Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-285/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli protokolu ilə iddiaçıya verilmiş borclu X3 mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 96.70 kv.metr ola fərdi yaşayış evi və Xızı rayonu Xələnc kəndində yerləşən JN0029 kod 30610028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X3 ailə üzvlərinə ayrılmış 2,42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində X3 ¼ hissədə payı üzərində iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)- 1344/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs İ.Şahverdiyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. JN 0029, KOD 30610028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 12 nömrəli qərarı ilə 2.42 ha torpaq sahəsi X3 və onun ailə üzvlərinin adına qeydiyyata alınmışdır.
2. Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının çıxarışından görünür ki, X5 20 iyun 2005-ci il tarixli ərizəsi və bələdiyyənin torpaq komissyasının rəyi nəzərə alınaraq, fərdi ev tikintisi üçün 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidmətinin 27 aprel 2017-ci tarixli məktubunda qeyd edilmişdir ki, X3 ünvan 1i ünvanında yerləşən 2,42 ha torpaq sahəsi üzərində 29 may 1998-ci il tarixli JN 0029 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ¼ hissə paylı mülkiyyət hüququ və həmin ünvanda yerləşən fərdi yaşayış evi üzərində 2005-ci il tarixdə 1058 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ qeydiyyata alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11105/2017 saylı, 19 dekabr 2017-ci il tarixli icarə vərəqəsinin surətindən görünür ki, 95000 (doxsan beş min) ABŞ dolları əsas borc və məhkəmə xərclərinə görə 30 manatın cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir.
5. Xızı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş "xxxx" MMC tərəfindən verilmiş 028/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, ünvan 1ində yerləşən 2.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 6050 (altı min əlli) manat təşkil edir, ünvan 1ində yerləşən fərdi yaşayış evi 15.000 (on beş min) manat təşkil edir.
6. Xızı rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 174795/2018 saylı, xx.xx.2021-ci il tarixli təklifdən görünür ki, borclu X5 məxsus Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı torpaq sahəsi və Xızı rayonu Xələnc kəndində yerləşən sahəsi 95,70 kv.m olan fərdi yaşayış evi tələbkara təklif olunmuşdur.
7. xx.xx.2021-ci il tarixli “Borclu şəxsə məxsus əmlakın tələbkara təhvil verilməsi” protokolundan görünür ki, X3 Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı torpaq sahəsi və Xızı rayonu Xələnc kəndində yerləşən sahəsi 95,70 kv.m olan fərdi yaşayış evi İddiaçı təhvil verilmişdir.
8. SS7613308AZ nömrəli xəbərnamədən görünür ki, iddiaçı 26 yanvar 2022-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən müraciəti cavablandırılmamışdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 10 mart 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Xızı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 27 nömrəli məktubda göstərilən, borclu X3 mülkiyyətində olan, Xızı rayonu Xələnc kəndində yerləşən 2,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən torpaq pay hissəsinin və ünvan 1ində yerləşən fərdi yaşayış evini dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tələbini dəqiqləşdirərək Xızı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli protokolu ilə iddiaçıya verilmiş borclu X3 mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 96.70 kv.m olan fərdi yaşayış evi və Xızı rayonu Xələnc kəndində yerləşən JN 0029 kod 30610028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X3 ailə üzvlərinə ayrılmış 2.42 ha. kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində X3 ¼ hissədə payı üzərində iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11105/2017 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 3-cü şəxs (borclu) X2 95 000 dollar məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilən icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahib Abdullayev xx.xx.2018-ci il tarixli qərarı ilə icra işinə başlamış və qətnamənin icrasını təmin etmək üçün müvafiq tədbirlər görmüşdür. Azərbaycan Respublkası ƏMDK-si yanında DƏDRX-nin 27 aprel 2017-ci il tarixli **********76 saylı məktubundan müəyyən edilmişdir ki, borclu X3 Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 29 may 1998-ci il tarixli JN 0029 nömrəli torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə ¼ hissə paylı mülkiyyət hüququ və həmin ünvanda yerləşən fərdi yaşayış evi üzərində 2005-ci il tarixdə 1058 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Borcun ödənilməsini təmin etmək üçün icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)-338/2019 nömrəli qərardadı ilə X5 məxsus Xızı rayonunun Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin və ünvan 1ində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Xızı rayon İcra və Probasiya şöbəsinin qərarına əsasən X3 mülkiyyətində aşkar edilmiş daşınmaz əmlaklar hərracdan satışa çıxarılmış, lakin əmlak satılmamışdır. Xızı rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 174795/20-18 saylı təklif məktubu ilə borclunun satılmamış əmlakı iddiaçıya təklif olunmuşdur. İcra və probasiya şöbəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli cavab məktubu ilə o icra məmurunun təklifini qəbul etmiş və göstərilən əmlakın mülkiyyətinə verilməsini xahiş etmişdir. Bundan sonra icra və probasiya şöbəsinin rəisi Taleh Bayramov tərəfindən cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 27 nömrəli, xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. Həmin məktub və ona əlavə edilmiş 16 vərəqdən ibarət sənədlər 15 sentyabr 2021-ci il tarixdə cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə rəsmi qaydada təqdim edilmiş və ********** nömrə ilə qeydiyyata alınmışdır. Məktubda qeyd edilmişdir ki, “Xızı rayon icra və probasiya şöbəsinin icraatında olan 2(103)-11105/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X3 4 nəfər ailə üzvləri ilə ümumi mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində olan payı və yaşayış evi qiymətləndirilmiş və borcun bir qisminin əvəzi olaraq tələbkar İddiaçı təhvil verildiyindən göstərilən əmlakların onun adına rəsmiləşdirilməsi və həmin əmlakın üzərində qoyulmuş qadağaların götürülməsi sizdən xahiş olunur.” Lakin cavabdeh tərəfindən icra məmurunun tələbləri icra edilməmiş, göstərilən əmlaklar onun adına qeydiyyata alınmamışdır. Bunun səbəbini öyrənmək üçün o, cavabdehə müraciət etmişdir. Bildirmişdirlər ki, Yasamal rayon Məhkəməsinin 8(004)-338/2021 saylı qərardadı ilə göstərilən əmlakların üzərinə qoyulmuş həbs götürlümüşdür, lakin həmin əmlakların onun adına qeydiyyata alınması barədə heç bir tədbir görülməmişdir. Bundan sonra o cavabdehə rəsmi müraciət edib, Xızı rayon icra və probasiya şöbəsinin 27 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən göstərilən əmlakların onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Lakin onun məktubuna cavab verilməmiş və bu hərəkətləri ilə (hərəkətsizlikləri ilə) cavabdeh üzərində düşən öhdəliklərini icra etdiyini nümayiş etdirmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
12. Etirazda göstərilir ki, müəyyən edilmişdir ki, iddiaçı X1 İlham Ağadadaş oğlunun adına qeydiyyata alınmış ünvan 1ində yerləşən 2.42 ha torpaq sahəsində olan payının və yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş, iddiaçıya bildirilmişdir ki, müraciətə ərizədə göstərilən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün hər-hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Odur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququna dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri idarəyə təqdim ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada yenidən baxılacağı qeyd edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1344/2022 saylı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Qərardadları ilə X7, Xızı rayon İcra və Probasiya şöbəsi və "xxxx" MMC (yeni adı ailə "xxxx" MMC) inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər.
14. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-1344/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Xızı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli protokolu ilə İddiaçı təhvil verilmiş borclu X3 mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 96.70 kv.m olan fərdi yaşayış evi və Xızı rayonu Xələnc kəndində yerləşən JN 0029 kod 30610028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X5 və ailə üzvlərinə ayrılmış 2.42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində X3 ¼ hissədə payı üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən müvafiq çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.
15. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs İ.Şahverdiyev ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətlərinin dəlilləri:
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq fərdi yaşayış evinə və torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən fərdi ev və torpaq sahəsi ilə bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hesab edirlər ki, hazırki iş üzrə İdarənin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzsrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmidir.
17. Üçüncü şəxs İ.Şahverdiyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sumqayıt İnzibati Məhkəməsi iş üzrə birtərəfli qərar çıxarmaqla həmin maraqlı şəxslərin çəkişmə prinsipinə əsasən öz dəlil və sübutlarını təqdim etmək və onları əsaslandırmaq hüquqlarını kobud şəkildə pozmuşdur. Belə olan halda da obyektiv məhkəmə qərarından söhbət belə gedə bilməz. Məhkəmə göstərilən xüsusatlara əhəmiyyət verməmiş, mübahisəni iddiaçının maraqlarına uyğun baxımından həll etmişdir. Nəticə olaraq məhkəmə işin mahiyyətini guya araşdırmış, onun yuxarıda göstərilən ziddiyyətli hallara düzgün hüquqi qiymət vermədən qərar qəbul etməsi, ədalət mühakiməsinin təməli olan-həqiqətin ortaya çıxarılması prinsipinə ziddir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehinin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
19. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
20. İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. İş üzrə digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
25. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11105/2017 saylı, 19 dekabr 2017-ci il tarixli icra vərəqəsi ilə 95000 (doxsan beş min) ABŞ dolları əsas borc və məhkəmə xərclərinə görə 30 manatın cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. X7 tərəfindən qeyd edilən icra vərəqəsi üzrə borcun ödənilməsi təmin edilmədiyindən onun mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 96.70 kv.m olan fərdi yaşayış evi və Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha. kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ¼ hissəsi hərraca çıxarılmışdır.
26. Hərrac təşkilatının Xızı rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, həmin əmlaklar 4 dəfə açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamış, hərracın baş tutmaması barədə qəzetdə elan dərc olunmuşdur. Qeyd edilənlər nəzərə alınaraq “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən sənədlər toplusu Xızı rayon icra və probasiya şöbəsinə qaytraılmışdır.
27. Xızı rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə qeyd edilən daşınmaz əmlaklar emndirimli qiymələrlə (torpaq sahəsi 4235 manat; fərdi yaşayış evi 10500 manat) İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən tələbkar İddiaçı təklif edilmişdir.
28. Xızı rayon icra və probasiya şöbəsinin rəisi T.Bayramovla tələbkar İddiaçı tərəfindən imzalanmış borclu şəxsə məxsus əmlakın tələbkara təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evinin İddiaçı təhvil verildiyi göstərilmişdir.
29. İddiaçı məhz xx.xx.2021-ci il tarixli protokola istinad etməklə qeyd edilən daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınmasını tələb edir, cavabdeh isə iddiaçının göstərilən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün hər-hansı hüquqmüəyyənedici sənəd təqdim etmədiyini bildirməklə həmin protokolu hüquqmüəyyənedici sənəd qismində qəbul etmir.
30. İddianı təmin edən birinci instansiya məhkəməsi öz qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad etsə də, həmin maddənin qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutan 8.0.1-ci maddəsinin məzmununa istinad edərək bu nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.
31. Brinici instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslar daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmışdır. Həmin qanunun yuxarıda istinad edilən 8.0.2-ci maddəsində qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər sırasında göstərilmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021№-li qərarına əsasən icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir.
33. Borclunun əmlakının satılması ilə bağlı münasibətləri tənzimləyən “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, həmin Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Həmin qanunun 53.3-cü maddəsinə əsasən isə əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə qaytarılır.
34. İstinad edilən normalardan göründüyü kimi “İcra haqqında” Qanunun 53.3-cü maddəsində əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunması nəzərdə tutulsa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənəd qismində hazırkı işdə iddiaçının təqdim etdiyi icra və probasiya şöbəsinin rəisi ilə tələbkar tərəfindən imzalanmış borclu şəxsə məxsus əmlakın tələbkara təhvil verilməsi barədə protokol deyil, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol nəzərdə tutulmuşdur. Belə olan halda cavabdehin etirazının və apellyasiya şikayətinin müvafiq dəlilləri ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı müvafiq daşınmaz əmlaklar üzərində hüquqlarının qeydiyyatı üçün qanunda nəzərdə tutulan sənəd - ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol təqdim etməmişdir, eyni zamanda hazırkı işdə müvafiq əmlaklar ipoteka predmeti olmamışdır.
35. İşin qeyd edilən halları, o cümlədən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan konkret sənədlərin təqdim olunmasının zəruriliyi iddiaçının vəkilinin diqqətinə çatıdırılmaqla İPM-nin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəfləri proses iştirakçıları ilə müzakirə edilmiş, iddiaçının vəkili məhz xx.xx.2021-ci il tarixli protokol əsasında iddiaçının müvafiq daşınmaz əmlaklar üzərində hüquqlarının qeydə alınmalı olduğunu bildirmiş, eyni zamanda verilmiş suallara cavab olaraq qeyd edilən torpaq sahəsinin və fərdi yaşayış evinin yerləşdiyi yerin cavabdehə məlum olduğunu, iddiaçının onkoloji xəstə olduğunu, özünün isə həmin daşınmaz əmlaklarının yerləşmə yeri barədə məlumatı olmadığından onları müayinə üçün cavabdehə təqdim edə bilmədiklərini bildirmişdir.
36. Üçüncü şəxs İ.Şahverdiyev məhkəmə kollegiyasının iclasında verdiyi izahatında qeyd edilən fərdi yaşayış evini 1987-ci ildə nikaha daxil olduğu Kəmalə Talıbova ilə birgə nikah dövründə əldə etdiyini, 2013-cü ildə nikahlarına xitam verildiyi vaxtdan həmin evdə yaşamadığını, evdə keçmiş ailə üzvlərinin yaşadığını, torpaq sahəsinin isə istifadəsində olmadığını bildirmişdir.
37. Kollegiya qeyd edir ki, hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.
38. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi hallar və gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olmadığından cavabdeh inzibati orqan həmin qanunun 15ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-1344/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.