Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-278/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X7 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2- 1(118)-6681/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-124F KOD 30311018 nömrəli şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evləri (faktiki ölçüləri ilə birlikdə) üzərində iddiaçının və valideynləri X3, X4 adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsi ilə bağlı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın (arayışın), plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-124F KOD 30311018 nömrəli Şəhadənməyə əsasən Quba rayonu Vladimirovka kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün atam X2, anası X6 və iddiaçıya 0,07 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində atası sağlığında fərdi yaşayış evi tikmişdir. Daha sonra isə valideynlərinin və arvadının qohumlarının köməyi ilə həmin fərdi yaşayış evi üzərində ikinci - özünə məxsus fərdi yaşayış evi inşa etmişdir. Həmin fərdi yaşayış evlərinin tikintisi zamanı heç bir aidiyyəti üzrə orqan buna etiraz etməmişdir. Əksinə hər iki fərdi yaşayış evində yaşayış movcud olmaqla, qaz və elektrik enerjisi vardır. X1 18 yanvar 2005ci ildə, anası X8 ilə xx.xx.2011-ci ildə vəfat etmişdir. Valideynlərinin vəfatından sonra torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dövlət reyestrdən çıxarış alaraq, torpaq sahəsi və atasından qalmış fərdi yaşayış evi üzərində vərəsələr arasında payların müəyyən edilməsini istəmişdir. Yeni tikdiyi yaşayış evini isə öz adına qeydiyyata aldırmaq istəmişdir. Lakin atasının ölümündən sonra vərəsələr arasında bir sıra mübahisələr vardır. Bu məqsədlə Torpağın Mülkiyyətə verilməsinə dair JN-124F KOD 30311018 nömrəli Şəhadənamədə göstərilən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evlərinə dövlət reyestrindən çıxarışa alınması üçün cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 03 iyun 2024-cü il tarixli məktubla ərizənin icrasından imtina etmişdir. İmtina səbəbi kimi fərdi yaşayış evləri üzərində mübahisə olduğunu, daşınmaz əmlakın müayinəsinin baş tutmadığını, Torpağın Mülkiyyətə verilməsinə dair JN-124F KOD 30311018 nömrəli Şəhadənamənin ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması qeyd edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 03 iyun 2024-cü il tarixli imtina məktubu ilə razılaşmır. Həmin imtina məktubu əsassız olaraq verilmişdir. Belə ki, cavabdeh orqanın mütəxəsisləri fərdi yaşayış evlərini müayinə üçün gəlmiş, atasının digər vərəsələrini sözünə görə müayinə etməkdən imtina edərək çıxıb getmişlər. Halbuki, atasının digər vərəsələri heç bir mübahisə yaratmamış, fərdi yaşayış evlərinin ölçülməsinə maneə törətməməmişlər. Əksinə həmin torpaq sahəsi və fərdi yaşayış evlərinin ölçülməsi və dövlət reyestrindən çıxarışın alınması onların da marağındadır. Bundan başqa Torpağın Mülkiyyətə verilməsinə dair JN-İ24F KOD 30311018 nömrəli Şəhädənaınənin ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması halı da tamamilə əsassızdır. Ona görə ki, torpaq sahəsi onlara Aqrar İslahat zamanı verilmiş, həmin vaxtdan torpaq sahəsi istifadələrindədir. Onun üzərində iki fərdi yaşayış evi vardır. Şəhadətnamənin əsli onlardadır. Şəhadətnamənin qeydiyyatdan keçməməsi "və elektron məlumat bazasında öz əksini tapmaması onların öhdəliyi olmadığını qeyd etmişdir. Cavabdeh təşkilatla aralarında yaranan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-6681/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iddiaçının və onun valideynləri X9 və İddiaçı adına verilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, iddiaçının atası İddiaçı 5 nəfər vərəsəsi, anası X5 2 nəfər vərəsəsi vardır. Həmin şəxslərin mübahisələndirilən əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına razılıqları olub-olmaması barədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda, mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar iddiaçının valideynlərin vəfatından sonra vərəsəlik işi barədə müvafiq sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçının izahatından da müəyyən edilir ki, sözügedən əmlaka dair vərəsəlik işi açılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hal-hazırda iddiaçının iddianın qaldırılması üçün subyektiv hüququ mövcud deyildir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı cavabdeh orqana “Quba rayonu Vladimirovka kəndi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbi ilə müraciət etmişdir. Lakin hazırkı iddia tələbi ““Torpağın mülkiyyətə verilməsinə dair” JN-124F KOD 30311018 nömrəli şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evləri üzərində iddiaçının və valideynlərinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə əlaqədardır. Məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı mübahisə predmeti ilə iddiaçı iş üzrə cavabdeh inzibati orqana torpaq sahəsi ilə bağlı müraciət etməmişdir. Göstərilən dəlillərə əsaslanaraq birinci instansiya məhkəməsi iddianın ümumi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmaması barədə qərardad çıxarmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinə dair inzibati işə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. O, iddia ərizəsinin nəticə hissəsində özünə aid hissədə mülkiyyət hüququnun, valideynlərinə aid hissədə isə onların hüquqlarının tanınmasını xahiş etmişdir. İddiaçı valideynlərinin də adlarının olduğu Torpağın mülkiyyətə verilməsinə dair JN-124F KOD 30311018nömrəli Şəhadətnamədə göstərilən 0,07 ha torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun tanınmasını xahiş etməmişdir. Lakin edə biləcəyini qeyd etmişdir. Belə olan halda digər vərəsələrin hansı razılıqlarından söhbət getdiyi ona aydın deyildir. Həmçinin iddiaçının tələbinə əsasən torpaq sahəsinə onun və valideynlərinin hüquqları qeydə alınandan sonra, onsuz da notariusda vərəsəlik şəhadətnaməsi verilən zamanı iddiaçıya valideynlərinə məxsus əmlak üzərinə təkcə vərəsəlik şəhadətnaməsi verilir, digər vərəsəlik də payı vardır. Nəzərə alsaq ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-124F KOD 30311018 nömrəli Şəhadətnamədə mülkiyyətçilər kimi iddiaçının və valideynlərinin adları vardır. Əgər iddia tələbi məhkəməyə aydın deyildirsə məhkəmə iş üzrə dəqiqləşdirmə apara biləcəyini vurğulamışdır. Bundan başqa məhkəmə digər vərəsələrin razılıqlarının zəruri olduğunu hesab etmiş olsaydı, onları məcburi cəlbetmə qaydasında da cəlb edə bilərdi. Yenə də məhkəmə vərəsəlik işi açılmadığı üçün hazırkı iddianın qaldırmaqla bağlı iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. İddiaçı məhkəmənin bu mövqeyi ilə razılaşmıram. Ona görə ki, hazırkı iddiada göstərilən torpaq sahəsində təkcə valideynlərinin deyil, paylı mülkiyyətlə onun dəa adı vardır. Həmçinin iddiaçı da mülkiyyətçidir. Məhkəmə qeyd edir ki, vərəsəlik şəhadətnaməsi alınmalıdır sonra məhkəməyə müraciət etməlidir. Hazırkı halda iddiada mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi əmlakın mövcudluğunu cavabdeh orqan yəni 5 saylı Xaçmaz Ərazi İdarəsi tanımadığı üçün həmin əmlak üzərinə hüquqlarının qeydə alınmasından sonra vərəsəlik şəhadətnaməsi ala bilər. Hazırkı halda həmin əmlak üzərində hüquq qeydə alınmadan vərəsəlik şəhadətnaməsi almaq üçün iddiaçı nə məhkəməyə, nə də ki notariusa müraciət edə bilər. Əgər əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə verilərsə o zaman artıq hazırkı iddiaya ehtiyac olmayacaq. Daha sonra məhkəmə bildirir ki, iddiaçı cavabdeh orqana fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı müraciət etmiş, məhkəməyə isə torpaq sahəsi və üzərində olan tikililərə mülkiyyət hüquqlarının qeydə alınması isə bağlı müraciət etmişdir. Yəni torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı müraciət etmişdir. İddiaçı məhkəmənin gəldiyini bu nəticə ilə də razılaşmır. Ona görə ki, iddiaçı cavabdeh orqana həm torpaq sahəsi və üzərində olan tikililərə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciət etmişdir. Bunu təsdiq edən təsdiqetmə bildirişində də yəni cavabdeh orqana təqdim etdiyi sənədlərin siyahısında da torpaq sahəsinə dair sənədin adı vardır. Cavadbeh orqan sənədləri qəbul edəndə elektron ərizənin qəbul formasında 2 növ vardır. Yəni birinci tək torpaq sahəsinə çıxarış, 2-ci forma evlə birlikdə çıxarış. Yəni iddiaçı evlə birlikdə çıxarış alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın imtina cavabında torpaq sahəsinin yazılmaması iddiaçının günahı deyildir. Ehtiyac olarsa məhkəmə sorğu verərək cavabdeh orqandan cavab ala bilər ki, iddiaçı evlə bağlı müraciət etmişdir, yoxsa ev və torpaqla bağlı müraciət etmişdir. Məhkəmə isə qeyd edilən halları nəzərə almadan iddianı mümkün saymamaqla iddiaçının hüquqlarını pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi 0,07 ha torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evləri üzərində onun və valideynlərinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı olmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı fərdi yaşayış evləri dedikdə valideynlərindən qalan fərdi yaşayış evini və özü tərəfindən inşa edilən fərdi yaşayış evlərini nəzərdə tutur. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış, əsas kimi iddiaçının valideynlərinin vəfatından sonra mübahisəli torpaq sahəsi ilə bağlı vərəsəlik işinin açılmadığını, vərəsəlikə bağlı müvafiq sənədlərin məhkəməyə təqdim olunmaması və nəticə etibarı ilə iddiaçının hazılrki iddianı qaldırmağa subyektiv hüquqa malik olmaması, bundan başqa iddiaçının cavabdeh inzibati orqana torpaq sahəsi ilə bağlı deyil, yalnız fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciət etməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3-cü bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Həmçinin, həmin qərarda qeyd edilir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən verilən sorğu nəticəsində bəlli olmuşdur ki, iddiaçının cavabdeh inzibati orqana müraciətində bir ədəd fərdi yaşayış evi üzərində mülkiyyət hüquqularının qeydiyyatının aparılması xahiş edilmişdir və müraciətə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti əlavə edilmişdir. Məhkəmə kollegiysaının iclasında iddiaçı bu halı belə izah etdi ki, o, torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyatının aparılmasını xahiş etmiş, lakin electron müraciətində yaknız fərdiyaşayış evi göstərilmişdir. Eyni zamanda qeyd ounmalıdır ki, cavabdeh iddiaçıya verdiyi imtina cavabında evin mübahisəli olduğuna, torpaq sahəsinə dair verilmiş şəhadətnamənin isə DTXK Quba rayon şöbəsi tərəfindən idarəyə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyini və elektron məlumat bazasında olan xəriə üzərində öz əksini tapmamasına istinad etmişdir. Bununla da cavabdeh torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsinə də öz münasibətini bildirmişdir. Bundan başqa məhkəmə iddiaçıya hüquqi yardım göstərmək məqsədi ilə torpaq sahəsi ilə bağlı məhkəmə araşdırması gedişində də ayrıca müraciət etmək hüququnu izah edə və bunun üçün iddiaçıya vaxt verə bilərdi. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müraciətində bir ədəd fərdi yaşayış evi göstərsə də, iddia ərizəsində 0.07 ha torpaq sahəsi və iki ədəd fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Halbuki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “həyətyanı sahənin qaiməsi (sertifikatı)” hissəsində torpaq sahəsinin ölçüsü 670.3 kv m göstərilmişdir. Bununla bağlı da birinci isntansiya məhkəməsi tərəfindən iddiaçıya müvafiq hüquqi yardım göstərilməli, lazım gəldikdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək təkilif olunmalı idi. Məhkəmə iddiaçının valideynlərinin vəfatından sonra vərəsəlik işinin açılmadığına və nəticə etibarı ilə iddiaçının subyektiv hüququa malik olmadığına istinad etmişdir. Burada nəzərə alınmalıdır ki, göstərilən şəhadətnamədə iddiaçı özü də torpaq sahəsinin ayrıdığı subyekt kimi göstərilmişdir və iddia ərizəsində gösətərilən iki fərdi yaşayış evindən biri onun tərəfindən inşa edilmişdir ki, bu halda məhkəmə onun özünə münasibətdə iddia tələbinə baxa bilərdi və bu tələbə baxılması üçün vərəsəlik işinin açılmasına zərurət olmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətinə valideynlərinin vərəsəsi sırasına daxil olması barədə notariat ofisinon məktubunu əlavə etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə yalnış olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən mübahisənin faktiki və hüquqi halları iddiaçı ilə təkrar müzakirə edilməli, iddiaçıya tələbini dəqiqləşdirmək istiqamətində zəruri hüquqi yardım edilməli və bu əsaslarla iddianın mümkünlük məsələsi yenidən yoxlanılmalı, iddia mümkün sayıldığı halda, işə mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(118)-6681/2024 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-278/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-278/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver