Məhkəmə qərarları › İş №2-1(105)-276/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-276/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-276/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat Kontoruna qarşı “cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın); Cavabdeh2 adına verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktının; Cavabdeh2 ilə Cavabdeh3 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxx 2015-ci il tarixli, 4Ə-220 reyestr nömrəli alqısatqı müqaviləsinin; Cavabdeh3 adına verilmiş xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarışın; Cavabdeh3 ilə Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 4Ə-856 reyestr nömrəli alqı-satqı müqaviləsinin; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinin; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışın surətinin cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən tələb edilməsi”nə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-645/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın); Cavabdeh2 adına verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktının; Cavabdeh2 ilə Cavabdeh3 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxx 2015-ci il tarixli, 4Ə-220 reyestr nömrəli alqı-satqı müqaviləsinin; Cavabdeh3 adına verilmiş xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarışın; Cavabdeh3 ilə Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 4Ə-856 reyestr nömrəli alqı-satqı müqaviləsinin; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinin; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışın surətinin cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən tələb edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 10/2 saylı qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinə Qusar rayonunun Nəcəfkənd kəndi ərazisindən 10,02 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:00xx xxx 30108038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin torpaq mülkiyyətçilərindən X4 xx xxxx 2013cü il tarixdə vəfat etmişdir. xx xxxxxx 2006-cı il tarixdə onlar, JN:00xx xxx 30108038 saylı Dövlət Aktındakı 10,02 ha torpağın 1,0 ha hissəsini notarial qaydada X3 və JN:00xx xxx 30108038 saylı Dövlət Aktının əslini də həmin vaxt X7 vermişdirlər. Lakin həmin alqısatqı müqaviləsindən sonra iddiaçıya və ailə üzvlərinə mülkiyyətlərində qalmalı olan 9,02 ha torpaq sahəsinə yeni Dövlət Aktı qaytarılmamışdır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, adlarına olan JN:00xx xxx 30108038 saylı Dövlət Aktındakı 10,02 ha torpaq sahəsinin böyük bir hissəsi xəbərləri olmadan özgəninkiləşdirilərək başqa şəxslərin mülkiyyətlərinə keçirilmişdir. Bu məsələni araşdırmaq üçün cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi onlara məlumat vermişdir ki, adlarına olan JN:00xx xxx 30108038 saylı Dövlət Aktından 4,0 ha torpaq sahəsi Qusar Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-291a/2006 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilərək başqa şəxsin adına keçirilmişdir. Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi onlara məlumat vermişdir ki, iddiaçı və ailə üzvlərinin adlarına olan JN:00xx xxx 30108038 saylı Dövlət Aktından 4,0 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş Qusar Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-291a/2006 saylı qətnaməsi İdarəyə təhvil verilməmişdir. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətlərindən çıxmasının əsası olmuş Qusar Rayon Məhkəməsinin xx xxxxx 2006cı il tarixli, 2-291a/2006 saylı qətnaməsinin surətini əldə etmək üçün Qusar Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lakin Qusar Rayon Məhkəməsi xx xxxxxx 2020ci il tarixli, G(029)-648/2020 saylı məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-ci il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-291a/2006 saylı mülki iş mövcud deyildir və buna görə də 2-291a/2006 saylı mülki iş üzrə hər hansı bir sənədin təqdim edilməsi qeyri-mümkündür. Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi məlumatında Qusar Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-291a/2006 saylı qətnaməsinə əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətindən çıxarılmış 4,0 ha torpaq sahəsinin kimin adına özgəninkiləşdirildiyi, habelə təzə mülkiyyət sənədinin rekvizitləri göstərilməmişdir. Lakin onlar öyrənmişlər ki, həmin 4,0 ha torpaq sahəsi qanunsuz olaraq Cavabdeh1 adına keçirilmişdir və həmin 4,0 ha torpaq sahəsinə onun adına Dövlət Aktı və ya daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh1 adına olan həmin mülkiyyət sənədinin rekvizitləri iddiçıya məlum deyildir. Ona görə də Cavabdeh1 adına olan həmin mülkiyyət sənədi məhkəmə tərəfindən cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən tələb edilməlidir. Cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya məlumatından həm də məlum olmuşdur ki, iddiaçının ailə üzvlərinin adlarında qalmış 6,02 ha torpaq sahəsinə adlarına JN:02xx xxx 30108038 saylı Dövlət Aktı verilmişdir. Bundan sonra iddiaçının və ailə üzvlərinin adlarına verilmiş JN:02xx xxx 30108038 saylı Dövlət Aktında qalmış torpaq sahəsinin 23092,17 kv.metr hissəsinə guya notarial alqı-satqı müqavilələrinə əsasən X5 adına JN:02xx xxx 30108038 saylı və Cavabdeh2 adına JN:03xx xxx 30108038 saylı Dövlət Aktları verilmişdir. Lakin iddiaçı və ailə üzvləri JN:00xx xxx 30108038 saylı Dövlət Aktındakı 10,02 ha torpağın 1,0 ha hissəsini X1, lakin Cavabdeh2 hər hansı torpaq sahəsini satmamışlar. Bununla əlaqədar onlar Ədliyyə Nazirliyinin Notariat Arxivinə müraciət etmişlər. Notariat arxivindən onlara məlumat verilmişdir ki, Cavabdeh2 adına JN:03xx xxx 30108038 saylı Dövlət Aktının verilməsi üçün əsas olmuş Qusar rayon Notariat Kontorunun xx xxx 2006-cı il tarixli, 4Ə-565 və 4Ə-466 reyestr nömrələri ilə təsdiq edilmiş alqı-satqı müqavilələrinin Cavabdeh2 heç bir aidiyyəti yoxdur və həmin müqavilələr başqa şəxslər arasında bağlanmışdır. Göründüyü kimi, Cavabdeh2 adına verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktı hər hansı əqdə və ya məhkəmə qərarına əsaslanmır və saxtalaşdırılmış bir sənəddir. Deməli, Cavabdeh2 iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olan 13092,17 kv.metr torpaq sahəsinə öz adına saxta yollarla JN:03xx xxx 30108038 saylı Dövlət Aktı çıxartmışdır. Ona görə də həmin JN:03xx xxx 30108038 saylı Dövlət Aktı saxta bir sənəd kimi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. İddiaçı və ailə üzvlərinin JN:00xx xxx 30108038 saylı Dövlət Aktındakı 10,02 ha torpağın 1,0 ha hissəsini X2 barədə alqı-satqı müqaviləsi üzrə notariat işinin arxiv nüsxəsi Ədliyyə Nazirliyini Notariat Arxivində də mövcuddur və onlar həmin 1,0 ha torpaq sahəsi barəsində heç bir mübahisə etmirlər. Cavabdeh2 JN:03xx xxx 30108038 saylı saxta Dövlət Aktı üzrə onun adında olan həmin torpaq sahəsini Qusar rayon Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx xxxx 2015-ci il tarixli, 4Ə-220 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmış və həmin torpaq sahəsinə Cavabdeh3 adına xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh3 xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarış üzrə onun adında olan həmin torpaq sahəsini Qusar rayon Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx xxxxxxxx 2015-ci il tarixli 4Ə-856 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış və həmin torpaq sahəsinə Cavabdeh1 adına xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarış verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-645/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-645/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: iddia ərizəsində ailə üzvlərinin adında olan JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən mülkiyyətdəki 10,02 ha torpaq sahəsindən 4,0 ha torpaq sahəsinin hər hansı notarial əqdə və ya məhkəmə qətnaməsinə əsaslanmadan mülkiyyətindən çıxarılaraq Cavabdeh1 adına həmin torpaq sahəsinə verilmiş Dövlət Aktının (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının), habelə ailə üzvlərinin adında olan JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən mülkiyyətdəki 10,02 ha torpaq sahəsindən 13092,17 kv.metr torpaq sahəsinin hər hansı notarial əqdə və ya məhkəmə qətnaməsinə əsaslanmadan mülkiyyətindən çıxarılaraq Cavabdeh2 adına həmin torpaq sahəsinə verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktının etibarsız hesab edilməsini xahiş etmişdir. İddianın qalan hissəsi Cavabdeh2 adına əsassız olaraq verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktına əsasən aparılmış notarial əqdlərin və həmin əqdlərdən doğan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsindən ibarətdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarında göstərilmiş “reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır” ifadəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İddianın qalan hissəsi isə Cavabdeh2 adına əsassız olaraq verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktına əsasən aparılmış notarial əqdlərinin və həmin əqdlərdən doğan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsindən ibarət olduğu üçün iddianın həmin hissəsinə də inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı məhkəmədən aşağıdakıları xahiş etmişdir: cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının(daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının); Cavabdeh2 adına verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktının; Cavabdeh2 ilə Cavabdeh3 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxx 2015-ci il tarixli, 4Ə-220 reyestr nömrəli alqı-satqı müqaviləsinin;Cavabdeh3 adına verilmiş xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarışın; Cavabdeh3 ilə Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 4Ə-856 reyestr nömrəli alqı-satqı müqaviləsinin;Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi; JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətinin; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışının surətinin cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən tələb edilməsi. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı fiziki şəxsləri cavabdeh olaraq göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşdən görünür ki, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya yardım etmişdir. İddiaçıya notarial bağlanmış müqavilələrin inzibati məhkəmə icraatında mübahisələndirilməsinə yol verilməməsi, bu kateqoriya işlərdə maraqlarına toxunulan fiziki şəxslərin cavabdeh ola bilməməsi, inzibati orqanların inzibati aktları və qanunsuz hərəkətlərinin inzibati məhkəmə icraatında mübahisələndirilə bilməsi, mülki hüquq münasibətlərindən yaranan torpaq mübahisələrinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməsi, həmin iddialarda torpaqların alqı-satqısı müqavilələri və həmin müqavilələr əsasında verilmiş qeydiyyat sənədlərinin də mübahisələndirilə bilməsi məhkəmə tərəfindən izah olunsa da, iddiaçı isə iddiaya baxılaraq onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qusar rayon Notariat Kontoru tərəfindən alqısatqı müqaviləsinin təsdiq edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarış inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi yox, hüquqi aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Müqavilənin etibarsızlığı tələbi isə inzibati məhkəmə icraatının predmeti ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir: 13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Bundan əlavə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Ali Məhkəmə Plenumunun istinad olunan qərarından göründüyü kimi, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Bundan başqa, kollegiya iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı irəli sürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı fiziki şəxsləri cavabdeh olaraq göstərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-645/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-645/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar