Məhkəmə qərarları › İş №2-1(105)-286/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-286/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-286/2024 24.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X28, X29 və X30, X18 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X4, X13, xx.xx.2009-cu il təvəllüdlü X21, X6, xx.xx.2007-ci il təvəllüdlü X14, X15, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2014-cu il təvəllüdlü X10, xx.xx.2014-cu il təvəllüdlü X11, X16, X17 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi ünvanda yerləşən 6 nömrəli evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(118)-1970/2023 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********65-10301 nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi ünvanda yerləşən 6 nömrəli ev üzərində İddiaçı və digərlərinin paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən, iddia ərizəsində qeydiyyatdan çıxarılması tələb olunan X12, X28, X37, X19, X31, X30, X22, X23, X24, X25, X29, X3 rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə ev 6 ünvanında qeydiyyatdadırlar. Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş 128-97798/M-3122 nömrəli, 21 dekabr 2022-ci il tarixli məktuba əsasən həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətinə imtina olunmuşdur. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi ünvanda yerləşən 6 nömrəli mənzil onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Həmin mənzildə 3-cü şəxslər pasport qeydiyyatındadırlar. Üçüncü şəxslər mənzilində formal olaraq qeydiyyatda qalmışdırlar. Onların mənzil üzərində heç bir hüququ yoxdur və onların mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də cavabdehə müraciət edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını müraciət etmiş, onun müraciətinə müsbət cavab verməyən cavabdeh müraciəti təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(118)-1970/2023 nömrəli qərardadı ilə X12, X28, xx.xx.2009-cu il təvəllüdlü X37, X19, xx.xx.2007-ci il təvəllüdlü X31, X30, xx.xx.2015-ci il təvəllüdlü X22, xx.xx.2014-cu il təvəllüdlü X24, xx.xx.2014- cu il təvəllüdlü X25, X29, X32 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(118)-1970/2023 nömrəli qərarı ilə iddia təmin edilərək X4, X13, xx.xx.2009-cu il təvəllüdlü X21, X6, xx.xx.2007-ci il təvəllüdlü X14, X15, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2014-cu il təvəllüdlü X10, xx.xx.2014-cu il təvəllüdlü X11, X16, X17 İddiaçı və ailə üzvlərinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi ünvanda yerləşən 6 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(118)-1970/2023 nömrəli qərarı icra olunaraq, X12, X28, X37, X19, X31, X30, X9, X24, X25, X29 və X3 rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 6 ünvanından qeydiyyatdan çıxarılmışlar. Qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, X18, X28, X30, X29, X32 və azyaşlılar X24, X25, X31, X21 Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi 6 saylı evə qeydiyyatlarının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(118)-1970/2023 nömrəli qərarından X18 tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmiş, X7 apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxslər apellyasiya şikayətində bildirmişlər ki, qərar tamamilə əsassız və qanunsuzdur. Əvvəla, iddiaçı özü heç bir araşdırma aparmadan, ona verilmiş mənzil üzrə çıxarışda ünvanın səhv və ya düz yazılması ilə bağlı araşdırmaq üçün çıxarışı aldığı 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməmişdir. İddiaçı və onun ailə üzvlərinə həmin ünvana dair çıxarış 28.02 2015-ci il tarixdə 4 saylı Ərazi İdarəsi tərəfindən verilmişdir. 4 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan mənzilə səhv ünvan nömrəsi verilmişdir. 3-cü şəxslər ailə üzvləri ilə birlikdə Sulu-Təpə qəsəbəsi, Ş.Əfəndizadə küçəsi 6 saylı ünvanda yerləşən fərdi yaşayış evində 1976-ci illərdən yaşayırlar və 1984-cü ildən qeydiyyata alınmışlar. Ev 2007-ci ilə qədər Binəqədi rayonunun inzibati ərazisinə aid olmuş, 2007-ci ildən sonra isə Abşeron rayon inzibati ərazisinə daxil edilmişdir. Evi ataları 1976-ci ildə erməni millətindən olan şəxsdən alıb, əvvəlcə qardaşı Nazim həmin evə qeydiyyata alınıb, sonradan onlar və ailə üzvləri, daha sonra isə qardaşı Elmar və onun ailə üzvləri həmin evə qeydiyyata alınmış, hal-hazıra qədər həmin evdə yaşamaqda davam edirlər. Üçüncüsü, iddiaçı mənzilində hansı əsaslarla qeydiyyata alınan və neçə illərdir ki, həmin mənzildə qeydiyyatda qalan şəxsləri bu günə qədər mənzildən qeydiyyatdan çıxarmamış və bu barədə heç bir araşdırma aparmamışdır. Yaşadıqları ev daşınmaz əmlakın Dövlət reyetrində qeydiyyatdan keçməmişdir, lakin 1976-cı ildən üçüncü şəxslərin istifadəsində, idarəçiliyində və sahibliyindədir. İddiaçının adına olan mənzil isə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmişdir. Vəkil sorğüsuna 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstisar Təmir Sahəsi tərəfindən verilmiş cavabda aşağıdakılar müəyyən olunmuşdur: “X8 öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ş.Əfəndizadə küçəsindəki 2 otaqlı, 32.8 kv.metr yaşayış sahəsindən ibarət 144 saylı fərdi yaşayış evində xx.xx.2011-ci il tarixdən qeydiyyatda olmaqla yaşayırlar. Bu evin qeydiyyat vəsiqəsi xx.xx.2001-ci il tarixdə X5 verilmişdir. Sonradan, xx.xx.2015-ci il tarixdə 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən onlara məlum olmayan səbəbdən, Ş.Əfəndizadə küçəsi ev 144-ə aid qeydiyyat vəsiqəsi 5 otaqlı, 147,8 kv.m.(123,8+24,0) sahədən ibarət Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi ev 6 tərzdə yaşayış evinin X5 məxsus olması barədə çıxarışla əvəz olunmuşdur. Həmin cavab məktubuna xx.xx.2001-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi, xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışın kserosurəti əlavə olunur.” 2007-ci ilə qədər həmin ərazi Binəqədi rayon inzibati ərazisinə daxil olmuş, həmin tarixdən sonra Abşeron rayonunun inzibati ərazisinə verilmişdir. X8 2001-ci ilin avqust ayının 01-də yaşadığı ünvana 144 nömrə altında qeydiyyat vəsiqəsi alır, ev iki otaqdan ibarət olmaqla ümumi sahəsi 65.9 kv.m olmaqla qeydiyyatdan keçir, 2015-ci il fevral ayının 28-də 144 nömrəli evə 6 nömrə altında çıxarış alır. Həmin evin ümumi sahəsi 123,8 kv.m.olmaqla otaqların sayı 4 göstərilir. Bundan əlavə “Domovaya kniqa” adlanan kitabda X2 ünvanı Ş.Əfəndizadə 144 göstərilmişdir. Bundan başqa, Mustafayev Arzumanın adına açılan “X36” ünvan Ş.Əfəndizadə, 144 (6), otaq 1+1, otaqların ölçüsü 123,8+24,0, qeydiyyat tarixi xx.xx.2005 Binəqədi RPŞ qeydiyyatı aparılmışdır. Vəkil sorğusuna cavab olaraq verilmiş 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstisar Təmir Sahəsi tərəfindən xx.xx.2023-cii il tarixdə, 2693 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, X29 və onun ailəsi, eyni zamanda qardaşı Elmar və onun ailəsi Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi, 6 saylı fərdi yaşayış evində xx.xx.1999-cu il tarixdən yaşayırlar və qeydiyyatdadırlar. Onun qardaşı X33 xx.xx.1984-cü il tarixdən həmin evə qeydiyyatda olmaqla xx.xx.2013-cü il tarixə qədər yaşamış və həmin tarixdə vəvat etmişdir. Sadıxov Nazimin adına açılmış X36n görünür ki, Ş.Əfəndizadə küçəsi 6 saylı ünvanda Sadıxovlar ailəsi xx.xx.1984-cü il tarixdən qeydiyyatdadırlar. Bundan əlavə, ev kitabindan çıxarışdan görünür ki. Sulu-təpə qəsəbəsi Ş.Əfəndizadə (keçmiş Telman küçəsi 6) 1976-cı ildə inşa edilmişdir. Həmin ünvan sonradan dəyişdirilərək Ş.Əfəndizadə 6 ünvanı verilmişdir. Həmin evdə Sadıxovlar ailəsi xx.xx.1984-cü ildən qeydiyyatda olmaqla hal-hazıra qədər yaşayırlar. Şifahi məlumata əsasən X8 daşınmaz əmlakın dövlət reyestri xidmətində işləmişdir. Fərqli ünvanlarda yerləşən evlərin nömrəsini saxtalaşdırmışdır. Məhkəmənin qərarına əsasən ailəliklə yaşadıqları ünvanda qeydiyyatdan çıxarılmışlar, bu səbəbdən müdafiəçiyə etibarnamə verə bilmirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Sadıxov Elman apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və bildirdi ki, uzun illərdir ailə üzvlərilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi ünvanda yerləşən 6 nömrəli evdə yaşayırlar və həmin ünvanda qeydiyyatda olmuşlar. İddiaçı onların qonşusu olmuşdur, şəxsən tanımamışlar. İddiaçının ünvanı fərqli olmuşdur. Hansı əsaslarla yaşadıqları ünvandan qeydiyyatdan çıxarıldıqları məlum deyil. Hal-hazırda heç bir ünvanda qeydiyyatda deyillər. İddiaçının yaşadığı evlə onların evi fərqli yerlərdə yerləşir. Onların evinin ünvanı Şəfiqə Əfəndizadə küçəsi, ev 6dır, iddiaçının ünvanı Şəfiqə Əfəndizadə küçəsi, ev 144-dür. İddiaçı hal-hazırda Şəfiqə Əfəndizadə küçəsi ev 6 ünvanında qeydiyyatdadır. Yaşadıqları evə dair heç bir mülkiyyət sənədi yoxdur. Həmin ünvana ev kitabçası əsasında qeydiyyata alınmışlar. Yeni ünvan barədə onlara məlumat verilməmişdir. Mənzil Kommunal istismar Sahəsi tərəfindən halhazırda da sözügedən ünvanda yaşamaları barədə arayış verilmişdir. Həyat yoldaşı hələ də həmin ünvanda qeydiyyatdadır. Ünvanın necə olması fərq etmir, sadəcə ünvan qeydiyyatına alınmalarını istəyirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, mübahisə olunan ərazi 2005-2006-cı illərdə Binəqədi rayonun inzibati ərazi dairəsinə daxil idi, o zaman ünvan Şəfiqə Əfəndizadə küçəsi, ev 144 idi. Daha sonra Abşeron rayonun inzibati ərazi dairəsinə daxil edildikdən sonra ünvan Şəfiqə Əfəndizadə küçəsi, ev 6 olmuşdur. Şəfiqə Əfəndizadə küçəsi, ev 6 ünvanı ayrı-ayrı şəxslərə-ona, üçüncü şəxslərə və digər bir vətəndaşa verilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilə dair çıxarışı vardır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvan arayışı almaq üçün müraciət edən zaman ona bildirilmişdir ki, Ünvan Reyestri İnformasiya Sistemi proqram təminatına əsasən yeni ünvan ünvan 7 yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilir ki, iddiaçıya məxsus **********65-10301 reyestr nömrəli çıxarışda göstərilən “Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizdə küçəsi, ev 6” ünvanı iddiaçıya məxsus qeydiyyat vəsiqəsində qeyd olunan “ünvan 8 ünvanı ilə eynidir. AR Prezidentinin xx.xx.2008-ci il tarixli 27 nömrəli Fərması ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsinə dair yeni qaydalara əsasən iddiaçıya məxsus fərdi yaşayış evi Ünvan Reyestri İnformasiya Sistemi proqram təminatına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Ağaxan Abdullayev küçəsi, ev 4 olaraq təyin edilmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisənin faktiki hallarının araşdırılması ilə bağlı Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinə, 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinə sorğu göndərilərək iddiaçı və üçüncü şəxslərin faktiki ünvanlarının müayinə edilməsi, üçüncü şəxslərin faktiki yaşadıqları və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1970/2023 nömrəli qərarı ilə qeydiyyatdan çıxarıldıqları - “ünvan 10 ünvan olması, iddiaçıya məxsus ******* seriya nömrəli, **********65-10301 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışda göstərilən “ünvan 10 ünvan olması, iddiaçı və üçüncü şəxslərin yaşadıqları ünvanların bir-birinə aidiyyatı olub-olmaması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı və üçüncü şəxslərin faktiki yaşadıqları ünvanlar müayinə olunmuşdur. İddiaçı və üçüncü şəxslərin faktiki yaşadıqları ünvanlar fərqlidir. Sadıxovlar ailəsi Ş.Əfəndizadə küçəsi ev 6 ünvanında yerləşən sənədsiz fərdi yaşayış evində yaşayırlar. İddiaçı isə “Ş.Əfəndizadə küçəsi, ev 6” ünvanı qeyd olunan çıxarışla halhazırda Ağaxan Abdullayev küçəsində yaşayırlar. Məktuba iddiaçı və üçüncü şəxslərin ailə tərkibi haqqında arayışlar əlavə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus **********65-10301 reyestr nömrəli çıxarışda göstərilən “Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizdə küçəsi, ev 6” ünvanı iddiaçıya məxsus 2001-ci il tarixli seriya FM 005018 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunan “ünvan 8 ünvanı ilə eynidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evi Ünvan Reyestri İnformasiya Sistemi proqram təminatına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Ağaxan Abdullayev küçəsi, ev 4 olaraq təyin edilmişdir. Yəni, hazırda iddiaçının faktiki ünvanı ünvan 11ə məskunlaşdıqları faktiki ünvan isə ünvan 12iya məhkəməsi işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. İşdən görünür ki, məhkəmənin həmin qərarı icra olunmuş, üçüncü şəxslər faktiki olaraq yaşadıqları və qeydiyyatda olduqları ünvandan qeydiyyatdan çıxarılmışlar. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 236-1-ci maddəsinə əsasən, (İcrada dönüş) icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.( 236-1.1), Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. (236-1.2) Məhkəmə kollegiyası maddənin tələblərindən çıxış edərək hesab edir ki, hazırki iş üzrə iddia rədd olunduğundan, X13, xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.2007-ci il təvəllüdlü X14, X15, xx.xx.2014-cu il təvəllüdlü X10, xx.xx.2014-cu il təvəllüdlü X11, X16, X17 Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi ünvanda yerləşən 6 nömrəli evə pasport qeydiyyatı bərpa olunmalıdır. QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(118)-1970/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. X13, xx.xx.2009-cu il təvəllüdlü X21, xx.xx.2007-ci il təvəllüdlü X14, X15, xx.xx.2014cu il təvəllüdlü X10, xx.xx.2014-cu il təvəllüdlü X11, X16, X17 Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi ünvanında yerləşən 6 nömrəli evə pasport qeydiyyatı bərpa olunsun. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar