Məhkəmə qərarları › İş №2-1(105)-285/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-285/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-285/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X5 ibarət tərkibdə, X41 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X14, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “üçüncü şəxsin adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(118)-1997/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi yaşayış evi tikintisi üçün X6, X15, X16, Nümayəndə, X17 ayrılmış 0,28 ha torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən həmin şəxslərin adına JN-057A, KOD 30223018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 0,28 ha torpaq sahəsinin hər birinə münasibətdə 0,056 ha hissəsi üzərində payçılar X4, X8, X9, Nümayəndə və X10 paylı mülkiyyət hüquqları, torpaq sahəsinin üzərində yerləşən 231,2 kv.m fərdi yaşayış evi üzərində isə X11 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013cü il tarixdə qeydiyyata alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********88-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. X1 ölmüş, onun vərəsəsi kimi X18 müəyyən edildiyindən, S.B.Səfərbəyovun payı xx.xx.2017-ci il tarixdə Sərdar Səfərbəyovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət edərək X18 və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88-10301 reyestr nömrəli çıxarışların ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********32 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan X4 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********88-10301 reyestr nömrəli çıxarışların ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı əsasında X4 adına tərtib edilmiş JN-057A KOD 30223018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı porotokolu ilə Xaçmaz rayon “Pravda” sovxozunun Uzunoba kənd üzrə püşkatma yolu ilə torpaq payı alma yolu olan subyektlərin və fəaliyyət göstərən kəndin fermer təsərrüfat üzvlərinin ardıcıllıq siyahısından 77-ci X4 adına qaytanlanmış kitab üzrə 0,25 ha, faktiki 0,30 ha torpaq sahəsi, 82-ci X11 adına qaytanlanmış kitab üzrə 0,25 ha faktiki 0,30 torpaq sahəsi qeydə alınmışdır. Göründüyü kimi X19 və onun ailə üzvlərinə, o cümlədən, üçüncü şəxs X6 1998-ci ildə aqrar islahat zamanı torpaq sahəsi ayrılmışdır. Lakin, buna baxmayaraq, üçüncü şəxs Xaçmaz rayon AİK-nin 11 dekabr 2002-ci il tarixli, 05 nömrəli qərarı əsasında özünü və ailə üzvlərinin adına JN-057A KOD 30223018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib etdirmişdir. Üçüncü şəxsin atası X20 xx.xx.2010-cu ildə ölməsinə baxmayaraq, 2013-cü ilin may ayında Uzunoba kəndində yerləşən həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair onun adına, torpaq sahəsi üzərində mülkiyyət hüququna dair isə üçüncü şəxsin və ailə üzvlərinin adına **********88- 10301 reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixli, 2v-208 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin daşınmaz əmlak üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 nömrəli protokolunun surətindən görünür ki, həmin iclas Xaçmaz rayonun Uzunoba İƏV-nin Uzunoba, Xəzərli, Baraxum kəndlərində yaşayan torpaq payı almaq hüququ olan, lakin torpaq payı almayan şəxslərə pay torpaqlarının verilməsinə aid edilmişdir. Hesab edir ki, həmin qərarla üçüncü şəxsə və onun ailə üzvlərinə torpaq sahəsi ayrılmamışdır. Çünki, aqrar islahat komissiyası hər bir təsərrüfat subyektinə fərdi yaşayış evi tikmək üçün bir dəfə torpaq sahəsi ayırır. Səfərbəyovlar ailəsinə də 1998-ci ildə fərdi həyətyanı torpaq sahəsi ayrılmışdır. Qanunvericiliyin tələbinə əsasən 2001-ci ilin yanvar ayından fərdi yaşayış evi tikmək üçün torpaq sahələri bələdiyyələr tərəfindən ayrılır. İddiaçı Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxsin adına verilmiş çıxarışların və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Xaçmaz rayonu, Uzunoba kənd ZDS İcraiyyə Komitəsinin 1960- 1962-ci illərə aid 04 saylı təsərrüfatbaşı kitabında 75 nömrəli təsərrüfatın başçısı - atası mərhum X24 mülkiyyət hüquqlarının (JN-057A KOD 30223018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsinə dair) tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, işə baxan məhkəmə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə mülki iş üzrə icraata xitam verərək, işi geri qaytarmışdır. İddiaçı daha sonra cavabdeh orqana müraciət edərək sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və onun əsasında mərhum X20 və ailə üzvlərinin adına verilmiş xx.xx.2013-cü il tarixli, **********188-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh şəhadətnamənin və çıxarışın ləğv edilməsinin yalnız məhkəmə qərarı ilə mümkün olduğunu bildirmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(118)-1997/2023 nömrəli qərardadı ilə X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(118)-1997/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Xaçmaz rayon Uzunoba kəndi üzrə ZDS İcraiyyə Komitəsinin 1960- 1962-ci illərə aid 04 saylı təsərrüfatbaşı kitabında 75 nömrəli təsərrüfatın başçısı iddiaçının atası X36, 282 nömrəli təsərrüfatın başçısı isə 3-cü şəxsin atası X21 olmuş, 75 nömrəli təsərrüfat 282 nömrəli təsərrüfata köçürülmüş, lakin köçürülmənin hüquqi əsasları mövcud olmamışdır. İddiaçının atasının sağlığı dövrdə 75 nömrəli təsərrüfat 282 təsərrüfata verildiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Bu baxımdan, iddia mümkün sayılmamalıdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı o əsasla mümkün saymamışdır ki, Xaçmaz Rayon ZDS-nin İcraiyyə Komitəsinin 1960-1962-ci illərə aid 04 saylı təsərrüfat başı kitabında 75 nömrəli təsərrüfatın (təsərrüfatın başçısı iddiaçının atası X36) 282 nömrəli təsərrüfata (başçısı üçüncü şəxsin atası X20) köçürülmüşdür. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, üçüncü şəxsə Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə torpaq sahəsi ayrılmışdır. Hazırki mübahisə predmeti isə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə ayrıldığı göstərilən torpaq sahəsinə dair onların adına verilmiş JN-057A KOD 30223018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədir. Hansı ki, həmin Şəhadətnamənin tərtib edilməsinin hüquqi əsası yoxdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iş materiallarında olan Xaçmaz rayonu Uzunoba kəndi üzrə təsərrüfatbaşına kitablarda göstərilən 75 nömrəli təsərrüfat üzrə 0,25 ha torpaq sahəsi iddiaçıya, 282 nömrəli təsərrüfat üzrə isə 0,25 ha sahə üçüncü şəxsə aiddir. Torpaq sahəsindən faktiki olaraq istifadə etmir, anası vəfat edənə qədər - 2012-ci ilədək həmin təsərrüfatda yaşamışdır. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X18 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, hazırki iş üzrə iddiaçının ailə başçısı 1963-cü ildə üzvü olduğu “Stalin” adına kolxozun üzvlüyündən imtina edərək, Xaçmaz rayonunda ictimai iaşə obyektində tikinti materiallarının satış bazasında işə daxil olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi də kolxozun, yəni dövlət mülkiyyətində olmuşdur. Kolxoz rəhbərliyinin göstərişi əsasında həmin torpaq sahəsi onun mərhum atası X11 adına keçirilmiş, o, təsərrüfat başçısı olmuşdur. Belə ki, onun şəxsi istifadəsində 1962-1970-ci illərdə 0,25 ha, 1971-1983-cü illərdə 0,24 ha, 1984-1985-ci illərdə 0,25 ha torpaq sahəsi olmuşdur. 1986-1990-cı illərdə aid Uzunoba kəndi üzrə 2 nömrəli təsərrüfatbaşına kitabda da mərhum atası təsərrüfat başçısı kimi göstərilmişdir. Üçüncü şəxs şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi yaşayış evi tikintisi üçün üçüncü şəxs X6 və onun ailə üzvlərinə ayrıldığı göstərilən 0,28 ha torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən həmin şəxslərin adına JN-057A, KOD 30223018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə əsasında sözügedən 0,28 ha torpaq sahəsi üçüncü şəxs və ailə üzvlərinin paylı mülkiyyət hüquqları üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə üçüncü şəxsə və onun ailəsinə hər hansı torpaq sahəsi ayrılmadığını, bununla da sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hüquqi əsasının olmadığını, həmin torpaq sahəsinin onun mərhum atası X24 başçısı olduğu 75 nömrəli təsərrüfata aid olduğunu bildirmişdir. Hazırda iddiaçı qeyd edilənlərə əsasən JN-057A, KOD 30223018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsi hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında olan Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 aprel və 11 iyul 2017-ci il tarixli, müvafiq olaraq 299 və 527 nömrəli arxiv arayışlarından görünür ki, Uzunoba kənd X13 İcraiyyə Komitəsinin Uzunoba kəndi üzrə 1954-1956-cı illərə, 1957- 1959-cu illərə və 1960-1962-ci illərə aid müvafiq olaraq 01, 07 və 04 saylı təsərrüfatbaşına kitablarında (75 nömrəli şəxsi hesab) X36 təsərrüfat başçısı olmuş, onun şəxsi mülkiyyətində 1936-cı ildə tikilən yaşayış evi və xüsusi istifadəsində 0,25 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. 1963-1965-ci illərə təsərrüfatbaşına kitablarında adına təsərrüfat qeyd olunmamışdır. Onun ailə üzvləri kimi arvadı X28, oğulları Kərəmov Nəbi, Səlim, Rəhim, Qərib Zaman oğulları, qızı X29 göstərilmişdir. AZ-İ seriyalı, 751501 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən X36 16 fevral 1969-cu il tarixdə ölmüşdür. Hazırda iddiaçı, mərhum atası X23 75 nömrəli təsərrüfat üzrə miras qalmış 0,25 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş şəhadətnaməni mübahisələndirir. İddiaçının hazırkı halda iddia qaldırmaq səlahiyyətinin mövcudluğu üçün mərhum atasının öldüyü məqamadək 75 nömrəli təsərrüfata sahiblik etməsi və öldükdən sonra qanun üzrə vərəsəsi olan iddiaçıya həmin torpaq sahəsinin miras əmlak olaraq qalması tələb olunur. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilən Uzunoba kənd sovetinin 1960-1962-ci illərə aid müvafiq olaraq 04 saylı təsərrüfatbaşına kitabının 4cü və 5-ci səhifələrindən görünür ki, 75 nömrəli təsərrüfat üzrə başçı X36 olmuş, onun ailə üzvləri kimi arvadı X25, oğulları Kərəmov Nəbi, Səlim, Rəhim, Qərib Zaman oğulları, qızı X29 göstərilmiş, təsərrüfatın xüsusi istifadəsində olan torpaq sahəsi 1960, 1961, 1962-ci illər üzrə 0,25 ha təşkil etmişdir. Həmçinin, kitabın torpaq sahəsi sətrinin 1962-ci il sütununda onun 282 nömrəli təsərrüfata köçürüldüyü qeyd edilmişdir. 1960-1962-ci illərə aid müvafiq olaraq 12 saylı təsərrüfatbaşına kitabının 12-ci səhifəsindən müəyyən edilir ki, 282 nömrəli təsərrüfat üzrə başçı X20 olmuş, onun ailə üzvləri kimi arvadı X3, oğlu X2 göstərilmiş, təsərrüfatın xüsusi istifadəsində olan torpaq sahəsi 1962-ci il üzrə 0,25 ha təşkil etmişdir. Eləcə də, sorğuya cavab olaraq verilən 27 oktyabr 2023-cü il tarixli arxiv arayışında təsərrüfatbaşına kitabda 75 nömrəli təsərrüfatın 282 nömrəli təsərrüfata köçürülməsi barədə məlumatın qeyd edildiyi, lakin köçürülmə barədə hüquqi əsas olan sənədin aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin, kollegiya qeyd edir ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba İƏD üzrə nümayəndəsi tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edilməsi üçün X24 75 nömrəli şəxsi hesabında Uzunoba kəndində yerləşən 1936-cı ildə inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi 0,25 ha torpaq sahəsi olmasına dair nümayəndəliyin 1960-1962-ci illər üzrə təsərrüfatbaşına kitabından çıxarış (iş materialları səh.87) tərtib edilə də, daha sonra həmin çıxarış Uzunoba İƏD üzrə nümayəndə tərəfindən etibarsız hesab edilmişdir. Etbarsız hesab edilmənin əsası məhz yuxarıda qeyd edildiyi kimi 75 nömrəli təsərrüfatın 282 nömrəli köçürülməsi barədə 04 saylı təsərrüfatbaşına kitabının 4-cü və 5-ci səhifələrindəki, eləcə də 12 saylı təsərrüfatbaşına kitabının 12-ci səhifəsindəki qeyd olmuşdur. Beləliklə, işin sadalanan faktiki hallarından göründüyü kimi mübahisələndirilən 0,25 ha torpaq sahəsi 1962-ci ilədək 75 nömrəli təsərrüfat üzrə iddiaçının mərhum atası X36 və onun ailə üzvlərinin istifadəsində olsa da, 1962-ci ildə həmin təsərrüfat üçüncü şəxsin mərhum atası X11 başçısı olduğu 282 nömrəli təsərrüfatla birləşdirilmiş, işin qeyd edilən halı, yəni təsərrüfatların birləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat sağlığında Z.Kərəmov tərəfindən mübahisələndirilməmiş, 1962-1969-cu illərdə mərhum Z.Kərəmovun adına təsərrüfatbaşına kitablarda hər hansı təsərrüfat olmamış, 75 saylı təsərrüfat 282 saylı təsərrüfatın nəzdində olmuşdur. Eyni zamanda Xaçmaz Rayon Dövlət Arxivinin 23 iyul 2019-cu il tarixli məktubu ilə də müəyyən edilir ki, Uzunoba kənd X13 İcraiyyə Komitəsinin 1968-1977-ci və X27 İcraiyyə Komitəsinin 1978-1990-cı illərə aid Uzunoba kəndi üzrə təsərrüfatbaşına kitablarında X24 adına təsərrüfat aşkar edilməmişdir. Beləliklə kollegiya hesab edir ki, 75 nömrəli təsərrüfatın xüsusi istifadəsində olan 0,25 ha torpaq sahəsi Z.Kərəmovun ölümündən 7 il əvvəl, yəni 1962-ci ildən etibarən X11 başçısı olduğu 282 nömrəli təsərrüfatla birləşdirildiyindən və işin qeyd edilən halı nə mərhumun sağlığında onun özü tərəfindən, nə də sonradan vərəsələri tərəfindən mübahisələndirilmədiyindən mərhumun qanun üzrə vərəsəsi olaraq iddiaçının 1962-ci ildən 282 nömrəli təsərrüfata birləşdirilmiş 75 nömrəli təsərrüfatdakı torpaq sahəsinə dair hazırkı iddianı qaldırmaq səlahiyyətinin olmadığı müəyyən edilir. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(118)-1997/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar