Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-29/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayonu X2rşı iddiaçı barəsində X3 24 dekabr 2019-cu il tarixli 14 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 38898,53 manat məbləğində mədən vergisinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-250/2021 saylı qərarından cavabdeh Şamaxı rayon X7 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayonu X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 05 fevral 2020-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 38898,53 manat məbləğində mədən vergisinin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şamaxı rayonu X3 24 dekabr 2019-cu il tarixli 14 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 38898,53 manat məbləğində mədən vergisinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, X3 05 fevral 2020-ci il tarixli 14 saylı qərarına əsasən iddiaçıdan 38898,53 manat mədən vergisi tutulmalıdır. İddiaçı həmin qərardan yalnız icra məmurları tərəfindən zəng olunarkən xəbər tutmuşdur. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, iddiaçının mədən vergisi üzrə 38898,53 manat vergi borcu müəyyən edilmiş və məcburi icraya yönləndiriİmişdir. Halbuki, iddiaçı vergi ödəyicisi deyil və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Bu baxımdan onun barəsində mədən vergisi ilə bağlı vergi borcu hesablana bilməz. Bununla bağlı iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-250/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Şamaxı rayon X3 24 dekabr 2019-cu il tarixli 14 saylı qərarı ləğv edilsin və həmin qərar əsasında İddiaçı hesablanmış 38898,53 manat məbləğində mədən vergisinin silinməsi öhdəlyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-250/2021 saylı qərarından cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil1 tərəfindən apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qanuni və əsaslı qərar qəbul edilməsini və ya Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-250/2021 saylı qərarını ləğv edib işi yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil1 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-250/ 2021 saylı, 23.04.2021-ci il tarixli qərarı qanunsuz və əsassızdır, həmin qərar maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul olduğundan qərar ləğv olunmalı, iş üzrə iddia ərizəsinin təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir. Belə ki, məhkəmənin qəbul etdiyi qərarında yazılmışdır ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergi Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikili və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Qanunun 8.0 və 8.0.3-cü maddəsinə əsasən yerli əhəmiyyətli tikinti materialları (kərpickiramit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi yerli vergilərə aiddir. "Bələdiyyələrin vergi xidməti haqqında" Əsasnamənin 3.1.5-ci bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanının vəzifəsi qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin uçotunun aparılmasıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13.05.2015-ci il tarixli, **********655900 saylı əmri ilə təsdiq edilmiş" Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsaitinin 1.2-ci bəndinə əsasən bu Metodiki Vəsait yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını və yerli (bələdiyyə) vergi xidməti orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən edir". Qərarda qanunsuz və əsassız olaraq yazılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının mədən vergisi ödəyicisi kimi qeydə alınması öz təsdiqini tapmadı. Belə ki, bələdiyyə iddiaçının mədən vergisi üzrə vergi ödəyicisi kimi uçota alındığını bildirsə də, bunu təsdiq edən sənəd kimi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsini təqdim etmişir. İddiaçı aid şəxsi hesab vərəqəsində isə onun adının qarşısında "bələdiyyə mülkiyyətində olan əmlaka görə icarə ödənişi" qeyd edilmişdir. Eyni zamanda, məhkəmənin qanunsuz qərarında qeyd olunmuşdur ki, cavabdeh tərəf mübahisələndirilən qərarda göstərilən məbləğin hansı dövr üçün və nə vaxtdan yaranmasını izah edə bilmədi. İddiaçının vergi ödəyicisi kimi bələdiyyədə qeydə alınmadığı halda ona verginin hesablanması və tələb edilməsi əsassızdır. Məhkəmə işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, ona görə də yanlış nəticəyə gəlmişdir. Həmin qərarla cavabdeh Şamaxı rayonu X3 hüquqları kobud surətdə pozulmuşdur. Ona görə də həmin qərar ləğv olunmalı və iş üzrə iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin dəlillərini əssasız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və iddia tələbinin dəqiqləşdirilməsi barədə onun tərəfindən məhkəməyə daxil olmuş ərizəni müdafiə edərək Şamaxı rayonu X3 İddiaçı 38898,53 manat mədən vergisi borcunun bələdiyyə hesabına ödənilməsinə dair 05 fevral 2020-ci il tarixli 14 saylı qərarının ləğv edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2- 1(118)-250/2021 saylı qərarı dəyişdirilməli, iddianın dəqiqləşdirilməsinə dair ərizə nəzərə alınmaqla iddianın təmin olunmasına dair qərar çıxarılmalıdır. Belə ki, Şamaxı rayonu X3 iclasının 24 dekabr 2019-cu il tarixli 14 nömrəli protokolu ilə Şamaxı rayonu X7 ərazisində qum-çınqıl çıxarılması ilə məşğul olan "xxxx" MMC-dən (təsisçisi İddiaçı) X5 yaranmış 38898.53 manat mədən vergisi borcunun ödənilməsi Şamaxı rayon İcra və Probasiya şöbəsindən xahiş edilməsi göstərilmişdir. Şamaxı rayonu X3 iclasının 05 fevral 2020-ci il tarixli № 14 saylı qərarı ilə Şamaxı rayon X3 24.12.2019-cu il 14 saylı iclas ptotokolunun qərarına əsasən bələdiyyə ərazisində daş-çınqıl çıxarılması ilə məşğul olan AZE 0******* 25.05.2011 -ci il tarixli şəxsiyyət vəsiqəsinə əsasən Qobustan rayonu Təklə kənd sakini İddiaçı X5 38898.53 manat mədən vergisi borcu yaranmışdır. Həmin qərarda həmçinin Şamaxı rayon İcra və Probasiya şöbəsindən İddiaçı bələdiyyəyə yaranmış 38898.53 manat mədən vergisi borcunu bələdiyyənin hesabına ödənilməsinin məcburi icraya yönəldilməsinin xahiş edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1.-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş aüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 2.2-ci bəndinə əsasən ərazi, maliyyə imkanları, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin sayı və digər meyarlardan asılı olaraq bir neçə bələdiyyə saziş əsasında onlara xidmət göstərən vergi xidməti orqanı yarada bilər. Həmin Əsasnamənin 3.1.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlara müəyyən edilmiş qaydada alınmasını təmin edir. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda miivafıq yerli (bələdiyyə) vergilərin və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə daxil olmuş ərizədə Şamaxı rayonu X3 İddiaçı 38898,53 manat mədən vergisi borcunun bələdiyyə hesabına ödənilməsinə dair 05 fevral 2020-ci il tarixli 14 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şamaxı rayonu X3 iclasının 24 dekabr 2019-cu il tarixli № 14 nömrəli protokolu ilə Şamaxı rayonu X7 ərazisində qum-çınqıl çıxarılması ilə məşğul olan "xxxx" MMC-dən (təsisçisi İddiaçı) X5 yaranmış 38898.53 manat mədən vergisi borcunun ödənilməsi göstərilmişdir. X3 05 fevral 2020-ci il tarixli qərarında 24.12.2019-cu il tarixdə tərtib etdiyi 14 saylı protokoluna istinad olunur, həmin protokolda Şamaxı rayonu X7 ərazisində qum-çınqıl çıxarılması ilə məşğul olan "xxxx" MMC-dən vergi borcunun ödənilməli olması göstərilmişdir. Buradan da aydın olur ki, həmin protokol qərarına zidd olaraq 05 fevral 2020-ci il tarixli qərar qəbul edilib. Belə ki, X3 24 dekabr 2019-cu il tarixli qərarında vergi borcunun "xxxx" MMC-dən tutulmalı olması qeyd olunub. Həmin qərarda həmçinin "xxxx" MMC-nin təsiscisinin səhvən “İddiaçı” olduğu göstərilmişdir. İş materiallarına əsasən işə "xxxx" MMC-nin təsiscisinin “X6” olduğu müəyyən edilir. Bundan əlavə X3 24.12.2019-cu il tarixli qərarında mədən vergisi borcunun Aras” MMC-dən tutulmalı olduğu qeyd edilsə də, bu qərar əsasında çıxarılmış həmin Bələdiyyənin 05 fevral 2020-ci il tarixli qərarında isə əvvəlki protokol qərarına zidd olaraq səhvən mədən vergisi borcunun İddiaçı tutulmalı olması göstərilmişdir. Bununla əlaqədar X3 nümayəndəsinə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək Bələdiyyənin hər iki qərarının ləğv edilərək yenidən vergi borcunun düzgün müəyyən edilməsinə dair müvafiq düzgün qərar qəbul edilməsi məsləhət edilmişdir. Lakin bununla əlaqədar X3 nümayəndəsi heç bir üzrlü səbəb olmadan növbəti məhkəmə iclaslarına gəlməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən İddiaçı düzgün hüquqi yardım göstərilməmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində onun heç bir subyektiv hüququ pozulmadığı halda, iddianın dəqiqləşdirilməsinə dair ərizədə Bələdiyyənin 24.12.2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bələdiyyənin 24.12.2019-cu il tarixli qərarında isə mədən vergisi borcunun iddiaçıdan deyil, "xxxx" MMC-dən tutulması qərara alınmışdır. Buna görə məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək iddiaçıdan vergi borcunun tutulmasını nəzərdə tutan Bələdiyyənin 05 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi X7 tərəfindən mübahisələndirilən 05 fevral 2020-ci il tarixli qərar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyi normaları pozularaq ondan əvvəl qəbul olunmuş qərara istinad olunsa da, həmin qərara zidd qərar qəbul edilmiş və nəticədə düzgün inzibati icraat aparılmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-250/2021 saylı qərarı dəyişdirilməli, iddianın dəqiqləşdirilməsinə əsasən iddianın təmin olunmasına dair qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şamaxı rayon X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(118)-250/2021 saylı qərarı dəyişdirilsin. İddiaçı iddiası təmin edilsin. Şamaxı rayon X3 İddiaçı 38898,53 manat mədən vergisi borcunun bələdiyyənin hesabına ödənilməsinə dair 05 fevral 2020-ci il tarixli 14 saylı qərarı ləğv edilsin. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-29/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-29/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver