Məhkəmə qərarları › İş №2-1(105)-278/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-278/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-278/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı “İddiaçı Şamaxı Rayonu, Meysəri Bələdiyyə Başçısının xx xxxxxxx 2005-ci il tarixli 11 saylı qərarı ilə ev tikmək üçün satılmış Meysəri kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, müvafiq texniki sənədlərin tərtib olunması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı Şamaxı Rayonu, Meysəri Bələdiyyə Başçısının xx xxxxxxx 2005-ci il tarixli 11 saylı qərarı ilə ev tikmək üçün satılmış Meysəri kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, müvafiq texniki sənədlərin tərtib olunması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Şamaxı Rayonu, Meysəri Bələdiyyəsinə ərizə ilə müraciət edərək ev tikmək üçün torpaq sahəsini almaq istədiyini bildirmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyev tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 17-7-1348a rəyə əsasən İddiaçı ev tikmək məqsədilə 0,10 ha torpaq sahəsinin satılması nəzərdə tutulan torpaq sahəsi Meysəri Bələdiyyəsinin mülkiyətindədir, satılan torpaq sahəsi kəndin perspektiv inkişafına kənd təsərrüfatı üçün yararsız olmaqla, alqı-satqı predmetidir və İddiaçı satılması məqsədəmüvafiqdir. Meysəri Bələdiyyə başçısının xx xxxxxxx 2005-ci il tarixli, 11 saylı qərarı ilə ev tikmək üçün Meysəri kəndində yerləşən 0,10 ha torpaq sahəsinin İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmışdır. Həmin gün Meysəri Bələdiyyəsinin başçısı R.Əlqəməyev və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyevin iştirakı ilə 0,10 ha torpaq sahəsinin İddiaçı alqı-satqısəna dair akt tərtib edilmişdir. Həmin torpaq sahəsinin planı və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən X4 kitabında xx.xx.2008-ci il tarixdə 3082 nömrə ilə uçota alınmışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı verilmiş torpaq sahəsinin qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət olunmuşdur. Həmin idarə tərəfindən müraciətinə verilmiş xx xxxx 2019-cu il tarixli **********15 nömrəli cavab məktubunda göstərilmişdir ki, Şamaxı rayonu, Meysəri Bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsi Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin, Azərbaycan Respublikası “Torpaq məcəlləsi”nin 12.3, 12.4, 13.1 və 16.3-cü maddələrinin tələbləri pozulmaqla alqı-satqı olunmuş, buna görə də müraciətin icrası qeyri-mümkün hesab olunmuşdur. Hesab edir ki, DƏDRX-in 14 saylı Şamaxı ərazi idarəsinin bu hərəkəti qanunsuzdur. İlk növbədə qeyd edir ki, 14 saylı Şamaxı ərazi idarəsinin müraciətinə verilmiş xx xxxx 2019-cu il tarixli **********15 nömrəli cavab məktubunda göstərilmiş torpaq sahəsinin qeydiyyata alınması və reyestrdən çıxarış verilməsindən imtina halı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsində qeyd olunan hüquqların dövlət qeydiyyatından imtina hallarında nəzərdə tutulmamışdır. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyev tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı ev tikmək məqsədilə satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi Meysəri Bələdiyyəsinin mülkiyyətindədir, satılan torpaq sahəsi kəndin perspektiv inkişafına, kənd təsərrüfatı üçün yararsız olmaqla, alqı-satqı predmetidir və İddiaçı satılması məqsədə müvafiq hesab edilmiş, bundan sonra İddiaçı tərəfindən Şamaxı rayon Meysəri Bələdiyyəsi Başçısının qərarına əsasən 0,10 ha torpaq sahəsi alınmışdır. Beləliklə, İddiaçı satılan torpaq sahəsinin örüş sahəsi olması və alqı-satqının mümkün olmaması ona məlum olmamış və belə olan halda o, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən vicdanlı əldə edən olmaqla aldığı torpaq sahəsinin mülkiyyətçisi hesab olunmalıdır. Qeyd edir ki, “X4, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən X4 torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. X4nın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.” Məlum olduğu kimi, X4 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələri tərəfindən aparılmış və müvafiq məlumatlar daşınmaz əmlakın Dövlət reyestrini aparan X3 Komitəsinə təqdim edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi x xxxxxx 2015-ci ildə ləğv edildikdən sonra, X4 X3 Komitəsi tərəfindən bilavasitə aparılır. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı tərəfindən alınmış torpaq sahəsi 2008-ci ildə X4 kitabında qeydə alınmış və bu barədə məlumat ƏMDK-nm yanında DƏDRX-nm 14 saylı Şamaxı Ərazi İdarəsinin elektron baza məlumatlarına daxil edilmişdir. İddiaçı satılmış torpaq sahəsinin 11 il bundan əvvəl elektron bazada olmasına baxmayaraq, bu müddət ərzində 14 saylı Şamaxı Ərazi İdarəsi bunu aşkar etməmiş, yalnız xx xxxx 2019-cu il tarixdə torpaq sahəsinə reyestrdən çıxarış verilməsini xahiş etdikdə, torpaq sahəsi “örüş” sahəsinə çevrilmişdir. Bununla yanaşı qeyd edir ki, İddiaçı satılmış torpaq sahəsindən 20 metr məsafədə paralel olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları tərəfindən bir neçə ev tikilmişdir. Onda olan məlumata görə, İddiaçı satılmış torpaq sahəsi adı çəkilən universitetin əməkdaşlarına verilmiş torpaq sahələrindən eyni vaxtda və eyni ərazidən verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı məxsus Şamaxı rayon Meysəri kəndində yerləşən Meysəri Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli 11 saylı qərarı ilə həyətyanı məqsədilə ayrılmış 0.10 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəsmi olaraq Reyestr Xidmətinə təqdim olunmuş elektron baza xəritəsində örüş torpaqları kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3. maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İddiaçı ayrılmış torpaq sahəsi qanunvericiliyin tələblərinə əsasən alqı-satqı predmeti olmadığına görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: mütəxəssis rəyinə əsaslanaraq, məhkəmə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin təyinatı örüş torpaqlarına aid olmaqla kənd təsərrüfatı torpaqlarında olması qənaətinə gəlmiş, buna görə də müvafiq torpaq sahəsi alqı- satqı predmeti ola bilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin (“Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur”) və 12.2-ci maddəsinin (“Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər”) tələbləri pozulmuşdur. Həmçinin məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 №-li Qərarının 2.4-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, adı çəkilən qərara görə qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. 6.2.-ci bəndində göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırıcı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. 6.3-cü bəndinin tələbinə görə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. 14 saylı Şamaxı ərazi idarəsinin müraciətə verilmiş xx xxxx 2019-cu il tarixli **********15 nömrəli cavab məktubunda göstərilmiş torpaq sahəsinin qeydiyyata alınması və reyestrdən çıxarış verilməsindən imtina halı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində qeyd olunan hüquqların dövlət qeydiyyatından imtina hallarında nəzərdə tutulmamışdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh imtinasında ona əsaslanmışdır ki, X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan İddiaçı məxsus Şamaxı rayon Meysəri kəndində yerləşən Meysəri Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli 11 saylı qərarı ilə həyətyanı məqsədilə ayrılmış 0.10 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəsmi olaraq Reyestr Xidmətinə təqdim olunmuş elektron baza xəritəsində örüş torpaqları kimi qeyd olunmuşdur. İddiaçı ayrılmış torpaq sahəsi qanunvericiliyin tələblərinə əsasən alqı-satqı predmeti olmadığına görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, mütəxəssis rəyi ilə müəyyən olmuşdur ki, İddiaçı nümayəndəsinin və bələdiyyə sədrinin naturada göstərdiyi torpaq sahəsi (0.10 ha) elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpağıdır. Həmin rəydə bildirilmişdir ki, A 064252 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən sözü gedən (0.10 ha) torpaq sahəsi elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpağı kateqoriyasına düşür. Göründüyü kimi, ekpertiza nəticəsində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin təyinatı örüş torpaqlarına aid olmaqla kənd təsərrüfatı torpaqlarında olması müəyyən olmuşdur. Ona görə də müvafiq torpaq sahəsi alqı-satqı predmeti ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İstinad olunan normadan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; məntəqələrin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 12/270 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı nümayəndəsinin və bələdiyyə sədrinin naturada göstərdiyi torpaq sahəsi (0.10 ha) elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpağıdır. Həmin rəydə bildirilmişdir ki, A 064252 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən sözü gedən (0.10 ha) torpaq sahəsi elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpağına düşür. Görünüdüyü kimi, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Torpaq Məcəlləsinin 16.3. maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İş materiallarından görünür ki, İddiaçı cavabdeh inzibati orqana ev tikmək məqsədilə ona satılmış həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün müraciət etmişdir. Kollegiya qeyd edir ki, qeyd olunan torpaq sahəsi alqı-satqı predmeti olmadığına görə cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, iddianın təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı iddiasının əsaslılığı ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da iddiaçı Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar