60/2-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1999-cu il tarixli 9/4-1 saylı qərarı məhkəmə qaydasında ləğv edilmədən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Lakin o da nəzərə alınmalıdır ki, hazırkı iddianın təmin edilməməsi üçün yaranmış maneə aradan qaldırılarsa iddiaçının analoji tələb ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsinin əsası kimi Qusar Rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1999-cu il tarixli, 9/4-1 saylı qərarına istinad etsə də həmin qərarın məzmununa varmamış və qeyd olunan qərarın onun mülkiyyətində olan JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 1,06 ha torpaq sahəsinin 351В (0,87 ha) hissəsinə aidiyyəti olub-olmamasını yoxlamamışdır. Qusar Rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1999-cu il tarixli, 9/4-1 saylı qərarında söhbət rayonun sabiq “Şərq” sovxozunun Aqrar-İslahat Komissiyasının 02 iyun 1999-cü il tarixli qərarının təsdiqindən gedir. Şərq” sovxozunun Aqrar-İslahat Komissiyasının 02 iyun 1999-cü il tarixli qərarında isə torpaq və əmlak payı olmayan bəzi əmlak payçılarına əmlak paylarının verilməsindən, bəzi vətəndaşlara verilmiş bağ sahələrinin əkin sahələri ilə əvəz edilməsinin müzakirəsindən söhbət gedir. Həmin qərarda səhvən əmlak payı verilmiş vətəndaşların adlı siyahılarında və digər siyahılarda siyahı nömrəsi 407 olan onun Qurbaliyeva (Şeydabekova) Gülmira Qurbali qızının adı yoxdur. Ümumiyyətlə həmin qərarda adları geyd edilmiş siyahıda onun adı yoxdur. Bu isə bir daha göstərir ki, Ağadadaş Əlisultan oğlu və X9 adına 0,87 ha torpağ sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsinə əsas məhkəmə qərarında qeyd olunan Qusar Rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1999-cu il tarixli, 9/4-1 saylı qərarı da deyil və həmin qərarın onun mülkiyyətinə verilmiş qeyd olunan qərarın mülkiyyətində olan JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 1,06 ha torpaq sahəsinin 351В (0,87 ha) hissəsinə heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs X5 apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X5 və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. ... Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X24 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və onun əsasında aparılmış ilkin qeydiyyatın ləğv edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının adına tərtib edilmiş müvafiq Dövlət Aktının 351B (0,87 ha hissəsinə) planşet nömrəsi üzrə hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-511a/2007 saylı qətnaməsinə və JN286 kod 30103018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış işlənmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adın Qusar Rayon AİK-nın 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə 1,06 ha torpaq sahəsi ayrılmış və onun əsasında JN-351 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir, 351B planşet nömrəsi üzrə torpaq sahəsinin ölçüsü kimi 8700 kv.m. qeyd edilmişdir. İş materiallarından görünür ki, Kəlov Ağadadaş və Kəlova Gülənfər adına 0,910 ha torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 20 aprel 2018ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi alıcı Əskərov Cahangir tərəfindən satın alınmışdır. İş materiallarından görünür ki, iddiaçının istinad etdiyi 2-511a/2007 nömrəli 22 yanvar 2007-ci il tarixli qətnamənin məzmununda X4 adına tərtib edilmiş JN0286 nömrəli Dövlət Aktına əsasən ona məxsus olan 0,37 ha torpaq sahəsi ilə bağlı məsələ qeyd edilsə də, qətnamənin nəticə hissəsində həmin Dövlət Aktına və onun əsasında verilmiş torpaq sahəsinə dair hər ahnsı müddəa qeyd edilməmişdir. İş materiallarından görünür ki, X8 və X9 adına Qusar rayonu AİK-nin 25 iyun 1999-cu il tarixli 9/4-1 saylı qərarı ilə 1,42 ha torpaq sahəsi verilmiş, onun əsasında onların adına JN-286 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, 286B planşet nömrəsi üzrə torpaq sahəsinin ölçüsü 9100 kv.m. kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, Qusar rayonu AİK-nin 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına aid adlı siyahı vardır, iddiaçının adı 204 sıra nömrəsində qeyd edilməklə torpaq sahəsinin ölçüsü 0,74 kimi qeyd edilmiş, Qusar rayonu “Avaran” birgə kəndli təsərrüfatının torpaq sahələrinin püşkatma yolu ilə subyektlər arasında bölüşdürülməsi siyahısında iddiaçının adı və ayrılan torpaq sahəsinin ölçüsü 0,64 ha kimi qeyd edilmişdir. İş materiallarında olan Qusar rayonu Avaran kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, ********** reyestr nömrəli Çıxarışda əks olunmuş 0,91 ha torpaq sahəsi 2000-ci ildən 2018-ci ilədək X4 istifadəsində olmuş, 2018-ci ildən alqı-satqı yolu ilə alınaraq hal-hazıradək X1 istifadəsindədir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, JN-351 nömrəli Dövlət Aktına əsasən 0,188 və 0,87 ha torpaq sahəsi iki hissədə yerləşir, iddiaçının iddia etdiyi torpaq sahəsi 351B planşet nömrəli 0,87 ha torpaq sahəsi hissəsidir, iddiaçının faktiki istifadəsində 0,61 ha torpaq sahəsi mövcuddur, iddiaçının iddia etdiyi 0,87 ha torpaq sahəsinin koordinatları elektron kadastr uçot məlumat bazasında uçota alınmış koordinatlarla üst-üstə düşür, JN-286 nömrəli Dövlət Aktlna əsasən 1,42 ha torpaq sahəsi 0,1343 ha, 0,374 ha və 0,91 ha olmaqla üç hissədə yerləşir, həmin hissələrdən mübahisələndirilən torpaq sahəsi 286B planşet nömrəli 0,91 ha torpaq sahəsidir, həmin torpaq sahəsi naturada istifadə olunur və elektron kadastr uçot məlumat bazasında uçota alınmamışdır, 351B planşet nömrəli 0,87 ha hissəsinin koordinatları ilə 286B planşet nömrəli 0,91 ha torpaq sahəsinin koordinatları 0,6756 ha ölçüdə üst-üstə düşür, 286B planşet nömrəsi ilə qeyd edilmiş 0,91 ha torpaq sahəsi həmin torpaq sahəsinə dair tərtib edilmi plan-cizgidə əks olunmuş koordinatlar daxilində yerləşir, həmin torpaq sahəsi 351B planşet nömrəli 0,87 ha torpaq sahəsi ilə üst-üstə düşür, müvafiq Çİxarışda əks olunmuş 0,9 ha torpaq sahəsi JN-286 nömrəli Dövlət Aktına əsasən ayrılmış 1,42 ha torpaq sahəsinin daixlində yerləşir, Əskrov Cahagir tərəfindən naturada istifadə edilən torpaq sahəsinin koordinatları da həmin 1,42 ha torpaq sahəsi daxilində yerləşir, Əskərov Cahangir tərəfindən istifadə olunan torpaq sahəsinin koordinatları iddiaçının adına verilmiş 1,06 ha torpaq sahəsinin koordinatları daxilində yerləşmir, Əskərov Cahangir tərəfindən istifadə olunan torpaq sahəsi onun adına verilmiş çıxarışla rəsmiləşdirilmiş 0,91 ha torpaq sahəsinin koordiatları daxilində yerləşir, onun naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı müvafiq AİK-nin qərarı və onun əsasında tərtib edilmiş müvafiq Dövlət Aktı əsasında onun adına 1,06 ha torpaq sahəsi ayrıldığını, həmin torpaq sahəsinin 0,87 ha hissəsinə dair üçüncü şəxslərin adına əsassız olaraq hüquqmüəyyənedici sənədlər tərtib edilməsi və onlar tərəfindən istifadə olunması halına istinad edərək, həmin hissədə üçüncü şəxslərin adına tərtib edilmiş ilkin hüquqmüəyyənedici sənədlərin (müvafiq Dövlət Aktı və onun əsasında verilmiş çıxarışın) ləğv edilməsini istəyir. Cavabdeh isə həmin torpaq sahəsinə dair üçüncü şəxslərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin qanunamüvafiq qaydada tərtib edilməsi halına istinad edərək, imtina etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda həm iddiaçı, həm də üçüncü şəxslər Kəlov Ağadadaş və Kəlova Gülənfər adına tərtib edilmiş müvafiq Dövlət Aktları və onun tərtib edilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin arxiv nüsxələri mövcuddur. İddiaçı mübahisələndirdiyi torpaq sahəsinin üçüncü şəxslər tərəfindən mövcud olmayan məhkəmə qətnaməsi əsasında əldə edilməsi, aqrar islahat zamanı əldə etməmələri halına istinad etməklə, onlar tərəfindən həmin torpaq sahəsinin qanunauyğun şəkildə əldə edilmədiyini bildirsə də, həmin hal iş materialları əsasında təkzib olunmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxslərin adına torpaq sahəsinin ayrılmasına dair müvafiq AİK-i qərarı və onun əsasında tərtib edilmiş Dövlət Aktının arxiv nüsxəsi vardır, hazırda da həmin sənədlər qüvvədə olmaqla, onların ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf indiki halda üçüncü şəxslərin adına torpaq sahəsinin ayrılmasına dair müvafiq AİK-nin qərarını mübahisələndirmədiklərini, mübahisəli halın müvafiq Dövlət Aktının tərtib edilməsi və onun əsasında üçüncü şəxslərin adına dövlət qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətlərinin olduğunu, Dövlət Aktının özünün əsassız olaraq tərtib edildiyini, Dövlət Aktının müvafiq AİK-nin qərarı əsasında deyil, mövcud olmayan məhkəmə qətnaməsi əsasında tərtib edildiyini bildirmişdir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz Dövlət Aktının mötəbərliyi və onun əsasında dövlət qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətləri təşkil etdiyindən, iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Həmçinin, kollegiya iddia tələbinin əsaslılığı ilə bağlı hissədə onu qeyd edir ki, iddiaçının adına tərtib edilmiş müvafiq Dövlət Aktının məzmununda ayrılmış torpaq sahəsinin ölçüsü kimi 1,06 ha torpaq sahəsi qeyd edilsə də, müvafiq AİK-in qərarı əsasında pay almaq hüququ olan subyektlərin siyahısında iddiaçının adın ayrılmış torpaq sahəsinin ölçüsünün 0,64 ha olduğu (bir arxiv siyahıda 0,74 ha olduğu) qeyd edilmişdir. İndiki halda isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,61 ha olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı sözügedən torpaq sahələrinə yerində baxış həyata keçirilmiş, baxış zamanı faktiki olaraq torpaq sahələrinin hər birinin naturada mövcud olduğu, qonşu əkin pay torpaq sahələri olduğu müəyyən edilmişdir. Bundan əlavə, iş materiallarında olan mütəxəssis rəyinin məzmunundan da görünür ki, torpaq sahələri faktiki naturada mövcuddur, faktiki istifadə vəziyyətində üst-üstə düşmə halı mövcud deyil, iddiaçının adına tərtib edilmiş 351B planşet nömrəli torpaq sahəsi ilə üçüncü şəxslərin adına tərtib edilmiş 286B planşet nömrəli torpaq sahəsinin koordinatları üst-üstə düşür. Göründüyü kimi indiki halda tərəflər arasında mübahisəli halın yaranmasına səbəb məhz iddiaçı və üçüncü şəxslərin adına ayrılmış müvafiq torpaq sahələrinin koordinatlarının hüquqmüəyyənedici sənəddə düzgün işlənilməməsi ilə bağlı ortaya çıxmışdır. Bu hal isə özlüyündə üçüncü şəxslərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin mötəbərliyini şübhə altına almamaqla, onun ləğv edilməsi üçün əsas qismində çıxış etməmişdir. Bununla bağlı iddiaçıya məhkəmə araşdırması zamanı hüquqi yardım göstərilsə də, iddiaçı məhz iddiaçının adına tərtib edilmiş müvafiq Dövlət Aktının əsassız olaraq tərtib edilməsi halına istinad edərək, iddia tələbini müdafiə etmişdir. Nəticə etibarilə kollegiya qeyd edir ki, iddiaçı məhz üçüncü şəxslərin adına tərtib edilmiş Dövlət Aktının və onun əsasında cavabdeh tərəfindən ilkin dövlət qeydiyyatının aparılması ilə bağlı hərəkətləri Dövlət Aktının mötəbərliyini şübhə altına alan hallara istinad etməklə, mübahisələndirsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı da üçüncü şəxslərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin mötəbər olmaması ilə bağlı hal öz təsdiqini tapmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmadığından, iddia tələbi əsaslı olmamışdır. Bu baxımından kollegiya hesba edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır. Bundan əlavə, kollegiya işin müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfin diqqətinə onu çatdırır ki, iddiaçı onun adına ayrılmış müvafiq torpaq sahəsinin və üçüncü şəxslərin adına ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatlarının üst-üstə düşən hissəsi ilə bağlı, torpaq sahəsinin koordinatlarının düzgün müəyyən edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmək və müraciətinə dair imtina olunduğu halda, inzibati məhkəmə icraatı qaydasında həmin inzibati orqana qarşı qeyd edilən tələblə bağlı iddia irəli sürməklə, mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2565/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar