Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-274/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), X14 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs X20 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Quba Regional Ərazi Bölməsinə qarşı "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X28 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktının ləğv olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(118)-206/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarından görünür ki, üçüncü şəxs X28 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1898 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən sınaq müddəti 3 ay olmaqla broyler sahəsinə operator vəzifəsinə təyin olunmuşdur. O həmin müəsissədə operator vəzifəsində çalışarkən xx.xx.2021-ci il tarixdə onun xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Qeyd edilən hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti tərəfindən komissiya yaradılmış və aparılan araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə təhqiqat aktı tərtib edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti və X29 Xidmətinin Quba Regional Ərazi Bölməsinə qarşı "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X28 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktının ləğv olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ötən əsrin 80-ci illərindən fəaliyyət göstərən "xxxx" ASC-nin (bundan sonra ASC) fəaliyyətinin əsasını toyuq əti məhsullarının istehsalı və satışı təşkil edir. İstehsal fəaliyyətinin tənzimlənməsi üçün ASC-də çoxsaylı istehsal bölmələri, sahələri və zonaları mövcuddur. "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X28 26. 09. 2021-ci il tarixdə saat 22:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmri ilə təyin edilmiş tərkibdə sədr X10 - X29 Xidmətinin Quba Regional Ərazi Şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi və üzvlər X8- "xxxx" ASC insan resursları üzrə şöbə müdiri, X21 "xxxx" ASC mühafizə xidməti şöbəsinin rəisi olan komissiya 28. 01. 2022-ci il tarixdən - 25. 08. 2022-ci il tarixədək bədbəxt hadisənin təhqiqatı aparılıb və akt tərtib edilmişdir. Hazırkı mübahisənin predmeti olan cavabdehlərin 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktı qanunvericiliklə inzibati aktı səciyyələndirən əlamətləri daşıdığından, o cümlədən ünvanlandığı şəxs kimi hazırkı iddiaçı üçün hüquqi nəticələr yaratdığından, iddiaçıya münasibətdə inzibati akt kimi qiymətləndirilməlidir. Aşağıdakılara əsasən Siyəzən-Broyler" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X28 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktı ləğv edilməlidir. "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X28 26. 09. 2021-ci il tarixdə saat 20:00 radələrində ASC-nin 11ci zonasının 5 nömrəli quş yetişdirmə sexinə növbəli iş rejimi üzrə işə gəlmişdir. Zonanın briqadiri X15 5 nömrəli sexə gəlmiş onun tərəfindən Zöhrə Salahovaya işinə uyğun təlimatlar verilmişdir. Z.Salahovanın özünün bildirdiyinə görə o, quşlara qulluq edən zaman, quşlar hürkərək qaçmış nəticədə onun gözünə yad cisim düşmüş nəticədə çölə çıxmış əllərini və üzünü təmiz su yumuş, sonradan sexə qayıdaraq işini davam etdirmişdir. Z.Salahova növbəti iş günlərində işini davam etdirmiş, xx.xx.2021ci il tarixdə zona briqadiri Səxavət Həsənova bildirmişdir ki, onun gözünə yad cisim düşmüş və narahatçılığı vardır. Səxavət Həsənov ona ASC-də olan tibb məntəqəsinə müraciət etməyi tövsiyə etmişdir. Məntəqə həkimi Salahovanın gözünə baxış keçirərək müayinə etmiş, onun gözündə yad cisim aşkar etməmiş, onun gözünü yumuş və müvafiq tibbi yardımlar göstərmişdir. Z. Salahova 01 oktyabr 2021-ci il tarixədək öz işini davam etdirmişdir. Z.Salahova sonradan məzuniyyətə çıxmış və məzuniyyətdə olduğu dövrdə 2 (iki) dəfə X37 adma Milli Oftolmologiya Mərkəzinə müraciət etmişdir. Onun sağ gözündə cərrahi əməliyyat aparıldığını, ona Od-Buynuz qişanın irinli xorası diaqnozu qoyulmuşdur. Həmçinin sağ gözündə bioloji örtüyün qoyulması cərrahi əməliyyatının icra olunduğu qeyd edilmişdir. Bundan əlavə X29 Xidmətinin Quba Regional Ərazi Bölməsi tərəfindən Z. Salahovaya təyin olunmuş diaqnozların onun gözünə 26 sentyabr 2021-ci il hər hansı yad cisimin düşməsi ilə əlaqəli olub olmaması barədə X37 adına Mİİ1İ Oftolmologiya Mərkəzinə təkrar sorğu məktubu ünvanlanmışdır. Təkrar sorğuya cavabda bildirilmişdir ki, xəstənin deməsinə görə 20 gün əvvəl yıxılaraq onun sağ gözünə taxta tozunun düşdüyü, müxtəlif xəstəxanalarda fərqli müalicələr aldığı qeyd edilmiş xəstəlik tarixindəki qeydlərin xəstənin dedikləri əsasında aparıldığı, xx.xx.2021-ci il tarixdə Mərkəzə müraciət etdiyi vaxt gözündə yad cisimin aşkar olunmadığı və xaric edilmədiyi göstərilmiş, lakin zərərçəkənə təyin olunmuş diaqnozların xx.xx.2021-ci il tarixdə onun gözünə yad cismin düşməsi ilə əlaqəli olub-olmamasına aydınlıq gətirilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru X16 xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində xəsarət alması faktı ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmri ilə təyin edilmiş tərkibində sədr X11-X29 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi və üzvlər, X8-"xxxx"ASC-nin İnsan Resursları üzrə şöbə müdiri, X21-"xxxx" ASC-nin Mühafizə xidməti şöbəsinin müdiri olan komissiya xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, Komissiya təhqiqat aktının 4.1-ci bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru X16 ehtiyatsızlığını, 4.2-ci bölməsinə əsasən "Siyəzən Broyler” ASC-nin 11 nömrəli zonasının briqadiri X7 nəzarətsizliyini müəyyən etmişdir. X2 pozulması ilə nəticələnmiş hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “Siyəzən Broyler" ASC-də uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi "xxxx" ASC-nin rəhbərliyi tərəfindən təmin edilsin. Komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona qanunvericiliyin tələblərinə uyğun sosial hüquqlarını izah etmişdir. Bundan sonra X28 “istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsi"nə dair ərizə ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, onun 26 sentyabr 2021- ci İİ tarixdə, axşam təxminən saat 21:00-22:00 radələrində "xxxx" ASC-də işdə olarkən quş saxlama sexində iş fəaliyyəti zamanı zəhərli toyuq peyininə bulaşmış yad cisimlərin üzünə düşməsi nəticəsində sağ gözünün xəsarət alması, “istehsalatda baş vermiş bədbəxt hadisə faktının” hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2(059)-361/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki işin icraatına xitam verilməsi qərara alınmış, eyni zamanda, ərizəçi Zöhrə Salahovaya “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na uyğun olaraq İZ formalı aktın rəsmiləşdirilməsi və uçota alınması üçün "xxxx" ASC-nə müraciət etmək hüququna malik olması izah edilmişdir. Buna baxmayaraq "xxxx" ASC bu günədək X16 istehsalatda xəsarət alması ilə əlaqədar “İZ” formalı aktı tərtib etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlər tərəfindən olmayan bir halın istehsalatda baş vermiş hadisə kimi qeydə alınması “Siyəzən Broyler" ASC-nin istehsalat və təsərrüfat fəaliyyətinə təhdiddir. Z.S.Salahovaya ilkin tibbi yardım göstəriləndən sonra günlərlə işinə davam etməsi onun gözlərində hər hansı problemin olmaması deməkdir. Onun əsassız və uydurma ifadələri sübut kimi qəbul edilə bilməz. İddiaçının dəlilləri tamamilə əsassızdır və işin faktiki halları, mövcud sübutlarla ziddiyyət təşkil edir. Belə ki, X28 xəsarət aldıqdan dörd gün sonra, yəni xx.xx.2021- ci il tarixdə məzuniyyətə çıxmış və məzuniyyətdə olduğu müddətdə xx.xx.2021-ci il tarixdə “OD-Keratit" diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X37 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Mərkəzin “Təxirəsalınmaz Oftalmoloji yardım” şöbəsində “OD- Buynuz qişanın irinli xorası” diaqnozu ilə stasionar müalicədə olmuş, 12.11 2021-ci il tarixdə sağ gözdə "Bioloji örtüyün qoyulması” cərrahi əməliyyatı icra edilmişdir. Bundan başqa, Siyəzən rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli, 18c-22 nömrəli məktubuna əlavə edilmiş "Məhkəmə-Tibbi Ekspertiza və X25” publik hüquqi şəxsin Siyəzən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 96 nömrəli "Ekspert rəyi"ndə X16 bədəni üzərində sağ gözdə görmənin itməsi ilə fəsadlaşmış göz almasının buynuz qişasının irinli xorası göbələk mənşəli yad infeksiyanın təsirindən yarandığı və ümumilikdə əmək qabiliyyətinin üçdəbirindən artıq hissəsinin (35%-nin) davamlı itirilməsi əlamətinə görə sağlamlığa AGİR zərərvurmaya aid edildiyi göstərilmişdir. Eyni zamanda, ekspert rəyində X17 Mərkəzinin poliklinika şöbəsinin X16 adına olan 1169 nömrəli ambulator tibbi kartasına əsaən xx.xx.2021-ci il tarixə qədər göz xəstəliyi, gözün zədələri ilə əlaqədar poliklinikaya müraciət etmədiyi göstərilmişdir. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, hadisə baş vermiş, hadisə əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olmuş, hadisə nəticəsində X28 əmək qabiliyyətinin üçdə birindən artıq hissəsini (35%-nin) davamlı itirmişdir. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin quş yetişdirmə bölməsinin operatoru X16 xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı tam qanuni və əsaslıdır və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin X9 qarşı “təhqiqat aktının ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-3522/2022 saylı Qərardadı ilə X28 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-384/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tibbi-ekspertizası tərəfindən X16 gözündən aldığı xəsarətin istehsalat fəaliyyəti ilə əlaqədar olubolmamasının müəyyənləşdirilməsi mümkün olmasa da, iş materiallarında olan tibbi sənədlərdən, zərərçəkmiş şəxsin dövlət orqanlarına hadisə ilə bağlı verdiyi izahatlardan, eləcə də ekspert rəylərindən müəyyən edilir ki, onun hadisə baş verən vaxta qədər gözündən heç bir şikayəti olmamışdır. İşin hallarının araşdırılma nəticəsində müəyyən etmişdir ki, X16 əmək vəzifələrini yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı baş vermiş, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən - İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət hesab edilir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, "xxxx"ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X33 26. 09. 2021-ci il tarixdə saat 20:00 radələrində ASC-nin 11-ci zonasının 5 nömrəli quş yetişdirmə sexinə növbəli iş rejimi üzrə işə gəlmişdir. Zonanın briqadiri X15 5 nömrəli sexə gəlmiş onun tərəfindən Zöhrə Salahovaya işinəuyğun təlimatlar verilmişdir. Z.Salahovanın özünün bildirdiyinə görə o, quşlara qulluq edən zaman, quşlar hürkərək qaçmış nəticədə onun gözünə yad cisim düşmüş nəticədə çölə çıxmış əllərini və üzünü təmiz su yumuş, sonradan sexə qayıdaraq işini davam etdirmişdir. Z.Salahova növbəti iş günlərində işini davam etdirmiş, xx.xx.2021-ci il tarixdə zona briqadiri Səxavət Həsənova bildirmişdir ki, onun gözünə yad cisim düşmüş və narahatçılığı vardır. Səxavət Həsənov ona ASC-də olan tibb məntəqəsinə müraciət etməyi tövsiyə etmişdir. Məntəqə həkimi Salahovanın gözünə baxış keçirərək müayinə etmiş, onun gözündə yad cisim aşkar etməmiş, onun gözünü yumuş və müvafiq tibbi yardımlar göstərmişdir. Z.Salahova 01 oktyabr 2021-ci il tarixədək özişini davam etdirmişdir. Z. Salahova sonradan məzuniyyətə çıxmış və məzuniyyətdə olduğu dövrdə 2 (iki) dəfə X37 adına Milli Oftolmologiya Mərkəzinə müraciət etmişdir. Onun sağ gözündə cərrahi əməliyyat aparıldığını, ona Od- Buynuz qişanın irinli xorası diaqnozu qoyulmuşdur. Həmçinin sağ gözündə bioloji örtüyün qoyulması cərrahi əməliyyatının icra olunduğu qeyd edilmişdir. Bundan əlavə X29 Xidmətinin Quba Regional Ərazi Bölməsi tərəfindən Z.Salahovaya təyin olunmuş diaqnozların onun gözünə 26 sentyabr 2021-ci il hər hansı yad cisimin düşməsi ilə əlaqəli olub olmaması barədə Akademik ZərifəƏliyeva adına Milli Oftolmologiya Mərkəzinə təkrar sorğu məktubu ünvanlanmışdır. Təkrar sorğuya cavabda bildirilmişdir ki, xəstənin deməsinə görə 20 gün əvvəl yıxılaraq onun sağ gözünə taxta tozunun düşdüyü, müxtəlif xəstəxanalarda fərqli müalicələr aldığı qeyd edilmiş xəstəlik tarixindəki qeydlərin xəstənin dedikləri əsasında aparıldığı, xx.xx.2021-ci il tarixdə Mərkəzə müraciət etdiyi vaxt gözündə yad cisimin aşkar olunmadığı və xaric edilmədiyi göstərilmiş, lakin zərərçəkənə təyin olunmuş diaqnozların 26.09.21-ci il tarixdə onun gözünə yad cisimin düşməsi ilə əlaqəli olub-olmamasına aydınlıq gətirilməmişdir. X37 adına Milli Oftolmologiya Mərkəzi haqlı olaraq qeyd etmişdir ki, Z. Salahovanın gözündə yad cisimaşkar olunmayıb və xaric olunmayıb, əgər qoyulan diaqnozlar onun gözünə yad cisimdüşməsi halı ilə və istehsalat sahəsi ilə bağlı olsa idi, o,zaman ixtisaslaşmış göz Mərkəzi onun gözündə mövcud olan xəstəliklərin yad cisimin düşməsi ilə əlaqələndirərdir. Bundan əlavə haqlı olaraq V.Y. Axundov adına X6 İnstitutunun təqdim etdiyi 08.04.22-ci il tarixli 53/22 nömrəli məktubda X37 adına Milli Oftolmologiya Mərkəzi tərəfindən Zöhrə Salahovaya təyin olunmuş diaqnozların (Od-Buynuz qişanın irinli xorasıdiaqnozu və bioloji örtüyün qoyulması) peşə xəstəliyi hesab edilmədiyini göstərmişdir. Siyəzən rayon prokurorluğunun 01.08.22-ci il tarixli 18c-22 nömrəli məktubuna əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və PatolojiAnatomiya Birliyi publik hüquqi şəxsin Siyəzən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 96 nömrəli ekspert rəyində Z. S. Salahovanın bədəni üzərində sağ gözdə görmənin itməsi ilə fəsadlaşmış göz almasının buynuz qişasının irinli xorası göbələk mənşəli yad infeksiyanın təsirindən yarandığı və ümumilikdə əmək qabiliyyətinin üçdə birindən artıq hissəsinin (35%-nin) davamlı itirilməsi əlamətinə görə sağlamlığa ağır zərər vurmaya aid edildiyi göstərilmişdir. Z.Salahovanın müayinəsinə və ekspertizaya təqdim olunmuş tibbi sənədlərə əsasən sağ gözün buynuz qişasının zədəsinin, yəni göbələk mənşəli irinli xorasının yaranma müddətini və şəraitini məhkəmə tibbi ekzpertiza yolu ilə təyin etmək mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə Tibbi Ekspertiza və X25 publik hüquqi şəxsin Siyəzənrayon şöbəsi tərəfindən təqdimedilən rəydən məlumolur ki, Z. S. Salahovabarəsində təqdimedilən tibbi sənədlərə əsasən sağ gözün buynuz qişasının zədəsinin, yəni göbələk mənşəli irinli xorasının yaranma müddətini və şəraitini müəyyən etmək mümkün deyildir. Bizdə olan məlumata görə Siyəzən rayon prokurorluğunda "xxxx"ASC-nin məsul şəxslərinin əməlində texniki təhlükəsizlik və əməyin mühafizəsinin qaydalarının pozulması halları müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə təhqiqat komisyasının üzvləri X8 və X3 Zöhrə Səfər qızı barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktına imza etməkdən imtina etmişlər, bu barədə əsaslandırılmış imtina ərizələrini yazılı şəkildə komissiyaya təqdim etmişlər. "xxxx"ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X16 Broyler sahəsinin operatoru üçün əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükısizliyi üzrə təlimatla tanış olması təmin edilmiş və onunla işə başlamamışdan əvvəl əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükısizliyi barədə təlimata əməl edilməsi ilə bağlı sahə rəhbəri X4 aparması təhqiqataktında və X16 izahatında özəksini tapmışdır. Necə ola bilər ki, həmin təlimatın iş vaxtı bölməsinin 1-ci hissəsinin (quşa baxış keçirərkən, onları yemləyərkən və hər bir başqa istehsal prosesi edərkən ehtiyatlı olmalı, əllərini, gözlərini və üzünü zədələnmədən qorumaq lazımdır, sexə daxil olarkən baxıl geyinmək vacibdir. Quşların qorxmamaları və pırlanmamaları üçün sexdə olarkən səs və hərəkət rejiminə (səs tonu sakit olmalıdır, sərt hərəkətlərə yol verməməlidir, sexdə qaçmaq vətez-tez yerimək qadağandır.) riayətedilməməsi hallarının göstəriləməsi tamamilə yanlış yanaşmadır. Tədqiqiat aktında Quş yetişdirmə zonalarının briqadiri üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlimatın 2.9 – cu hissəsinin yəni əməkdaşların zədələnmədən qorumaq üçün ehtiyatlı olmalarına nəzarət etməlidir və tələblərinin pozulması sahə rəhbəri X7 nəzarətsizliyi müəyyən edilmişdir. Bu tamamilə yanlış yanaşmadır. X28 həmin gün işə başlamamışdan əvvəl əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi barədə təlimata əməl edilməsi və qoruyucu vasitələrdən istifadə ilə bağlı sahə rəhbəri Hüseynov SəxavətƏdalət oğlunun onunla söhbət aparması təhqiqat aktında və X18 izahatında özəksini tapmışdır. Z.Salahova hadisə baş verən vaxta kimi 1 (bir) ilə yaxındır ki, "xxxx" ASC-də həmin işdə və vəzifədə çalışır. X16 bu cür pozuntuya yol verməsini heç bir halda sahə rəhbərnin nəzarətsizliyi ilə əlaqələndirilə bilməz. X1 vəzifə təlimatına əsasən üzərinə düşən öhdəlikləri və nəzarət tədbirlərini vaxtında icra etmişdir. 1984-cü ildən hazırkı günə kimi"xxxx"ASC-də birbaşa broyler toyuqları ilə açıq təmasda olan operator, quştutma və digər çoxsaylı istehsal sahələrində 10 (on) minlərlə işçi çalışmış və hazırda çalışmaqdadır. Şikayətçinin göstərdiyi səbəblər və hallarla bağlı indiyə kimi "xxxx"ASC-də heç bir istehsalat hadisəsi baş verməmiş bununla bağlı müvafiq Dövlət qrumlarında qeydiyyatlar aparılmamışdır. Cavabdehlər tərəfindən olmayan belə bir halın istehsalatda baş vermiş hadisə kimi qeydə alınması "xxxx"ASC-nin istehsalat və təsərrüfat fəaliyyətinə təhdiddir. Z.Salahovaya ilkin tibbi yardım gösəriləndən sonra günlərlə işinə davam etməsi onun gözlərində hər hansı problemin olmaması deməkdir. Onun əsassız və uydurma ifadələri sübut kimi qəbul edilə bilməz. Göz sahəsi üzrə ixtisaslaşmış tibb müəsisələrinin şikayətçi barədə, şikayətçinin özünün təqdim etdiyi tibbi sənədlərdə şikayətçinin gözündə yaranmış problemlər gözünə yad cisim düşməsi və istehsalat fəaliyyəti ilə bağlı deyildir. Tərəflərindən maddi vəziyyəti ağır olan və ağır xəstəlik keçirən işçilərə həmişə maddi yardım göstərilir. X23 da gözlərinin müalicəsi və müayinəsi üçün 1060 manat məbləğində maddi yardım göstərilmişdir. Onun üçün çətin tapılan dərmanların alınması da təmin edilmişdir. Dəfələrlə əmək haqqı miqdarlarında yardımlar edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qismən təmin edilməlidir. Hazırda iddiaçı "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru işində çalışan X28 barəsində tərtib edilən 25 avqust 2022-ci il tarixli bədbəxt hadisənin təhqiqatı aktının ləğv olunmasını tələb edir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmadığını qeyd edərək, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlamadan iddia tələbinin əsaslığına hüquqi qiymət verməli deyildi. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı ərizəyə inzibati məhkəmə məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs X28 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1898 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən sınaq müddəti 3 ay olmaqla broyler sahəsinə operator vəzifəsinə təyin olunmuşdur. O həmin müəsissədə operator vəzifəsində çalışarkən xx.xx.2021-ci il tarixdə onun xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Qeyd edilən hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti tərəfindən komissiya yaradılmış və aparılan araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə təhqiqat aktı tərtib edilmişdir. Sözügedən təhqiqat aktında aşağıdakılar qeyd edilmişdir: Təhqiqat komissiyası təqdim edilən sənədləri alınan izahatları, aparılan sorğuları və hadisə yerinə baxışın nəticələrin təhlil edərək aşağıdakıları müəyyən etmişdir: X34 xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində "xxxx" ASC-nin 11-ci zonasının 5 nömrəli quş yetişdirmə sexinə növbəli iş rejimi üzrə işə gəlmişdir. Zonanın briqadiri X15 həmin gün saat 20:00 radələrində 5 nömrəli sexə gəlmiş, görüləcək işlər ilə bağlı Zöhrə Salahovaya müvafiq göstəriş və təlimat vermiş daha sonra nəzarət dairəsində olan digər sexlərə getmişdir. Zöhrə Salahova xüsusi iş paltarlarını geyindikdən sonra həmin sexdə yetişdirlən ev quşlarına qulluq və nəzarət işləri ilə məşğul olmağa başlamış, bu işləri saat 22:00 radələrinədək davam etdirmişdir Təxminən saat 22:00 radələrində Zöhrə Salahova həmin vaxt sexdə aşkar etdiyi ölmuş ev quşunu əyilib yerdən götürmək istədikdə onun ani hərəkətindən digər ev quşları hürkmüş və kənara qaçmışlar. Quşların qaçışması nəticəsində Zöhrə Salahova gözünə kiçik həcmli yad cismin düşdüyünü hiss etdiyi üçün sexdən çölə çıxmış, əllərini və üzünü təmiz su ilə yuduqdan sonra sexə qayıdaraq öz işini davam etdirmişdir Zöhrə Salahova həmin hadisədən sonra növbəti iş günlərində növbəli iş rejimi üzrə öz işini həmin sexdə davam etdirmiş və xx.xx.2021-ci il tarixdə zona briqadiri Səxavət Hüseynova yaxınlaşaraq xx.xx.2021-cı il tarixdə gözünə yad cismin düşdüyünü hiss etdiyini və hal-hazırda həmin gözündə narahatçılıq olduğunu bildirmişdir. X39 Salahovaya Cəmiyyətin tibb məntəqəsinə gedərək müayinə olunmasını tapşırmışdır. Z.Salahova müəssisənin tibb məntəqəsinə getmiş, məntəqə həkimi X24 onun gözünü xüsusi böyüdücü tibb avadanlığı vasitəsilə müayinə etmiş, lakın həkim tərəfındən onun gözündə hər hansı bir yad cisim aşkar edilməmişdir. Buna baxmayaraq müəssisənin həkimi tərəfindən Zöhrə Salahovanın gözü yuyulmuş və müvafiq tibbi yardımlar göstərilmişdir Zöhrə Salahovanın gözündə narahatçılıq aradan qalxdığı üçün növbə rejiminə uyğun olaraq öz işini xx.xx.2021-cı il tarixədək davam etdirmişdir. Zöhrə Salahovanın ərizəsinə əsasən "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmri ilə o, həmin tarixdən əmək məzuniyyətinə buraxılmışdır. Zöhrə Salahova əmək məzuniyyətində olduğu dövdə xx.xx.2021-ci il tarixdə gözündə narahatçılıq olması səbəbindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X37 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X37 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 13 nömrəli məktubunda Zöhrə Salahovanın xx.xx.2021-ci il tarixdə “OD-Keratıt” diaqnozu ilə Mərkəzə müraciət etdiyi xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Mərkəzin “Təxirəsalınmaz Oftalmoloji yardım” şöbəsində “OD-Buynuz qişanın irinli xorası” diaqnozu ilə stasionar müalicədə olduğu xx.xx.2021-ci il tarixdə sağ gözdə “Bioloji örtüyün qoyulması” cərrahi əməliyyatının icra edildiyi qeyd edilmişdir Qeyd: Zöhrə Salahova xx.xx.2021-ci il tarixdən əmək məzuniyyətinə buraxılan tarixədək, yəni xx.xx.2021-ci il tarixədək növbəli iş rejimində əmək funksiyalarının icrası ilə məşğul olmuşdur. "xxxx" ASC-nın tibb məntəqəsinin həkimi M.Səlimov izahatında xx.xx.2021-ci il tarixdə Zöhrə Salahovanın məntəqəyə müraciət edərək 2-3 gün əvvəl yəni xx.xx.2021-ci il tarixdə iş vaxt gözünə nəyinsə düşdüyünü bildirdiyini gözünü müayinə edərkən gözündə qızartı aşkar etmədiyini, gözündən yad cisim çıxarmadığını və gözündən göz yaşının axmadığını, onun gozündə yad cisim ola biləcəyini güman etdiyindən ona tibbi yardım göstərdiyini və göz həkiminə müraciət etməsini tövsiyyə etdiyini göstərmişdir. Cəmiyyətin 11 nömrəli zonasının briqadiri X36 oglu izahatında 5 nömrəli quş yetişdirmə sexinin işçisi Zöhrə Salahovanın gözünə yad cisim düşməsi barədə ona xx.xx.2021-ci il tarixdə məlumat verdiyini, xx.xx.2021-ci il tarixdə saat 10-00 radələrində onun yanına gələrək gözündə narahatçılıq olduğunu bildirdiyi üçün onu cəmiyyətin xidməti avtomobili ilə tibb məntəqəsinə göndərdiyini qeyd etmişdir Zöhrə Salahovaya təyin olunmuş diaqnozların onun gözünə xx.xx.2021-ci il tarixdə hər hansı yad cismin düşməsi ilə əlaqəli olub-olmaması barədə X37 adına Milli Oftalmologiya Mərkəzinə təkrar sorğu məktubu ünvanlanmışdır. Mərkəzdən təqdim edilmiş cavab məktubunda “xəstənin deməsinə görə 20 gün əvvəl işdə yıxılaraq sağ gözünə taxta tozunun düşdüyü, müxtəlif xəstəxanalarda fərqli müalicələr aldığını” qeyd edilmiş xəstəlik tarixindəki qeydlərin xəstənin dedikləri əsasında aparıldığı xx.xx.2021-ci il tarixdə Mərkəzə müraciət etdiyi vaxt gözündə yad cismin aşkar olunmadığı və xaric edilmədiyi göstərilmiş, lakin zərərçəkənə təyin olunmuş diaqnozların xx.xx.2021-ci il tarixdə onun gözünə hər hansı yad cismin düşməsi ilə əlaqəli olubolmamasına aydınlıq gətirilməmişdir "Məhkəmə-Tibbi Ekspertiza və X25 publik hüquqi şəxsin Siyəzən rayon şöbəsindən komissiyaya təqdim edilmiş xx.xx.2022-ci il tarixil, 17 nömrəli məktubda Zöhrə Salahovanın xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə bağlı məhkəmətibbi ekspertiza keçirilməsi ilə əlaqədar şöbəyə sənəd (qərar) daxil olmadığı məhkəmətibbi ekspertizanın aparılmadığı və tibbi rəy tərtib olunmadığı qeyd edilmişdir. “V.Y.Axundov adına X5 İnstitutu” publik hüquqi şəxsin təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 53/2 nömrəli məktubda X37 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Zöhrə Salahovaya təyin olunmuş diaqnozların (OD-Buynuz qişanın irinli xorası və Bioloji örtüyün qoyulması) peşə xəstəliyi hesab edilmədiyi göstərilmişdir Siyəzən rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli, 18c-22 nömrəli məktubuna əlavə edilmiş "Məhkəmə-Tibbi Ekspertiza və X25" publik hüquqi şəxsin Siyəzən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 96 nömrən “Ekspert rəyi”ndə X16 bədəni üzərində sağ gözdə görmənin itməsi ilə fəsadlaşmış göz almasının buynuz qişasının irinli xorası göbələk mənşəli yad infeksiyanın təsirindən yarandığı və ümumilikdə əmək qabiliyyətinin üç də birindən artıq hissəsinin (35%-nin) davamlı itirilməsi əlamətinə görə sağlamlığa AĞİR zərərvurmaya aid edildiyi, göstərilmişdir. Həmçinin rəydə X16 müayinəsinə və ekspertizaya təqdim olunmuş tibbi sənədlərə əsasən sağ gözün buynuz qişasının zədəsinin yəni göbələk mənşəli irinli xorasının yaranma müddətini və şəraitini məhkəmə-tibbi ekspertiza yolu təyin edilməsinin mümkun olmadığı qeyd edilmişdir Eyni zamanda Ekspert rəyində X17 Mərkəzinin poliklinika şöbəsinin X16 adına olan 1169 nömrəli ambulator tibbi kartasına əsasən xx.xx.2021 -ci il tarixə qədər göz xəstəliyi, gözün zədələri ilə əlaqədar poliklinikaya müraciət etmədiyi göstərilmişdir. Aparılan araşdırmanın nəticəsində komissiyanın rəyinə əsasən müəssisənin 11 nömrəli zonasının briqadiri X7 nəzarətsizliyi müəyyən edilmiş, X2 pozulması ilə nəticələnmiş hadisə istehsalatla əlaqəli olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" ASC-də uçota alınmalı olduğu qeyd edilmişdir. İddia ərizəsinin, apellyasiya şikayətinin məzmunundan və tərəflərin izahatlarından müəyyən edilir ki, hazırda iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş sözügedən aktın ləğv edilməsini tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, inzibati akt müəyyən məsələnin həllinə yönələn, konkret şəxs və ya şəxslər dairəsinə ünvanlanan və məcburi hüquq və vəzifələr yaradan sənəddir. Hazırkı iş üzrə mübahisələndirilən təhqiqat aktı isə inzibati aktın xarakterik xüsusiyyətlərini özündə əks etdirməyən, əməyin təhlüksizliyinə nəzarət edən orqan tərəfindən aparılmış araşdırmanın nəticələrini özündə əks etdirən bir sənəddir. Bu səbəbdən də təhqiqat aktının inzibati akt qəbul edilərək inzibati qaydada mübahisələndirilməsi yolverilməzdir. Kollegiyanın qənaətinə görə təhqiqat aktı işəgötürənlə işçi arasında əmək müqaviləsi münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi zamanı baş vermiş bədbəxt hadisə zamanı işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən etdiyinə görə, bununla razılaşmayan tərəflərin həmin aktın dəyişdirilməsinə dair iddialarına mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu halın özüdə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasına əsas ola bilməz. Çünki, həmin qurumun tərtib etdiyi təhqiqat aktı ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmadığından və həll etmədiyindən, həmin sənəd inzibati akt hesab olunmur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.1-i bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X29 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X29 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.2. Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X29 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. 2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. 4.1. Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir. 4.5. İşəgötürən bədbəxt hadisələrin xüsusi təhqiqat materiallarını öyrənməyə, Təhqiqat komissiyası tərəfindən təklif edilmiş bədbəxt hadisəyə gətirib çıxarmış səbəblərin aradan qaldırılması haqqında tədbirlərin yerinə yetirilməsinə və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr (sərəncam) verməyə borcludur. İşəgötürən Təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi barədə müddət başa çatdıqdan sonra X29 Xidmətinə və həmçinin digər dövlət nəzarəti orqanlarının obyektləri üzrə isə onların yerli orqanlarına məlumat verməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, təhqiqat aktının iddiaçı üçün müəyyən öhdəliklər yarada biləcəyi həqiqətdir. Lakin həmin təhqiqat aktı əsasında yarana biləcək hər hansı öhdəlik tərəflər arasında münasibətləri nizama salan əmək qanunvericiliyinin pozulmasından yaranan mülki hüquqi öhdəlik ola bilər. Bu hal özüdə onu göstərir ki, təhqiqat aktı tərəflər arasında yaranan mülki-hüquqi münasibətlərin həll edilməsində (təqsirkarın olub-olmaması və ya kim olması) əhəmiyyət kəsb edir. Məhz elə qeyd olunan səbəblərdən adı çəkilən aktın mübahisələndirilməsinə (dəyişdirilməsinə) dair iddialara baxmaq umumi məhkəmələrinin səlahiyyətlərindəndir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə kollegiyas hesab edir ki, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi təhqiqat aktı inzibati akt hesab edilmədiyindən işə inzibati qaydada baxıla bilməz. Bir sözlə, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddiaçının səlahiyyətli məhkəməyə müraciət etməsi ilə bağlıdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(118)-206/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-274/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-274/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver