Məhkəmə qərarları › İş №2-1(105)-282/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-282/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-282/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-0464, KOD 30207078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 42 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2-1(118)-993/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN-0464, KOD 30207078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 42 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2-1(118)-993/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının adından, lakin özü tərəfindən imzalanmış ərizə təqdim edərək müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, lakin növbəti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq apellyasiya şikayətinin mümkünlüyü məsələsinə iddiaçının, habelə onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını araşdıraraq, ərizənin dəlillərini müzakirə edib hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməyərək apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İPM-nin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən qərarın surətini 24 dekabr 2021-ci il tarixdə qəbul etmişdir. iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 24.01.2022-ci il tarixdə bitmiş, apellyasiya şikayəti isə 03 fevral 2022-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin 03 fevral 2022-ci il tarixindən əvvəl poçt və ya rabitə orqanlarına təhvil verilməsi barədə işdə heç bir sübut yoxdur və iddiaçı da bu barədə hər hansı bir dəlil irəli sürmür. Beləliklə də, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının İPM-nin 24.1 və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü iddiaçının adından təqdim etdiyi müddətin bərpasına dair ərizəsində etiraf etmiş və müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğunu qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində dekabr 2021 və yanvar 2022-ci il tarixlərində ağır qrip xəstəsi olduğu üçün qərardan şikayət vermə müddətinin ötürdüyünü göstərmiş, ərizəyə rentgeinin cavabını və həkimin Whatsapp proqramı vasitəsi ilə müəlicə yazması barədə müvafiq yazışmaları əlavə etmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi və vəkili iddiaçının da həmin dövrdə xəstə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf müddətin ötürülməsini iddiaçının və nümayəndənin xəstəliyi ilə əsaslandırsa da, ərizəyə əlavə edilmiş həkimlə olan yazışmalar iddiaçının nümayəndəsinin və vəkilinin həqiqətən xəstə olmasını, yaxud da xəstəliyin apellyasiya şikayəti verilməsinə mane təşkil edə biləcək həddə olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, şəxsin bütün xəstəlikləri deyil, yalnız şikayət vermək imkanını aradan qaldıran, onun prosessual hərəkətləri yerinə yetirməsinə real maneə törədə bilən xəstəlikləri buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsi müzakirə edilərkən üzürlü səbəb hesab edilə bilər. Ona görə də, iddiaçının təqdim etdiyi sənədlər apellyasiya şikayətinin vaxtında verilməsinə maneə ola bilən hal və müddətin üzürlü səbəblərdən ötürülməsi nəticəsinə gəlmək üçün əsas hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında verilmiş suala cavab olaraq iddiaçının nümayəndəsi və vəkili yanvar ayında bir neçə başqa iş üzrə məhkəmə iclaslarında iştirak etdiyini də bildirmiş, habelə iddiaçının özünün həmin dövrdə xəstə olmasına dair hər-hansı sübut təqdim etməmişdir. Yuxarıda təsvir edilənlərdən göründüyü kimi, hazırkı iş üzrə iddiaçnın nümayəndəsi və vəkilinin müddətin bərpası barədə ərizədə istinad etdiyi üzürlü səbəb kimi göstərilən hallar ciddi əsaslara söykənməmir və mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə də, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrsüz səbəbdən ötürüldüyü müəyyən olunur. İnzibati-Prosessual Məcəllənin 87-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır (maddə 87.2, 87.3 və 87.4). NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2-1(118)-993/2021 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə iddiaçnın nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilməsin. Apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar