Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-271/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2016-cı ildən, lakin pensiya ödənişlərinin 13 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 3307/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış ərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna otmaqla) yaşa görə əmək pensiyasi hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası ununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində əsasən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş xüsusilə zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin Sizə dair xx.xx.2023-cü il tarixli 02.03.04 nömrəli arayışlarında xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin "xxxx" sexində elektrik montyoru, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində tikinti quraşdırma idarəsində elektrik montyoru, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" sexində növbətçi elektrik montyoru vəzifələrində işlədiyiniz qeyd olunub. Araşdırma zamanı sözügedən dövrlər ərzində işlədiyiniz vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş 1 №-li siyahıda deyil, 2 №-li siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olduğu, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində isə öz hesabınıza məzuniyyətdə olduğunuz müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 31 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğunuz, işləmədiyiniz müddəti (ümumilikdə 2 il 10 ay 29 gün) iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 25 ildən az (19 il 1 ay 1 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1996-cı il, xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir, 1 №-li siyahı üzrə güzəştli iş stajınız isə yoxdur. Eyni zamanda yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş 2 №-li siyahıya əsasən güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 10 ay 20 gün (xx.xx.1986- xx.xx.1990cı il, xx.xx.1993-xx.xx.1996-cı il və xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən hesablanmaqla, ona inzibati orqana bununla bağlı müraciət etdiyi vaxtdan əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissədə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2016-cı ildən, lakin pensiya ödənişlərinin 13 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə müraciət edərək ona Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə 52 yaşdan güzəştli şərtlə əmək pensiyasının təyin olunmasım xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan onun müraciətini müsbət həll etməmişdir. Cavabdeh inzibati orqanın imtinası imtina qanunsuz və əsassızdır. Belə ki, onun tələbi isə qanunvericiliyn tələblərinə uyğundur. Çünki onun işlədiyi peşələr Nazirlər Kabinətinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərədə tutulmuş peşələrə uyğundur və iddiaçının 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajı olduğuna görə ona 52 yaşdan güzəştli şərtlə pensiya təyin olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. O, 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi (10 ay 19 gün) X9 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbdə əyani təhsil almış (Diplom B N-703081), xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi (02 ay 02 gün) 2 N-li Trestin TQİ-23 A/nəqliyyat sahəsinə 3-cü dərəcəli a/çilingər qəbul edilmişdir, xx.xx.1983-cü ildə Sovet Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilib və xx.xx.1983 ildən xx.xx.1985-ci (02 il, 01 ay, 18 gün) ilə kimi ordu sıralarında xidmətdə olub, xx.xx.1986 ildən xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində (04 il, 03 ay, 06 gün ) Sadə superfosfat sexində müəssisənin superfosfat sexində elektrik montyoru, xx.xx.1990- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində (02 il, 09 ay, 09 gün) tikinti quraşdırma idarəsində elektrik montyoru, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində (02 il, 11 ay, 22 gün) superfosfat sexində növbətçi elektrik montyoru vəzifələrində, xx.xx.1996-cı ildən xx-xx.1996-cı ilə kimi (05 ay, 24 gün ) Hərbiləşdirilmiş mühafizə dəstəsində 5-ci dərəcəli nəzarətçi, xx.xx.1996-cı ildən xx.xx.2011-ci ilə kimi (14 il, 02 ay, 4 gün) Hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə kimi (01 il, 25 gün) Superfosfat sexinin texnologiya üzrə müavini, daha sonra isə həmin vaxtdan müxtəlif vəzifələrdə olmaqla bugünə kimi çalışır. Həmçinin onun çalışdığı "xxxx" ASC-nin vəkil sorğusuna verdiyi 10 may 2023cü il tarixli, 36 nömrəli cavab məktubunda bildirilmişdir ki, o, həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi "xxxx" zavodunun Superfosfat sexində elektrik avadanlıqlarının təmiri, quraşdırılması üzrə elektrik mantyoru vəzifəsində işləmişdir, onun vəzifəsi bilavasitə Superffosfat kübrəsi məhsulunun istehsalı zamanı texnoloji proseslərin normal vəziyyətdə işləməsi üçün həmin elektrik avadanlıqların vaxtlı-vaxtında ciddi nəzarət etmək ibarətdir. Onun Superfosfat sexində elektrik avadanlıqlarının təmiri, quraşdırılması üzrə elektrik mantyoru vəzifəsində və eləcə də peşəsi məhz Azərbaycan Respublikası Nazirlə Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə (Vİİİ.Kimya istehsalatı bölməsi 1080A010 koduna aid hesab edilir) güzəştli arayışın verilməsinə zəmin yaradır. Bundan əlavə xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinə kimi zavodun Hərbiləşdirilmiş Mühafizə Dəstəsində nəzarətçi vəzifəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixinə kimi zavodun Dəmir Yolu sexində qatar tərtibatçısı vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi yenidən zavodun Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə Dəstə rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi isə Superfosfat sexinin texnoloji prosesləri üzrə rəis müavini vəzifəsində işləmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.1986-cı ildən xx.xx.2011-ci ilədək çalışdığı müxtəlif sexlərdə elektrik avadanlıqlarının təmiri üzrə elektrik mantyoru, qatar tərtibatçısı və eləcə də nühafizə dəstəsi peşələri üzrə topladığı staj əsasında yaşa görə güzəştli şərtlə pensiya təyin edilməsi məqsədə uyğun hesab edilir”. Göründüyü kimi onun işlədiyi dövrləri hesablayanda o, 40 ildən çox ümumi staja malikdir ki, həmin stajın 10 il, 07 günü güzəştli şərtlə pensiya hüququ verən iş stajına aiddir. xx.xx.2006-cı il tarixədək onun çalışdığı yuxarıda qeyd olunan dövrlər üzrə ümumi iş stajı 2006-cı ilin yanvar ayının 1-nə kimi 22 il 10 ay 20 gün edir ki, bunun da güzəştli şərtlə əmək pensiyası hüququ verən xüsusi stajı 10 il 7 gün təşkil edir. Onun ödənişsiz məzuniyyətdə olması istəyi olmadığından, müəssisənin maliyyə çətinliyinə görə olduğundan həmin dövr nəzərə alınmamalıdır. Əgər ödənişsiz məzuniyyət dövrünü nəzərə alsaq belə, həmin dövrü stajdan çıxanda da ona güzəştli şərtlə pensiya təyin edilməsi üçün tələb olan sərtlər yenə də ödənilmiş olur. Belə ki, cavabdeh inzibati orqan qeyd edir ki, o, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olmuşdur. Lakin məktubdan və şəxsi vərəqədən görünür ki, 01 yanvar 1996-cı ildən deyil, xx.xx.1996-cı ildən məzuniyyətə göndərilmişdir və şəxsi vərəqədə 2 il 5 ay məzuniyyət dövrü qeyd olunmuşdur. Əgər xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilə kimi ödənişsiz məzuniyyət müddətini hesablasaq, bu müddət 2 il 09 ay 7 gün edir. Onun ümumi stajından - yəni ki, 22 il 10 ay 20 gündən məzuniyyət dövrü olan 2 il 09 ay 7 günü çıxsaq yenə də onun ümumi stajı 20 il 01 ay 13 gün edir və məzuniyyət dövrü güzəştli iş stajını əhatə edən dövrə düşmür. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-80570/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. İşin faktiki hallarına əsasən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 02,03,04 nömrəli arayışlarında xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin superfosfat sexində elektrik montyoru, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində tikinti quraşdırma idarəsində elektrik montyoru, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində superfosfat sexində növbətçi elektrik montyoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı sözügedən dövrlər ərzində iddiaçının işlədiyi vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş 1 N-li siyahıda deyil 2 N-li siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olduğu, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində isə İddiaçı öz hesabına məzuniyyətdə olduğu müəyyən edilib. Bu fakt “Superfosfat ASC-nin 31 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti (ümumilikdə 2 il 10 ay 29 gün) iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 25 ildən az (19 il 1 ay 1 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1996-cı il, 3041.1998xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir, 1 N-li siyahı üzrə güzəştli iş stajı isə yoxdur. Eyni zamanda yuxanda qeyd olunan Qərarla təsdiq olunmuş 2 N-li siyahıya əsasən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 20 gün (xx.xx.1986-xx.xx.1990- cı il, xx.xx.1993-xx.xx.1996-cı il və xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Göstərilən səbəblərdən iddiaçının müraciət müsbət həll edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3307/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 03 dekabr 2016-cı ildən (lakin pensiya ödənişləri 13 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi X9 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbində təhsil aldığı müddət ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Aparılan araşdırmalar zamanı iddiaçının əmək stajı 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi X9 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbdə əyani təhsil almış (10 ay 19 gün), xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi 2 N-li Trestin TQİ-23 A/nəqliyyat sahəsinə 3-cü dərəcəli a/çilingər qəbul edilmişdir (02 ay 02 gün), xx.xx.1983-cü ildə Sovet Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilib və xx.xx.1983 ildən xx.xx.1985-ci ilə kimi Sovet ordu sıralarında xidmətdə olub (02 il, 01 ay, 14 gün), xx.xx.1986 ildən xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Sadə superfosfat sexində müəssisənin superfosfat sexində elektrik montyoru (04 il, 03 ay, 06 gün ), xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində tikinti quraşdırma idarəsində elektrik montyoru (02 il, 09 ay, 09 gün), xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində superfosfat sexində növbətçi elektrik montyoru vəzifələrində (02 il, 11 ay, 22 gün). xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi Hərbiləşdirilmiş mühafizə dəstəsində nəzarətçi (10 ay. 02 gün), xx.xx.1996-cı ildən xx.xx.2011-ci ilə kimi Hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi (14 il, 02 ay, 4 gün), xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə kimi Superfosfat sexinin texnologiya üzrə müavini (01 il, 25 gün), daha sonra isə həmin vaxtdan müxtəlif vəzilərdə olmaqla bugünə kimi çalışır. İddiaçının çalışdığı yuxarıda qeyd olunan dövrlər üzrə ümumi iş stajı 2006-cı ilin yanvar ayının 1-nə kimi 22 il 10 ay 20 gün edir ki, bunun da güzəştli şərtlə əmək pensiyası hüququ verən xüsusi stajı 10 il 7 gün təşkil edir. Həmçinin, iddiaçının ödənişsiz məzuniyyət dövrünü nəzərə almasaq belə, həmin dövrü stajdan çıxanda da iddiaçıya güzəştli şərtlə pensiya təyin edilməsi üçün tələb olan şərtlər yenə də ödənilmiş olur. İddiaçının təhsil, hərbi xidmət və əmək fəaliyyəti ilə məşğul olduğu illəri hesablandıqda xx.xx.2006-cı ilə qədər onun ümumi əmək stajı 20 ildən çox və xüsusi stajı 10 ildən çox təşkil edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə uyğun eyni məzmunda əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşalrın pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktorant urada və klinik ordinaturada təhsil müddəti ….. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2016-cı ildən, lakin pensiya ödənişlərinin 13 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən müvafiq 1 №li siyahı üzrə peşələrdə işləyən şəxslərə münasiətdə güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt olmalıdır: pensiya yaş həddi, azı 20 il ümumi iş stajı və azı 10 il güzəştli iş stajı. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, 52 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. Cavabdeh iddiaçının ümumi iş stajının 19 il 1 ay 1 gün olduğunu qəbul edir, iddiaçının xx.xx.1996-xx.xx.1998-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrü nəzərə almamışdır. İddiaçının təhsil aldığı dövr 10 ay 19 gün, hərbi xidmətdə olduğu dövr 2 il 1 ay 14 gün təşkil edir. İş materiallarında olan işəgötürən tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı xx.xx.1986-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt "xxxx" zavodunun Superfosfat sexində elektrik avadanlıqlarının təmiri, quraşdırılması üzrə elektrik mantyoru vəzifəsində işləmiş, həmin vəzifə bilavasitə müvafiq 1 №li Siyahı üzrə Vİİİ Kimya İstehsalatı bölməsinin 1080A010 koduna aid hesab edilir, bundan əlavə xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi zavodda Hərbiləşdirilmiş Mühafizə Dəstəsində nəzarətçi, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-cı il tarixə kimi X10 Qatar tərtibatçısı vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi Hərbiləşdirilmiş Mühafizə Dəstəsində Dəstə rəisi, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Superfosfat sexinin texnoloji prosesləri üzrə rəis müavini vəzifəsində işləmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçının işlədiyi vəzifənin müvafiq 1 №li siyahı üzrə deyil, 2 №li siyahıda nəzərdə tutulan vəzifəyə uyğun olduğundan, onun müvafiq 1 №li siyahı üzrə güzəştli iş stajına malik olmadığını, müvafiq 2 №li siyahı üzrə güzəştli iş stajının 12 il 6 aydan az olduğunu, ümumi iş stajının isə 25 ildən az olduğunu, ödənişsiz məzuniyyətdə olduğu dövrlərin nəzərə alınmadığını əsas gətirərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, kimya istehsalı həm 1 №li, həm də 2 №li siyahıda nəzərdə tutulsa belə, zərərli maddələrin təsiri meyarına görə sahələr müvafiq olaraq təsnifləşdirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının yerinə yetirdiyi əmək funskiyasının xarakterinə dair işəgötürən tərəfindən təqdim edilmiş məlumatın məzmunundan görünür ki, onun işlədiyi sexdə istehsal olunan dənəvər kübrəsi və sadə superfosfat kübrəsinin əsas xammalı olan apatit məhsulu və sulfat turşusu məhsulu insan orqanizmi üçün təhlükəli və zərərli olduğundan bütün işçilərə, o cümlədən bütün elektrik avadanlıqları və elektrik qurğuları ilə məşğul olan elektrik mantyorları da daxil olmaqla, iş prosesləri zamnaı güzəştli qidaların verilməzi vacib hesab edilirdi. Göründüyü kimi işəgötürənin təqdim etdiyi arayışın məzmununda iddiaçının işlədiyi vəzifənin müvafiq 1 №li Siyahı üzrə Vİİİ Kimya İstehsalatı bölməsinin 1080A010 koduna uyğun olması və uyğun olmasına dair əsaslar qeyd edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən eyni sexdə və eyni eyni peşəni icra edən şəxslərə münaisbətdə məhz müvafiq 1 №li Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair məhkəmə qərarları təqdim edilmişdir. Bu hal isə özlüyündə iddiaçıya münaisbətdə bərabərlik və etimadın qorunması prinsipinin təmin edilməsinə dəlalət edir. Nəticə etibarilə iddiaçının işlədiyi sahənin müvafiq 1 №li Siyahının Vİİİ bölməsinin (10800000 Vİİİ. Kimya istehsalatı. 1080A00—17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) 1-ci bəndində göstərilmiş istehsalatlara (1080A010) uyğun olduğu öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlil məhkəməyə təqdm edilməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə istinad etdiyi onun işlədiyi peşənin 1 №li siyahı üzrə vəzifəyə uyğun olmaması halı əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının işlədiyi dövrlərə münasibətdə xx.xx.1996-xx.xx.1998-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olduğundan, həmin dövrün nəzərə almamış, sübut kimi isə işəgötürənlə birgə tərtib edilmiş akta istinad edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş məktubun məzmunundan iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün başlanğıc tarixinin səhvən xx.xx.1996-cı il kimi qeyd edildiyini, həmin tarixin xx.xx.1996-cı il tarixdən nəzərə alınmalı olduğunu, bu hala dair şəxsi hesab vərəqənin surətinin əlavə olunduğunu qeyd etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən peşədə işlədiyi dövr xx.xx.1986-ci il tarixdən xx.xx.1996-cı il tarixi əhatə etdiyindən, məzuniyyətdə olduğu dövrün başlanğıc tarixi xx.xx.1996-cı il tarixdən olduğundan, onun qanunla tələb olunan azı 10 il güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının malik olduğu ümumi iş stajı ilə bağlı onu qeyd edir ki, cavabdeh iddiaçının 19 il 1 ay 1 gün ümumi iş stajına malik olduğunu qəbul etmişdir. Cavabdehin imtina, etiraz və təqdim etdiyi digər sənədlərin məzmunundan görünür ki, iddiçıya münasibətdə onun təhsil aldığı dövrlər (10 ay 19 gün) ümumi iş stajına daxil edilməmişdir. Halbuki, yuxarıda istinad edilən pensiya qanunvericilik normasının tələbinə əsasən təhsil müddəti iş stajının hesablanması zamanı nəzərə alınır. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün başlanğıc tarixini xx.xx.1996-cı il tarixdən hesbalandığı halda, məhkəmə araşdırması zamanı iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün başlanğıc tarixinin xx.xx.1996-cü il olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi və ödənişsiz məzuniyyətdə olmadığı həmin dövr də (xx.xx.1996-ci il tarixdən xx.xx.1996-cı ilə kimi) iş stajı kimi nəzərə alınmalıdır . Göründüyü kimi, qeyd edilən müddətlər iş stajının hesablanması zamanı nəzərə alındığı halda (19 il 1 ay 1 gün +10 ay 19 gün + 1 ay 21 gün) onun qanunla tələb olunan azı 20 il stajına malik olması şərti ödənilmiş olur. Nəticə etibarilə məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alınmadıqda belə, iddiaçının əmək kitabçasında əks olunmuş qeydlər, təhsil müddəti, hərbi xidmət dövrü (əmək kitabçasında da qeyd olunmuşdur) nəzərə alındıqda qanunla tələb olunan azı 20 il stajına malik olması şərti ödənilir. Göründüyü kimi, iddiaçının 52 yaşı tamam olduğu tarixdə, xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdhein imtina, etiraz və şikayətin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallrına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarix xx.xx.2023-cü il olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin (Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tələbi nəzərə alınmaqla,pensiya ödənişlərinin 13 mart 2020-ci il tarixdən ödənilməsinin müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3307/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-271/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-271/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver