Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-271/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2023-2024-cü illər üzrə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(118)-2791/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: JN 9229, KOD 30311048 Azərbaycan Respublikası “Torpaqdan müvəqqəti istifadə hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayonu Ağbil bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli, 7 saylı qərarı ilə 25 il müddətinə 2 ha torpaq sahəsi meyvə bağı əkmək üçün İddiaçı verilmişdir. Həmin torpaq sahəsinin planı (miqyas 1:2000), qonşu torpaqları göstərilmişdir. 29 avqust 2023-cü il tarixli Aktdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi, Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəsi və İddiaçı iştirakları ilə akt tərtib edilərək, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə etdiyi müraciəti ilə Ağbil kəndi ərazisində vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsində GPS aləti vasitəsilə ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. Vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun elektron uçot məlumatlarında müvafiq düzəlişlərin aparılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçı göndərilmiş 5 dekabr 2023-cü il tarixli, 3-22-2/2-T-8xx-xx-1368/2023 nömrəli məktubundan görünür ki, 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən 2 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsində həyata keçirilən əkinə görə subsidiya hesablanmamışdır. Cari əkin ili üzrə əkin subsidiyasından yararlanmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə istifadəsində olan 2 hektar torpaq sahəsinə dair məlumatların EKTİS-ə inteqrasiyasının təmin edilməsi və ya həmin torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədini əldə edərək qanunvericiliklə müəyyən olunmuş müddətdə EKTİS-ə daxil edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Agentliyinin İddiaçı göndərilmiş 27 dekabr 2023-cü il tarixli, 3-14-22/2-T-204-3/2 nömrəli məktubundan görünür ki, Ekologiya yə Təbii Sərvətlər Nazirliyinin X10 Agentliyi Quba rayonunun Ağbil kəndi ərazisində yerləşən 2,0 hektar bağ sahəsinin 300 kv.m hissəsində ərazinin X7 torpaqlar kateqoriyasına aid olduğunu və qurulması planlaşdırılan suvarma sisteminin su ehtiyatlarından səmərəli istifadə edilməsinə şərait yaradacağını nəzərə alaraq, sözügedən bağ sahəsində gölün (hovuzun) qazılmasına aşağıdakı şərtlər daxilində ekoloji baxımdan etiraz etmədiyini bildirmişdir: 1) ərazinin yerləşmə mövqeyi nəzərə alınaraq, qazıntı meydançasının hasarlanması və sanitar-ekoloji mühafizəsinin təmin olunması; 2) torpağın üst münbit qatının sıyrılaraq götürülməsi, ekoloji tələblərə müvafiq qaydada saxlanılması və işlər bitdikdən sonra abadlaşdırma və yaşıllaşdırma işlərində istifadə olunması; 3) hovuzdan su sızmalarının qarşısının alınması və onun tam hermetikliyinin təmin olunması üçün müvafiq izolyasiya tədbirlərinin görülməsi (xüsusi polietilen örtüklərin çəkilməsi); 4) əmələ gələn tullantıların aidiyyəti icra orqanları ilə razılaşdırılmaqla idarə olunması; 5) hovuzun fəaliyyəti üçün tələb olunan suyun Quba suvarma sistemləri idarəsi ilə bağlanmış müqavilə əsasında mövcud suvarma kanalından götürülməsi; 6) hovuzun yalnız məqsədli təyinatı (bağ sahəsinin suvarılması) üzrə istifadə olunması və onda digər təsərrüfat növlərinin, o cümlədən akvakultura fəaliyyətinin həyata keçirilməsinə yol verilməməsi. Quba Rayonu İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 mart 2024-cü il tarixli, 185 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, Ağbil kəndində qeydiyyatdadır, həmin kənddə yaşayır və X6, X8, X13 və X9 onun ailə üzvləridir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 1 may 2024-cü il tarixli, 3-22-2/2-869/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin EKTİS-ə inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. Bununla əlaqədar fermerlərə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə istifadələrində olan torpaq sahələrinə dair məlumatların EKTİS-ə inteqrasiyasının təmin edilməsi və ya torpaq sahələrindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədlərini əldə edərək EKTİS-ə daxil etmələri tövsiyə olunur. 2022-2023-cü və 2023-2024-cü əkin illəri üzrə İddiaçı 2 hektar torpaq sahəsinə dair EKTİS-də qeydiyyatdan keçirilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” (JN 9229, KOD ********) sənədi barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün həyata keçirilən əkinlərə görə ona subsidiya hesablanmamışdır. Cari əkin ili üzrə (2023-2024) İddiaçı əkin subsidiyasından yararlanması üçün 2 hektar torpaq sahəsindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədini əldə edərək qanunvericiliklə müəyyən olunmuş müddətdə EKTİS-ə daxil etməsi tövsiyə olunur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X17 Mərkəzinin 21 may 2024-cü il tarixli, 3-22-3-40/2-T-11-16-7/2024 nömrəli məktubundan görünür ki, İddiaçı JN 9229, KOD 30311048 saylı icarə şəhadətnaməsi ilə 2 ha torpaq sahəsinə 2019-2020, 2020- 2021, 20212022-ci il əkin subsidiyası dövründə payızlıq buğda əkininə görə subsidiya ödənişi olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin “Mütəxəssis rəyinin verilməsi haqqında” 4 iyul 2024-cü il tarixli, 3-21-3-34/2- 7157/2024 nömrəli məktubu ilə təqdim edilmiş müayinə aktında olan məlumatlardan görünür ki, İddiaçı iştirakı ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri naturadan götürülmüşdür. Torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq onun faktiki istifadəsində olan torpaq sahəsində meyvə ağacları əkilmişdir. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, faktiki istifadəsində 2,13 ha torpaq sahəsi vardır. JN-9229 KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə xəritə materialları üzərində öz əksini tapsa da, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğunluq təşkil etmir. Belə ki, naturadakı (yerdəki) faktiki istifadə ilə xəritə materialları arasında kəskin uyğunsuzluq mövcuddur. Faktiki istifadəsində olan torpaq sahəsinin 0,92 ha hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən X12 kateqoriyalı olub uqodiyası əkin kimi, mülkiyyət növü isə bələdiyyə kimi, 1,21 ha hissəsi isə X3b uqodiyası əkin kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Tərəfindən istifadə olunan və iddia olunan torpaq sahəsinin 1,25 ha hissəsi baza məlumatlarında olan **********93 reyestr nömrəli çıxarışa əsasən Quba rayon Ağbil bələdiyyəsinin mülkiyyətinə məxsus 1,30 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 9 oktyabr 2024-cü il tarixli, 3-21-3-34/2-11514/2024 nömrəli məktubundan görünür ki, Ərazi İdarəsinin arxiv məlumatlarında JN-9229 saylı KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” aid məlumat aşkar edilmədiyindən sorğulanan məlumatların verilməsi mümkün olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, JN 9229 KOD 30311048 “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməyə əsasən Quba rayonu, Ağbil kəndində 2,0 ha X7 torpaq sahəsində buğda əkininə görə, hər il hər hektara 240 manat olmaqla, 2023 və 2024-cü illər üçün ayrılmalı olan 960 manat kənd təsərrüfatı subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2023-2024-cü illər üzrə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırmışdır ki, 2023-cü və 2024-cü il üçün ayrılan subsidiyanı almaq üçün Quba X17 Mərkəzinə bəyannamə göndərilsə də, iki il üçün ayrılmalı olan 960 manat məbləğində subsidiyanı ala bilmir. Cavabdeh təşkilatın cavabında qeyd olunandan fərqli olaraq istifadəsində olan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında mövcuddur. Torpaq sahəsinin çıxarışının alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Əİnə ərizənin icrası ilə əlaqədar müayinə aparılmış və müvafiq sənədləşdirilmə tərtib edilmişdir. Hal-hazırda torpaq sahəsinə dair şəhadətnamə qüvvədədir. İddiaçının həmin torpaq sahəsindən istifadə etdiyi digər sənədlərlə də öz təsdiqini tapır. Belə olduğu halda cavabdehin imtinası anlaşılan deyildir. Cavabdehin hesablamalı və ödəməli olduğu subsidiya iddiaçının torpaqdan istifadəsinə görə ayrılır. Bu subsidiyanın ayrılmaması nəticəsində Dövlət tərəfindən ayrılan yardımdan yararlana bilmir. . Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən 2 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün, həmin torpaq sahəsində həyata keçirilən əkinə görə iddiaçıya subsidiya ödənilməsi mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi əsl cavabdeh kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(118)-2791/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(118)-2791/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçıya 2023-2024-cü illər üzrə subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Könül Həbibova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, subsidiyanın alınması özlüyündə son olaraq onu sübut etmir ki, bütün şərtlər yerinə yetirilmiş, və yaxud yerinə yetiriləcəkdir. Burada əsas məsələ ağlabatan inamın olmasıdır ki, yalnız bu halda dövlət tərəfindən təqdim edilmiş şərti-geriqaytarılmayan borc olan dövlət subsidiyası verilir. Davam edən münasibətlər çərçivəsində 2019-2020, 2020-2021, 2021-2022-ci il əkin subsidiyaları alan zaman, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi iddiaçıdan tələb olunmadığından, onun tərəfindən 2023-2024-cü illər üzrə subsidiyanın alınması üçün belə bir şərtin olacağının əvvəlcədən bilməli olmasını düşünmək ədalət prinsipi ilə uyğun gəlmir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq onu da qeyd etmişdir ki, mübahisə predmetinin birbaşa Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə tənzimlənməsinə baxmayaraq, məhkəmənin qətnaməsində Maliyyə Nazirliyinin “X1 X20 X2 Üzrə” X5 17 №-li Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il “ 29 ” dekabr tarixli 130 nömrəli əmrinə əsaslanması da həmin əmrin normativ hüquqi akt olmaması və qüvvəsi baxımından da hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş sənəd olmadığına görə düzgün deyildir və əsassız qətnamə çıxarılması ilə nəticələnmişdir. Qeyd olunan 2.13 ha torpaq sahəsinin iddiaçının faktiki olaraq istifadəsində olması göstərilsə də, bu, torpaq sahəsinin hüquqi statusu (mülkiyyət hüququ) və baza məlumatları ilə uyğun gəlmir. Həmin torpaq sahəsinin 0,92 ha hissəsi ehtiyat fondu torpaqları kimi, 1.21 ha hissəsi isə X7 torpaq kimi göstərilir. Bu halda isə iddiaçıya subsidiya ayrılması və ödənilməsi mümkün deyildir. Çünki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin qanuni mülkiyyətçisi deyildir . İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, cavabdeh nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmiş, eyni zamanda üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: X7 torpaqlar; .... Maddə 10.1. Torpaqların məqsədli təyinatı- torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Maddə 10.2. Torpaqların hüquqi rejimi-torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Maddə 12 1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri X7 torpaqlar sayılır. Maddə 12.2. X7 torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Maddə 12. 3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Maddə 13 1. X7 torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydalarının 1.2.1. subsidiya –dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. 2.4. Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır: 2.4.1. əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi;..... 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X17 mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin X7 kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. 2.7-1. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. X7, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini. 2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür.
3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi 3.1. Əkin subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır: baza məbləği × əkin əmsalı = əkin subsidiyası • əkin əmsalı – regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici. 3.3. Təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası eyni il ərzində aparılan sonrakı əkinlər üçün istifadə edilə bilər. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti);[26] 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. X7, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri.
5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: çarpaz - elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; yerüstü müşahidə - peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin, habelə dincə qoyulmuş torpaq sahələrinin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; yerində müşahidə - seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, dincə qoyulmuş torpaq sahələrində, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. 5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir.
“İnzibati icraatı haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmeti iddiaçıya ayrılan 2 ha torpaq sahəsində həyata keçirilmiş əkinlərə (buğda bitki növü üzrə) görə 2023-2024-cü illər üzrə ödənilməyən əkin subsidiyasının ödənilməsi ilə bağlı tələb təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı həmin torpaq sahəsinin 2023-2024-cü illər ərzində onun faktiki istifadəsində olduğundan, həmin torpaq sahəsində əvvəlki subsidiya ödənildiyi dövrdə olduğu kimi eyni əkin həyata keçirildiyindən, əvvəlki dövrdə subsidiya ödənildiyi kimi indiki 2023-2024-cü illərə aid dövrdə də ona subsidiya ödənilməli olması halına istinad edir. Cavabdeh inzibati orqan tərəfindən isə indiki halda qeyd edilən dövrə aid həmin torpaq sahəsinə dair subsidiya öədnilməsindən imtinanın əsası kimi torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1.1ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməməsi halına istinad etmişdir. İş materialları ilə müəyyən olunur ki, Quba rayonu Ağbil bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli, 07 saylı qərarı ilə 25 il müddətinə 2 ha torpaq sahəsi meyvə bağı əkmək üçün iddiaçıya verilmişdir. Həmin torpaq sahəsində GPS aləti vasitəsilə ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun elektron uçot məlumatlarında müvafiq düzəlişlərin aparılması məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin iş materiallarında olan torpaq sahəsinin müayinə aktından müəyyən edilir ki, torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində meyvə ağacları əkilmişdir, faktiki istifadəsində 2,13 ha torpaq sahəsi vardır. JN-9229 KOD 30311048 nömrəli şəhadətnamə xəritə materialları üzərində öz əksini tapsa da, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğunluq təşkil etmir. Belə ki, naturadaki (yerdəki) faktiki istifadə ilə xəritə materialları arasında kəskin uyğunsuzluq mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,92 ha hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən X12 kateqoriyalı olub uqodiyası əkin kimi, mülkiyyət növü isə bələdiyyə kimi, 1,21 ha hissəsi isə X3b uqodiyası əkin kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. İstifadə olunan və iddia olunan torpaq sahəsinin 1,25 ha hissəsi baza məlumatlarında olan **********93 reyestr nömrəli çıxarışa əsasən Quba rayon Ağbil bələdiyyəsinin mülkiyyətinə məxsus 1,30 ha torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinin aid olduğu həmin torpaq sahəsi JN 9229, KOD 30311048 saylı icarə şəhadətnaməsi ilə iddiaçıya ayrılmış, hazırda da iddiaçının faktiki istifadəsində olmaqla, qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır, həmçinin torpaq sahəsinin koordinatları da müəyyəndir. Həmçinin, qeyd olunmalıdır ki, həmin torpaq sahələrinə görə iddiaçıya əvvəlki dövrlərdə (2019-2020, 2020-2021, 2021-2022-ci il əkin subsidiyası dövründə payızlıq buğda əkininə görə subsidiya ödənişləri olunmuşdur) əkin subsidiyaları ödənilmişdir. Qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. Cavabdehin imtina məktubunda və birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubundan qeyd edilmişdir ki, iddiaçıya 2023-2024 əkin ili üzrə onun əkin subsidiyasından yararlanması üçün 2 hektar torpaq sahəsindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədini əldə edərək qanunvericiliklə müəyyən olunmuş müddətdə EKTİS-ə daxil etməsi tövsiyə olunmuşdur. Lakin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasının 3.8.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə SİS-ə daxil edirlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2021-ci il tarixli 1570 nömrəli və 4 mart 2022-ci il tarixli 1622 nömrəli Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci yarımbəndinə yeni redaksiya verilərək, “torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədi” ifadəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi” şəklində ifadə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci yarımbəndinə növbəti dəyişlik edilərək həmin bəndə “sənədi” sözündən sonra “(2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı)” sözləri əlavə edilmişdir. Göründüyü kimi 30 dekabr 2021-ci il tarixli 1570 nömrəli və 4 mart 2022-ci il tarixli 1622 nömrəli Fərman ilə təsdiq edilmiş dəyişikliklər ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasının 3.8.2-ci bəndinə yeni redaksiyalar verilmiş və bundan sonra 2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əldə edərək qanunvericiliklə müəyyən olunmuş müddətdə EKTİS-ə daxil edilməsi imperativ xarakter daşısa da, qeyd edilən çıxarışın əldə edilməsinin vacibliyi 2025-ci il yanvarın 1-dən əvvəlki tarixlərə şamil edilmir. Hazırki halda isə iddiaçının müraciəti 2023-2024-cü illər üzrə subsidiyanın verilməsi ilə bağlı olduğundan, həmçinin müraciəti də 2025-ci il yanvarın 1-dən əvvəlki tarixə təsadüf etdiyindən iddiaçının imtina məktubunda istinad edilən çıxarışın əldə edilməsinə zərurət yoxdur, ona görə də cavabdehin qeyd edilən imtinası əsassız olmuşdur. Cavabdeh həmçinin apellyasiya şikayətində göstərmişdir ki, 2.13 ha torpaq sahəsinin iddiaçının faktiki olaraq istifadəsində olması göstərilsə də, bu, torpaq sahəsinin hüquqi statusu (mülkiyyət hüququ) və baza məlumatları ilə uyğun gəlmir. Həmin torpaq sahəsinin 0,92 ha hissəsi ehtiyat fondu torpaqları kimi, 1.21 ha hissəsi isə X7 torpaq kimi göstərilir. Bu halda isə iddiaçıya subsidiya ayrılması və ödənilməsi mümkün deyildir. Çünki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin qanuni mülkiyyətçisi deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, davam edən münasibətlər çərçivəsində 2019-2020, 2020-2021, 2021-2022-ci il əkin subsidiyaları alan zaman cavabdeh tərəfindən həmin hallara istinad etməməsi ədalət prinsipi ilə uyğun gəlmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, eyni faktiki halların mövcudluğu şəraitində (yəni eyni torpaq sahəsinə fərqli illərdə fərqli yanaşılması) fərqli yanaşmanın tətbiq edilməsi inzibati hüququn təməl prinsiplərindən biri olan etimadın qorunması və bərabərlik prinsipinin mahiyyətinə ziddidir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası konstitusiya məhkəməsi plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki,etimadın qorunması prinsipi mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.“İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdehin imtinası əsassız olmaqla, inzibati hüququn prinsiplərinin, habelə iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya torpaq sahəsində kənd təsərrrüfatı məhsulların istehsalı ilə bağlı 2023-2024-cü il dövrdə subsidiya ödənilməməsi halı aşkar olduğundan və iddiaçının bu hüququ mövcud olduğundan, qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallarla bağlı birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət vermişdir. Qeyd olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, iş ürzə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(118)-2791/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.