Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-288/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və X6 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X14 2 saylı regional ərazi filialına qarşı “xx xxxxxx 2018-ci il tarixli 37/402 saylı məktubun (qərarın) etibarsız sayılması, Hil kənd İnzibati Ərazi X8nin xx xxx 2018-ci il tarixli 584 saylı əmək haqqı arayışına əsasən, Hil orta məktəbində 3 il 3 ay, Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 246 saylı Arxiv arayışına görə sabiq “Lenin” sovxozunda əmrlərə əsasən 2 il 5 ay və Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 247 saylı Arxiv arayışına görə sabiq “xxxxx” İstehsalat Müəssisəsində əmrlərə əsasən 1 il 11 ay, cəmi 7 il 7 ay iş dövrünün sosial sığorta stajına daxil edilməsi və xx xxxxxx 2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının həmin tarixdən bərpa edilməsi vəzifəsinin Dövlət X14 Qusar rayon Şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 90/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəməiclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. O, altı uşaq doğmuş çoxuşaqlı anadır. İddiaçıya altı uşağının olması nəzərə alınaraq, çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra inzibati orqanın qərarına əsasən pensiya ödənilməsi dayandırılmışdır. İddiaçı çoxuşaqlı ana kimi pensiyanın bərpa olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilən xx xxxxxx 2018-ci il tarixli cavab məktubu ilə iddiaçının tələbindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qusar rayon İcra Hakimiyyətinin Hil kənd Ərazi Nümayəndəliyinin arayışında İddiaçı Hil kənd orta məktəbində işlədiyi və həmin dövrdə aldığı əmək haqlarının miqdarı göstərilmişdir. Azərbaycan Respublikası Milli X16 rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 246 saylı arxiv arayışında iddiaçının sabiq “Lenin” sovxozunda, Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 247 saylı Arxiv arayışında görə sabiq “xxxxx” İstehsalat Müəssisəsində işlədiyi qeyd edilmişdir. İddiaçı altı uşaq böyüdüb, onları tərbiyə etmişdir. İddiaçı hesab edir ki, o, 6 uşaq anası olduğundan və Hil orta məktəbində, “Lenin” sovxozunda və “xxxxx” İstehsalat Müəssisəsində işləməklə 7 il 7 ay iş stajı olduğundan, onun pensiya hüququ yaranmışdır və inzibati orqan onun pensiyasını əsassız olaraq dayandırmışdır. Buna görə də, ona təyin edilmiş çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası bərpa edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, X7 2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar həmin iş stajlarına dair arxiv arayışları və Qusar rayon Hil kənd İƏ X8 tərəfindən verilmiş əmək haqqları arayışı təqdim edilmiş və onun həmin dövrdə tələb olunan 5 il ( 60 ay) əmək haqqlarına görə pensiya təyin edilmişdir. Lakin, 2010-cu ildə Azərbaycan Respublikası Dövlət X14 əmri ilə Fondun Qusar rayon şöbəsində funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı vətəndaş İddiaçı pensiya təyin edilərkən nəzərə alınmış iş stajları öz əksini tapmadığı üçün onun pensiya ödənişi dayandırılmışdır. Belə ki, Qusar rayon Hil kənd İƏ Üzrə nümayəndəliyi tərəfindən verilmiş əmək haqları arayışda onun uşağa qulluq və hamiləliyə görə hesablanmış müavinətlər əmək haqqı kimi göstərilmişdir. Odur ki, “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində 6 uşağı doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar 48 yaşına çatdıqda və azı 13 il iş stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququna malik idi. Həmin qanunun 19- cu maddəsində isə üç və daha çox uşağı olan qadınlar, eləcə də uşaqlıqdan əlillərin anaları pensiya almaq hüququ verən azı 5 il iş stajı olduqda bu Qanunun 14-cü maddəsində onlar üçün nəzərdə tutulmuş yaşa çatdıqda natamam iş stajı ilə əmək pensiyası almaq hüququna malikdirlər. Lakin, vətəndaş İddiaçı təqdim etdiyi əmək haqları barədə arayışda uşağa qulluq və hamiləliyə görə hesablanmış müavinətlər əmək haqqı kimi göstərilmişdir. (Qusar rayon İcra Hakimiyyəti Başçısının Hil kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 44 saylı 29 avqust tarixli 2018-ci il tarixli arayış əlavə olunur). Əlavə olaraq bildirirlər ki, vətəndaş S.N. Rzaxanovanın yenidən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar şöbəyə müraciət etmiş və onun şöbəyə təqdim edilmiş Qusar rayon İHB-nın Hil kənd İƏÜN-yi tərəfindən verilmiş 584 saylı 03 may tarixli əmək haqqları barədə arayışda göstərilmiş əmək haqqlarının düzgünlüyünü Hil kənd orta məktəbinin rəhbərliyi tərəfindən verilmiş əmrləri əmrlər kitabı ilə qarşılıqlı olaraq yoxlanılmış və akt tərtib edilmişdir. Bundan əlavə olaraq bildirirlər ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ona həmin vaxt tələb olunan 5 il iş stajı , yəni 60 ay əmək haqqı olmamışdır. Lakin , o, öz iddia məktubunda Hil kənd orta məktəbində 39 ay ( 3 il 3 ay ) sığorta stajına malik olduğunu qeyd edilib. Bu faktı sübuta yetirilən bir sənəd yoxdur. Amma, arayışlarda onun sığorta stajı aşağıdakı kimi göstərilmişdir. 1) Arxiv arayışında “xxxxx” İstehsalat Müəssisəsin əmrlərinə əsasən 1 il 1 ay, (xx xxx 1981-ci ildən xx xxxx 1982-ci ilə kimi) 2) Arxiv arayışında “Lenin” adına sovxozda 4 ay (dekabr-1977-ci il və may-iyul ayları 1979-cu il) 3) Qusar rayon İHB-nın Hil kənd İƏÜNnin arayışında Qusar rayon Hil kənd orta məktəbində cəmi 8 ay (xx xxxxxx 1999-cu ildən xx xxxxxx 2000-ci ilə kimi, xx xxxxxxxx 2003-cü ildən xx xxxxxx 2003-cü ilə kimi və xx xxxxxx 2005-ci ildən xx xxxxxx 2005-ci ilə kimi) Ümumilikdə, 1 il 1 ay + 4 ay+ 8 ay= 25 ay=2 il 1 ay Qanunun 19-cu maddəsinə əsasən tam iş stajı olmadıqda (tələb olunan 13 il iş stajına qarşı) yaşa görə əmək pensiyası almaq hüququ verən azı 5 il iş sığorta stajı (60 ay) olmadığı üçün onun natamam iş stajı ilə də əmək pensiyası hüququ yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Qusar rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 246 və 247 saylı arxiv arayışlarında, Hil kənd İnzibati Ərazi X8nin xx xxx 2018-ci il tarixli 584 saylı əmək haqqı arayışında qeyd olunan dövrləri, yəni Hil kəndində yerləşən orta məktəbdə işlədiyi 2 il 7 ay müddəti, “xxxxx” xalça İstehsalat Müəssisəsində işlədiyi 1 il 1 ay müddətini, Lenin adına sovxozda işlədiyi 2 il 5 ay müddətini sosial sığorta stajı nəzərə alınmaqla X5 çoxuşaqlı ana kimi xx xxxxxx 2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X14 Qusar rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında isə cavabdehin nümayəndəsi apelyasiya şikayətinə əlavə vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları X1 məhkəməyə təqdim etdiyi Hil kənd İnzibai Ərazi X8nin xx xxx 2018-ci il tarixli 584 saylı əmək haqqı arayışına əsasən, Hil orta məktəbində 3 il 3 ay işlədiyini və bu müddətin sosial sığorta stajına daxil edilməli oldunu bildirmişdir. İş materiallarında olan Qusar rayon Təhsil şöbəsi Professor K.Kərimov adına Hil kənd orta məktəbinin direktoru tərəfindən verilmiş əmrlərdən çıxarışlara əsasən X7 xx.xx.1999-cu ildə 6 aylıq müvəqqəti əmək müqaviləsi bağlanması, xx.xx.2020-ci il tarixdən analıq məzuniyyətinə buraxılması, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər qismən ödənişli məzuniyyətə buraxılması və xx.xx.2001-ci il tarixdən isə məktəbin otaqlarında sobalarda od qalamaq üçün əmək müqaviləsi bağlanılması qeyd olunmuşdur. xx.xx.2000-ci il tarixdən xx.xx.2001ci il tarixə qədər olan qismən ödənişli məzuniyyətə buraxıldığı müddət X1 sosial sığorta stajına daxil edilməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 132-ci maddəsində “məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər” qeyd olunmuşdur.X1 təqdim etdiyi arayışın həqiqiliyinin yoxlanılması üçün DSMF Qusar rayon şöbəsinin pensiya təyinatı sektorunun baş məsləhətçisi Elşad Aslanxanov, DSMF gəlirlər sektorunun baş məsləhətçisi Kamran Balakişiyev və Hil kənd orta məktəbinin nümayəndəsi Naibə Sultanovanın iştirakı ilə Akt tərtib olunmuşdur. Həmin Aktdan İddiaçı xx.xx.1999-cu il tarixli 15 saylı əmri ilə 06 (altı) ay müddətinə müvəqqəti əmək müqaviləsi bağlanması, xx.xx.2000-ci il tarixli 43 saylı əmri ilə analıq məzuniyyətinə buraxılması, xx.xx.2000-ci il tarixli 68 saylı əmri ilə xx.xx.2001-ci il tarixə qədər qismən ödənilən analıq məzuniyyətinə buraxılması göstərilmişdir. Bununla yanaşı həmin aktda xx.xx.2001-ci il tarixli 97 saylı əmrlə qış mövsümü ilə əlaqədar 1.5 ştat vahidi ilə əmək müqaviləsi bağlanması qeyd olurısada işdən azad olunması ilə bağlı hər hansı bir bir əmr tapılmaması qeyd olunmuşdur. Bundan başqa həmin aktda xx.xx.2003-cü il tarixli 231 saylı əmrlə xidmətçi qəbul edilməsi, xx.xx.2003-cü il tarixli 251 saylı əmri ilə işdən azad edilməsi, həmçinin, xx.xx.2005-ci il tarixli, 122 saylı əmri ilə ocaqçı kimi işə götürülsə də işdən azad olunması barədə əmr tapılmamışdır. Tərtib olunmuş aktdan X1 Hil kənd tam orta məktəbində 08 (səkkiz) ay işlədiyi (xx.xx.1999-cu ildə bağlanmış 06 aylıq müqavilə və xx.xx.2003-cü il tarixdən 01,12.2003-cü il taixə qədər) öz əksini tapmışıdır. İddiaçı tərəfindən təqdim edilmiş “pensiyanın hesablanması üçün əmək haqqı barədə” arayışda onun qismən ödənilən analıq məzuniyyətində olması ilə əlaqədar olaraq aldığı müavinət əmək haqqı kimi hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 İnzibati Məhkəməsinin 2-1(118)-90/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırki işdən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiasında, bir neçə müstəqil tələb irəli sürmüşdür: 1) 07.08.2018-ci tarixli, 37/402 saylı məktubun (qərarın) etibarsız sayılması; 2) Hil kənd İnzibati Ərazi X8nin xx.xx.2018-ci il tarixli, 584 saylı əmək haqqı arayışına əsasən, Hil orta məktəbində 3 il 3 ay, Qusar rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 246 saylı Arxiv arayışına görə sabiq “Lenin” sovxozunda əmrlərə əsasən 2 il 5 ay və Qusar rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 247 saylı Arxiv arayışına görə sabir “xxxxx” İstehsalat Müəssisəsində əmrlərə əsasən 1 il 11 ay, cəmi 7 il 7 ay iş dövrünün sosial sığorta stajına daxil edilməsi; 3) xx.xx.2009-cu il tarixdə təyin edilmiş əmək pensiyasının həmin tarixdən bərpa edilməsi vəzifəsinin Dövlət X21 Qusar rayon şöbəsinin üzərinə öhdəlik qoyulması. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız ikinci iddia tələbinə dair araşdırma apararaq yekun nəticəyə gəlmiş, nə əsaslandırma, nə də nəticə hissədə birinci iddiaya qiymət verməmişdir. Üçüncü iddia tələbi isə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin Dövlət X21 Qusar rayon şöbəsinin üzərinə öhdəlik qoyulması barədə olsa da, məhkəmə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Dövlət X21 Qusar rayon şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçı ona xx.xx.2009-cu ildə təyin edilmiş və sonradan dayandırılmış pensiyanın həmin tarixdən bərpasını tələb etmişdir. Məhkəmə isə cavabdehin üzərinə xx.xx.2015-ci il tarixdən iddiaçıya pensiya təyin edilməsi öhdəliyini qoymuşdur. Göründüyü kimi, məhkəmə iddia tələbindən kənara çıxaraq mahiyyəti üzrə qərar qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-90/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Telman Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2-1(105)-288/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-288/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver