Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-282/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, X3 katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Sumqayıt şəhər X15 İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndinin qismən-“vətəndaş X4 istifadəsindədir” hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(118)-488/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınmış və 237 nömrəli, xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Qasımov Qasım xx.xx.2007-ci ildə vəfat etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/21 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh X18, X11 və X12 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamlər əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin edilmiş, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında X9 4/6 hissə, X5 1/6 hissə və X10 1/6 hissə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və 14150155 qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlərin apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, kassasiya şikayətləri Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Sumqayıt şəhər X15 İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndinin qismən-“vətəndaş X4 istifadəsindədir” hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən yaşayış evi X6na məxsus olmuşdur. Həmin ev nənəsinin ata evi olmuşdur. Həmin evdə nənəsi, babası və valideynləri onlarla birlikdə yaşamışlar. Sonra isə onlar da həmin evdə yaşayırlar. X1 həmin evi vəsiyyətnamə üzrə İddiaçı2 vəsiyyət etmişdir. Qəmər Hüseynbala qızı 1989-cu ildə vəfat etmişdir. Nənəsindən sonra valdienynləri və onlar həmin miras əmlakı qəbul edərək həmin evdə yaşamağa davam etmişlər. Valideynləri sağ olduğu üçün İddiaçı2 nənəsinin ona vermiş olduğu vəsiyyətnaməni icra etməmiş və həmin vəsiyyətnamə icrasız qalmışdır. X3 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X2 xx.xx.2010-cu il tarixdə Təbriz şəhərində vəfat etmişdir. Hazırda onlar nənə-babasının və valideynlərinin ölümündən sonra miras əmlakı qəbul etmiş və istifadə edirlər. Bunu qonşular və icra nümayəndəliyinin arayışı təsdiq edir. Nənəsindən qalmış miras əmlaka dair vərəsəlik sənədlərini rəsmiləşdirmək istəyəndə icra nümayəndəliyindən bildirmişlər ki, nənəsinə məxsus ev onların ailəsinə tam yad olan başqa bir şəxsin cavabdeh X4 adına qeydə almmışdır. Bunun səbəbini öyrənmək üçün şəhər arxivinə rəsmi sorğu ilə müraciət etmiş və ordan aldığı arxiv arayışından məlum olmuşdur ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndi ilə nənəsinə məxsus evin şəxsi mülk kimi qeydə alınması qərara alınmış və istifadəçi kimi onların ailəsinə heç bir aidiyyatı olmayan, vərəsələr sırasına daxil olmayan X14 göstərilmişdir. Onlar bununla razılaşmayaraq həmin qərarın qismən- «vətəndaş X4 istifadəsindədir» hissəsində etibarsız hesab edilməsinə və sonuncunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər. Sumqayıt Şəhər Məhkəməsində cavabdehlər X14 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15.517.3. saylı qərarının 31-ci bəndinin «vətəndaş X4 istifadəsindədir» hissəsi etibarsız hesab edilmiş və X4 adına ünvan 3 ünvana dair DTİ və MHQİ tərəfindən verilmiş 237 nömrəli, 27 sentyabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Həmin iş məhkəmədə baxılarkən Q.Qasımovun həyat yoldaşı X18 məhkəməyə ərizə vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 2(060)- 9363/2015 saylı qiyabi qətnaməsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin miras əmlak kimi X18 tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa edilmişdir. Onun ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2016-cı il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnərək iş mahiyyəti üzrə məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərardadına əsasən hüquqa dair mübahisə olduğu üçün ərizəçi T.Qasımovanın ərizəsi baxılmamış saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarxili qətnaməsi icra edilərkən məlum olmuşdur ki, T.Qasımova və uşaqları vərəsəliyi qəbul etmə müddətinin bərpa edilməsi barəsində olan ləğv edilmiş qiyabi qətnaməyə əsasən notariat kontorunda vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında mübahisəli evə dair çıxarış almışlar. İddiaçılar həmin sənədlərin etibarsız hesab edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, bundan sonra həmin iş üzrə cavabdehlərdən T.Qasımovanın qızı S.Qasımova 2021 ildə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və bununla əlaqədar olaraq həmin apellyasiya şikayəti baxılana qədər onların iddiası üzrə mülki işin icraatı dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin icraatına xitam verilmiş və onlara bu iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra onların vərəsəlik sənədlərinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə icraat təzələnmiş və Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/21 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı1 cavabdeh X18, X11 və X12 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamlər əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin edilib, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında X9 4/6 hissə, X5 1/6 hissə və X10 1/6 hissə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və 14150155 qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlərin apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, kassasiya şikayətləri Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra onlar “qərarın qismən etibarsız hesab edilməsi” iddiası ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia mümkünsüz hesab edilmiş və qərardadda izah edilmişdir ki, hazrkı mübahisədə qərarın etibarsızlığı yox, ləğvi tələb edilə bilərdi. Ona görə də onlar həmin qərardaddan sonra İcra hakimiyyətinə müraciət etmişlər ki, nənəsinə məxsus evə dair başqa şəxsin adına qəbul etdikləri qərarı həmin hissədə ləğv etsinlər. İcra Hakimiyyəti özünün xx.xx.2023-cü il tari məktubu ilə cavabında bildirmiş ki, bunun üçün hüquqi əsaslar yoxdur və bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilərlər. Ona görə də hazırda bu iddia ilə inzibati məhkəməyə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə mübahisə edilən qərarın qanunsuz olması tam təsdiqini tapmış və apellyasiya instansiyası qətnaməni maddi əsaslara görə deyil, yalnız məhkəmə aidiyyəti məsələsinə riayət edilmədiyinə görə ləğv etmiş icraata xitam verərək onlara inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də nənəsindən qalmış miras evə dair qanunsuz vərəsəlik şəhadətnaməsi çıxarışı ləğv etdirdikdən sonra artıq inzibati məhkəməyə nənəsinin adına olan evə dair qanunsuz olaraq Q.Qasımovun adına verilmiş qərarın ləğv edilməsi barədə iddia ilə müraciət edirlər. Həmin ev nənəsinə məxsus olmuş, nənə-babası, sonra isə valideynləri, sonra da onlar həmin evdə yaşamışlar. Nənəsi sağlığında evi nəvəsi İddiaçı2 vəsiyyət etmiş, nənəsi öləndən sonra valideynləri, valideynləri öləndən sonra isə onlar həmin evə sahiblik etməklə mirası faktiki qəbul etmişlər. Bu evin nənəsinə məxsus olmasını notariatda təsdiq edilmiş vəsiyyətnamə, eləcə də həmin evə dair vergi, sığorta ödənişləri etməsi təsdiq edir. X14 isə nənəsinə və onların ailəsinə hər hansı bir aidiyyatı yoxdur. Sadəcə olaraq 90-cı illərdə Corat qəsəbəsində evlərin pasportlaşması aparılarkən Q.Qasımovun Corat qəsəbə üzrə nümayəndə olmasından istifadə edərək həmin evi oğlu Q.Qasımovun adına qeydə aldırmış, amma bundan onların xəbəri olmamış, bu günə qədər də onlar həmin evdən istifadə etmiş, nə Q.Qasımov sağlığında, nə də onun ölümündən sonra ailə üzvləri bu evə dair hər hansı bir hüquqlarını irəli sürməmişlər və onların bu sənədləşmədən heç bir xəbərləri olmamışdır. Yalnız onlar məhkəməyə verəndən sonra Q.Qasımovun ailəsi bu evə dair rəsmi sənədlərdə hüquqların olduğunu bilib mübahisə qaldırmışlar. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(118)-488/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən təqdim edilmiş arxiv çıxarışında Sumqayıt şəhər X15 İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarı ilə 26 nömrəli fərdi yaşayış evinin mülk kimi vətəndaş X8 ayrılması göstərilmişdir. İddiaçılar həmin fərdi yaşayış evinin onların nənələrinə məxsus olduğunu əsas gətirərək, həmin qərarın üçüncü şəxsə münasibətdə olan hissəsi qanunsuz olduğundan ləğv edilməsi niyyətindədirlər. Lakin iddiaçılar tərəfindən müvafiq fərdi yaşayış evinin onların nənələrinə məxsus olması barəsində hər hansı etibarlı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinə dair yeganə hüquqmüəyyənedici sənəd X4 adına verildiyinə görə həmin sənədin iddiaçılar tərəfindən ləğv edilməsinin tələb edilməsi yolverilməzdir. Hesab edilir ki, iddiaçıların müvafiq fərdi yaşayış evi haqqında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.1990-cı il tarixli 15.517.3. nömrəli qərarın ləğv edilməsi tələbini qaldırmaqda subyektiv hüquqları yoxdur. Ona görə də iddia tələbi mümkün sayılmamalıdır. Qərardaddan narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İcra Hakimyyəti qərar verənə qədər mülkiyyət sənədi olmayan evin nənələrinə məxsus olmasını təsdiq edən arayışları,vəsiyyətnaməni, qonşuların və icra nümayəndəsinin tərtib etdiyi Aktı, eləcə də həmin evə dair nənənin adından ödənmiş sığorta və digər ödəniş sənədlərini məhkəməyə təqdim etməyinə baxmayaraq, məhkəmə bu sənədləri araşdırmadan iddianı mümkünsüz hesab etməklə səhvə yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadında iddiaçıların müvafiq fərdi yaşayış evi haqqında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.1990-cı il tarixli 15.517.3. nömrəli qərarın ləğv edilməsi tələbini qaldırmaqda subyektiv hüquqlarının olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Başqa sözlə, məhkəmə şəxsin iddia qaldırmaq səlahiyyətinin olub-olmaması qaydasında subyektiv hüququnun mövcudluğunu yoxladıqdan və məhz bu mənada subyektiv hüququnun olduğuna dair inam formalaşdıqdan sonra cavabdeh tərəfindən hüququn pozulma ehtimalının və hüquqi müdafiə ehtiyacının olub-olmamasını müəyyənləşdirə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2212/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, hazırda iddiaçıların iddia etdiyi-Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınmış və 237 nömrəli, xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Qasımov Qasım xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun vərəsələri mirasdan payların müəyyən edilməsi üçün Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət etmiş və 2v-201-202 saylı vərəsəlik işi acımışdır. xx.xx.2015-ci il tarixli ərarvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evdən birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlak kimi xx.xx.2007-ci ildə vəfat etmiş X4 və sağ qalmış arvadının payları bərabər (1/2 hissə) müəyyən olunmuşdur. Eyni zamanda evin ½ hissəsindən bərabər pay almaları barədə onun vərəsələrinə xx.xx.2015ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələr əsasında X9 4/6 hissə, X5 1/6 hissə və X10 1/6 hissə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/2021 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər X18, X11 və X12 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin edilib, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında cavabdehlərin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(105)-3488/2021 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2212/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar hazırda müvafiq fərdi yaşayış evi haqqında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.1990-cı il tarixli 15.517.3. nömrəli qərarın qismən ləğvini tələb edirlər. Həmin ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmış X4 vərəsələrinin adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarış iddiaçıların iddiası əsasında ləğv edilmişdir. İşin qeyd olunan hallarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçıların hazırkı iddianı qaldırmaq səlahiyyətinə malik olduqları aşkar görünür. Kollegiya iddianın mümkünlüyü baxımından həmçinin qeyd edir ki, indiki halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növü olmaqla, Sumqayıt şəhər X15 İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının qismən ləğvi ilə bağlı olmuşdur. Yəni iddiaçının iddia tələbinin əsaslandığı hallar məhz 1 yanvar 2011-ci ilədək olan dövrə aid olmuş, yəni İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi vaxtadək olmuşdur. Həmin dövrədək qüvvədə olan prosessual qanunvericilik normasının tələbində iddia müddətinin tətbiq edilib-edilməməsi halının inzibati mübahisələrə dair işlər üzrə iddianının növünə görə fərqləndirilməsinə dair norma nəzərdə tutulmamış, ümumi iddia müddəti kimi hüquqlarının pozulduğunu bildiyi gündən 1 ay müddətində mübahisələndirmək hüququnun olması təsbit edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının hüququnun pozulduğu vaxtda qüvvədə olan prosessual qanunvericilik normalarının tələbinə müvafiq olaraq mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməməsi halı, onun sonradan qüvvəyə minmiş yeni prosessual qanunvericilik normasının tələbinə istinad etməklə həmin halları mübahisələndirmək imkanını istisna edir. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Lakin qeyd olunmalıdır ki, hazırki halda müvafiq inzibati aktın ləğvi deyil, etibarsızlığı ilə bağlı iddianın qaldırılması iddiaçının hüquqi marağına uyğundur. İnzibati aktın etibarsızlığı ilə bağlı iddianın qaldırılması isə hər hansı iddia müddətilə məhdudlaşmadığından, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində iddiaçılara hüquqi yardım edilməklə iddia tələbinin dəqiqləşdirilməsi, iddianın mümkünlüyü məsələsinə bu əsaslarla bir daha baxılmalıdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelllyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 yanvar 2025-cü il tarixli, 2-1(118)-488/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Sumqayıt şəhər X15 İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndinin qismən-“vətəndaş X4 istifadəsindədir” hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-282/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-282/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver