Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-279/2025 10.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-64590/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2- 1(118)-4356/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1954-cu il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona xx.xx.2006-cı il tarixdən 52 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-64590/2023 saylı qərarına əsasən iddiaçıya təyin edilmiş 1745 manat 80 qəpik pensiya məbləği azaldılaraq, ona 1507 manat 87 qəpik pensiya təyin edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsini, əvvəlki pensiyasının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya münasibətdə pensiyasının azaldılması, tutulması barədə qərarının ləğv edilməsi, əvvəlki pensiyanın bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-64590/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının verdiyi qərar qanunsuz və əsassızdır, qərar ləğv olunmalı, iddiaçının pensiyası əvvəlki məbləğdə bərpa edilməli, tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı “ona təyin olunmuş əmək pensiyasının əvvəlki məbləğə bərpa edilməsi" tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edirlər ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Bildirirlər ki, iddiaçıya 9 aprel 2006-cı il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildirirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla lakin 100%-dən çox olmamaqla hesablanırdı. Eyni zamanda, sözügedən Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq zərərli və ağır iş stajının tələb olunan 10 ildən artıq hər ili üçün 1% hesablanılırdı. Həmin Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. İddiaçıya dair Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunanlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 31 il, güzəştli iş stajı isə 18 il təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən 20 il ümumi iş stajına görə 70 faiz, 20 ildən artıq olan 11 ilə görə 22 faiz (11x2%), 10 ildən artıq olan 8 il güzəştli iş stajına gorə 8 faiz (8x1%) olmaqla orta aylıq əmək haqqının 100 faizi miqdarında (70%+22%+8%=100%) müəyyən edilmişdir. Belə ki, əmək pensiyasının sığorta hissəsi 336,26 (8070,24:24 ay) manat orta aylıq əmək haqqına uyğun 311.26 manat (336,26x100%=336,26-25 (baza hissə)) müəyyən edilərək, üzərinə xx.xx.2006xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 139,68 manat sığorta kapitalına uyğun 0,97 manat (139.68:144) və 30,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2006-cı il tarixinə 342.23 (311,26+0,97+30,00) manat əmək pensiyası təyin edilərək indeksləşdirilərək xx.xx.2007-ci il tarixinə 378,15 manat məbləğində hesablanmalı olduğu halda (sonrakı yenidən hesablanmalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1507,87 manat), xx.xx.2007-ci il tarixinə pensiya məbləği səhv indeksləşdirilərək 424.00 manat (sonrakı yenidən hesablanmalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023cü il tarixinə 1745,80 manat) artıq əmək pensiyası hesablanaraq iddiaçıya ödənilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 4 dekabr 2023-cü il tarixində məktub göndərilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına gəlməyi xahiş edilib. İddiaçı mülahizələrin dinlənilməsi üçün 14 dekabr 2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş, lakin tərtib edilmiş birgə aktı imzalamayıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 7315,54 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 7315,54 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1507,87 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-4356/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-364590/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilmiş, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). İddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 20 ildən artıq ümumi iş stajı vardır. Beləliklə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 64590/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq birinci instansiya məhkəməsinin əsasız olaraq iddianı təmin etməsini qeyd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçının pensiyasında bircə dəfə, 168.88 manat tutulma olmuşdur. İddiaçının müraciəti olmadan pensiyadan tutulma aparıla bilməz. Hal-hazırda iddiaçının pensiyasından tutulma aparılmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Əlavə olaraq bildirdi ki, pensiyadan bircə dəfə, 168.88 manat tutulma olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsihttps://eqanun.az/framework/11566 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. M a d d ə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən 52 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-64590/2023 saylı qərarına əsasən iddiaçıya təyin edilmiş 1745 manat 80 qəpik pensiya məbləği azaldılaraq, ona 1507 manat 87 qəpik pensiya təyin edilməsi qərara alınmışdır. Həmçinin cavabdeh sonuncu qərarı qəbul edərkən 2007-ci il tarixdən indeksiyanın səhv hesablanması göstərilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-64590/2023 saylı qərarının ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsini, onun əmək pensiyasından tutulmuş məbləğinin geri ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətləri icrası zamanı, eləcə də pensiyanın yenidən hesablanmasına dair inzibati akt qəbul edilərkən inzibati icraat qaydalarına əməl edilməməsi əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh imtina məktubu, etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının əmək pensiyasının dayandırılması və ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanuniliyini iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının indeksləşdirilməsinin düzgün hesablanmadığının aşkar edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 31 il, güzəştli iş stajı isə 18 il təşkil etməsi işin mübahisəsiz halıdır. Həmçinin qeyd edilən hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Hazırki mübahisə cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının qanuna uyğun olmaması ilə bağlı deyil, ona təyin edilmiş pensiya məbləğinin sonrakı illər üzrə indeksləşdirməsi aparılan zaman məbləğin düzgün hesablanmaması nəticəsində artıq ödənişlərin edilməsi ilə əlaqədardır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla lakin 100%- dən çox olmamaqla hesablanırdı. Eyni zamanda, sözügedən Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq zərərli və ağır iş stajının tələb olunan 10 ildən artıq hər ili üçün 1% hesablanılırdı. Həmin Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 31 il, güzəştli iş stajı isə 18 il təşkil edir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən 20 il ümumi iş stajına görə 70 faiz, 20 ildən artıq olan 11 ilə görə 22 faiz (11x2%), 10 ildən artıq olan 8 il güzəştli iş stajına gorə 8 faiz (8x1%) olmaqla orta aylıq əmək haqqının 100 faizi miqdarında (70%+22%+8%=100%) müəyyən edilmişdir. Belə ki, əmək pensiyasının sığorta hissəsi 336,26 (8070,24:24 ay) manat orta aylıq əmək haqqına uyğun 311,26 manat (336,26x100%=336,26-25 (baza hissə)) müəyyən edilərək, üzərinə xx.xx.2006xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 139,68 manat sığorta kapitalına uyğun 0,97 manat (139,68:144) və 30,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2006-cı il tarixinə 342,23 (311,26+0,97+30,00) manat əmək pensiyası təyin edilərək indeksləşdirilərək xx.xx.2007-ci il tarixinə 378,15 manat məbləğində hesablanmalı olduğu halda (sonrakı yenidən hesablanmalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1507,87 manat), xx.xx.2007-ci il tarixinə pensiya məbləği səhv indeksləşdirilərək 424,00 manat (sonrakı yenidən hesablanmalar nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1745,80 manat) artıq əmək pensiyası hesablanaraq iddiaçıya ödənilib. Həmin artıq ödənilmiş fərq məbləği 45,85 manat vəsait (424-378,15=45,85) illər üzrə: 2007-ci ildən 2008-ci ilə 16,7%, 2008-ci ildən 2009-cu ilə 20,8%, 2009-cu ildən 2010-cu ilə 1,5% indeksləşdirilərək 2010-cu ildə 65,61 manat təşkil etmişdir. Eyni zamanda, əmək pensiyası təyin edildikdən sonra xx.xx.2010-cu il tarixinə fərdi hesabında qeydə alınmış 3627,26 manat pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (91 ay (144-53)) bölünməklə əmək pensiyasının sığorta hissəsi 39,86 manat artırılmalı olduğu halda, səhvən 76,08 manat artırılıb. Həmin artıq ödənilmiş fərq məbləği 36,22 manat (76,08- 39,86=36,22) ilə 2007-ci il üzrə artıq ödənilmiş və 2010cu il tarixinə indeksləşdirilmiş 65,61 manat fərq məbləğinin üzərinə əlavə edilmiş, nəticədə əmək pensiyası üzrə artıq ödənilmiş fərq məbləği 101,83 manat (65,61+36,22) təşkil etmişdir. İddiaçının əmək pensiyasının yenidən hesablandığı xx.xx.2023-cü il tarixinə artıq ödənilmiş 101,83 manat fərq məbləği illər üzrə: 2010-cu ildən 2011-ci ilə 5,7%, 2011-ci ildən 2012-ci ilə 7,9%, 2012-ci ildən 2013-cü ilə 1,1% 2013-cü ildən 2014-cü ilə 2,4%, 2014-cü ildən 2015-ci ilə 1,4%, 2015-ci ildən 2016-cı ilə 4%, 2016-cı ildən 2017-ci ilə 12,4%, 2017-ci ildən 2018-ci ilə 5,7%, 2018-ci ildən 2019-cu ilə 3%, 2019-cu ildən 2020-ci ilə 16,6%, 2020-ci ildən 2021-ci ilə 11,4%, 2021-ci ildən 2022-ci il 3,4%, 2022-ci ildən 2023-cü ilə 14,7% indeksləşdirilərək 239 manat (əmək pensiyası üzrə) təşkil etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında mütəxəssis qismində dindirilmiş X2 mütəxəssis rəyində qeyd edilənlərə uyğun izahat verərək onu da qeyd etdi ki, iddiaçının əmək pensiyasının yenidən hesablandığı xx.xx.2023-cü il tarixə qədər artıq ödənilmiş 101.83 manat fərq məbləği 2022-ci ildən 2023-cü ilə indeksləşdirilərək 239 manat təşkil etmişdir. Son 3 il üzrə artıq ödənilən məbləğ 7315 manatdır. Məhkəmə kollegiyası mütəxəssis rəyini və təqdim olunmuş sənədlərə əsasən ümumi olaraq bildirir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən əmək pensiyası təyin olunmuş və həmin pensiya Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanmışdır. Pensiya hesablanarkən iddiaçının ümumi iş stajı və güzəştli iş stajı qanuna uyğun şəkildə nəzərə alınmış, orta aylıq əmək haqqına əsasən əmək pensiyası müəyyən edilmişdir. Lakin daha sonralar aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, pensiyanın məbləği müəyyən dövrlərdə səhv indeksləşdirmə səbəbilə faktiki olaraq daha yüksək hesablanaraq iddiaçıya ödənilmişdir. Mütəxəssis rəyi ilə də müəyyən olunur ki, bu fərq illər üzrə indeksləşdirilərək 239 manat, son üç ildə isə 7315 manat artıq ödəniş kimi qeydə alınmışdır. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdeh orqan pensiya məbləğini yenidən hesablamaq səlahiyyətinə malikdir. İddiaçının əmək pensiyası da qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanmış və hazırda ona təyin edilmiş pensiya məbləği 1507,87 manat təşkil edir. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının əvvəlki pensiya məbləğinin yenidən hesablanaraq azaldılması qanunvericiliyin tələblərinə uyğun olmuş, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-64590/2023 saylı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi hissəsində təmin edilməsinə dair səhv nəticəyə gəlmişdir. İş materilları ilə həmçinin o da müəyyən olunmuşdur ki, hal-hazırda iddiaçıya ödənilən pensiya məbləğindən hesablanmış borc üzrə tutlmalar həyata keçirilməsə də, iddiaçının pensiyasından yalnız bir dəfə 168.88 (yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat tutulma olmuşdur. İşin bu halı iş materialları, eləcə də tərəflərin məhkəmə iclasındakı etirafedici izahatları ilə müəyyən olunmuşdur. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın məbləği müəyyən dövrlərdə səhv indeksləşdirmə səbəbilə faktiki olaraq daha yüksək hesablanaraq iddiaçıya ödənilməsi müəyyən edilsə də, artıq ödənilmiş əmək pensiyasından tutulmanın aparılması ilə bağlı iddiaçının razılığı alınaraq qərar qəbul edilməsi və ya məhkəmə qaydasında həmin tutulmanın aparılması müəyyən edilmir. Göründüyü kimi cavabdeh orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinin tələbləri pozulmaqla iddiaçının pensiyasından tutulma olmuşdur. Ona görə də həmin tutlan məbləğ iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallarına tam qiymət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı pensiyasından tutulmuş 168.88 (yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat məbəğində pul vəsaitinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalı, iddia qalan hissədə (İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-364590/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilməsi, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi hissəsində) təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-4356/2024 nömrəli qərarı qismən ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı pensiyasından tutulmuş 168.88 (yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat məbəğində pul vəsaitinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə (İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3- 364590/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi hissəsində) təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.