Məhkəmə qərarları › İş №2-1(105)-280/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-280/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-280/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-2503/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin Novxanı Bələdiyyəsinin sədrinə ünvanlanmış xx.xx.2003-cü il tarixli, 467 nömrəli, məktubunda bələdiyyənin kənd təsərrüfatına şərti yararsız kimi uçota alınmış torpaq sahəsindən İddiaçı bağ evi tikintisi üçün 0,12 ha torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi göstərilmişdir. Abşeron rayon X4 29 dekabr 2003-cü il tarixli, 14 saylı qərar ilə Novxanı Bələdiyyəsinin inzibati ərazisindən hasara almış olduğu 0,10 ha torpaq sahəsinin yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdiri və Abşeron Rayon Novxanı Bələdiyyəsinin sədri tərəfindən imzalanmış və müvafiq möhürlərlə təsdiqlənmiş Novxanı Bələdiyyəsinə təhkim edilmiş torpaq sahələrinin baş sxemindən çıxarışda “0.12 ha olmaqla İddiaçı bağ evi tikintisi üçün ayrılmış torpaq sahəsi”nin yerləşmə mövqeyi əks olunmuşdur (i/v. 13). Bundan əlavə, iddiaçı məhkəməyə torpaq sahəsinn yuxarıda göstərilən baş sxemindən çıxarışda göstərilən konfiqurasiyasına uyğun olan 0.10 ha torpaq sahəsinə dair Abşeron Rayon Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarış təqdim etmiş, lakin həmin sənəd ona adı qeyd edilmiş heç bir qurum tərəfindən imzalanmamış, möhürlə təsdiqlənməmişdir. Eyni zamanda iş materiallarında Abşeron rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri və Abşeron Rayon Novxanı Bələdiyyəsinin sədri tərəfindən imzalanmış və müvafiq möhürlərlə təsdiqlənmiş Abşeron Rayon Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışda 0.10 ha ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyi və döngə nöqtələrinin koordinatları göstərilmişdir. Bu sənəddə qeyd edilən ayrılmış torpaq sahəsinin konfiqurasiyası yuxarıda göstərilən baş sxemindən çıxarışda olan konfiqurasiyadan fərqlidir. Həmin çıxarışda İddiaçı adı qeyd edilmiş lakin onun tərəfindən imzalanmamışdır (i/v14). İddiaçı ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina etmişdir. İmtina olunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Novxanı Bələdiyyəsi tərəfindən İddiaçı 0,10 ha torpaq sahəsinin 29 dekabr 2003cü il tarixdə, 14 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin xx.xx.2003-cü il tarixli rəyində ayrılan torpaq sahəsinin 0,12 ha qeyd edildiyi, həmçinin alqı-satqı aktının və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayon Novxanı Bələdiyyəsinə təhkim edilmiş torpaq sahələrinin baş sxemindən çıxarışda qeyd olunan torpaq sahəsinin konfiqurasiyası və ölçüsü ilə Abşeron rayonu, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin konfiqurasiyası və ölçüsü arasında fərq olduğu, həmçinin sözügedən sxemlərin qanunamüvafiq qaydada təsdiqlənmədiyi müəyyən edilmişdir. Bundan başqa İddiaçı adından etibarnamə ilə çıxış edən şəxs tərəfindən səlahiyyətlərin ona tam ötürülmədiyi aşkar edilmişdir. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, Abşeron rayonu, Novxanı bağları ərazisindəki ölçüsü 0,10 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Novxanı bələdiyyəsinin 29 dekabr 2003cü il tarixli, 14 nömrəli qərarı ilə Novxanı bağları ərazisindəki 0,10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh inzibata orqana müraciət olunmuşdur. Lakin cavabdeh orqan 08 aprel 2022-ci il tarixli, **********21 saylı məktubu ilə ərizənin icrasından imtina etmişdir. İddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri tam qaydasındadır və aidiyyatı orqanlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Cavabdeh etirazında imtina məktubunun məzmununa istinad edərək göstərmişdir ki, Novxanı Bələdiyyəsi tərəfindən İddiaçı 0.10 ha torpaq sahəsinin 29 dekabr 2003-cü il tarixdə, 14 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin xx.xx.2003-cü il tarixli rəyində ayrılan torpaq sahəsinin 0.12 ha qeyd edildiyi, həmçinin alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayon Novxanı Bələdiyyəsinə təhkim edilmiş torpaq sahələrinin baş sxemindən çıxarışda qeyd olunan torpaq sahəsinin konfiqurasiyası və ölçüsü ilə Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin konfiqurasiyası və ölçüsü arasında fərq olduğu, həmçinin sözügedən sxemlərin qanunamüvafiq qaydada təsdiqlənmədiyi müəyyən edilmişdir. Etirazda müvafiq qanunvericilik normalarına, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 9 və 15-ci maddələrinə istinad edilməklə iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-2503/2022 nömrəli nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinə tam əməl edilməmiş, cavabdehin imtinasının, habelə iddia ərizəsinə etirazının əsasını təşkil edən hallarla bağlı araşdırma aparılmamış, həmin dəlillərlə bağlı sübutlar əldə etməyərək dəlillərə mötəbər sübutlarla təsdiq olunmayan qiymət verilmişdir. Belə ki, digər dəlillərlə yanaşı cavabdehin imtinasının əsas dəlili yuxarıda istinad edilən sənədlər üzrə torpaq sahəsinin konfiqurasiyası və ölçüsü arasında fərqin olması ilə bağlı olmuşdur. Kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqlar dövlət reyestrində qeydə alınarkən onun ölçüləri dəqiq göstərilməlidir və hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan iddiaçı hüquqmüəyyənedici sənədlər əsasında hüquqlarının qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakın ölçülərinin həmin sənədlərdə göstərilmiş ölçülərə uyğun olduğunu sübut etməlidir. Lakin birinci instansiya məhkəməsi həmin dəlillərlə əlaqədar xidməti vəzifəsinə görə araşdırma aparmayaraq, yalnız iddiaçının təqdim etdiyi fotoşəkillərə istinad etməklə bu nəticəyə gəlmişdir ki, “...qeyd olunan torpaq sahəsi sənəd üzrə 0,10 ha olmasına baxmayaraq faktiki olaraq 0,30 ha sahədən artıq ərazini əhatə edir və qeyd olunan torpaq sahəsi daş hasarla əhatə olunub. Həmin torpaq sahəsinə dair Novxanı bələdiyyəsinin sədri ilə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdirinin iştirakı ilə birgə təsdiq edilmiş yerquruluşu planından çıxarışa əsasən torpaq sahəsi “dördbucaq” formasında öz əksini tapıb. Lakin daş hasarın daxilində yerləşən 0,30 ha çox olan torpaq sahəsinin 0,10 ha hissəsinin hansı kriteriayalar əsasında “dördbucaq” formasında olması lazımi qaydada əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, 2015-ci ilə qədər fəaliyyət göstərmiş DT və XK-nin Abşeron rayon Şöbəsinin Novxanı bələdiyyəsi ilə birgə təsdiq etdikləri mübahisə predmeti olan “torpaq sahəsinin baş sxemindən” görünür ki, qeyd olunan torpaq sahəsi “düzbucaq” (90 dərəcəli) formasında olmaqla 0,10 ha ərazini əhatə edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın torpaq sahəsinin konfiqurasiya ilə bağlı gətirdiyi arqument əsassızdır.” Kollegiya ilk növbədə qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən sübutlar aidiyyəti və mötəbərliyi müəyyən edilməklə qiymətləndirilməlidir, eyni zamanda müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan ilk növbədə təqdim edilmiş fotoşəkillərin məhz mübahisəli torpaq sahəsinə aid olması iş materialları ilə müəyyən olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, torpaq sahəsinin ölçüləri və konfiqurasiyası foroşəkillər əsasında deyil, yalnız müvafiq mütəxəssis rəyi ilə müəyyənləşdirilməli olan haldır. Qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin təqdim etdiyi Novxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 94 saylı arayışında Abşeron rayonu, Novxanı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda texniki səhvə yol verildiyi, plan ölçü sənədində 0,12 ha göstərilməsinə baxmayaraq faktiki olaraq İddiaçı düzbucaqlı şəklində koordinarlara uyğun olaraq 0,10 ha torpaq sahəsi verildiyi qeyd edilmiş, torpaq sahəsinin koordinatları əks olunmuşdur. Belə olan halda isə, iddiaçının özünün müvafiq torpaq sahəsinə dair təqdim etdiyi sübutlarla məhkəmənin qeyd edilən torpaq sahəsinin ölçüsü və konfiqurasiyası barədə gəldiyi nəticələr arasında da ziddiyyət olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması ilə bağlı yuxarıda sadalanan vəzifələrin yerinə yetirməməsi, cavabdehin imtinasının və etirazının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması və ziddiyyətlərin aradan qaldırılmaması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməlidir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-2503/2022 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar