Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-277/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X27 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “mərhum anasına qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməklə 5 uşaq anası kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-2655/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikası, Şamaxı rayonu, Nabur kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhər 6 nömrəli məktəbdə mexaniki işçi, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək N saylı hərbi hissədə qapıçı, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək həmin hərbi hissədə gözətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissədə aşpaz vəzifəsində işləmişdir. İddiaçı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə X27 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin 06 may 2022-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi əmək kitabçasına əsasən iddiaçının ümumi stajı 22 il 8 ay 12 gün təşkil edir. Eyni zamanda 2006-cı il tarixədək 21 il 05 ay 11 gün sığorta stajına uyğun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17409,11 manat, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək 621,59 manat olmaqla, ümumilikdə 18030.70 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğundan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda, mərhum X3 qulluq etdiyi dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. İddiaçıya “Sosial müavinətlər haqqında” Qanunun tələblərinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək akta əsasən 2007-ci ildən xx.xx.2020-ci il tarixədək xəstə anası X3 qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməklə, 01 mart 2022-ci il tarixdən 5 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 5 usaq anasıdır və həmin uşaqları 8 yaşınadək böyüdüb tərbiyə etmişdir. X1 2007-ci ildən vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-ci ilə qədər baxıb qulluq etmişdir. Anası hərəkətsiz yataq xəstəsi olmuşdur. Anasına qulluq etməsini Sumqayıt şəhər H.Zeynalbadin qəsəbəsi icra nümayəndəliyinin 12 aprel 2022-ci il tarixli aktı təsdiq edir. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Lakin cavabdeh 06 may 2022-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Hal-hazırda 62 yan 6 ayı tamam olmuş qadınlar yaşa görə əmək pensiyası hüququnu əldə etmişlər. Onun hazırkı tarixə yaşı 58-dir. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçının yaşa görə pensiyaya çıxmaq hüququ 5 övladı olduğundan və onların hər birini 8 yaşınadək böyütdüyündən xx.xx.2022-ci il tarixdən (62 yaş 6 ay) yaranmışdır. İşin mübahisələndirilən halı iddiaçının qanunvericiliyin tələblərinə əsasən ümumi stajının və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasıdır. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən 22 il 8 ay 12 gün ümumi sosial sığorta stajı, fərdi hesabının sığorta hissəsində 18030.70 manat pensiya kapitalı vardır. Bu halda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hər iki tələbi ödənmir. İddiaçı tələbində 2007-2020-ci illər (13 il) arasında xəstə anasına qulluq etdiyi illərin sığorta stajına daxil edilməsini istəmişdir. Həmçinin iddiaçının mərhum X3 qulluq etdiyi dövrlərin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, ümumi sığorta stajı tələb olunan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-2655/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2007-ci ildən xx.xx.2020-ci il tarixədək xəstə anası X3 qulluq etdiyi dövrün sosial sığorta stajı hesab edilməklə, iddiaçıya 01 mart 2022-ci il tarixdən 5 uşaq anası kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qulluq dövrü ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığı halda iddia tələbini təmin etmişdir. Hətta, xx.xx.2022-ci il tarixli qulluq aktı mötəbər sübut kimi qiymətləndirilsə belə, müvafiq Qanunun tələblərin əsasən qulluqolunanın 70 yaşının tamam olduğu tarixdən əvvəlki dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə mərhumun 70 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən sonrakı dövrlərin sığorta stajına daxil edilməli olduğu halda qanunvericiliyin tələbləri pozularaq 2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrlər sığorta stajına daxil edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Məhkəmə araşdırması zamanı iddiaçının anası T.Nurəhmədovanın 2007-2020-ci illərdə yataq xəstəsi olan ahıl anasına qulluq etməsi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının H.Zeynalabdin qəsəbəsi İƏD üzrə nümayəndəliyi və qonşuları tərəfindən tərtib edilmilş aktla təsdiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, iddiaçıya 57,5 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edə bilmək üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) azı 25 il sığorta stajı toplaması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.1985ci il təvəllüdlü X9, xx.xx.1986-cı il təvəllüdlü X10, xx.xx.1988-ci il təvəllüdlü X11, xx.xx.1990-cı il təvəllüdlü X13 və xx.xx.1997-ci il təvəllüdlü X14 iddiaçının övladlarıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Gənclik küçəsi, ev 7 ünvanında yaşayan iddiaçının ailə üzvləri sırasına onun yuxarıda adları qeyd edilən övladları aiddir. İddiaçının 5 uşağı olması və onları 8 yaşınadək tərbiyə etməsi işin mübahisəsiz halıdır. Bu baxımdan, iddiaçının yaşa görə əmək pensiyası hüququ 57,5 yaşı, yəni xx.xx.2022-ci il tarixdən yaranmışdır. Göründüyü kimi iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilir. İkinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhər 6 nömrəli məktəbdə mexaniki işçi, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək N saylı hərbi hissədə qapıçı, xx.xx.2006-cı il tarixdən xx.xx.2006cı il tarixədək həmin hərbi hissədə gözətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissədə aşpaz vəzifəsində işləmişdir. (22 il 06 ay 25 gün). Həmçinin, cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının fərdi hesabının sığorta hissəsində 18030.70 manat pensiya kapitalı qeydə alındığını, bununla da onun qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından az olduğunu qeyd etmişdir. İddiaçı tələbinin əsası kimi 2007-2020-ci illərdə mərhum X1 baxıb qulluq etdiyini, qulluq faktının Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi icra nümayəndəliyinin 12 aprel 2022-ci il tarixli aktı ilə təsdiq edildiyini, bununla da onun azı 25 il sığorta stajına malik olduğunu iddia edir. Kollegiya iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, işdən görünür ki, Qobustan Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, 80 nömrəli arayışa əsasən X6 08 iyun 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan iddiaçının qonşuları (X5, X12) tərəfindən tərtib edilmiş və H.Zeynalabdin qəsəbə icra nümayəndəsi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, 2007-ci ildən yataq xəstəsi olmuş X7 vəfat etdiyi günə qədər qızı İddiaçı ilə ünvan 2 ünvanında yaşamış və qızı ona baxaraq qulluq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.8ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan ahıllara qulluqetmə müddəti üzrə sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; Qanunvericiliyin tələbindən göründüyü kimi qulluqolunan şəxs vəfat etmişdirsə, ona qulluq edilmə müddətinin qulluqedənin sığorta stajına daxil edilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələb olunur. Hazırkı işdən görünür ki, iddiaçının istinad etdiyi 17 oktyabr və 06 aprel 2022-ci il tarixli qulluq aktları onun anasının vəfat etdiyi 08 iyun 2020-ci il tarixdən sonra tərtib edilmişdir. Göründüyü kimi iddiaçının mərhum anasına qulluq edilməsi faktı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilməmişdir. Kollegiya hesab edir ki, belə olan halda qulluq müddəti iddiaçının sığorta stajına daxil edilə bilməz. Beləliklə, azı 25 il sığorta stajının yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı ikinci şərt iddiaçıya münasibətdə ödənilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən xüsusatlarını nəzərə almadan iddia tələbini təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-2655/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.