Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-280/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Cavabdehnə qarşı “xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-337/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçılar xx xxxxxx 2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından xx xxxxxx 2019-cu ildə X3 anadan olmuşdur. Bunu xx.xx.2019-cu ildə verilmiş AZ-İV 383347 №li doğum haqqında şəhadətnamə təsdiq edir. Nərgizin sözügedən sənəddə soyadı Mehtiquliyeva kimi göstərilmişdir. Qızlarının soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsini istəyirlər. İslam uşağın babasının yəni, (İddiaçı2 atasının) X4 adıdır. Uşağın babasının adını qızlarının soyadında əbədiləşdirmək istəyirlər. Qızlarının soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsinə hər ikisi də razıdır. Bu məqsədlə iddiaçı Sumqayıt “ASAN Xidmət” X5 müraciət etmişdir. Sumqayıt “ASAN Xidmət” X6 özünün xx xxxxxxxx 2020-ci il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsalandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyn soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X1 dəyişdirilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-337/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçılar tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-337/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: AR Ailə Məcəlləsinin 54.1-ci maddəsinin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, sözügedən maddəyə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. İş üzrə qəbul edilmiş qərar ləğv edilməli, iddia tələbi isə təmin edilməlidir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Cavabdeh inzibati orqan işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçıları dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-337/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından görünür ki, İddiaçı1 xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və ona əsaslanmışdır ki, qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. İddiaçı qərarı o əsasla mübahisələndirmişdir ki, AR Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər, lakin həmin maddənin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Kollegiya qeyd edir ki, qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4.1-ci bəndində deyilir ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Beləliklə, hazırki işdə iddiaçılar xx xxxxxx 2019-cu ildə anadan olmuş X1 “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsini iddia etsələr də, iddianın əsaslılığı sadalanan əsaslardan heç biri ilə təsdiqlənmir. Bu səbəbdən hazırkı iddia əsaslı hesab oluna bilməz. Göründüyü kimi, cavabdeh iddiaçıların müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-337/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-337/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-280/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-280/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver