Məhkəmə qərarları › İş №2-1(105)-280/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-280/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-280/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X18 və X7 ibarət tərkibdə, X33 oğlunun katibliyi, cavabdehin nümayəndəsi X22 və üçüncü şəxsin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19rşı Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.m torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-434/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.m torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi və özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.m torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin 999,0 kv.metr torpaq sahəsində yerləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binası şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin tikiliyə iddiaçının mülkiyyət hüququ xx xxxx 2005-ci il tarixli 86 A saylı qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır. Tikili sabiq “Nəsimi” adına sovxozun mülkiyyətində olmuşdur, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində həmin tikili X14 verilmişdir. Həmid Məmmədov xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin tikilini 25.000.000 manata iddiaçıya satmışdır. Həmin vaxtdan tikili iddiaçının mülkiyyətindədir. Tikilinin yerləşdiyi 999,0 kv.m torpaq sahəsindən iddiaçı istifadə edir, torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödənilir. Torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusu dəyişdirilməmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəyir. Bu barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günədək hər hansı rəsmi cavab verilməmişdir. Cavabdehin ərizəni cavablandırmamasını qanunsuz və əsassız hesab edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-434/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim Z.Pirverdiyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin onun adına özəlləşdirilməsi ilə bağlı cavabdehə poçt vasitəsilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli ərizələr ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli **********30 saylı və xx.xx.2018-ci il tarixli **********16 saylı məktublarla cavab olaraq bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 9cu maddəsində islahat zamanı əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilən torpaqların siyahısı müəyyən edilmişdir. Bunlar vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəciliyindəki bağların altında olan torpaqlardır. Qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmamışdır. Mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Sumqayıt Apelyasiya Məhkəməsi inzibati-iqtisadi kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2-1(105)-451/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-451/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2- 1(102)-740/2020 saylı qərarı ilə təmin olunaraq Sumqayıt Apelyasiya Məhkəməsi inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-451/2019 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X22 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X16 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Yeni apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X12 apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmamasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işin hallarından görünür ki, Xaçmaz rayon Nəsimi adına sovxozun aqrar islahatı komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 saylı protokol qərarı ilə “Univermaq-sklad” binasının həyətyanı ərazisi ilə birlikdə X3 qərara alınmış, xx xxxxxx 1998-ci il tarixli akt və xx xxxxxx 1998-ci il tarixli 08 saylı Əmlakdan pay haqqının verilməsi barədə Aktlar əsasında Xaçmaz rayon Nəsimi adına sovxozun aqrar islahatı komissiyası tərəfindən univermağın anbar binası X13 mülkiyyətinə verilmişdir. “Univermaq-sklad” binası üzərində X13 mülkiyyət hüququ qeydə alınaraq ona qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra iddiaçı xx xxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsində 999,0 kv.m torpaq sahəsində yerləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar X2 almışdır. Həmin bina xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq xx xxxx 2005-ci il tarixli 86A saylı Qeydiyyat vəsiqəsi verilmişdir. İşdən görünür ki, hazırda iddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X27, yəni hazırki iş üzrə cavabdehə müraciət edərək xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin vaxtdan tikilinin (univermağın anbar binası) onun mülkiyyətində olduğunu, tikilinin yerləşdiyi 999,0 kv.m torpaq sahəsindən iddiaçının istifadə etdiyini, torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödədiyini, torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusunun dəyişdirilmədiyini əsas gətirib, həmin torpaq sahəsini özəlləşdirmək istədiyini bildirərək sabiq “Nəsimi” adına sovxozun univermağının anbar binasının altında olan 999,0 kv.m torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh bildirmişdir ki, (...) mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi “Univermaq-sklad” binası ilə birlikdə X4, sonuncu da tikilini alqı-satqı qaydasında iddiaçıya satmaqla həmin torpaq sahəsində yerləşən “Univermaq-sklad” binası üzərində mülkiyyət hüququ iddiaçıya keçmişdir ki, bu halda həmin torpaq sahəsinə mülkiyyət hüququ da iddiaçıya keçmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən “Univermaq-sklad” binası ilə yanaşı iddiaçıya keçdiyindən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 8127/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı X6 cavabdeh X17 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi barədə ilk və X15 İddiaçı X5rşı “texniki pasportda tikililərin 999 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-2603/2018 nömrəli qətnaməsindən İddiaçı X6 kassasiya şikayəti təmin edilməmiş və apelyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarından müəyyən olunur ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2004-cü il tarixli Qətnaməsi ilə Xaçmaz rayonu, Xudat Bələdiyyəsi tərəfindən iddiaçıya satılması qərarlaşdırılmış Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 200 kv.m torpaq sahəsinin iddiaçının (X20) mülkiyyətinə verilməsi ilə əlaqədar sənədlərin hazırlanaraq, Xudat Bələdiyyəsinə təqdim edilməsi bir vəzifə kimi, cavabdeh təşkilat olan Azərbaycan Respublikası Dövlət XK-nin Xaçmaz Rayon Şöbəsinə tapşırılmışdır. Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, həmin torpaq sahəsi Xudat Bələdiyyəsinin mülkiyyətində olmuş və alğısatqı müqaviləsi ilə iddiaçı X1. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsinə əsasən maraqlı şəxs X13 apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyası tərəfindən X14 yalnız univermaq-anbar satılmışdır. Həmin tikilinin yerləşdiyi həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və yalnız bələdiyyə tərəfindən özgəninkiləşdirilə bilər. Həmin qərardan həmçinin müəyyən olunur ki, xx xxxxxx 2017-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən Xaçmaz Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş Texniki Pasportda qeyd edilmiş 999 kv.m torpaq sahəsi və X17 verilmiş Çıxarışda qeyd edilmiş 0,02 ha torpaq sahələri üst-üstə düşür. İddiaçı KİB-ə məxsus 999 kv.m torpaq sahəsinin 387,3 kv.m hissəsindən X23 istifadə edir. İddiaçı X10 mülkiyyətində olan Univermaq Sklad X2 almışdır. Həmin X21 yerləşdiyi 999 kv.m torpaq sahəsinin həmin bina ilə birlikdə satılıb-satılmaması, Həmid Xələfovun həmin torpaq sahəsinə hər hansı hüququnun olub-olmaması və həmin torpaq sahəsinin 0,02 ha hissəsinin fərdi ticarət obyektinin tikintisi məqsədilə Xudat Bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli qərarı ilə X17 ayrılması həmin şəxslərin iştirakı ilə baxılmış mülki iş üzrə məhkəmə baxışının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X13 X21 yerləşdiyi 999 kv.m torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilməmişdir. Belə olan halda, həmin şəxsdən X21 2004-cü ildə alqı-satqı yolu ilə əldə edən iddiaçının eyni əsaslarla həmin binanın yerləşdiyi torpaq sahəsinə hüquqlarının olmasına istinad edərək həmin sahədən cavabdehin çıxarılmasını tələb etmək hüququ yoxdur. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçı univermaq-anbar binasını alsa da, onun altındakı torpağı almamışdır, həmin torpaq bələdiyyə mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ümumiyyətlə 999 kv.m torpaq sahəsinə hüququ məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Daha sonra həmin qərarda deyilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Lakin qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış ki, bu da məhkəmə qərarının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X26 apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-434/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19rşı Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.m torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar