Məhkəmə qərarları › İş №2-1(105)-289/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-289/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-289/2022 11.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2-1(085)-339/2019 saylı qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-339/2019 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-339/2019 nömrəli, 14 yanvar 2019-cu il tarixli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının 25 noyabr 1992-ci il tarixli, 609 saylı sərəncamına əsasən Abşeron rayonu, Aşağı Güzdək kəndində (indiki qəsəbə) iddiaçıya mənzil tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.01.2019-cu il tarixli, 2-1(085)-339/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının 25 noyabr 1992-ci il tarixli, 609 saylı sərəncamına əsasən Abşeron rayonu, Aşağı Güzdək kəndində (indiki qəsəbə) İddiaçı mənzil tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.07.2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsiin 14.01.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.11.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş apellyasiya instansiyası məhkəməsinin 02.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iş üzrə 14.01.2019-cu il tarixli qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün 06.02.2020-ci il tarixli məktubla cavabdeh inzibati orqana göndərilmiş, 11.02.2020-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Həmin məktubdan sonra iki aydan artıq müddət ərzində qərarın icrası ilə bağlı tədbir görülməmiş, məhkəmə tərəfindən 22.04.2020-ci il tarixli məktubla cavabdeh inzibati orqan cərimənin tətbiq olunacağı barədə xəbərdar edilməklə 15 gün müddətində qərarın icra edilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinə ünvanlanmış və məhkəməyə 21.05.2020-ci il tarixli məktubunda qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqmüəyyənedici sənədlərin əsli təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacağı, 18.06.2020-ci il tarixli məktubunda isə 22.04.2020-ci il tarixli xəbərdarlıq məktubuna cavab olaraq qanunla müəyyən edilmiş qaydada və sənədlərlə ərizəçi tərəfindən müraciət ediləcəyi təqdiedə hüquqların qeydə alınması məsələsinə qanunamüvafiq qaydada baxılacağı göstərilmişdir. İddiaçı 23.12.2021-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarının cavabdeh tərəfindən müxtəlif bəhanələrlə icra olunmadığını bildirmiş, cavabdeh barəsində qanunamüvafiq təqdbir görülməsini xahiş etmişdir. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı 23.12.2021-ci il tarixli məktubda iş üzrə qərarın icrası ilə əlaqədar göstərilmişdir ki, aparılan araşdırma zamanı müayinə olunan torpaq sahəsinin 930 kv.m olduğu, bu torpaq sahəsinin 165 kv.m hissəsinin sənəd üzrə 29.11.2019-cu il tarixli, **********95 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan torpaq sahəsi ilə, 310 kv.m hissəsinin isə JN-113 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 29.11.2019-cu il tarixdə, məhkəmə mübahisəsinə Ali Məhkəmənin İnzibati-İqatisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli qərarı ilə yekun vurulduqdan sonra qeydiyyata alındığı üçün qeyd edilən hal məhkəmə icraatı zamanı müəyyən edilməmiş, nəticə olaraq da sözügedən hala məhkəmə qərarında münasibət bildirilməmişdir. Hə min məktubda daha sonra göstərilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. Hal-hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində lazımı işlər aparılır. Qeyd edilən səbəblərdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-339/2019 saylı, 14.01.2019-cu il tarixli qərarın icrası mümkün olmamışdır. Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin cərimə barədə 19.01.2022-ci il tarixli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində 23.12.2021-ci il tarixli məktubda qeyd edilmiş hallara təkrarən istinad edilməklə göstərilir ki, aparılan araşdırma zamanı müayinə olunan torpaq sahəsinin 930 kv.m olduğu, bu torpaq sahəsinin 165 kv.metr hissəsinin sənəd üzrə 29.11.2019-cu il tarixli, **********95 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan torpaq sahəsi ilə, 310 kv.m hissəsinin isə JN-113 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Şikayətdə göstərilir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 29.11.2019-cu il tarixdə, məhkəmə mübahisəsinə Ali Məhkəmənin İnzibati-İqtisadi Məhkəməsinin 19.11.2019-cu il tarixli qərarı ilə yekun vurulduqdan sonra qeydiyyata alındığı üçün qeyd edilən hal məhkəmə icraatı zamanı müəyyən edilməmiş, nəticə olaraq da sözügedən hala məhkəmə qərarında münasibət bildirilməmişdir. Apellyasiya şikayətində də Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına sitinad edilərək halhazırda həmin Fərmanın icrası ilə əlaqədar Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində lazımı işlər aparıldığı göstərilmişdir. Qeyd edilən səbəblərdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.01.2019-cu il tarixli qərarının icrası mümkün olmamışdır. Şikayətdə daha sonra işin yuxarıda qeyd edilən hallarına, habelə “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 9, 15 və 23-cü maddələrinə istinad edilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 19.01.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslı səbəblər olmadan icra olunmaması barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəmə si proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddia tələbinə məhkəmədə baxılan zaman DƏDRX-in 4 saylı Ərazi İdarəsi cavabdeh qismində məhkəmədə iştirak etmiş və məhkəmə qərararını mübahisələndirmişdir. Həmin icraat çərçivəsində iddiaçının üzərində hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinin 310 kv.m hissəsinin JN-113 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə üst-üstə düşməsi barədə cavabdeh tərəfindən hər-hansı dəlil irəli sürülməmişdir. Bundan əlavə, hazırkı iş üzrə Ali Məhkəmə tərəfindən yekun qərar çıxarıldıqdan 10 gün sonra, yəni torpaq sahəsinə dair məhkəmə mübahisəsinin mövcudluğu və mübahisənin iddiaçının xeyrinə həll olunduğu ona məlum olduğu halda cavabdeh Ərazi idarəsi 29.11.2019-cu il tarixdə həmin torpaq sahəsinin 165 kv.m hissəsinə digər şəxsin adına mülkiyyət hüquqlarını qeydə almışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında qanunun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Göründüyü kimi cavabdeh inzibati orqan müvafiq torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olmasını bilməsinə baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsinə dair digər şəxsin mülkiyyət hüququnu dövlət reyesterində qeydə almaqla buna dair çıxarış vermişdir ki, bu da iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının cavabdeh tərəfindən icra olunmaması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 23.1-ci maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Eyni zamanda şikayətdə istinad edilən Azərbaycan Respublikasının Prezidentinin 07.03.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə cavabdeh inzibati orqana 2020-ci ilə qədər müvafiq işləri tamamlamaq həvalə edilsə də, müvafiq Fərmanın vaxtında icra edilməməsi məhkəmə qərarının icra olunmamasına əsas kimi göstərilə bilməz. Müəyyən səbəblərdən qeyd edilən Fərmanın icrasını respublika üzrə başa çatdırmaq mümkün olmasa belə, məhkəmə qərarının icrası ilə bağlı məhkəmə qərarının əhatə etdiyi konkret ərazidə hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) aradan qaldırılması məqsədi ilə müvafiq işlərin aparılması mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburi olduğundan və məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələndiyindən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.01.2019-cu il tarixli, 2-1(085)-339/2019 saylı qərarının icrasını təmin etmədiyi üçün onun cərimə olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-339/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar