Məhkəmə qərarları › İş №2-1(105)-270/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-270/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-270/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6, Həkim mütəxəssis X8 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Dövlət-Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3- 1274/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 21 dekabr 2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-2864/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il təvəllüdlüdür.

2. 1665060205 saylı, xx.xx.2022-ci il tarixli “Əlillik haqqında arayış”dan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək “Ağciyərlərin yuxarı payının ocaqlı vərəmi, solda fibroz kavernoz vərəm, infiltrasiya mərhələsi, palevra qalınlaşması, tənəfüs çatışmazlığı İİ dərəcə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, selikli-irinli xroniki bronxit (A15-A16.9, J96-J96.9)” diaqnozları ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Cavabdehnin “Tibbi-Sosial Ekspert komissiyasının 31 dekabr 2022-ci il tarixli müayinə nəticələrindən görünür ki, İddiaçı “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağ ciyərin fibroz kavernoz vərəmi sağa səpələmə ilə” diaqnozları ilə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

4. Dövlət-Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3- 1274/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir.

5. Cavabdeh-nin iddiaçıya ünvanladığı 29 mart 2023-cü il tarixli imtina məktubundan görünür ki, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

6. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 T527/2023 saylı, 19 iyul 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli göndərişində qeyd edilmiş “Ağciyər vərəmi, bakterioloji və histolojİ müayinələrin nəticələri mənfi olmaqla, sol ağciyərin fibrozkavemoz vərəmi sağa səpələnmə ilə” diaqnoz onun hazırkı real xəstəlik vəziyyətinə uyğun gəlir, belə ki, vərəm sorularaq hazırda yerində fibroz (posttuberkulyoz) dəyişikliklər əmələ gəlmişdir ki, bu da onun “X19”də xx.xx.2023-cü il tarixli rentgenoloji və KT müayinələrinin nəticələri ilə təsdiq olunur. İddiaçıya 2017-2022ci illər aralığında əlillik təyin edilərkən onun Forma 088-də qeyd edilmiş (Ağciyərlərin yuxan paymın ocaqlı vərəmi, solda fibroz- kavemoz vərəm, infiltrasiya mərhələsi, plevra qalınlaşması, tənəffüs çatışmazlığı İİ dərəcə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, selikli-irinli xroniki bronxit, 2.2.3 ağciyərlərin xroniki proqressiv gedişli fibrozkavemoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96J96.9) hazırda diaqnozundakı xəstəliklər onda hazırda tam şəkildə müşahidə olunmur. Belə ki, vərəm sorulmuş yerində fibroz (posttuberkulyoz) dəyişikliklər əmələ gəlmişdir. Bu da 2017-2022ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozdakı xəstəliklər ilə İddiaçı hazırki vəziyyəti arasında olan fərqdir. Vətəndaş İddiaçı hazırda əziyyət çəkdiyi əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar əlavə müalicəsinə ehtiyac yoxdur, belə ki, bu xəstəliyə düçar olmuş şəxslər dispanser qeydiyyatda olmaqla, təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. Xəstəliklərin reabilitasiyası dedikdə vərəmin sorularaq yerində fibroz qalınlaşmalar əmələ gəlməsi başa düşülür.”

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

7. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilərək iddiaçının əlilliyinin ləğv edildiyi vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Dövlət-Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3-1274/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 21 dekabr 2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi xidmət zamanı iddiaçıda yaranmış xəstəliklə əlaqədar olaraq “ağ ciyərlərin infiltrativ vərəm” diaqnozu qoyularaq xx.xx.2017-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar olaraq ona beş illik müddətə ikinci dərəcəli əlillik verilmişdir. 5 ildən sonra təkrar müayinədən keçərkən, cavabdeh ona diaqnozunun əlillik ələmatini təyin etməməsini əsas gətirərək əlillik dərəcəsi ləğv edilmişdir. Bununla əlaqədar olaraq əlilliyinin bərpa olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə rəsmi ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün siz xx.xx.2023-cü il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir. Belə ki, müayinə zamanı göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş "Bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla sol ağciyərin fıbroz kavernoz vərəmi" diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. Hazırda cavabdehin əsassız və qanunsuz qərarı ilə razı olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15-Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed,..; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla-mühitdə artımla və ya artımsız, Ağciyərin yuxarı payının ocaqlı vərəmi infiltrasiya mərhələsi. VMB (-) Xroniki respirator çatmamazlıq, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Tənəffüs çatışmamazlığı İİ dərəcə Nevrosteniya, Nevrosteniya. Astenonevrotik vəziyyət Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, Aşağı ətrafların varikoz xətəliyi. Selikli-irinli xroniki bronxit, Xroniki bronxit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Son bir ıl ərzində aldığı müalicənin müddətinin az olması” səbəbi ilə imtina edilmişdir. Abşeron rayon Poliklinikasının 07.11,2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: “Hərbi xidmət dövrü ilə əlaqədar”, “X2 İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15-Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0-Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Ağciyərlərin yuxarı payının ocaqlı vərəmi. Solda fibroz kavernoz vərəm, infiltrasiya mərhələsi, plevra qalınlaşması. tənəfüs çatmamazlığı İİ dərəcə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu Selikli- irinli xroniki bronxit; Meyar 2.2 ikinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15- A16.9,J96-J96.9);” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sol ağciyərin fibroz kavernoz vərəmi sağa səpələnmə ilə.; Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-2864/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3-1274/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı 21 dekabr 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim L.Mirzəyeva).

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, Bakı şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 23.01,2017-ci il tarixli 5b/1 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Ağciyərlərin infiltrativ vərəmiv diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Xəsarətdir (Yaralanmadır, Travmadır, Kontuziyadır), Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyəsində olan ağrıdan şikayətlənmişdir. Müayinə zamanı saturasiyası (Sp02) 99%, nəbzi 89 vurğu, çəkisi 88 kq, boyu 174 sm müəyyənləşdirilmiş, auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, təqdim olunmuş rentgen müayinəsində ocaqlı patologiya aşkarlanmamışdır. 1 nömrəli X9 xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz “Sol ağciyərin fibroz kavernoz vərəmi. TDM(-)" kimi qeyd edilmişdir. 2 nömrəli X9 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Sol ağciyərin fibroz-kavernoz vərəmi. Sapa səpələnmə ilə. Qanhayxırma. TDM(-) mənfi kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi X4 İnstitutunun xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Sol ağciyərin fibroz kavernoz vərəmi, sağa səpələnmə ilə. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Elmi X4 İnstitutunun xx.xx.2022-ci il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 39%, FEV1 38%. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu’’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmiişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, A15 diaqnozunun iddiaçıda olması öz təsdiqini tapmamışdır. İddiaçı əyani müayinə edilməmişdir. “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” xəstəliyi öz təsdiqini tapmamışdır. Tibbi göndəriş xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 1.1.6.1-ci bəndinə istinad edirlər. Diaqnoz Forma-88 qeyd edilib, lakin kliniki olaraq qeyd edilən diaqnozun iddiaçıda olması öz təsdiqini tapmamışdır. Müvafiq diaqnoz ümumiyyətlə yoxdur. Faktın öz təsdiqini tapması ilə bağlı ekspertiza keçirilərsə, ekspert qarşısında müvafiq qərarın 1.1.6.1, 1.1.6.2, 1.1.6.3-cü bəndlərində qeyd edilən diaqnozlarla bağlı suallar qoyulmalıdır. Növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, suallara tam, ətraflı cavab verilmədiyinə görə iddiaçı təkrar əyani müayinə oluna bilər. A16 və J96 diaqnozları aşkar olunmuşdur. Mübahisə məhkəmədənkənar qaydada həll oluna bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, stasionar, ambulator müalicədə olmuşdur. Heç bir daxili yoxlama aparmadan ona imtina cavabı verilmişdir. Tibbi sosial ekspertiza komissiyası heç bir texniki təchizat olmadan yoxlama aparmış, səthi olaraq baxış keçirərək müvafiq diaqnozun olmadığını bildirmişdir. Onda olan xəstəlik hərbi xidmət dövründə yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən həkim-mütəxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, iddiaçıya 2017-2022-ci illərdə “Ağciyərlərin yuxarı payının ocaqlı vərəmi, solda fibroz kavernoz vərəm, infiltrasiya mərhələsi, palevra qalınlaşması, tənəfüs çatışmazlığı İİ dərəcə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, selikli-irinli xroniki bronxit” diaqnozları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əyani müayinəyə dəvət olunmuş, müayinələr zamanı iddiaçının diaqnozlarında dəyişiklik olduğu görünmüş, ağciyərlərdə fibroz toxuma əmələ gəldiyi müşahidə olunmuşdur. Yəni, vərəm prosesi sorulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na əsasən əlilliyin təyin olunması üçün diaqnozun ağırlaşması olmalıdır. Əlavə müayinələr nəticəsində ağciyərlərdə vezikulyar tənəffüs eşidilmiş, rentgen müayinəsində ocaqlı patologiya qeyd olunmamış, sadəcə fibroz toxuma çapıqlaşma mərhələsi qeyd edilmişdir. İddiaçıya X12 və X1 İnstitutundan sənədlər verilmişdir. X12 tərəfindən verilmiş sənəddə iddiaçıda qanhayxırma olduğu bildirilmişdir, lakin bu klinik olaraq öz təsdiqini tapmamışdır. Çünki fibroz toxumada qanhayxırma olmur. X1 İnstutunda spirometriya olunmuş, obyektiv müayinə zamanı iddiaçıda siyanoz, göyərmə və s. kimi əlamətlər qeyd olunmamışdır. Yəni, müvafiq xəstəliyin ağırlaşması inkar olunduğuna görə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. A16 diaqnozu iddiaçıda var, sadəcə qiymətləndirmə üzrə ağırlaşma əlamətləri yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 1.1.6.1-cı bəndində qeyd edilən İ-İİA dərəcə, xroniki tənəffüs çatışmazlığı iddiaçıda yoxdur. Müvafiq qərarın 1.1.6.2-ci maddəsində qeyd olunan əlamətlər daha ağırdır. Müvafiq qərarın 1.1.1.1 və 1.1.1.2-ci maddələrinə əsasən təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox) olmalı idi. İddiaçının bu barədə heç bir qeydiyyatı yoxdur. Qeyd olunanları əyani müayinəyə istinad edərək bildirir. Ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya 2017-2022-ci il aralığında ll dərəcə əlillik təyinatına əsas vermiş patologiya hal-hazırda sorulmuş, yerində fibroz toxuma əmələ gəlmişdir. J96 ağırlaşmadır. İddiaçıda həmin əlamətlər yoxdur, meyara uyğun deyildir. Fibroz toxuma əmələ gəldiyinə görə mütəmadi olaraq dərman verilir, lakin sağalma kimi qiymətləndirilir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: ...6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...

17. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). ...4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. ...6. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı 1.1 Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri 1.1.6. tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi A 16 Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra–göndəriş) əsasında aparılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

24. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək “Ağciyərlərin yuxarı payının ocaqlı vərəmi, solda fibroz kavernoz vərəm, infiltrasiya mərhələsi, palevra qalınlaşması, tənəfüs çatışmazlığı İİ dərəcə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, selikli-irinli xroniki bronxit (A15-A16.9, J96-J96.9)” diaqnozları ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı, yəni 31 dekabr 2022-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3-1274/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarı ilə İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. İddiaçı halhazırda cavabdeh orqanın 317-4/3-3-1274/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona 21 dekabr 2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini istəyir.

27. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda ekspertiza zamanı müəyyən edilmiş “vərəmin sovrularaq yerində fibroz yaranması” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.3-cü bəndində üçüncü dərəcə əlilliyin təyin edilmə halı kimi birbaşa nəzərdə tutulmuşdur. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

28. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

29. İddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, S00058893SSG nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 kodu A16.0 “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağciyərin fibroz kavernoz vərəmi sağa səpələnmə ilə”, ağırlaşma XBT 10 kodu J96.1 Xroniki respirator çatmamazlıq, Xr respirator çatışmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə qeyd edilmişdir.

30. İddiaçıya qoyulmuş diaqnozun əlilliyə əsas verib vermədiyini və cavabdehin imtinasının qanuni olub-olmamasının yoxlanılması ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ekspertlərinin iştirakı olmadan keçirilməklə Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir.

31. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 T527/2023 saylı, 19 iyul 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli göndərişində qeyd edilmiş “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağciyərin fibrozkavemoz vərəmi sağa səpələnmə ilə” diaqnoz onun hazırkı real xəstəlik vəziyyətinə uyğun gəlir, belə ki, vərəm sorularaq hazırda yerində fibroz (posttuberkulyoz) dəyişikliklər əmələ gəlmişdir ki, bu da onun “X19”də xx.xx.2023-cü il tarixli rentgenoloji və KT müayinələrinin nəticələri ilə təsdiq olunur. İddiaçıya 2017-2022-ci illər aralığında əlillik təyin edilərkən onun Forma 088-də qeyd edilmiş (Ağciyərlərin yuxan paymın ocaqlı vərəmi, solda fibrozkavemoz vərəm, infiltrasiya mərhələsi, plevra qalınlaşması, tənəffüs çatışmazlığı İİ dərəcə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, selikli-irinli xroniki bronxit, 2.2.3 ağciyərlərin xroniki proqressiv gedişli fibroz-kavemoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96J96.9) hazırda diaqnozundakı xəstəliklər onda hazırda tam şəkildə müşahidə olunmur. Belə ki, vərəm sorulmuş yerində fibroz (posttuberkulyoz) dəyişikliklər əmələ gəlmişdir. Bu da 2017-2022-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozdakı xəstəliklər ilə İddiaçı hazırki vəziyyəti arasında olan fərqdir. Vətəndaş İddiaçı hazırda əziyyət çəkdiyi əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar əlavə müalicəsinə ehtiyac yoxdur, belə ki, bu xəstəliyə düçar olmuş şəxslər dispanser qeydiyyatda olmaqla, təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. Xəstəliklərin reabilitasiyası dedikdə vərəmin sorularaq yerində fibroz qalınlaşmalar əmələ gəlməsi başa düşülür.”

32. Beləliklə təqdim edilmiş rəydə diaqnozdakı xəstəliklərin iddiaçıda hazırda tam şəkildə müşahidə olunmadığı, vərəm sorulmuş yerində fibroz (posttuberkulyoz) dəyişikliklər əmələ gəldiyi, 2017-2022-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozdakı xəstəliklər ilə iddiaçının hazırki vəziyyəti arasında fərq olduğu müəyyən olunmuşdur.

33. Qeyd edilən səbəbdən, habelə, birinci instansiya məhkəməsində icraat zamanı verilmiş ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar tam və dolğun cavablandırılmadığından məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. İddiaçı canlı müayinə olunmaqla, onda: 1) Əsas diaqnoz-“XBT 10 kodu A16.0 “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağciyərin fibroz kavernoz vərəmi sağa səpələnmə ilə” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə,: 1.1. spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) iddiaçıda müşahidə edilirmi? 1.2. spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) xroniki tənəffüs çatışmazlığı ilə iddiaçıda müşahidə edilirmi? 1.3. spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) xroniki tənəffüs çatışmazlığı ilə İ-İİA dərəcə yoxsa İİB-İİİ dərəcə iddiaçıda müşahidə edilir? 2) Ağırlaşma XBT 10 kodu J96.1 Xroniki respirator çatmamazlıq, Xr respirator çatışmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2.1. təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə 2.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə

34. Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsi tərəfindən verilmiş T328/2024 nömrəli ekspert rəyinin məhkəmə-tibbi müayinə hissəsində qeyd edilir ki,: 25 may 2024-cü il tarixdə Babayev X7 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən xx.xx.2023-cü il tarixdə dediklərini eyni ilə təsdiq etdi. Xəstə tibbi müayinə üçün X1 İnstitutuna göndərildi. X1 İnstitutunda tərtib edilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xəstəxanaya daxil olarkən şikayəti bəlğəmli öskürəkdən və təngnəfəslikdəndir. Qısa anamnez: vərəm prosesi 2014-cü ildə aşkar olunub. Stasionar və ambulator müalicələr alıb. Xəstə 16-xx.xx.2024-cü il tarixlərdə diaqnostik müayinələrdən keçirilmiş və xx.xx.2024-cü il tarixdə xəstəxanadan çıxmışdır. Diaqnoz: XBT-10 üzrə kod: Əsas xəstəlik: A16.0-sol ağciyərin fibroz-kavemoz vərəmi, sağa səpələnmə ilə VMB (-). Əsas xəstəliyin ağırlaşması: J96.1-qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər: ağciyərlərin xroniki obstruktiv İ xəstəliyi, ortaağır gedişli, kəskinləşmə mərhələsində. X1 İnstitutunda İddiaçı adına tərtib edilmiş çıxarışda qeyd edilmişdir ki, o, 16-xx.xx.2024-cü il tarixlərdə İnstitutda müayinə olunmuş və ona” A16.0-Sol ağciyərin fıbroz-kavernoz vərəmi, sağa səpələnmə ilə (VMB-) J96.1- Qarısıq tipli ağır ventilyasiya pozğunluğu. İ44.8- Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli” diaqnozu müəyyən edilmişdir. X1 İnstitutunda İddiaçı adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli Spirometriya-694 Amb. müayinəsinin nəticəsində qeyd edilmişdir: “Obstruksiyanın üstünlüyü ilə qarısıq tipli ağır ventilyasiya pozğunluğu”.

35. Ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, “1978-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Abşeron rayon mərkəzi xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, S00058893SSG saylı (Forma №-88) göndərişində qeyd edilmiş Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağciyərin fıbroz-kavernoz vərəmi, sağa səpələnmə ilə, xroniki respirator çatmamazlıq, xr. respirator çatışmamazlıq TÇ İİ dərəcə” diaqnozla Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmişdir. İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən X1 İnstitutuna göndərilmiş və o, 16-xx.xx.2024-cü il tarixlərdə İnstitutda müayinə olunarkən ona ”Sol ağciyərin fıbrozkavernoz vərəmi, sağa səpələnmə ilə (VMB-); Qarısıq tipli ağır ventilyasiya pozğunluğu, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz qərardadın 1-ci bəndində sualdakı “Əsas diaqnoz-XBT 10 kodu: A16.0-“Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağciyərin fıbroz-kavernoz vərəmi sağa səpələnmə ilə” diaqnozu ilə eynilik təşkil edir. Əlilliklə bağlı məsələlər və o cümlədən də qərardadın 1 və 2-ci bəndlərinin yarımbəndlərindəki suallar məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir.”

36. Beləliklə, ekspert rəyindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə qeyd edilmiş Əsas diaqnoz-XBT 10 kodu: A16.0-“Ağciyər vərəmi, bakterioloji və histoloji sol ağciyərin fıbroz-kavernoz vərəmi sağa səpələnmə ilə” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarının 1.1.6-cı bəndinə əsasən əlilliyin təyin edilməsinə əsas verir.

37. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, A16 diaqnozu iddiaçıda var, sadəcə qiymətləndirmə üzrə ağırlaşma əlamətləri yoxdur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin bu dəlilini əsassız hesab edir. Belə ki, təqdim olunmuş ekspert rəyi ilə və iddiaçının əyani müayinəsi ilə müvafiq diaqnoz təsdiqləndiyi halda, cavabdehin nümayəndəsi tərəfindən həmin rəyin əsassızlığı ilə bağlı əks sübut, iddiaçıda həmin xəstəliyin olmaması ilə bağlı tibbi sənəd təqdim olunmamışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur.

39. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının yuxarıda qeyd edilən həmin hissələrdə şikayətin dəlili kimi istinad etdiyi hallar əsassız olmuşdur.

40. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi ona məhz ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin təyin edilməsinin əsas meyarı məhz orqanizmin funskiyasının pozulmasının faiz göstəricisi və müddətinə uyğun olaraq, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması halında müvafiq qaydada müəyyən edilir, habelə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti də həmin meyarlarda müəyyən edilmişdir.

41. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən əlillik təyinatı məhz şəxsin orqanizminin funskiyasının pozulması faizinə uyğun olaraq müəyyən edilir ki, bu hal isə özlüyündə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən edilməsindən irəli gəlir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə isə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir.

42. İndiki halda iddiaçıya münasibətdə tərtib edilən müvafiq tibbi göndərişdə qeyd edilmiş diaqnoz (A16) xəstəliklərin üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün əsas olduğu müəyyən edilmişdir. Bu halda iddiaçının hüquqi marağı ona ikinci dərəcə əlillik təyin edilməsi olsa da, indiki halda isə həmin halın müəyyən edilməsi mümkün olmadığından, iddiaçıya hansı tip məhdudlaşdırılmaya müvafiq olaraq əlillik təyinatının aparılması üçün onun sağlamlıq vəziyyətinin qiymətləndirilməklə, orqanizmin funskiyasının pozulması faizinin müəyyən edilməsi məqsədəuyğundur. Bu hal isə cavabdeh inzibati orqanının qiymətləndirmə azadlığı ilə ehtiva olunur.

43. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının obyektiv müayinəsi aparılmaqla, onun orqanizmin funksiyasının hansı dərəcədə pozulması halı məhz cavabdeh inzibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməsi məqsədəmüvafiqdir.

44. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iş üzrə gəldiyi nəticə işin hallarına və qanunvericilik normasının tələbinə uyğun olmamışdır.

45. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismənməhkəmə qərarının “ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının” ləğv edilməsi hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməli, ləğv edilən hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-2864/2023 nömrəli qərarı qismən-“ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması" hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-2864/2023 nömrəli qərarı qalan hissədə- “Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3-1274/2023 saylı, 01 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun.”-hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar