Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-280/2024 24.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və X2 ibarət tərkibdə Əliyeva Aysel Sərvan qızının katibliyi, Üçüncü şəxs X8, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 05 sentyabr 2018-ci il tarixli, 10 nömrəli protokol (X5 ayrılmış 344 m2 torpaq sahəsinə aid) qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(118)-81/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində istehsal və kommersiya sahələri məqsədilə iddiaçının adına 9600 kv.m torpaq sahəsi ayrılmışdır. Sumqayıt Bələdiyyəsinin 05 sentyabr 2018-ci il tarixli 10 nömrəli protokol qərarına əsasən 344 kv.metr torpaq sahəsi X5 ayrılmış, xx.xx.2018-cı il tarixdə həmin torpaq sahəsinə dair cavabdeh Sumqayıt Bələdiyyəsi ilə üçüncü şəxs X8 arasında alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2020-ci ildə X4 torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınaraq adına çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 05 sentyabr 2018-ci il tarixli, 10 nömrəli protokol (X5 ayrılmış 344 m2 torpaq sahəsinə aid) qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli (Protokol N42) qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində istehsal və kommersiya sahələri məqsədilə iddiaçının adına 9600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan da həmin torpaq sahəsi onun istifadəsindir. Sumqayıt Bələdiyyəsinin 05 sentyabr 2018-ci il tarixli (protokol N-10) qərarına əsasən ona məxsus torpaq sahəsinin 344 kv.metri X5 ayrılmışdır. xx.xx.2018-cı il tarixdə həmin torpaq sahəsinə dair cavabdeh Sumqayıt Bələdiyyəsi ilə üçüncü şəxs X8 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci ildə isə üçüncü şəxs X8 torpaq sahəsinə dair çıxarış almışdır. Bələdiyyənin qərarlarından görünür ki, onun adına verilmiş qərar 2005-ci il tarixlidir, üçüncü şəxs X4 adına olan qərar isə 05 sentyabr 2018-ci il tarixlidir. Onun adına verilmiş qərar ləğv edilmədiyi və qüvvədə olduğu halda onun adına ayrılmış həmin torpaq sahəsi M.Cəlil Əli oğluna necə satıla bilər? Göründüyü kimi, cavabdeh qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsini X1. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Əlavə olaraq qeyd edir ki, o Sumqayıt şəhər məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və hazırkı ərizəsi icraata qəbul olunduqdan sonra həmin iş üzrə icraatın dayandırılması barədə vəsatət ilə məhkəməyə müraciət edəcək. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsi 3-cü şəxsə qanuni əsaslarla ayrılmışdır və iddiaçının tələbi əsassızdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddia müddətinin bərpası haqqında ərizəsi təmin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatna cəlb edilmişdir. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, qeyd olunan torpaq təmsil etdiyi şəxsə qanuni əsaslarla ayrılmışdır. İddiaçıya ayrılan torpaq sahəsi 3-cü şəxsə ayrılan torpaq sahəsi ilə üst-üstə düşmür. Bunu məhkəmə tərəfindən təyin edilmiş mütəxəssis rəyi ilə də müəyyən etmək mümkündür. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X8 vəkilinin ifadəsinə uyğun ifadə verərək, bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin önündə onun mərhum atasına mülkiyyət hüququ ilə məxsus olan daş qaraj və həmin daş qaraja giriş-çıxış üçün yol mövcud idi. Atası vəfat etdikdən sonra daş qarajın arxa hissəsində olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsindən alınmış və həmin sahə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Torpaq sahəsinə bələdiyyə tərəfindən rəsmiləşdirmə aparılarkən qanunvericiliyə tam şəkildə əməl edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(118)-81/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Şikayətdə göstərilir ki, iddiaçıya məxsus olan torpaq sahəsinə dair ekspertiza keçirilməyib. Çünki ekspertiza zamanı iddiaçının iştirakı təmin olunmayıb. Məhkəmənin təyin etdiyi tikinti-texniki ekspertizaya uyğun, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-3592/2023 nömrəli mütəxəssis rəyi tamamilə əsassızdır və başa düşülən deyil. Çünki üçüncü şəxsin adına verilmiş torpaq sahəsi iddiaçının torpaq sahəsidir. Məhkəmə gedişatında məhkəmdən rəyin verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin məhkəmə həmin sənədləri müvafiq orqandan tələb etməmişdir. Yəni məhkəmə obyektiv araşdırma aparmamış və belə nəticəyə gəlmişdir ki, iddiaçının subyektiv hüququ yoxdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İşdən görünür ki, iddiaçının tələbi “cavabdehin 05 sentyabr 2018-ci il tarixli, 10 nömrəli protokol (X5 ayrılmış 344 m2 torpaq sahəsinə aid) qərarının ləğv edilməsi” barədə olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-3592/2023 nömrəli mütəxəssis rəyindən məlum oldu ki, İddiaçı adına ayrılmış 9600 kv.m torpaq sahəsi ilə xx.xx.2018-ci il tarixində Sumqayıt Bələdiyyəsinin qərarı ilə X4 adına ayrılmış 344 kv.m torpaq sahələrinin torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları uyğunluq təşkil edir.Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********88 reyestr nömrəsi ilə vətəndaş X4 adına qeydiyyata alınmışdır. Elektron kadastr bazasında məhkəmə predmeti olan torpaq sahəsinin faktiki koordinatlarının yoxlanması zamanı məlum olmuşdur ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin bildirilir ki, İddiaçı adına məhkəmə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış hər hansı torpaq sahəsi mövcud deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus 0.96 ha torpaq sahəsinin sxematik planında koordinatlar qeyd olunmamış və qeyd olunan ölçülər ilə faktiki ölçülər arasında fərqlər mövcud olduğundan torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi halının müəyyən olunması mümkün olmamışdır. Üçüncü şəxsin torpağı isə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı torpaq sahəsi ilə üst-üstə düşmür. Kollegiya onu da qeyd edir ki, torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunsaydı belə, iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etmədiyindən, həmin əsasla da iddia mümkün iddia deyildi. Belə ki, yuxarıda sadalanan sənədlərdən görünür ki, mübahisə predmeti olan 0,0344 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış, bundan sonra bələdiyyənin 05 sentyabr 2018-ci il tarixli, 10 nömrəli protokol qərarı ilə bələdiyyə tərəfindən mülkiyyəti üzərində sərəncam verilərək, həmin torpaq sahəsinin üçüncü şəxs X4 mülkiyyətinə verilməsi qərara alınmışdır. Plenum qərarının 6-7-ci bəndlərinə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya hesab edir ki, bələdiyyə mülkiyyəti olaraq qeydə alınmış torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərarın ləğv edilməsinə dair iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün ilk növbədə 0.0344 ha torpaq sahəsinin bələdiyyə mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatını mübahisələndirməli, daha sonra qaldırdığı iddianın hüquqi taleyindən asılı olaraq, 05 sentyabr 2018-ci il tarixli bələdiyyə qərarının ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmalıdır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(118)-81/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-280/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-280/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver