Məhkəmə qərarları › İş №2-1(105)-273/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-273/2023

04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-273/2023 04.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaşmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi və qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 0,1590 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-984/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsiDaşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1- ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənzə əlavə edilmiş Xaçmaz rayonu, Armudpadar bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.17 ha torpaq sahəsinə dair Xaçmaz rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi əlavə olunmamışdır. Əlavə olaraq bildiririk ki, Xaçmaz rayonu, Armudpadar bələdiyyəsinin 31,03.2005-ci il tarixli 04 nömrəli qərarı ilə əldə etdiyiniz 0.17 ha torpaq sahəsinə dair hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatları 5 saylı Xaçmaz Ərazi İdarəsinin elekton məlumat bazasına daxil etdikdə xəritə üzərində ümümi istifadədə (park ərazisi) olan torpaqlara aid olduğu və yeraltı İkinci Bakı Su kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arayışından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən məktubda göstərilən daşınmarr əmlaka müayinə baxışı keçirilmişdir. Sözügedən torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, torpaq sahəsi ümümi istfadədə (park ərazisi) olan torpaqlara aid olduğu müəyyən edilmişdir, aparılmış müayinə zamanı aşkar olundu ki, tikinti layihə ilə qismən uyğun inşa olunmuşdur. Tikinti kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Torpaq sahəsinin plan-ölçüsündə göstərilmiş dönğə nöqtələrinin koordinatlarına əsasən (plan-ölçü sənədində göstərilən koordinatlar faktiki istifadə olunan torpaq sahəsinin koordinatlarına uyğundur) Baki su kəmərinin orta xəttinin şimal hissəsindən 10 metr, cənub hissəsindən isə 9.60 metr ara məsafədə yerləşir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arayışından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən məktubda göstərilən daşınmaz əmlakla bağlı araşdırıldı. Sözügedən torpaq sahəsi ümümi istfadədə olan park ərazisinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən huquqları qeydiyyata alınaraq çıxarış verilməmişdir.0.17 ha torpaq sahəsi elektron xəritə məlumatları üzərində Armudpadar bələdiyyəsinin mülkiyyətinə məxsus torpaqlara aid olduğu göstərilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemində park ərazisi kimi öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yerləşən 0.1590 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 0.1590 ha torpaq sahəsinə üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin hazırlanıb verilməsi öhdəliyini cavabdeh DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, cavabdehin **********18 saylı imtina məktubu ilə Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasın müraciəti əsasında hüququnun qeydiyyata almmasınadan imtina olunmuşdur. Hesab edir ki, qeyd olunan imtina əsassızdır. Belə ki, Xaçmaz rayonu Armudpadar bələdiyyəsinin xx.xx.2005-ci i 1 tarixli 04 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2005ci il tarixdə ləğv edilmiş DT və XKnm Xaçmaz rayon şöbəsində 3557 nömrə ilə qeydiyyata alınmış akta müvafiq olaraq sahibkarlıq fəailiyyəti üçün 0.17 ha torpaq sahəsi almış, torpaq sahəsi alınarkən ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon Şöbəsinin müdiri Ş.Aslanovun imzası ilə xx.xx.2005- ci il tarixli 215/2 saylı rəyi alınmış və rəydə göstərilir ki, iddiaçıya sahibkarlıq fəailiyyəti məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi 0.17 ha olmaqla Armudpadar bələdiyyəsinin mülkiyyətinə aidir və alqı-satqı predmetidir. Torpaq sahəsinin 1:10000 ölçüdə yerqurluşu xəritəsindən çıxarış hazırlanaraq Armudpadar bələdiyyəsinin sədri və baş memar tərəfindən təsdiqlənmişdir. Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq X10 Kitabında xx.xx.2012-ci il tarixdə 414 nömrə ilə ııçota alınaraq AX2420688 sayla rəsmləşdiriİmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 321 saylı sərəncamı ilə aldığı torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan əvvəl isə müvafiq komissiya tərəfindən Akt tərtib edilərək tikinti işlərinin aparılmasına icazə verilməsi qanunauyğun hesab edilmişdir. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Miifətişliyinin nümayəndəsinin, lahiyyəçinin nümayəndəsinin və onun iştirakı ilə müvafiq lahiyə hazırlanaraq 19 noyabr 2021-ci il tarixli Ö005132saylı istismara hazırlıq Aktı ilə təsdiqlənmişdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə N 09/M alınmışdır. Qeyd olunan sənədlərdə 1 mərtəbəli sahibkarlıq obyektinin ümumi sahəsi, tikinti sahəsi və həcmi göstərilmişdir. Qanunu əsaslarla aldığı 0.17 ha torpaq sahəsinin faktiki 0.1590 kv.m olduğu aşkar edildikdən sonra bunu nəzərə almaqla 0.1590 ha torpaq sahəsinə mülkiyyət sənədinin işlənilib verilməsinə nümayəndəsi vasitəsi ilə notarial qaydada təstiqlənmiş razılıq ərizəsi vermişdir. Torpaq sahəsi alınarkən həmin ərazidə hər hansı bir park mövcud deyildi. Qeyd olunan park bu yaxın vaxtlarda salınmışdır. Həmin ərazidə digər şəxslərin adına cavabdeh tərəfindən mülkiyyət sənədləri hazırlanaraq verilmişdir. Göründüyü kimi cavabdeh həmin əmlaka mülkiyyət hüququnu əsasız olaraq qeydə almamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədi üçün ayrılmış 0.1590 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 192.7 m2, tikinti sahəsi 225.4 m2 , həcmi 901.6 m3 olan 1 mərtəbəli sahibkarlıq obyektinə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş Xaçmaz rayonu, Armudpadar bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.17 ha torpaq sahəsinə dair Xaçmaz Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi əlavə olunmamışdır. Həmçinin, Xaçmaz rayonu, Armudpadar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 nömrəli qərarı ilə əldə etdiyi 0.17 ha torpaq sahəsinə dair hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatları 5 saylı Xaçmaz Ərazi İdarəsinin elekton məlumat bazasına daxil etdikdə xəritə üzərində ümumi istifadədə (park ərazisi) olan torpaqlara aid olduğu və yeraltı İkinci Bakı Su kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmçinin, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən qeyriyaşayış binasına dair daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-984/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədi üçün ayrılmış 0.1590 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 192.7 m2 , tikinti sahəsi 225.4 m2 , həcmi 901.6 m3 olan 1 mərtəbəli sahibkarlıq obyektinə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 nömrəli qərarı əsasında 1700 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. sözügedən torpaq sahəsinin yeraltı İkinci Bakı Su kəmərinin mühafizə zonasında yerləşib-yerləşməsi ilə bağlı məhkəmə tərəfindən "xxxx" ASC-yə müvafiq sorğu göndərilmiş və həmin təşkilat tərəfindən torpaq sahəsi və qeyri-yaşayış binasının BSK-2 magistral su kəmərinin mühafizə zonasından kənarda yerləşdiyi bildirilmişdir. Belə olan halda cavabdehin bu səpkidə gətirdiyi arqumenti də əsassız olur. qeyd olunan ərazidə parkın salınması iddiaçıya torpaq sahəsinin ayrımasından 7 il sonra həyata keçirilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuların cavablarından məlum olmuşdur ki, Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən salınmış parkın ərazisi Xaçmaz Bələdiyyəsinin inzibati ərazisində yerəşir və parkın salınması ilə bağlı nə Xaçmaz bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması haqqında nə də ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin parkın inşa edilməsi ilə bağlı müvafiq qərarı olmamışdır. Araşdırma nəticəsində o da məlum olmuşdur ki, elektron xəritədə parkın ərazisi kimi göstərilmiş ərazidə DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X1 və X3 mülkiyyətində olan torpaq sahəsi və qeyri- yaşayış binası üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Belə olduğu tədqirdə DƏDKR-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi İddiaçı münasibətdə etimadın qorunması prinsiplərini pozmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlahiyə Dövlət Baş Layihə İnsitutu tərəfindən tərtib edilmiş Xaçmaz Şəhərin Baş Planından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 22 nömrəsi ilə baş planda qeyd olunan “İctimai İaşə və Xidmət Müəssisələri kimi göstərilən ərazidə yerləşir. Başqa sözlə desək mübahisə predmeti olan qeyri-yaşayış binası Xaçmaz şəhərinin baş palnında iaşə obyektləri və xidmət müəssisələri üçün nəzərdə tutulmuş ərazidə öz əksini tapması həmin qeyri-yaşayış binasının qanuni əsaslara söykənməsinə dələlət edir. müvafiq qurumlar həmin ərazini parkın ərazisi kimi elektron baza xəritəsinə yerləşdirərkən yuxarıda qeyd olunan Fərmanın tələblərinə ciddi nəzarət etmiş olsaydılar həmin ərazidə inşa edilmiş və bəzilərinin üzərində mülkiyyət hüquqları qeydə alınmış qeyri-yaşayış obyektlərinin yerləşdiyi ərazini parkın ərazisindən ayırmış olardılar. Göründüyü kimi müvafiq qurumlar elektron baza xəritəsini tərtib edərkən qeyd olunanları nəzərə almamışdırlar. Bu isə elektron baza məlumatlarına sərbəst girişi olan DƏDKR-in iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi 3cü arqumentin də əsassız olmasına dəlalət edir. Hüquqmüəyyənedici sənədlərin iddiaçı tərəfindən ərizəyə əlavə edilmədiyi, inşa edilmiş qeyri-yaşayış binasına dair daşınmaz əmlakın müayinəsi keçrilməməsi ilə bağlı heç bir münasibətin bildirilməməsinə münasibətdə məhkəmə bildirir ki, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın gətirdiyi 4-cu arqumentdə öz əhəmiyyətini itirmiş olur. Həmçinin, məhkəmə qeyri-yaşayış binasına dair hüquqların dövlət dövlət qeydiyatına alınmasına münasibətdə qeyd etməyi zəruri bilir ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə düşür. Xaçmaz Rayon İcra Hakimiyyəti nəzdində qurulmuş komissiyanın razılığı ilə qeyri-yaşayış binasının eskiz lahiyəsi tərtib edilmiş, o cümlədən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 09/M nömrəli obyektin tikintisinə icazədə qeyriyaşayış binasının tikilib istismara verilməsi razılaşdırılmış və müvafiq komissiya tərəfindən vəzifəli şəxslər tərəfində razılaşdırılaraq Akt tərtib edilmişdir.Cavabdeh təşkilat əsassız olaraq layihələrə uyğun iddiaçının tələblərini müsbət həll etmir. Yəni iddiaçı tərəfindən cavabdeh təşkilata lazimi bütün tələbləri yerinə yetirən rəsmi sənədlər təqdim edilməsinə baxmayaraq, onun hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. Halbuki, İPM-nin 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat torpaq sahəsi və qeyri-yaşayış binasının faktiki ölçüləri ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumentlər əsassız olur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən tikiliyə dair daşınmaz əmlakın müayinəsi keçirilməmiş, daşınmaz əmlakın tikilinin faktiki ölçüləri, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə (zəbt) üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;.... Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərin tam təqdim edilməməsi, torpaq shaəsinə dair mülkiyyət hüququnun olmaması, müvafiq icra hakimiyyəti orqanı memarlıq və tikinti işləri şöbəsinin rəyinin əlavə edilməməsi, torpaq sahəsinin xəritə üzərində ümumi istifadədə olan (park ərazisi) olan torpaqlara aid olması, yeraltı İkinci Bakı Su Kəmərinin mühafizə zonasında yerləşməsi halına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşaıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Xaçmaz rayonu, Armudpadar Bələdiyyəsinin 31 mart 2005ci il tarixli 04 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədilə 1700 kv.m torpaq shaəsi ayrılmış, həmin torpaq shaəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəy tərib edilmiş, torpaq sahəsinin plan sərhədləri ölçülərək, nişangah qoyularaq, iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsi hazırda faktiki olaraq iddiaçının istifadəsindədir. Göründüyü kimi, indiki halda sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılması (satılması) və həmin torpaq sahəsinin onun faktiki istifadəsində olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğundan cavabdehin imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi (sənədlərin tam təqdim edilməməsi, rəy əlavə edilməməsi halları ilə bağlı) hallar iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd eidlən torpaq sahəsinin BSK-2 magistral su kəmərinin mühafizə sonasından kənarda yerləşməsi halı müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən hal özlüyündə cavabdehin apellyasiya şiakyətinin dəlili kimi istinad etdiyi (su kəmərinin mühafizə zonasında yerləşməsi ilə bağlı halı) təkzib edir. Eyni zamanda məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin ümumi istifadədə olan ərazidə yerləşməsi (park ərazisində) halına istinad etsə də, həmin hal da iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş torpaq sahəsinin ayrılmasının məqəsədəmüvafiq hesab edilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli rəyin məzmunundan görünür ki, həmin torpaq sahəsi bələdiyyə ehtiyat fondunun azyararlı torpaqlarına aid olmaqla, həmin torpaq shaəsinin satılması məqəsədmüvafiq hesab edilmişdir. Göründüyü kimi, indiki halda qeyd edilən rəy qüvvədə olmaqla, həmin torpaq sahəsi ayrıldığı vaxt bələdiyyə ehtiyat fonduna aid az yararlı torpaq sahəsi kimi çıxış etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş müayinə aktının məzmunundan da görünür ki, qeyd edilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsus torpaqlara aiddir. Eyi zamanda məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən park ərazisi 2011-2012-ci illərdə inşa edilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi iddiaçının adına ayrıldığı vaxt ümumi istifadədə olan, park ərazisi kimi mövcud olmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən digər şəxslərə məxsus torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda isə məhkəmə kollegiyası qeyd edir ki, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Qeyd edilən hallar özlüyündə cavabdehin apellyasiyiya şikayətinin və imtina əsası kimi istinad etdiyi torpaq sahəsinin ümumi istifadədə olan park ərazisində yerləməsi halını təkib etməklə, həmin hal mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ mövcud olduğundan, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar müəyyən edilmədiyindən, həmin hissədə cavabdehin apellyasiya şikayəti və imtina dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması ilə bağlı hissədə qeyd edir ki, həmin əmlakın yerləşdiyi torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədilə ayrılmaqla, indiki halda həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun mövcudluğu müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı həmin qeyri-yaşayış binasının tikintisinə icazə alınması, razılaşdıırlmış layihənin tərtib edilməsi, istismara qəbul aktının tərtib edilməsi halı müəyyən edilmişdir. Yuxarıda istinad edilən qanunvericlik normalarının tələbinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədlərinin mövcudluğu həmin əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İndiki halda qeyd edilən qeyri-yaşayış binasına dair həmin sənədlərin mövcudluğu müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edilən hissədə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən əmlakın texniki vəziyyətinin və göstəricilərinin müəyyən edilməsi məqsədilə müayinəsi həyata keçirilməklə, buna dair mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Qeyd edilən mütəxəssis rəyinin məzmunundan görünür ki, həmin tikili kayihəyə qismən uyğun inşa edilmiş, 2 nömrəli otağın uzunluq ölçülərində layihə ilə müqayisədə 5.0-30.0 sm azalma olması, bu səbəbdən otağın ümumi sahəsində 1.0 kv.m azalma olması, tikinti kommunikasiya xətlərinin mühafizə zolağına düşməməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, tikinti obyektinin ümumi sahəsi 192,7 kv.m, tikinti sahəsi 225,4 kv.m kimi qeyd edilmişdir. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən azalma otağın uzunluq ölçüsü (divarı) ilə bağlı olmaqla, qeyri-yaşayış binasının ümumi sahəsi ilə bağlı olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hal həmin qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında imtina üçün əsas kimi çıxış etməmişdir. Göründüyü kimi indiki halda mülki qanunvericiliyin yuxarıda istinad olunan normasının tələbinə əsasən indiki halda torpaq sahəsinin mülkiyyətçisi qismində çıxış edən iddiaçı şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə inşa etdiyi müvafiq qeyri-yaşayış binasına mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda isə mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün məhz qanunvericiliklə imperativ norma şəklində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, hazırki iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olmaqla və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-984/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar