Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-275/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X12, X1, X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr 501 nömrəli qərarına əsasən iddiaçıya avtomobilə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(118)-786/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il təvəllüdlüdür.
2. 21 may 2016-cı il tarixli, 469 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarının surətindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfindən İddiaçı xəsarət və xəstəliklərinin səbəb əlaqəsi haqqında “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” qərara alınmışdır.
3. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx001 saylı, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən “hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozları ilə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir.
4. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial Ekspertiza və X5-Sosial Ekspert komissiyasının **********5 saylı, 02 avqust 2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya minik avtomobilinə tibbi göndəriş təyinatının verilməsindən imtina edilmişdir.
5. Məhkəməyə daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 T106/2023 saylı rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozu şəxsin əyani müayinəsi zamanı bir daha təsdiq olundu; İddiaçı adına “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən ona həmin tarixdə İnstitutda “Donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaq-daraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri, əzələ artrofsiyası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” diaqnozu müəyyən edilmişdir. Həmin diaqnozda ayaq əzələlərində atrofiyadan başqa bütün xəstəliklər əyani müayinədə tam təsdiq olundu.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
6. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarının 57-ci maddəsinə əsasən avtomobillə tibbi göstərişin verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqanın 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr 501 nömrəli qərarına əsasən iddiaçıya avtomobilə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1994-cü ilin iyun ayından 1995-ci ilin fevral ayınadək Müdafiə Nazirliyinin tərkibində hərbi hissədə düşmənlə həmsərhəd ərazidə xidmət etmişdir. 1995-ci ilin fevral ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır, halhazırda 2-ci qrup hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədar müddətsiz əlildir, Prezident təqaüdçüsü, ehtiyatda olan əsgərdir. xx.xx.1995-ci ildə N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirən zaman travma almışdır. Hər iki ayaq barmaqları amputatsiya edilib, hal-hazırda xəstəliyi ilə bağlı çox əziyyət çəkir. Daimi müalicə və müayinələrdə olur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə avtomobilə tibbi göstəriş verilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh ayağında olan problemləri nəzərə almadan avtomobilə tibbi göstəriş verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarının 57-ci maddəsinə əsassən hesab edir ki, səhhətində olan aşağıdakı xəstəliklərə əsasən avtomobillə tibbi göstəriş verilməlidir. 3. bir aşağı ətrafın iflici və ya nəzərə çarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez: 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; Hesab edir ki, Dövlət Tibbi Sosial Ekspeliza və Reabilitasiya Agentliyi uzun müddətdir əsassız olaraq müraciətinə imtina edir.
9. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif - travmalar zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T33-T35 - Donvurma => T34- Toxumaların nekrozu ilə gedən donvurma -> T34.8 - Aşıq-baldır oynağı nahiyəsi...; Diaqnozun mətni: Hər iki ayagin lll-İV dərəcəli donmasından sonrakı vəziyyət. Ayağın digər hissələrinin travmatik amputasıyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı. distal ucunun amputasiyası. Digər artrozlar, hər iki aşıq baldir ayaq darağı oynaqlarının artrozu.agrı sindromu.Hərəkətin və yerişin pozulmaları.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.212 hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri. İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74. İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9) müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2016-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Hər iki ayagin lll-İV dərəcəli donmasından sonrakı vəziyyət. Ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası. Digər artrozlar, hər iki aşıq baldir ayaq darağı oynaqlarının artrozu. Ağrı sindromu. Hərəkətin və yerişin pozulmaları, TSEK-in əlavə diaqnozu: Hər iki ayagin lll-İV dərəcəli donmasindan sonrakı vəziyyət. Ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası. Digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu. ağrı sindromu. Hərəkətin və yerişin pozulmaları.", 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Göründüyü kimi, iddiaçı X13 dair ‘Hər iki ayagin lll-İV dərəcəli donmasından sonrakı vəziyyət. Ayağın digər hissələrinin travmatik amputasiyası. sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası. Digər artrozlar, hər iki aşıq baldır ayaq diz oynaqlarının artrozu, ağrı sindromu. Hərəkətin və yerişin pozulmaları." diaqnozu göndəriş xx.xx.2016-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq sağ ayaq pəncəsində metatarsal amputasiya. sol ayaq pəncəsində ayaqdarağı sümüklərin distal metafizi səviyyəsində amputasiyası təsbitlənmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasına uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(118)-786/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr 501nömrəli qərarına əsasən avtomobilə tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim L.Mirzəyeva).
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə iddiaçının müraciətinə imtina cavabı verilməsinin səbəbi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin təyinatına əsas olmamasıdır. Belə ki, müvafiq qərarın 57-ci qrafasının 6-cı və 8-ci bəndlərində qeyd edilir ki, minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü. İddiaçı əyani müayinə edilmiş, onda yalnız sol pəncənin şopar oynağından amputasiyası vəziyyəti aşkar edilmişdir. Qərara əsasən isə hər iki pəncənin şopar və yaxud daha yüksək səviyyədə güdülü vəziyyəti aşkar edilməlidir. Birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza zamanı ekspert qarşısında fərqli suallar qoyulmuşdur. Ekspert yalnız əlillik faktını təsdiqləmişdir. İddiaçının əlilliyi mübahisələndirilmir. Nazirlər Kabinetinin 501 nömrəli Qərarının 57-ci qrafasının 6-cı bəndində qeyd edilən hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəliklərinin iddiaçıda olma ehtimalı vardır. İddiaçı tərəf təqdim etdiyi arayışa istinad edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”nda 57-ci qrafanın 6-cı bəndinə əsasən avtomobilə tibbi göstərişin verilməsinə əsas olduğunu bildirir. Birinci instansiya məhkəməsi isə 57-ci qrafanın 8-ci bəndinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, 2016-cı ildə müəyyən edilmiş diaqnoza əsasən imtina edildiyi bildirilmişdir. 2016-cı ildə əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi üçün müraciət edilən zaman diaqnoz olduğu kimi köçürülmüşdür. Daha sonra bildirildi ki, M. A. Topçubaşov adına X18 təsdiq edərsə, müraciət təmin edilə bilər. Mərkəzə müraciət edib yoxlamalardan keçmişlər. Birinci instansiya məhkəməsində məhkəmə-tibbi ekspertizası da keçirilmiş, müvafiq xəstəliklərin iddiaçıda olduğu təsdiq edilmişdir. İddiaçıda şişmə vardır, gəzə bilmir. İddiaçını müayinələrə aparmaq mümkün deyil. İddiaçıda llİ dərəcə arterial çatışmazlıq vardır və vəziyyəti ağırlaşmağa davam edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, qeyd olunan diaqnozlar minik avtomobilinə göndərişin verilməsinə əsas vermir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”da qeyd olunan diaqnozlar iddiaçıda yoxdur. Əlillik təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarında qeyd olunan diaqnozlar əsasında aparılmışdır. Forma-88-də xroniki qan dövranı çatışmazlığı xəstəliyi yoxdur. İddiaçıda hər iki ətrafın fillik xəstəliyi yoxdur. Şopar nahiyəsi pəncənin birbaşa amputasiyasıdır, daha yuxarı hissə bud-baldırdır. İddiaçıda şopar səviyyəsində deyildir. İddiaçıda doppler nəticəsində hər iki aşağı ətrafda İİ- İİİ dərəcə venoz çatışmazlığı xəstəliyi aşkar olunarsa, avtomobilə tibbi göstəriş verilə bilər. Nazirlər Kabinetinin 501 nömrəli Qərarının 57-ci qrafasının 6-cı bəndində qeyd edilən hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəliklərinin iddiaçıda olma ehtimalı vardır. Müvafiq xəstəliklərin doppler nəticəsində iddiaçıda olması təsdiq edilərsə, avtomobilə tibbi göstəriş verilə bilər. Nazirlər Kabinetinin 501 nömrəli Qərarında artrozlar qeyd edilməmişdir. Səhiyyə Nazirliyinin tabeliyində olan institutlardan müvafiq qərarda olan xəstəliklərin iddiaçıda olmasına dair sənəd təqdim edilərsə, qəbul edilə bilər. Müvafiq xəstəliklər Forma-88-də olmalıdır. İddiaçı sənəd gətirdiyi zaman Forma-88 veriləcək, daha sonra avtomobilə tibbi göstəriş verilə bilər. Qeyd edilən xəstəliklərin iddiaçıda olmasına dair müvafiq sənəd təqdim edilsə, avtomobilə tibbi göstəriş verilə bilər. Əsas müvafiq qərardakı diaqnozların təsdiq edilməsidir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş arayışda iddiaçıda arterial çatışmazlıqlar olduğu yazılmışdır. lll dərəcə arterial çatışmazlıqlar ll dərəcədən daha ağırdır. Təqdim edilmiş epikrizdə lll dərəcə yazılmışdır, lakin onun arterial çatışmazlıq olduğu yazılmamışdır. Trombangit mənşəli 70-85% stenookkliziyalar ll dərəcə venoz çatışmazlığıdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X7 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X8 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə Bənd 57. Minik avtomobilləri aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:
1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, İİ dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oynağının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı hal-hazırda ona əlillik təyin edilərkən ona təyin edilmiş “hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” və “Donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaqdaraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” xəstəliklərindən hələ də əziyyət çəkir. İddiaçının hal-hazırda əziyyət çəkdiyi xəstəliklərdən biri olan “donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaq-daraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri” xəstəlikləri” “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri” barədə əlavənin 57-ci maddəsinin 8-ci bəndində birbaşa olaraq avtomobillə təmin edilməyə əsas olan xəstəliklər sırasında göstərilmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
23. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıya Mərkəzi Hərbi Həkim Komissiyasının 21 may 2016-cı il tarixli, 469 nömrəli Qərarı ilə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı barədə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANDİ ALİNMİŞDİR” qərara alınmış və bunun əsasında cavabdeh orqan tərəfindən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən “hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozları ilə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir.
24. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert komissiyasının **********5 saylı, 02 avqust 2022-ci il tarixli qərarından görünür ki, həmin qərar 35 nəfər vətəndaşın minik avtomobilinə tibbi göndərişin müəyyən edilməsi ilə bağlı olmuşdur. Qərarla müəyyən edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1999-cu il təvəllüdlü X9 minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması zamanı onda “sol ayaqda baş barmağın amputasiyası, sol baldırın kobud yumşaq toxuma deffekti ilə çapığı, sol baldırın yuxarı 1/3-də osteomielit fistulun xarici dəliyi (ifrazat var) diaqnozları qoyulmuş, nəticədə əlillik təyinatına əsas verən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göndərişin təyinatına əsas vermişdir.
25. Qərardan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X10 qoyulmuş əsas diaqnozlardan biri olan “sol ayaqda baş barmağın amputasiyası” cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinə tibbi göndərişin təyinatına əsas verən diaqnozlardan biri kimi qəbul edilmişdir. Lakin cavabdeh orqan hazırki mübahisədə İddiaçı hal-hazırda möcvud olan “ayaqların digər hissələrinin amputasiyası” diaqnozunun “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinə tibbi göndərişin təyinatına əsas verən diaqnozlardan biri kimi qəbul etməmişdir. Belə olan halda isə, bir vətəndaşa avtomobillə təmin edilməyə əsas diaqozlardan biri kimi qəbul edilmiş diaqnozun, digər vətəndaşa münasibətdə avtomobillə təmin edilməyə əsas olmayan diaqnoz kimi qiymətləndirilməsi vətəndaşın hüquqlarının və Konstitusiyada nəzərdə tutulmuş bərabərlik prinsipinin pozulmasıdır.
26. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına M. A. Topçubaşov adına X14 iddiaçının xx.xx.2024-cü il tarixli doppleroqrafiya müayinə nəticələrini təqdim etmişdir. Həmin tibbi sənədlə müəyyən olunur ki, iddiaçıda hər iki aşağı ətrafın trombangit mənşəli 70-85% stenookllüziyaları olmuş, xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışla müəyyən olunur ki, əsas xəstəlik kimi obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın baldır arteriyaların stenookllüziyaları, əsas xəstəliyin ağırlaşması olan aşağı ətrafların üçüncü dərəcəli xroniki işemiyası, hər iki pəncənin amputasiya güdülü diaqnozu qoyulmuşdur.
27. Beləliklə, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara (6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri,...) uyğundur.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(118)-786/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.