Məhkəmə qərarları › İş №2-1(105)-283/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-283/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-283/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: işin tam araşdırılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(118)- 686/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı QSC-də səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə mütəxəssis dəvət edilmiş və xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə göndərilmişdir. Yoxlama zamanı vergi orqanı guya vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə riayət edilməməsinə, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493.81 manat ƏDV kənarlaşması, 49095,47 manat məbləğində maliyyə sanksiyasının hesablanması, bundan başqa səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsinin tikinti işlərində istifadə olunmasa da, anbardan silindiyi məlum edildiyinə istinad etmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən artıq silinmiş 744190,77 manat malmateriala görə 133954,34 manat ƏDV kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmiş və Vergi Məcəlləsinin 67,15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 133954,34 manat vergi məbləğinin azaldılmasına görə 50% məbləğində, 66977,17 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin 2020-ci il mənfəət vergi bəyannaməsi yoxlama ilə əhatə edilmiş və yoxlama zamanı qeyd edilən il üzrə mənfəət vergisində kənarlaşma aşkar edilmişdir. Belə ki, yoxlama zamanı dəvət olunan mütəxəssisin xx.xx.2021-ci il tarixli rəydə müəssisənin yoxlanılan dövrdə görülən işlərə görə mal-material tutumu və əmək tutumu müəyyən olunduğu, həmçinin istifadə edilmiş bəzi tikinti materiallarının çeşid və miqdarları göstərilmişdir. Mütəxəssisin çeşidlər məlumatına əsasən müəyyən olunmuşdur ki, “SAPPHİRE CO" QSC tərəfindən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmasa da, anbardan silinmişdir. Yoxlama ilə həmin materialların dəyəri, yəni 744190.77 manat müəssisənin mənfəət bəyannaməsində gəlir və xərcinə əlavə olunmuşdur. Mütəxəssisin rəyində göstərilən malmaterial tutumu və əmək tutumuna əsasən mütəxəssisin görtilən işlərdə xərc olaraq göstərə biləcəyi malmaterial dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış və buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunan az miqdarda mal-material almışdır ki. bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3-ci maddəsinə əsasən 1293304,64 manat dəyərində olan malı 10% miqdarında, yəni 129330.46 manat maliyyə sanksiyası hesablanmışdır. Aparılan yoxlamanın mötəbərlıiyi şübhə doğurduğundan iddiaçı tərəfindən "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinə müraciət etmiş və aralarında bağlanmış müqaviləyə əsasən mütəxəssislər tərəfindən aparılmış işlərdə işçiliyin və mal-material xərcinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsi olaraq müəyyən edilmişdir ki, “SAPPHİRE CO" QSC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş 19849201,00 manatlıq tikinti-quraşdırma işlərin tərkibində sərf olunmuş materialların ümumi dəyəri 12368375,62 manat, əmək haqqı isə 5653408,27 manat təşkil edir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası "X4"nin xx.xx.2021-ci il tarixli 571 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı "xxxx" QSC xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş tikintiquraşdırma işlərinin tərkibində sərf olunmuş materialların həcminin ayrıayrılıqda müəyyən edilməsi üçün "X4”nə müraciət etmişdir. Müraciət əsasında İddiaçı QSC tərəfindən inşa edilmiş 2 otaqlı 8 və 9 ballıq, 3 otaqlı 8 və 9 ballıq fərdi yaşayış evləri üzrə tədqiqat aparılmışdır. Tədqiqatın nəticəsi olaraq “Sapphire CO" QSC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunmuş materialların həcmi ayrı-ayrılıqda müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunan hər iki rəy eynilik təşkil etdiyindən iddiaçı xx.xx.2021-ci il tarixli **********152242 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarını tam əsassız və qanunsuz hesab edir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia tələbini esassız hesab edir. İddia ərizəsi ilə əlaqədar olaraq bildiririk ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********144630 saylı qərarına əsasən İddiaçı MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2021-ci il tarixli **********144667 nömrəli Tələbnamə verilmişdir. Səyyar vergi yoxlaması zamanı İddiaçı MMC tərəfindən 2020-ci il üzrə əlavə dəyər vergisinin, 2020-cu il üzrə mənfəət vergisinin, hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmiş və Vergi Məcəlləsinin 175.1, 175.6, 159.1, 58.8.3, 108, 58.6 maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən alınmış malların çeşidlərinin, həcminin yerinə yetirilmiş tikinti işlərinin həcmi və sərfiyyatına dair uyğun olub-olmamasını, həmçinin görülmüş işlərdə əmək tutumunun müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən ortaya çıxan sualların araşdırılması zərurəti yaranmışdır ki, bu məqsədlə vergi orqanın xx.xx.2021-ci il tarixli **********145503 nömrəli Qərarı ilə mütəxəssis dəvət edilmişdir. xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi vergi orqanına xx.xx.2021-ci il tarixdə göndərilmiş vergi orqanı xx.xx.2021-ci il tarixdə rəyi vergi iddiaçıya göndərmişdir. İddiaçı tərəfindən təqdim edilən bəyannamələrdə əvəzləşdirilən elektron qaimə fakturalar, bank və depozit hesab çıxarışları araşdırılarkən müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 175-ci maddəsinin rəblərinə riayət edilməməsinə, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493,81 manat ƏDV kənarlaşması, 49095,47 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpiç, odadavamlı kərpiç, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmasa da anbardan silindiyi məlum olmuşdur. Odur ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən artıq silinmiş 744190,77 manat mal-materiala görə 133954,34 manat ƏDV kənarlaşması aşkar olunmuşdur. Vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmiş və Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına hesablandı. Azərbaycan feszublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 133954,34 manat vergi məbləğinin azaldılmasına görə 50% məbləğində, 66977,17 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin 2020-ci il mənfəət vergi bəyannaməsi yoxlama ilə əhatə edildi. Yoxlama zamanı qeyd edilən il üzrə mənfəət vergisində kənarlaşma aşkar edilmişdir. Belə ki, yoxlama zamanı dəvət olunan mütəxəssisin xx.xx.2021-ci il tarixli rəyində müəssisənin yoxlanılan dövrdə görülən işlərə görə mal-material tutumu və əmək tutumu müəyyən olunmuş, həmçinin istifadə edilmiş bəzi tikinti materiallarının çeşid və miqdarları göstərilmişdir. Mütəxəssisin çeşidlər üzrə məlumatına əsasən müəyyən olunmuşdur ki, "xxxx" QSC tərəfindən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpiç, odadavamlı kərpiç, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmasa da anbardan silinmişdir. Yoxlama ilə həmin materialların dəyəri, yəni 744190,77 manat müəssisənin mənfəət bəyannaməsində gəlir və xərcinə əlavə olunmuşdur. Mütəxəssisin rəyində göstərilən malmaterial tutumu və əmək tutumuna əsasən müəssisənin görülən işlərdə xərc olaraq göstərə biləcəyi mal-material dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Belə ki, 2020-ci il mənfəət bəyannaməsində vergi ödəyicisinin bəyan etdiyi gəlir 19849211,73 manat, xərclər 18720765,85 manat, vergiyə cəlb olunan mənfəət 1128445,88 olmuş, yoxlama ilə gəlirin 20593402,5 manat, xərclərin 15911558,10 manat, vergiyə cəlb olunan mənfəətin isə 4681844,4 manat olduğu aşkarlanmışdır. Nəticədə Vergi Məcəlləsinin 108 maddəsinə əsasən 2020-ci mənfəət vergisi bəyannaməsində 3553398,52 (4681844,4-1128445,88) manat mənfəət az göstərilmiş, 710679,7 manat (3553398,52*20%) mənfəət kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisi bəyannaməsində istənilən məbləğin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 710679,7 manat azaldılmasına görə 50% məbləğində, 355339,85 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Yoxlama zamanı 45412,5 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 58.6-cı maddəsinin məblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 45412,5 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 22706,25 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunandan az miqdarda mal-material almışdır ki, bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 1293304,64 manat dəyərində malın 10 faizi miqdarında, yəni 129330,46 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılacağı barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********157500 AVİS nömrəli məktubla müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin etibarnamə ilə nümayəndəsi X2 2 saylı Ərazi Vergilər Baş İdarəsinə gəlməsi təmin edilmişdir. Vergi ödəyicisi ilə müzakirənin nəticəsi xx.xx.2021-ci il tarixli Səyyar vergi yoxlaması aktına baxılması haqqında protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********144699 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli **********152242 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar Qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(118)- 686/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, İddiaçı QSC barəsində cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə razılaşmayaraq, qərarın ləğv edilməli olduğunu hesab edir. İşin faktiki halları ilə bağlı cavabdeh vergi orqanının "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********144630 saylı qərarına əsasən "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2021-ci il tarixli **********144667 nömrəli Tələbnamə verilmişdir. Səyyar vergi yoxlaması zamanı iddiaçı "xxxx" MMC tərəfindən 2020 - ci il üzrə əlavə dəyər vergisinin, 2020-cu il üzrə mənfəət vergisinin, hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmiş və Vergi Məcəlləsinin 175.1, 175.6, 159.1, 58.8.3, 108, 58.6 maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən alınmış malların çeşidlərinin, həcminin yerinə yetirilmiş tikinti işlərinin həcmi və sərfiyyatma dair uyğun olub-olmamasını, həmçinin görülmüş işlərdə əmək tutumunun müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən ortaya çıxan sualların araşdırılması zərurəti yaranmışdır ki, bu məqsədlə vergi orqanın xx.xx.2021-ci il tarixli **********145503 nömrəli Qərarı ilə mütəxəssis dəvət edilmişdir. xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi vergi orqanına xx.xx.2021-ci il tarixdə göndərilmiş vergi orqanı xx.xx.2021-ci il tarixdə rəyi vergi iddiaçıya göndərmişdir. İddiaçı tərəfindən təqdim edilən bəyannamələrdə əvəzləşdirilən elektron qaimə fakturalar, bank və depozit hesab çıxarışları araşdırılarkən müəyyən edilmişdir ki, vergi məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə riayət edilməməsinə, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493,81 manat ƏDV kənarlaşması, 49095,47 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmasa da anbardan silindiyi məlum olmuşdur. Odur ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən artıq silinmiş 744190,77 manat mal-materiala görə 133954,34 manat ƏDV kənarlaşması aşkar olunmuşdur. Vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmiş və Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına hesablandı. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1maddəsinə əsasən 133954,34 manat vergi məbləğinin azaldılmasına görə 50% məbləğində, 66977,17 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin 2020-ci il mənfəət vergi bəyannaməsi yoxlama ilə əhatə edildi. Yoxlama zamanı qeyd edilən il üzrə mənfəət vergisində kənarlaşma aşkar edilmişdir. Belə ki, yoxlama zamanı dəvət olunan mütəxəssisin xx.xx.2021-ci il tarixli rəyində müəssisənin yoxlanılan dövrdə görülən işlərə görə mal- material tutumu və əmək tutumu müəyyən olunmuş, həmçinin istifadə edilmiş bəzi tikinti materiallarının çeşid və miqdarları göstərilmişdir. Mütəxəssisin çeşidlər üzrə məlumatına əsasən müəyyən olunmuşdur ki, "xxxx" QSC tərəfindən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmasa da anbardan silinmişdir. Yoxlama ilə həmin materialların dəyəri, yəni 744190,77 manat müəssisənin mənfəət bəyannaməsində gəlir və xərcinə əlavə olunmuşdur. Mütəxəssisin rəyində göstərilən malmaterial tutumu və əmək tutumuna əsasən müəssisənin görülən işlərdə xərc olaraq göstərə biləcəyi mal-material dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Belə ki, 2020-ci il mənfəət bəyannaməsində vergi ödəyicisinin bəyan etdiyi gəlir 19849211,73 manat, xərclər 18720765,85 manat, vergiyə cəlb olunan mənfəət 1128445,88 olmuş, yoxlama ilə gəlirin ********.5 manat, xərclərin 15911558,10 manat, vergiyə cəlb olunan mənfəətin isə 4681844,4 manat olduğu aşkarlanmışdır. Nəticədə Vergi məcəlləsinin 108 maddəsinə əsasən 2020-ci mənfəət vergisi bəyannaməsində 3553398,52 (4681844,4-1128445,88) manat mənfəət az göstərilmiş, 710679,7 manat (3553398,52*20%) mənfəət kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 710679,7 manat azaldılmasına görə 50% məbləğində, 355339,85 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Yoxlama zamanı 45412,5 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 45412.5 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 22706,25 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunandan az miqdarda mal-material almışdır ki, bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3 maddəsinə əsasən 1293304,64 manat dəyərində malın 10 faizi miqdarında, yəni 129330,46 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılacağı barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********157500 AVİS nömrəli məktubla müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin etibarnamə ilə nümayəndəsi X2 2 saylı Ərazi Vergilər Baş İdarəsinə gəlməsi təmin edilmişdir. Vergi ödəyicisi ilə müzakirənin nəticəsi xx.xx.2021-ci il tarixli Səyyar vergi yoxlaması aktma baxılması haqqında protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********144699 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli **********152242 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. işə baxan birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələbləri araşdırmadan qərar qəbul etdirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası sözügedən maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmişdir. Məhkəmə qəbul etdiyi qərarında qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis vergi müfəttişləri tərəfindən təqdim olunan müqavilələr və Forma-2 aktları əsasında rəy verib, vergi orqanı isə həmin mütəbər sübut kimi qiymətləndirərək iddiaçıya iddiaçıya vergi hesablanmışdır. Həmçinin, mütəxəssis rəyinin verilməsində əsas olmuş məlumatlar natamam məlumatlardan istifadə edilməklə verilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə texniki-tikinti və məhkəmə mühasibatlıq ekspertizasının vəsatətlərinə əsasən vergi ödəyicisindən əlavə sənədlər tələb edilərək 17 qovluq şəklində ekspertizaya təqdim edilmiş, nəticədə təqdim edilmiş sənədlər əsasında hərtərəfli araşdırma aparılaraq rəy hazırlanmış və vergi orqanı tərəfindən iddiaçıya hesablanan ƏDV-nin və mənfəət vergisinin düzgün hesablanmadığını müəyyən etmişdir. cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində göstərilən mal-material tutumu və əmək tutumuna əsasən müəssisənin görülən işlərdə xərc olaraq göstərə biləcəyi mal-material dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Belə ki, 2020-ci il mənfəət bəyannaməsində vergi ödəyicisinin bəyan etdiyi gəlir 19849211,73 manat, xərclər 18720765,85 manat, vergiyə cəlb olunan mənfəət 1128445,88 olmuş, yoxlama ilə gəlirin 20593402,5 manat, xərclərin 15911558,10 manat, vergiyə cəlb olunan mənfəətin isə 4681844,4 manat olduğu aşkarlanmışdır. Nəticədə Vergi məcəlləsinin 108 maddəsinə əsasən 2020-ci mənfəət vergisi bəyannaməsində 3553398,52(4681844,4 1128445,88) manat mənfəət az göstərilmiş, 710679,7 manat (3553398,52*20%) mənfəət kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 710679,7 manat azaldılmasına görə 50% məbləğində, 355339,85 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını 87.7.1-ci maddəsininin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən 38.3.1-38.3.9-cu maddələrdə göstərilən hallarda keçirilə bilər. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71- 2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: ... 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. 58.16. Bu Məcəllənin 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir. Maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Maddə 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Maddə 108.2. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyrisahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iş üçün əhəmiyyət kəsb edən bir sıra hallar birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır, hansıki həmin halların aydınlaşdıırlması işin nəticəsinə birbaşa təsiri olmuşdur. Belə ki, hazırki iş üzrə iddia tələbi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığortavə ya sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb eidlməsi” barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçı barəsində mübahisə predmeti olan qərarın qəbul edilməsinin əsası qismində məhz səyyar vergi yoxlamasının nəticələri haqqında akt və xx.xx.2021-ci il tarixli sənəd çıxış etmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında yoxlamanın təyin edilməsinin əsası kimi sadəcə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin yoxlamanın təyin edilməsinə əsas olmuş mənbəyi bəlli olan məlumatın nədən ibarət olması aydınlaşdırılmamışdır. Halbuki Vergi Məcəlləsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini mümkün edən hallar sadalanmış və həmin hallar mövcud olduğu təqdirdə vergi orqanı tərəfindən yoxlamanın aparılmasının mümkünlüyü təsbit edilmişdir. İndiki halda mübahisə predmeti qismində məhz həmin yoxlamanın nəticəsində qəbul edilmiş qərar çıxış etdiyindən və yoxlamanın təyin edilməsi zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin birbaşa mübahisələndirilən qərarın qanuniliyinə təsir etdiyindən, həmin halın aydınlaşdırılması zəruri olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, cavabdeh inzibati orqan iddiaçı tərəfindən 2020-ci ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyanamələrində vergiyə cəlb edilən dövriyyənin, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində isə ümumi gəlirlərin azaldılmasına yol verildiyini qeyd etmiş və bunu mütəxəssis rəyinə əsasən 744190.77 manat məbləğində mal-materialın tikinti işlərində istifadə edilmədiyi halda anbardan silinməsi ilə əsaslandırsa da, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin sübutetmə yükü nəzərə alınmaqla işin halları baxımından həmin pozuntuların baş veribverməməsi, cavabdeh inzibati orqan tərəfindən həmin pozuntuların əsaslandırılması ilə bağlı istinad etdiyi halların mövcudluğu (mal-materialın anbardan faktiki olaraq silinib-silinməməsi, silinmişdirsə hansı məqsədlə silinməsi, həmin mal-materialın tikintidə faktiki olaraq istifadə edilib-edilməməsi və ya satılması), müvafiq təsdiqedici sənədlərin (hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş və səyyar vergi yoxlamasının nəticəsində tərtib edilmiş mənfəət vergisi bəyannamələrinin və ƏDV bəyannamələrinin, istinad olunan məbləğdə malların anbara daxil edilməsi və silinməsinə və ya satılmasına dair mühasibatlıq sənədlərinin) əldə edilərək işin faktiki və hüquqi halları baxımından müqayisəli tədqiq edilməsi ilə bağlı heç bir araşdırma aparılmamışdır. Halbuki cavabdeh inzibati orqanın vergilərin hesablanması zaman istinad etdiyi halların doğruluğunu müəyyən etmək yalnız qeyd edilən halların və sübutların araşdırılması, müqayisəli tədqiqi və təhlili ilə mümkün olardı. Bundan əlavə, cavabdeh inzibati orqan 2020-ci ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı kənarlaşma aşkar etdiyini qeyd etsə də, bu kənarlaşmalar barədə səyyar vergi yoxlaması aktında heç bir məlumat qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə ƏDV-nin əvəzləşdirilməsi üzrə yaranmış kənarlaşma əsas götürülərək hesablanmış əlavə vergi məbləği və ona görə tətbiq edilmiş maliyyə sanksiyasının doğruluğu ilə bağlı heç bir hallar aydınlaşdırılmamış, hesablamanın əsasları müəyyən edilməmiş, bununla bağlı müvafiq sənədlər (həmin hesabat dövrləri üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş və vergi orqanı tərəfindən səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş ƏDV bəyannamələri, malların, işlərin, xidmətlərin alınmasına dair elektron qaimə-fakturalar, həmin fakturalar üzrə həyata keçirilmiş nağdsız ödənişlərə dair təsdiqedici sənədlər) tələb edilməmiş, işin halları baxımından həmin sübutlar birgə təhlil edilməmişdir. Halbuki, qeyd edilən halların araşdırılması işin nəticəsinə birbaşa təsiri olmaqla, zəruri olmuşdur. Bundan başqa, cavabdeh inzibati orqan vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləği ilə bağlı maliyyə sanksiyası tətbiq etsə də, birinci intansiya məhkəməsi tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, tərəflərin sübutütmə yükü müəyyən edilməklə, həmin hallara dair zəruri olan sənədlər tələb edilməmiş (bununla bağlı cədvəl və ya ödənilmə tarixlərinə dair sənədlər), işin halları baxımından əlaqəli şəkildə təhlil edilərək, həmin hallar araşdırılmamışdır. Halbuki, qeyd eidlən halların araşdırılması işin nəticəsinə birbaşa təsiri olmaqla, zəruri olmuşdur. Həmçinin, işin hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən alışına dair təsdiqedici sənədi olmayan mallardan tikinti fəaliyyəti zamanı istifadə edilməsi halına istinad edərək, onun barəsində Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin halların mövcud olub-olmaması, mövcud olduğu halda onun əsasları, o cümlədən qeyd olunan həcmdə və məbləğdə malların tikintidə istifadə edilib-edilməməsi, istifadə edildiyi təqdirdə alışına dair təsdiqedici sənədin olub-olmaması və həmin malların alış dəyərinin hansı əsasla müəyyən edilməsi ilə bağlı tərəflərin sübutetmə yükü nəzərə alınmaqla hər hansı araşdırma aparılmamış və işin hüquqi və fatiki halları baxımından aydınlaşdırılmamışdır. Eyni zamanda, cavabdeh inzibati orqan tərəfindən vergilərin hesablanması zamanı sübut qismində müvafiq mütəxəssis rəyinə istinad edilsə də, birinci instansiya məhkəməsi tərəfindən işin halları baxımından həmin sübuta hüquqi qiymət verilməmişdir. Halbuki qeyd edilən sənəd müvafiq qərarın qəbul edilməsinin əsası kimi çıxış etdiyindən və həmin rəyin mötəbərliyinin yoxlanılması mübahisə predmeti olan qərarın qanunliyinə birbaşa təsir etdiyindən, araşdırılması zəruri olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert qarşısında qoyulmuş suallar işin mübahisəli hallarını tam əhatə etməmiş, iş üçün zəruri olan və xüsusi bilik tətbiq edilməklə müəyyən edilməli olan bir sıra digər hallar (ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı yaranan kənarlaşma, ƏDV məbləğinin gec ödənilməsi, tikinti materialları anbardan silinmişdirsə, onların dəyəri, alış sənədi olmayan mallar mövcud olmuşdursa, onların VM-nin 58.8-ci maddəsinin məqsədləri üçün alış dəyəri) mövcud olduğu halda, həmin halların mühasibatlıq sənədlərinə əsasən doğruluğunun müəyyən edilməsi məqsədilə ekspert qarşısında əlavə suallar qoyulmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın qanuniliyinə təsir edən yuxarıda istinad edilən hallar araşdırılmalı,habelə işin halları baxımından müqayisəli təhlil edilməli, iş üzrə xüsusi bilik tələb olunan bir sıra halların daha ətraflı şəkildə aydınlaşıdırlması zəruri olduğundan, bununla bağlı müvafiq ekspertiza keçirilməsinin əsasları müzakirə edilməli, həmin hallar tam ətraflı şəkildə araşdırılmalıdır. İşə təkrar baxan birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla, yuxarıda qeyd olunan halları araşdırmalı, bu çərçivədə müvafiq sənədləri tələb etməli, iş üçün əhəmiyyət kəsb edən xüsusi bilik tələb olunan halların müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizasının zərurliyi məsələsi müzakirə edilməli (ekspert qarşısında ətraflı suallar qoyulmaqla),həmçinin, həmin sənədləri işin halları baxımından iş üzrə digər sübutlarla birlikdə İPM-in 12.1-ci maddəsinin tələblərinə riayət etməklə qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(118)-686/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar