Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-270/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs X10 vəkili Vəkil2, Üçüncü şəxs X8 iştirakları ilə İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “üçüncü şəxslərin adına dövlət reyestrində aparılan qeydiyyatların ləğv edilməsi, onların adına verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2- 1(118)-399/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə icra hakimiyyəti nümayəndəsinin 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamına əsasən vətəndaşların mənzil şəraiti yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İH-nin 4 mart 1993-cü il tarixli 170 nömrəli sərəncamı ilə Masazır kənd icra hakimiyyətinin sərəncamına verilmiş 4,6 ha torpaq sahəsindən 0,10 ha həyətyanı sahə X11 ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0521 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən A№ 139705 torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bundan sonra Abşeron rayonu 1 saylı notariat kontorunda 06 iyun 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X17 mülkiyyətində olan 0.0521 ha torpaq sahəsini X3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0521 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən A№ 164281 torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı Mənzil Tikinti Koorperativi xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək X12 adına torpaq sahəsinin planı və ölçüsünün və çıxarışın qeydə alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin X11 fərdi yaşayış evinin tikintisi məqsədilə verilməsinə dair Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 14 saylı sərəncamının X18 xx.xx.2017-ci il tarixli, F-438 nömrəli arxiv arayışı və Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən 0.0512 ha torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********09 reyestr nömrəsi (qeydiyyat nömrəsi **********) ilə qeydiyyata alınmışdır. Bundan sonra, həmin torpaq sahəsinin Abşeron rayonu 1 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-1106 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına xx.xx.2017-ci il tarixdə, **********09 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. İddiaçı Mənzil Tikinti Koorperativi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində Abşeron rayonu, Masazır kəndi kimi qeydə alınan, faktiki olaraq ünvan 1 ünvanında çoxmənzilli yaşayış binasının qarşısında yerləşən X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********09 reyestr nömrəsi (qeydiyyat nömrəsi: **********) ilə aparılan qeydiyyat, daha sonra isə X12 adına xx.xx.2017-ci il tarixində **********09 reyestr nömrəsi (********** qeydiyyat nömrəsi) ilə aparılan qeydiyyatın ləğv edilməsi, onların adına verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı MTK-ya Masazır kəndi ərazisində sahibkarlıq məqsədi ilə 1,012 ha torpaq sahəsi 50 illik icarəyə verilmişdir. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 315 saylı sərəncamı ilə həmin torpaq sahəsində 3 ədəd 1 girişli, 13 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə icazə verilmişdir. ünvan 2 ünvanında yerləşən ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış kompleksinin inşası müvafiq dövlət strukturları ilə razılaşdırıldıqdan sonra kooperativ rəhbərliyi tərəfindən tikinti işlərinə başlanmış və tikinti işləri 2019-cu ilin sonunda başa çatdırılmışdır. 2018-ci ilin sonlarından başlayaraq sakinlər tədricən tikilən binalara köçüb yaşamağa başlamışlar. Artıq hər üç binada sakinlər yaşayır. xx.xx.2022-ci il tarixində özünü Abşeron İcra Hakimiyyətinin baş memarı kimi təqdim edən şəxs və torpaq sahəsinin sahibinin nümayəndəsi kimi təqdim edən şəxs Əliağa Vahid küçəsində tikilmiş həmin bina ilə əsas magistral yol arasında olan 12 m məsafə aralığındakı sahədə yaşıl zona hesab olunan, altından müxtəlif kommunikasiya xətləri keçən, ümumi sahəsi 5 sot torpaq sahəsinə dair X12 adına çıxarış olduğunu və həmin yeri hasara alacağını bəyan etmişdirlər. Qeyd edir ki, həmin yerdən mərkəzi kanalizasiya kollektoru və beynəlxalq kabel xətti keçir. 2017-ci ildən adı çəkilən şəxsin adına sənəd mövcud olmuşdursa belə indiyə qədər bu torpağın ona məxsusluğu barəsində iddiaçı tərəfə məlumat verməmişdir. Həmin torpaq sahəsi hasara alınarsa, binanın yanğın mühafizə zolağı zəbt olunmuş olur, eyni zamanda binanın 1-ci mərtəbəsində olan qeyri yaşayış sahələrinin istismarı isə mümkünsüz olur. Adı çəkilən şəxslər həmin sahəyə tikinti materialları gətirib tökmək istəyəndə, iddiaçı hüquq mühafizə orqanlarına müraciət etməklə onun qarşısını müvəqqəti olaraq ala bilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət etmiş və həmin idarədən bildirilmişdir ki, X12 adına 0,0521 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli çıxarışda ünvan olaraq Abşeron rayonu, Masazır kəndi göstərilsə də, torpaq sahəsinin koordinatları ünvan 2 ünvanında inşa etdikləri yaşayış binasının qarşısında olan qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edir ki, iddiaçı həmin torpaq sahəsi ilə bağlı reyestrdə aparılmış qeydlərin ləğvi edilməsi barədə cavabdehə müraciət etmişdir. Müraciətlərindən xəbər tutan X19 müxtəlif təzyiqlərlə həmin ərazini hasarlamaq istəyir. Bu məqsədlə də iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müvəqqəti xarakterli müdafiə tədbiri kimi, çoxmənzilli yaşayış binasının qarşısında yerləşən, X12 adına qeydə alınmış 0,0521 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və onun özgəninkiləşdirilməsinin qadağan edilməsi, həmin torpaq sahəsində hər hansı qazıntı və tikinti işlərinin aparılmasının üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, cavabdeh müraciətlərinin icrasından imtina etmişdir. Cavabdeh tərəfindən X8 adına verilmiş çıxarışda ünvan ünvan 4aq sahəsinə dair dəqiq koordinatların təsdiq edilməsi ilə bağlı X8 adına hər hansı qanuni sənəd mövcud olmamışdır və sonuncu mübahisəli torpaq sahəsini göstərməklə həmin sahə onun adına rəsmiləşdirilmiş, sonradan isə alqı-satqı müqaviləsi əsasında X12 adına sənədləşdirilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(118)-2416/2022 nömrəli qərardadı ilə X17 və X19 zəzuri cəlbetmə qaydasında, 17 noyabr 2022-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər (hakim İ.Quliyev). Üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti iddia tələbinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, sözügedən torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ 27 may 2017-ci il tarixli, **********09 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. İddiaçı MTK-ya yaşayış binasının tikintisinə verilmiş 315 nömrəli sərəncam xx.xx.2011-ci il tarixdə imzalanmışdır. Tikinti işləri başa çatdıqdan sonra isə Rayon İcra Hakimiyyəti tərəfindən 26 nömrəli, 26 dekabr 2019-cu il tarixli binanın istismarına icazə verilmişdir. Bütün bu sənədlər verilən zaman RİH-də olan iş üzrə mübahisələndirilən torpaq sahəsinin X8 adına olması, eləcə də ümumiyyətlə, həmin torpaq sahəsinə sənəd verilməsi barədə məlumat olmamışdır. Rayon Dövlət X2 ayrılmış torpaq sahəsinə görə ayrıc aktının mövcud olmaması səbəbindən həmin şəxsə torpaq sahəsinin hansı hissədən ayrılması barədə məhkəməyə məlumat verilməsi mümkün olmamışdır. İş materiallarından da aydın olur ki, X8 adına mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin yerquruluşu planından çıxarış RİH-in Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-399/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti iddiaya münasibətində bildirmişdir ki, işdə olan sənədlərdən müəyyən olunur ki, sözügedən torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ 27 may 2017-ci il tarixli, **********09 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. İddiaçı MTK-ya yaşayış binasının tikintisinə verilmiş 315 nömrəli sərəncam xx.xx.2011-ci il tarixdə imzalanmışdır. Tikinti işləri başa çatdıqdan sonra isə Rayon İcra Hakimiyyəti tərəfindən 26 nömrəli, 26 dekabr 2019-cu il tarixli binanın istismarına icazə verilmişdir. Bütün bu sənədlər verilən zaman RİH-də olan iş üzrə mübahisələndirilən torpaq sahəsinin X8 adına olması, eləcə də ümumiyyətlə, həmin torpaq sahəsinə sənəd verilməsi barədə məlumat olmamışdır. Rayon Dövlət X2 ayrılmış torpaq sahəsinə görə ayrıc aktının mövcud olmaması səbəbindən həmin şəxsə torpaq sahəsinin hansı hissədən ayrılması barədə məhkəməyə məlumat verilməsi mümkün olmamışdır. İş materiallarından da aydın olur ki, X8 adına mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin yerquruluşu planından çıxarış RİH-in Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmamışdır. Göründüyü kimi, Abşeron rayonu XDS İcrayyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 13 saylı qərarı ilə iddiaçıya Masazır kəndi ərazisində sahibkarlıq məqsədi ilə 1,012 ha torpaq 50 illik icarəyə verilərkən, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il, 315 sərəncamı ilə həmin torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilərkən, kooperativ rəhbərliyi tərəfindən yaşayış kompleksinin tikinti işlərinə başlayarkən binanın qarşısında yerləşən yaşayış binasının birinci mərtəbələri olan qeyri-yaşayış sahələrinin pilləkan marşına bitişik, piyada yolu hesab edilən, iddiaçının maddi vəsaiti hesabına abadlaşdırılan və yaşıllaşdırılan ərazi kiməsə məxsus olmamışdır. Qeyd olunduğu kimi, X8 adına olan sənədlər həmin ərazinin üzərinə otuzdurulmaqla onun adına sonradan rəsmiləşdirilməsi həyata keçirilmişdir. Qeyd edir ki, həmin torpaq sahəsi hasara alınarsa, binanın yanğın mühafizə zolağı zəbt olunmuş olur, eyni zamanda binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahələrinin istismarı isə mümkünsüz olar. Bu hal X10 Abşeron rayon Məhkəməsində iddiaçıya qarşı qaldırdığı iddia ilə tam təsdiqini tapır. Hesab edir ki, işə baxan məhkəmə iddianı mümkünsüz hesab edərkən qeyd edilənləri, ümumiyyətlə nəzərə almamışdır. Nəticə etibarı ilə məhkəmənin qərardadı iddiaçı ilə yanaşı, binanın sakinlərinin də hüquqlarının pozulmasına gətirib çıxarır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və şikayətlə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçıya Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 13 saylı qərarı ilə icarəyə verilmiş torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri MTK tərəfindən ayrı-ayrı fiziki şəxslərə satılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, yaşayış binasının inşası 2019-cu il tarixdə yekunlaşdırılmış, binanın zirzəmisi və 2-ci mərtəbəsində yerləşən bəzi mənzillərdən başqa bütün mənzil və qeyri-yaşayış sahələri satılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X13 vəkili izahatında bildirdi ki, iddiaçı üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edərək abadlaşdırma işləri həyata keçirmiş, asfalt çəkdirmişdir. Bununla bağlı tərəflərindən iddiaçı MTK-ya qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırılmışdır. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X17 şikayətin təmin edilməməsini xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli sərəncamı ilə Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 13 saylı qərarına əsasən İddiaçı MTK-ya Masazır kəndi ərazisində icarəsinə verilmiş 1,012 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İdiaçı MTK tərəfindən yaşayış binası inşa edilmiş, Abşeron rayonu İHB tərəfindən 26 dekabr 2019-cu il tarixində yaşayış binasının istismarına icazə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə icra hakimiyyəti nümayəndəsinin 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamına əsasən 0.10 ha torpaq sahəsi X11 ayrılmış və həmin sərəncam əsasında C.G.Talıbovun adına 0.0521 torpaq sahəsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra üçüncü şəxs C.G.Talıbov həmin torpaq sahəsini 06 iyun 2017-ci il tarixdə alqı-satqı qaydasında X5 və həmin müqaviləyə əsasən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə üçüncü şəxs E.M.Qənbərovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Hazırda iddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0521 ha torpaq sahəsinə dair hər iki üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatları mübahisələndirir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iddianın mümkün sayılması üçün mübahisə predmeti təşkil edən torpaq sahəsinin digər şəxsin mülkiyyətində qalmasının iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsi müəyyən olunmalıdır. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tikilib istifadəyə verilmiş binaların giriş-çıxışına üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi hər hansı bir maneə təşkil etmir. Bu baxımdan, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia ərizəsindən görünür ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1) İddiaçıya məxsus çoxmənzilli yaşayış binasının qarşısında yerləşən torpaq sahəsinə dair X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********09 reyestr nömrəsi ilə aparılan qeydiyyatın ləğv edilməsi; 2) Həmin torpaq sahəsinə dair X12 adına xx.xx.2017-ci il tarixində **********09 reyestr nömrəsi ilə aparılan qeydiyyatın ləğv edilməsi. Birinci tələbə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iş üzrə materiallarda üçüncü şəxsin adına mülkiyyət hüququ əsasında qeydə alınan torpaq sahəsinin iddiaçıya ayrılması barədə, habelə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun mövcud olduğu barədə hər hansı sənəd aşkar edilməmişdir. İddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. İddia ərizəsində və eləcə də, iş materiallarından görünür ki, üçüncü şəxsin adına mülkiyyət hüququ əsasında qeydə alınan torpaq sahəsi MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası ilə əsas magistral yol arasında olan 12 m məsafə aralığındakı sahədə yerləşir. Torpaq sahəsinin yerləşdiyi ərazinin orto-foto xəritəsindən çıxarışdan isə görünür ki, üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi iddiaçıya məxsus çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun mövcudluğunu isə iddiaçı həmin torpaq sahəsi hasara alınacağı halda binanın yanğın mühafizə zolağı zəbt olunacağı, eyni zamanda binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin istismarının mümkünsüz olacağı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla torpaq sahəsinin hasara alınması və yaxud tikinti işlərinin aparılması nəticəsində binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin istismarının mümkünsüz olmasına dair məsələ inzibati deyil, mülki məhkəmə icraatının predmetidir. Digər tərəfdən isə məhkəmə kollegiyasına təqdim edilən qeyri-yaşayış sahələrinə dair 18 noyabr 2020-ci il tarixli və 16 sentyabr 2021-ci il tarixli satış müqavilələrindən görünür ki, sözügedən qeyri-yaşayış sahələri iddiaçı tərəfindən özgəninkiləşdirilmişdir. Belə ki, 338 kv.m qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən X14, həmin ünvanda yerləşən 602 kv.m qeyri-yaşayış sahəsi isə X1, maliyyə arayışlarına əsasən, fiziki şəxslər tərəfindən qeyri-yaşayış sahələrinin pay dəyəri tam ödənilmişdir. Yəni, həmin qeyri yaşayış sahələrinin istismarında yaranan məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmək hüququ iddiaçıya deyil, həmin sahənin mülkiyyətçilərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutlar verilmədiyindən, iddianın mümkünlüyü baxımından hüququn pozulması halı müəyyən olunmur. Belə ki, torpaq sahəsinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına aparılmış qeydiyyatlar nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halına yol verilməmişdir. Bu isə o deməkdir ki, İddiaçı Mənzil Tikinti Koorperativi hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının subyektiv hüququnun mövcudluğu şərti olaraq qəbul edilsə belə, birinci tələbə münasibətdə iddia digər əsasla da mümkün deyildir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Hazırkı halda qeydiyyatın ləğvi ilə bağlı qaldırılmış iddia növünə görə öhdəliyin icrası haqqında iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Bununla əlaqədar həm də nəzərə alınmalıdır ki, şəxsin iddia ilə məhkəməyə müraciət etməsi üçün onun ümumi hüquqi müdafiə marağı, yəni məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olmalıdır. Ümumi hüquqi müdafiə marağı konsepsiyasına görə, iddiaçı öz istəyinə daha asan və daha sadə yolla nail olmaq imkanına malik olduğu hallarda, onun məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olmur. Bu mənada, iddiaçının hazırkı tələblə əvvəlcə inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi hallarda da, ümumi hüquqi müdafiə marağı mövcud olmur. İşdən görünür ki, iddiaçının cavabdeh inzibati orqana müraciətinin məzmunu torpaq sahəsinə dair yalnız X13 adına xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi barədə olmuşdur. İddia ərizəsində isə, X13 adına xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli qeydiyyatla yanaşı, X8 adına xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli qeydiyyatın da ləğv edilməsini xahiş etmişdir. İşin qeyd olunan hallarından görünür ki, iddiaçı C.Talıbovun adına aparılmış ilkin qeydiyyatın ləğvi ilə bağlı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da iddianın xüsusi mümkünlük şərtini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası ikinci iddia tələbi, yəni üçüncü şəxs X10 adına dövlət reyestrində xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın ləğvinə dair tələbə münasibətdə isə qeyd edir ki, işin faktiki hallarından görünür ki, üçüncü şəxsin adına torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas mülki hüquqi əqd, yəni alqı-satqı müqaviləsi olmuşdur. Plenum Qərarında da qeyd edildiyi kimi, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixli qeydiyyat mülki-hüquqi əqd - alqı-satqı müqaviləsi əsasında aparıldığından, bu halda, iddia mümkün sayılmamalı, iddiaçıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş alqı-satqı müqaviləsini və ondan irəli gələn qeydiyyatı mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ izah edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, .... Əgər qeydiyyat mülkihüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Plenum qərarının 15.1-15.3-cü bəndlərinə əsasən, İPM-in 8.2-ci maddəsinə əsasən, ..... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-399/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7
Məhkəmə qərarları › İş №2-1(105)-270/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-270/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver