Məhkəmə qərarları › İş №2-1(105)-29/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-29/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-29/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2-1(118)-188/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********145775 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə iddiaçı “Azəragroprogres" MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2016cı ilin yanvar ayından 2020-ci ilin dekabr ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********145787 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 157221,08 manat, mənfəət vergisi üzrə 61388,01 manat vergi borcunun azaldılması aşkar edilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsinin 10 avqust 2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2020-ci il üzrə 157221,08 manat əlavə dəyər vergisi, həmin məbləğin 50 faizi məbləğində 78610,54 manat maliyyə sanksiyası, 61388,01 manat mənfəət vergisi, həmin məbləğin 50 faizi məbləğində 30694,01 manat maliyyə sanksiyası və Vergi Məcəlləsinin 57.1-ci və 16.2-ci maddələrinə əsasən 2160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılır ki, cavabdeh səyyar vergi yoxlaması zamanı iddiaçının mal qalığını düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı 2020-ci ilin iyun-iyul aylarında 500 ədəd avtobuslar üçün rezin şin, 11750 ədəd minik avtomobilləri üçün rezin şin, 18874 ədəd elektrik akkumulyatoru, 6150 ədəd avtokamer idxal etmişdir. Daha sonra, iddiaçı 4750 ədəd avtokamer, 8511 ədəd minik avtomobilləri üçün rezin şin, 14124 ədəd akkumulyator satmış və nəticədə 4750 ədəd (18874 - 14124) akkumulyator, 3739 ədəd (12250 – 8511) rezin şin və 1400 ədəd (6150 – 4750) avtokamer mal qalığı yaranmışdır. Lakin səyyar vergi yoxlaması zamanı xx.xx.2021-ci il tarixli EBBA seriyalı 207751 nömrəli EQF əsasında 1150 ədəd akkumulyator və 4706 ədəd minik avtomobilləri üçün rezin şinlərin satışı vergi orqanı tərəfindən qəbul edilməmiş və səbəb olaraq həmin EQF-ların göndərildiyi şəxslərin fəaliyyətinin dayandırıldığı və fəaliyyət növünün fərqli olduğu göstərilmişdir. Qeyd etmişdir ki, yuxarıda göstərilən əsasla EQF-nın etibarsız hesab edilməsi qanunsuz olmuşdur. Belə ki, hər hansı qanunvericilik aktında, eləcə də Vergi Məcəlləsində bu əsasla EQF-nın etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. İddiaçı mal satdığı şəxslərin fəaliyyət növünə və fəaliyyətini dayandırıb-dayandırmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının mal qalığını əsassız olaraq artırmış və cəmiyyətə iki qat vergi məbləği hesablamışdır. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçıya məxsus malların satış qiymətini müəyyən edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış akkumulyatorların qiymətini “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli rəyinə və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etmişdir. Bununla bağlı ilk öncə qeyd edir ki, səyyar vergi yoxlamasının 4-cü səhifəsində qeyd edilənlərə əsasən, yoxlamaya ekspert və mütəxəssis dəvət edilməmişdir. Bundan başqa, vergi orqanının istinad etdiyi ekspert rəyi və arayışdan görünür ki, həmin rəy və arayış DVX-nin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciəti əsasında həmin quruma verilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı yoxlama zamanı öz təşəbbüsü ilə çağırmadığı, başqa quruma verilmiş və hazırkı vergi ödəyicisi tərəfindən idxal edilmiş mallara görə deyil, başqa vergi ödəyicisi və ya ödəyicilərinə münasibətdə verilmiş rəyə və arayışa istinad etmişdir. Eyni zamanda, iddiaçı malları 2020-ci il tarixdə idxal etdiyi və 2021-ci il ərzində satdığı halda, cavabdeh vergi orqanı 2019-cu ildə verilmiş rəyə və arayışa istinad etmişdir. Vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış malların dəyərini qanunsuz olaraq müəyyən etmiş və iddiaçıya əsassız vergi məbləği hesablamışdır. Səyyar vergi yoxlamasının 10-cu səhifəsində mənfəət vergisinin hesablanmasına dair hissədə qeyd edilir ki, akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat müəyyən edilmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən 2020-ci il ərzində, ümumilikdə, 734 423.80 manat dəyərində akkumulyator idxal edildiyi halda, vergi orqanı xərc olaraq onun yalnız 315 748.1 manat hissəsini götürmüş və bunu hansı səbəbdən etdiyini səyyar vergi yoxlaması aktında əsaslandırmamışdır. Eyni zamanda bildirmişdir ki, iddiaçı idxal etdiyi bütün malları 2021-ci ildə satdığı halda, cavabdeh vergi orqanı həmin malları 2020-ci ildə satılmış kimi qəbul etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirir ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145775 saylı qərarına əsasən “Azəragroprogres" MMC-də yanvar 2016-cı il tarixdən dekabr 2020-ci il tarixədək olan vergi dövrü əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2021-ci il tarixli **********145784 nömrəli Tələbnamə verilmişdir. İddiaçı MMC-də aparılan səyyar vergi yoxlaması ilə yoxlanılan yanvar 2016 - dekabr 2020-ci illəri əhatə edən dövrdə müəyyən olunmuşdur ki, "Azəragroprogres” MMC tərəfindən 18874 ədəd müxtəlif akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmişdir. Elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyatoru, 4750 ədəd avtokameri, 3805 ədəd rezin şini təqdim etdiyi göstərilmişdir. Lakin qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin 20 aprel 2021-ci il tarixində vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir. Həmin obyektlərin başqa şəxslərə icarə verilməsi məlum olmuşdur. Həmçinin, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli **********598300 nömrəli məktubunda da heç bir mal qalığı olmadığı, idxal olunan malların topdan satış qaydada təqdim edildiyi bildirilmişdir. Ölkəyə idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan BARS markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə vergi orqanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və X2 Birliyinə müraciəti üzrə ekspert rəyi alınmışdır. Mənbəyi bəlli olan bu məlumatlardan istifadə edərək akkumulyatorlar üzrə bazar qiyməti ilə satışı gəlir kimi qəbul edilmişdir, xərc kimi isə malın invoys dəyəri və digər xərclər əsas götürülməklə cəmiyyətin akkumulyator üzrə mənfəəti müəyyən edildi. Akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat olduğunu nəzərə almaqla 49007.2 ({560820.3-315784.1)*20%) manat mənfəət vergisi hesablanmışdır. Digər mallara münasibətdə (avtokamer, avtoşin) isə satışa dair sənədlər yoxlamaya təqdim edilməməsi səbəbindən satışın dəyərini müəyyən etmək mümkün olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü it tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət xərclər əsasında müəyyən edildi. Beləliklə, digər mallar üzrə (avtokamer, avtoşin) ümumi xərc 309518.2 manat, buna əsasən 371421.9 manat gəlir hesablanmışdır. Ümumilikdə 2020-ci ildə vergi ödəyicisinin 932242.2 manat gəliri, 625302.4 manat xərci olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2020-ci il mənfəət vergisi bəyannaməsində gəlir məbləğini və vergi məbləğini 0 manat göstərdiyindən 61387.9 manat ((932242.2-625302.4)*20%) mənfəət vergisi kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci ilin mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 61388.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 30694.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Əlavə dəyər vergisi üzrə kənarlaşma araşdırılarkən məlum olmuşdur ki, yük gömrük bəyannamələri məlumatlarına əsasən 2020-ci ildə vergi ödəyicisi tərəfindən 18874 ədəd müxtəlif akkumulyator idxal edilmişdir. Yoxlama dövründən sonrakı dövrdə vergi ödəyicisi tərəfindən bu akkumulyatorların 12974 ədədi elektron qaimə əsasında təqdim edilmişdir. Baxış zamanı qalmalı olan 5900 ədəd akkumulyator aşkar edilməmişdir. Vergi ödəyicisinin baxış zamanı aşkar edilməyən 5900 ədəd akkumulyatora mənbəyi bəlli olan məlumatlardan istifadə edərək topdansatış qiyməti hesablanmış, akkumulyator satışı üzrə dövriyyə 560820.3 manat (ƏDV-siz) təşkil etmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən 6150 ədəd avtokamer idxal edilmiş, 4750 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, 12250 ədəd rezin şin idxal edilmiş, 3805 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, nəticədə əskik gələn 1400 ədəd avtokamerin və 8445 ədəd avtoşinin ƏDV-si hesablamaya aid edilmişdir (baxış zamanı mal qalığı aşkar edilməmişdir). Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Buna əsasən 2020-ci ilin dekabr ayı ƏDV dövriyyəsi 873450.4 manat (akkumulyator üzrə dövriyyə-560820.3 manat, kamer üzrə dövriyyə - 6027.7 manat, şin üzrə dövriyyə 306602.4 manat) müəyyən olunmuşdur. Vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 0-a bərabər olduğundan səyyar vergi yoxlaması ilə 157221.1 manat (873450.4*18%) ƏDV kənarlaşması aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci il üzrə əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 157221.1 manat azaldılmasına görə 50 faiz məbləğində, yəni 78610.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********145787 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-188/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarı qismən – 49.904,06 manat mənfəət vergisinin və 95.207,74 manat ƏDV-nin hesablanması və 72.555,90 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim V.Əzizova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(105)-367/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-188/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: H.Babayeva sədrlik edən və məruzəçi, İ.Dəmirov və G.Cabbarova). Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-299/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-367/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə yanlış qənaətə gəlmişdir. b) İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, 207751 nömrəli elektron qaiməfakturada qeyd olunan sahibkarlıq subyektləri arasındakı əməliyyata dair məlumatların həqiqi vəziyyəti əks etdirdiyinə, tərəflər arasında əməliyyatın əmtəəsiz olub-olmadığına münasibətdə ilk öncə qeyd edilir ki, iddiaçı ilə X3 arasında 1150 ədəd akkumulyator və 4706 ədəd rezin şinlərin satışı həyata keçirilmiş və bununla bağlı olaraq iddiaçı tərəfindən sonuncuya xx.xx.2021-ci il tarixli, 207751 nömrəli elektron qaimə-faktura göndərilmişdir. Həmin əməliyyatın əmtəəsiz olub-olmadığına münasibətdə bildirilir ki, hər hansı əməliyyat o halda əmtəəsiz əməliyyat hesab edilir ki, satıcı alıcıya faktiki olaraq hər hansı mal təqdim etdiyi halda, tərəflər arasında başqa bir əməliyyatı pərdələmək məqsədilə elektron qaiməfaktura və ya hər hansı digər sənəd tərtib edilmiş olsun. (Vergi Məcəlləsi, maddə 13.2.80) İş materiallarından aydın olduğu kimi, iddiaçının faktiki olaraq akkumulyator və rezin şinlər idxal etməsi işin mübahisəsiz halıdır. Bu isə o deməkdir ki, elektron qaimə-faktura əsasında satılmış mallar faktiki olaraq iddiaçının mülkiyyətində olmuşdur. Həmin malların faktiki olaraq alıcıya (X1) təqdim edilib-edilməməsinə münasibətdə isə bildirilir ki, qeyd olunan alqı-satqı əməliyyatı ilə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi və eləcə də malların təhvilinə dair akt tərtib edilmiş, tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir. (müqavilə və akt məhkəməyə təqdim edilmişdir). Göründüyü kimi, satılan malların iddiaçının mülkiyyətində olduğu və faktiki olaraq alıcıya təqdim edilməsi müvafiq təsdiqedici sənədlərlə öz təsdiqini tapmış və həmin sənədlərin həqiqiliyini təkzib edə biləcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əgər cavabdeh bir halda ki, həmin malların faktiki olaraq alıcıya təqdim edilmədiyini iddia edir, bu halda həmin hal üzrə sübutetmə vəzifəsi inzibati orqanının üzərinə düşür. İş materiallarından göründüyü kimi, cavabdeh malların satışının əmtəəsiz əməliyyat olduğunu sadəcə olaraq mal alan şəxsin fəaliyyətinin dayandırıldığı və fəaliyyət növü ilə mallar arasında uyğunsuzluq olduğu ilə əsaslandırır. Bununla bağlı qeyd edir ki, həmin hallar aparılmış əməliyyatın əmtəəsiz əməliyyat olduğunu sübut etmək üçün mötəbər dəlil deyil. Belə ki, qeyd olunan dövrdə (2021-ci ilin aprel ayında) iddiaçı mal satdığı şəxsin fəaliyyətini (aktiv olub-olmamasını) və fəaliyyət növünü araşdırmaq vəzifəsi daşımamış və vergi qanunvericiliyində baş tutmuş əməliyyatın tərəflərdən hər hansı birinin fəaliyyəti (aktiv olub-olmaması, fəaliyyət növünün alınan və ya satılan mallara uyğun olubolmaması) ilə bağlı olaraq əmtəəsiz hesab edilməsinə dair maddi və ya prosessual norma mövcud deyildi. Formalaşmış məhkəmə təcrübəsindən bilindiyi kimi, “vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir... İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilibedilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair)...Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.” (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 3196/2024 nömrəli qərardadı) Ekspert rəyində iddiaçıya məxsus xərc sənədləri (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər) nəzərə alınmadan rəy verilməsinə münasibətdə qeyd edilir ki, ekspert xərcə dair sənədlər tam olmadığına görə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını tətbiq etmişdir. Başqa sözlə, iş materiallarında iddiaçının xərclərinə dair sadəcə idxal barədə məlumatlar və bank əməliyyatları barədə çıxarış mövcud olsa da, digər xərclərinə dair hər hansı sənəd (ödənilmiş əmək haqqı, malların daşınması ilə bağlı nəqliyyat xərcləri, malların maya dəyərinə dair malların hərəkət cədvəli və digər ilkin uçot sənədləri) olmadığından, ekspert haqlı olaraq mənfəət vergisi üzrə ödənilməli vergi məbləğini hesablayarkən şərti rentabellik normasını tətbiq etmişdir. VM-nin 67.14 və 83.9cu maddəsinə müvafiq olaraq şərti rentabellik norması o halda tətbiq edilir ki, iddiaçının gəlir və ya xərclərindən hər hansı biri tam müəyyən edilsin. İşin hallarından göründüyü kimi, ekspert tədqiqat nəticəsində iddiaçının gəlirini müəyyən etsə də, xərclərə dair təsdiqedici sənədlər tam olmadığı (qismən olduğu) üçün, ödənilməli olan mənfəət vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş qaydaların 6.1.1ci bəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında hesablamışdır. Bundan başqa qeyd etmək lazımdır ki, məhkəmə inzibati orqanı əvəz edib, onun əvəzindən hesablama apara bilməz. İndiki halda, bir haldaki, vergi orqanının həyata keçirdiyi hesablama əsassızdır, bu halda, məhkəmə inzibati orqan əvəzindən iddiaçının gəlir və xərcləri ilə bağlı araşdırma apararaq, iddiaçıya münasibətdə hər hansı vergi məbləği hesablaya bilməz. Başqa sözlə, hazırki iş üzrə məhkəmə inzibati orqanı əvəz edərək, iddiaçının gəlir və xərclərinə dair sənədləri toplayıb, mallar üzrə qalığını müəyyən edib və satılmış malların bazar qiymətini təsbit edib, iddiaçının ödəməli olduğu vergiləri yenidən hesablaya bilməz. Bir halda ki, cavabdehin qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə ziddir, məhkəmə iddia tələbinə məhz həmin qərarın qanuniliyi çərçivəsində baxmalıdır. Təsadüfi deyil ki, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasınınn xx.xx.2024-cü il tarixli 2-1(102)-2106/2024 nömrəli qərarında da qeyd edildiyi kimi, “hazırkı işdə qeyd olunanlara zidd olaraq, məhkəmələr inzibati orqan funksiyasını yerinə yetirərək ekspert rəyi əsasında vergi ödəyicisinə vergi hesablamışlar. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə verginin hesablanması ümumiyyətlə vergi qanunvericiliyinə zidd həyata keçirildiyindən, həmin vergi öhdəliyini müəyyən edən qərar hissəvi olaraq, yəni müəyyən hissədə əsaslı sayıla bilməz.” Həmçinin, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasınınn xx.xx.2024-cü il tarixli 2- 1(102)-261/2024 nömrəli qərarında da qeyd edildiyi kimi, “inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər”. Qeyd olunanlardan başqa, cavabdeh tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlamasında yol verilmiş nöqsanları aşağıdakı kimi ümumiləşdirə bilərik: Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı ekspertiza təyin etmədiyi halda, iddiaçı tərəfindən satılmış akkumulyatorlara başqa qurum tərəfindən başqa inzibati icraat çərçivəsində əldə edilmiş rəy və arayış əsasında bazar qiyməti tətbiq etmişdir. Belə ki, səyyar vergi yoxlamasının 4-cü səhifəsində qeyd edilənlərə əsasən, yoxlamaya ekspert və mütəxəssis dəvət etmədiyi halda, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış akkumulyatorların qiymətini “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli rəyinə və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən etmişdir. Qeyd olunan rəylər isə DVX-nin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciəti əsasında həmin quruma verilmişdir. İddiaçı tərəfindən satılmış digər malların (avtokamer və rezin şinlərin) satış qiymətinin vergi orqanı tərəfindən hansı qaydada hesablanması qeyri-müəyyəndir və səyyar vergi yoxlaması aktında da buna dair hər hansı əsaslandırma aparılmamışdır. Bir sözlə, həmin mallar üzrə qiymətlər cavabdehin öz mülahizəsi nəticəsində müəyyən edilmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinin kobud pozuntusu ilə nəticələnmişdir. Səyyar vergi yoxlamasının 10-cu səhifəsində mənfəət vergisinin hesablanmasına dair hissədə qeyd edilir ki, akkumulyator üzrə ümumi gəlir 560,820.3 manat, xərclər isə 315,784.1 manat müəyyən edilmişdir. Halbuki, iddiaçı tərəfindən 2020-ci il ərzində ümumilikdə 734,423.80 manat dəyərində akkumulyator idxal etdiyi halda, vergi orqanı xərc olaraq onun yalnız 315,748.1 manat hissəsini götürmüşdür. İddiaçı idxal etdiyi bütün malları 2021-ci ildə satdığı halda, cavabdeh vergi orqanı həmin malları 2020-ci ildə satılmış kimi qəbul etmişdir. Çünki, səyyar vergi yoxlaması yanvar 2016-dekabr 2020 hesabat dövrünü əhatə etmiş və son hesabat dövrü 2020-ci il olmuşdur. Başqa sözlə, vergi orqanı yoxlama ilə əhatə olunmayan dövrdə baş vermiş satışları əsas götürmüşdür. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. (-) 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. (-) Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (-) Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. (-). Maddə 44. Ekspertiza 44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 44.2. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. Ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. 44.3. Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir. 44.4. Ekspertin yoxlamanın predmetinə aid olan yoxlama materialları ilə tanış olmaq, ona əlavə materialların verilməsi barədə vəsatət qaldırmaq hüququ vardır. (-) 44.6. Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. 44.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. 44.8. Ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Ekspertin, ekspertiza aparıldıqda, barəsində onlara dair suallar qoyulmamış, iş üçün əhəmiyyətli olan halları müəyyən etdikdə, həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır. 44.9. Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. (-) Maddə 71-1. Elektron qaimə-fakturalar (-) 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. (-) Maddə 104. Vergitutma obyekti 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. (-) Maddə 105. Verginin dərəcələri 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. (-) Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi” Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. (-) 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. “İnzibati icraat haqqında” Qanun: Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – cavabdehin xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarının qismən – 49.904,06 manat mənfəət vergisinin və 95.207,74 manat ƏDV-nin hesablanması və 72.555,90 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə baxan məhkəmə iddianı qismən təmin edərkən işin faktiki hallarını ətraflı araşdırmamış, nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli **********145775 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən, “Azəragroprogres" MMC üzrə 2016-cı ilin yanvar ayından 2020-ci ilin dekabr ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2021-ci il tarixli **********145787 nömrəli səyyar vergi yoxlaması aktına əsasən, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 157221,08 manat, mənfəət vergisi üzrə 61388,01 manat vergi borcunun azaldılması aşkar edilmişdir. Cavabdehin 10 avqust 2021ci il tarixli **********148929 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı barəsində 2020-ci il üzrə 157221,08 manat əlavə dəyər vergisi, həmin məbləğin 50 faizi məbləğində 78610,54 manat maliyyə sanksiyası, 61388,01 manat mənfəət vergisi, həmin məbləğin 50 faizi məbləğində 30694,01 manat maliyyə sanksiyası və Vergi Məcəlləsinin 57.1-ci və 16.2-ci maddələrinə əsasən 2160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bu qərarla razılaşmayan vergi ödəyicisi həmin qərarı mübahisələndirmiş, birinci instansiyası məhkəməsi iddiaçının mövqeyini qismən əsaslı hesab edərək, cavabdehin qərarını 49904,06 manat mənfəət vergisi, 95207,74 manat ƏDV və 72555,90 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv etmiş, iddia qalan hissədə rədd etmişdir. Səyyar vergi yoxlama aktından və məsuliyyətə cəlb etmə qərarından görünür ki, yoxlama zamanı əlavə dəyər vergisi və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən vergi məbləğinin azaldılması faktı aşkar edilmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı tərəfindən 2020-ci ilin iyun-iyul ayları ərzində 500 ədəd avtobuslar üçün rezin şin, 11750 ədəd minik avtomobilləri üçün rezin şin, 18874 ədəd elektrik akkumulyatoru və 6150 ədəd avtokamer idxal edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflərin mübahisələndirdiyi, eləcə də vergilərin hesablanmasına əsas mal qalığının həcmi və malların satış dəyəridir. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktında qeyd edilir ki, ölkəyə idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan BARS markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə vergi orqanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və X2 Birliyinə müraciəti üzrə ekspert rəyi alınmışdır. Mənbəyi bəlli olan bu məlumatlardan istifadə edərək akkumulyatorlar üzrə bazar qiyməti ilə satışı gəlir kimi qəbul edilmişdir, xərc kimi isə malın invoys dəyəri və digər xərclər əsas götürülməklə cəmiyyətin akkumulyator üzrə mənfəəti müəyyən edilmişdir. Akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat olduğunu nəzərə almaqla 49007.2 ((560820.3-315784.1)*20%) manat mənfəət vergisi hesablanmışdır. Digər mallara münasibətdə (avtokamer, avtoşin) isə satışa dair sənədlər yoxlamaya təqdim edilməməsi səbəbindən satışın dəyərini müəyyən etmək mümkün olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü it tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət xərclər əsasında müəyyən edildi. Beləliklə, digər mallar üzrə (avtokamer, avtoşin) ümumi xərc 309518.2 manat, buna əsasən 371421.9 manat gəlir hesablanmışdır.Ümumilikdə, 2020-ci ildə vergi ödəyicisinin 932242.2 manat gəliri, 625302.4 manat xərci olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2020-ci il mənfəət vergisi bəyannaməsində gəlir məbləğini və vergi məbləğini 0 manat göstərdiyindən 61387.9 manat ((932242.2-625302.4)*20%) mənfəət vergisi kənarlaşması aşkarlanmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının 2020-ci il üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisi və əlavə dəyər vergisinin məbləği ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspert qarşısında mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçı "xxxx" MMC-nin 2020-ci il üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisi məbləğinin nə qədər təşkil etməsi, mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçı "xxxx" MMC-nin 2020-ci ilin yanvar-dekabr ayları üzrə dövlət büdcəsinə ödəməli olduğu əlavə dəyər vergisinin nə qədər təşkil etməsi ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 9/4056 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan EQF-larda təqdim edilən malların 1 vahidinin qiyməti nəzərə alınaraq, cəmiyyətin satış dövriyyəsi (ümumi gəliri) 344518,57 manat məbləğində müəyyən edilmiş, lakin həmin malların alınmasına çəkilmiş xərcləri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasının tətbiqi nəticəsində cəmiyyətin mənfəət vergisi 11483,95 manat (344518,57/120*20*20%) məbləğində müəyyən edilmişdir. Beləliklə, ekspertiza tədqiqatı nəticəsində "xxxx" MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 62013,34 manat məbləğində ƏDV-nin, 11483,95 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Göründüyü kimi ekspertiza tədqiqatı ilə vergi ödəyicisi tərəfindən satılan malların bazar qiyməti Vergi Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə müvafiq qaydada tərəflərin əməliyyatda təsbit etdikləri qiymət kimi qəbul edilərək dövriyyəsi 344518,57 manat məbləğində müəyyən edilmiş və həmin dövriyyədən 11483,95 manat mənfəət vergisi hesablanmışdır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi və birinci apellyasiya baxışını həyata keçirən məhkəmə kollegiyası yuxarıda istinad olunan ekspert rəyi ilə razılaşmaqla müvafiq qərar qəbul etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-299/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-367/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. Ali məhkəmənin qərarında aşağıdakılar qeyd olunmuşdur: “...xx.xx.2021-ci il tarixli, 207751 nömrəli elektron qaimə-faktura əsasında mal satılan vergi ödəyicisinin fəaliyyəti dayandırıldığından və fəaliyyət növü ilə mallar arasında uyğunsuzluq olduğundan həmin qaimə-faktura ilə iddiaçı tərəfindən satılan 1150 ədəd akkumulyatorun və 4706 ədəd rezin şinin satışı vergi orqanı tərəfindən mal qalığı hesablanan zaman nəzərə alınmamış və bu səbəbdən, mal qalığı daha artıq müəyyən edilmişdir. Göründüyü kimi, burada, söhbət elektron qaimə-fakturanın forma və məzmununun məhkəmənin istinad etdiyi Qaydaların tələblərinə uyğun olub-olmadığndan deyil, həmin qaimə-fakturada qeyd olunan sahibkarlıq subyektləri arasındakı əməliyyata dair məlumatların həqiqi vəziyyəti əks etdirdiyinin, tərəflər arasında əməliyyatın əmtəəsiz olubolmadığının müəyyən edilməsindən gedir. Cavabdehin etiraz və şikayətinin dəlilləri nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz həmin halları araşdırmalı, qaiməfakturadakı məlumatların həqiqi vəziyyəti əks etdirdiyini əsaslı şübhələrdən kənar sübutlarla yoxlamalı, onlara qiymət verməli, bununla da apellyasiya şikayətinin dəlillərinə işin müəyyən edilmiş həqiqi hallarına əsaslanmaqla münasibət bildirməli idi. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyində qeyd edilir ki, nəzərə alınmamış EQF-nın nəzərə alınmama səbəbləri əsaslı deyil və Vergi Məcəlləsində bu hal nəzərdə tutulmamışdır. Cavabdeh haqlı olaraq hesab edir ki, ekspert məhkəməmühasibatlıq ekspertizasının predmetindən kənara çıxaraq hüquqi rəy vermişdir. Halbuki, tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək məhkəmənin səlahiyyətinə aiddir. Rəydə, həmçinin qeyd edilir ki, səyyar vergi yoxlaması aktının 12-ci səhifəsində qeyd edildiyi kimi, malların 1 vahidi üçün qiymət vergi orqanı tərəfindən akkumulyator üzrə 95.05 manat, kamer üzrə 4.30 manat, rezin şinlər üzrə 36.31 manat müəyyən edilmişdir. Lakin akkumulyator üçün 95.05 manat məbləğin hansı qaydada müəyyən edildiyi rəydə açıqlanmır. Halbuki, işin materiallarına görə idxal edilmiş akkumulyatorların növləri, deməli həm də qiymətləri müxtəlif olmuşdur. Bu qeyd olunanlar, eyni ilə ƏDV dövriyyəsinin məbləğinə də aiddir. Belə ki, ekspert rəyinə görə, ekspertiza tədqiqatı zamanı MMC-nin ƏDV dövriyyəsi 344518,57 manat məbləğində müəyyən edilərkən EQF-lar üzrə malların 1 vahidinin qiyməti nəzərə alınmışdır. Rəydə, həmçinin qeyd edilir ki, iş materiallarında mövcud olan EQF-larda təqdim edilən malların bir vahidinin qiyməti nəzərə alınaraq, cəmiyyətin satış dövriyyəsinin 344.518,57 manat məbləğində olduğu müəyyən edilir; lakin həmin malların alınmasına çəkilən xərcləri müəyyən etmək mümkün deyil. Cavabdeh haqlı olaraq qeyd edir ki, ekspert iş materiallarında mövcud olan xərc sənədlərini nəzərə almadan hesablama apararaq rəy vermişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş mallar idxal olunan mallar olduğu üçün onların idxalına çəkilən xərclərə dair sənədlər (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər) mövcud olduğu halda, ekspert ətraflı araşdırma aparmadığı üçün qeyd olunanları nəzərə almamış və səhv nəticəyə gəlmişdir...” Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsasını ekspert rəyi təşkil etmiş, Ali Məhkəmə isə yuxarıda qeyd edilənlərə əsasən ekspertin səhv nəticəyə gəldiyini hesab etmişdir. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsinin şikayət edilən hissəsi ilə bağlı gəldiyi nətcəyə əsas olan hal öz əhəmiyyətini itirmişdir. Təkrar apellyasiya baxışı zamanı isə Ali Məhkəmənin göstərişləri nəzərə alınmaqla Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-29/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin başqa ekspertinə tapşırılmışdır. Ekspert qarşısında iş materiallarında mövcud olan xərc sənədləri (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər), eləcə də idxal edilən malların növləri və qiymətlərinin müxtəlif olması nəzərə alınmaqla mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçı "xxxx" MMC-nin 2020-ci il üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisinin məbləğinin nə qədər təşkil etməsi, iş materiallarında mövcud olan xərc sənədləri (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər), eləcə də idxal edilən malların növləri və qiymətlərinin müxtəlif olması nəzərə alınmaqla mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçı "xxxx" MMC-nin 2020-ci ilin yanvar-dekabr ayları üzrə dövlət büdcəsinə ödəməli olduğu əlavə dəyər vergisinin məbləğinin nə qədər təşkil etməsi ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli, 9/1976 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC-də (VÖEN- **********) 01.01,2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 61.388,01 manat məbləğində mənfəət vergisinin və 157.221,08 manat məbləğində əlavə dəyər vergisinin az hesablanması faktı müəyyən edilmişdir. Həmin yoxlamanın nəticələri 30 iyun 2021-ci il tarixli **********145787 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması Aktının 1.8. bəndində qeyd edildiyi kimi "xxxx" MMC faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış ilə məşğul olmuşdur. Ekspert təqdim olunmuş iş materiallarını tədqiq edərək aşağıdakıları müəyyən edir: İş materiallarından göründüyü kimi, cəmiyyət tərəfindən 2020-ci ilin iyun-iyul aylarında 500 ədəd avtobuslar üçün rezin şin, 11750 ədəd minik avtomobilləri üçün rezin şin, 18874 ədəd elektrik akkumulyatorı, 6150 ədəd avtokamer idxal edilmişdir. Tədqiqat zamanı müəyyən edildi ki, müəssisə tərəfindən xx.xx.2021-ci il tarixli EBBA seriyalı 207422 nömrəli elektron qaimə-fakturaya əsasən 4750 ədəd avtokamer və 2574 ədəd minik avtomobilləri üçün rezin şinlər, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 207751 nömrəli elektron qaimə-fakturaya əsasən 1150 ədəd akkumulyator və 4706 ədəd minik avtomobilləri üçün rezin şinlər, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 211210 nömrəli elektron qaimə-fakturaya əsasən 5500 ədəd akkumulyator və 600 ədəd minik avtomobilləri üçün rezin şinlər, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 211325 nömrəli elektron qaiməfakturaya əsasən 7474 ədəd akkumulyator və 631 ədəd minik avtomobilləri üçün rezin şinlər ayrı-ayrı fiziki və hüquqi şəxslərə təqdim edilmişdir. İş materiallarında mövcud olan elektron qaimə-fakturaların məumatlarından göründüyü kimi, "xxxx" MMC tərəfindən ümumilikdə 4750 ədəd avtokamer, 8511 ədəd minik avtomobilləri üçün rezin şinlər, 14124 ədəd akkumulyator satılmış və nəticədə 4750 ədəd (18874 - 14124) akkumulyator, 3739 ədəd (12250 - 8511) rezin şinlər və 1400 ədəd (6150-4750) avtokamer mal qalığı kimi qalmışdır. Yoxlama zamanı isə mal qalığı akkumulyatorlar üzrə 5900 ədəd, rezin şinlər üzrə 8445 ədəd, avtokamerlər üzrə 1400 ədəd müəyyən edilmişdir. Yəni iş materiallarında olan e-qaimələrə əsasən ekspertiza tədqiqatı nəticəsində səyyar vergi yoxlamasından fərqli olaraq cəmiyyətin mal qalığının akkumulyator üzrə 4750 ədəd, rezin şinlər üzrə 3739 ədəd, avtokamerlər üzrə 1400 ədəd olduğu müəyyən edilir. Lakin qeyd edilir ki, hazırkı ekspertiza qarşısında qoyulan suallar üzrə hesablama aparmaq mümkün olmadı. Belə ki, hazırkı ekspertiza qarşısında iş materiallarında mövcud olan xərc sənədləri (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər), eləcə də idxal edilən malların növləri və qiymətlərinin müxtəlif olması nəzərə alınmaqla mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçı ‘Azəraqroproqres” MMC-nin 2020-ci il üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisinin məbləği nə qədər təşkil edir və iş materiallarında mövcud olan xərc sənədləri (malların invoys dəyərini, bank xərclərini və s. təsdiq edən sənədlər), eləcə də idxal edilən malların növləri və qiymətlərinin müxtəlif olması nəzərə alınmaqla mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçı "xxxx" MMC-nin 2020-ci ilin yanvar-dekabr ayları üzrə dövlət büdcəsinə ödəməli olduğu əlavə dəyər vergisinin nə qədər təşkil edir sualları qoyulmuşdur. Bildirilir ki, iş materiallarında bank çıxarışları və s. xərclərə (icarə, daşınma, saxlanma və s.) dair sənədlər mövcud deyildir. Bundan əlavə qeyd edilir ki, yoxlama aktının mənfəət vergisinin hesablanmasına dair hissəsində mal qalığı üzrə dövriyyənin Azərekspertiza birliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərinə istinad edilərək sonuncu hesabat dövrü üzrə (2020-ci il) hesablandığı göstərilmişdir. Həmçinin yoxlama aktının ƏDV ilə bağlı hissəsindən də göründüyü kimi, mal qalığı üzrə vergiyə cəlb edilən dövriyyə göstərilən qaydada müəyyən edilmiş sonuncu hesabat dövrü üzrə (2020-ci ilin dekabr ayı üzrə) hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində isə ekspertizanın aparılmaması qeyd edilmişdir. Eyni zamanda qeyd edilir ki, Azərekspertiza birliyinin rəyi xx.xx.2019-cu il tarixində verilmişdir. Yəni yoxlama dövründən əvvəl verilmişdir. Halbuki, malların qiyməti müəyyən edilərkən həmin dövrə uyğun bazar qiymətinə əsasən müəyyən edilməli idi. Bununla yanaşı iş materiallarından göründüyü kimi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyidə Azərekspertiza birliyinin rəyindəki siyahıya istinad edilərək verilmişdir. Göstərilənlərdən əlavə qeyd edilir ki, iş materiallarında olan gömrük məlumatlarından göründüyü kimi, mallar (akkumlyator və s.) 2020-ci ilin iyun ayından başlayaraq idxal olunmuşdur. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan gömrük məlumatlarında idxal olunmuş malların (akkumlyator və s.) çeşidləri göstərilsə də, malların təqdim edilməsinə dair e-qaimə fakturalarda malların (akkumlyator və s.) çeşidləri göstərilməmişdir. Səyyar vergi yoxlaması aktında da hansı malların (akkumlyator və s.) çeşidlər üzrə mal qalığı kimi qalması və mal qalığı üzrə vergiyə cəlb olunan dövriyyənin hansı qiymətlər əsasında müəyyən edilməsi göstərilməmişdir. Göründüyü kimi, qeyd edilən səbəblərdən mal qalığının hansı çeşiddən ibarət olmasının müəyyən edilməsi mümkün deyildir. Həmçinin qeyd edilir ki, ilkin ekspertiza zamanı hesablama aparılmasının səbəbi həmin ekspertiza qarşısında qoyulan suallar olmuşdur. Hazırkı ekspertiza zamanı isə suallar göründüyü kimi fərqli olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən hazırki ekspertiza qarşısında qoyulan suallar üzrə tam və hərətərəfli hesablama aparmaq mümkün olmadı. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən müvafiq ekspertiza təyin olunsa da, ekspert rəyinin əldə olunmamasının əsas səbəbi vergi ödəyicisi tərəfindən zəruri satış və xərc sənədlərinin təqdim edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi tərəfindən satış və xərclərlə bağlı zəruri sənədlər təqdim edilmədiyindən və iş materiallarında olan mövcud sənədlər əsasında isə ekspert rəyinin verilməsi mümkün olmadığından məhkəmə kollegiyası tərəfindən ancaq aparılmış inzibati icraatın qanuniliyi və bunun əsasında qəbul edilmiş inzibati aktın ləğv edilməsinə əsasların olub-olmaması yoxlanılacaqdır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, vergi ödəyicisi tərəfindən satış və xərclərlə bağlı sənədlərin tam təqdim edilməməsindən başqa iddiaçının təqdim etdiyi sənədlərin bəziləri də inzibati orqan tərəfindən müvafiq dövriyyənin müəyyən edilməsində nəzərə alınmamışdır. Belə ki, inzibati orqan qeyd edir ki, “müəyyən olunmuşdur ki, "Azəragroprogres” MMC tərəfindən 18874 ədəd müxtəlif akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmişdir. Elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyatoru, 4750 ədəd avtokameri, 3805 ədəd rezin şini təqdim etdiyi göstərilmişdir. Lakin qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin 20 aprel 2021-ci il tarixində vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir.” Vergi ödəyicisi isə qeyd edir ki, iddiaçı ilə X3 arasında 1150 ədəd akkumulyator və 4706 ədəd rezin şinlərin satışı həyata keçirilmiş və bununla bağlı olaraq iddiaçı tərəfindən sonuncuya xx.xx.2021-ci il tarixli, 207751 nömrəli elektron qaimə-faktura göndərilmişdir. Ali Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, söhbət elektron qaimə-fakturanın forma və məzmununun məhkəmənin istinad etdiyi Qaydaların tələblərinə uyğun olubolmadığından deyil, həmin qaimə-fakturada qeyd olunan sahibkarlıq subyektləri arasındakı əməliyyata dair məlumatların həqiqi vəziyyəti əks etdirdiyinin, tərəflər arasında əməliyyatın əmtəəsiz olub-olmadığının müəyyən edilməsindən gedir. Cavabdehin etiraz və şikayətinin dəlilləri nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz həmin halları araşdırmalı, qaiməfakturadakı məlumatların həqiqi vəziyyəti əks etdirdiyini əsaslı şübhələrdən kənar sübutlarla yoxlamalı, onlara qiymət verməli, bununla da apellyasiya şikayətinin dəlillərinə işin müəyyən edilmiş həqiqi hallarına əsaslanmaqla münasibət bildirməli idi. Məhkəmə kollegiyası tərəfindən vergi ödəyicisindən qeyd edilən əməliyyatların əmtəəsiz əməliyyat olmaması ilə bağlı sübutlar istənilmiş, vergi ödəyicisi isə elektron qaimə-faktura və 10 aprel 2021-ci il tarixli X3 ilə aralarında bağlanan müqavilədən əlavə sübut təqdim edə bilməyəcəyini bildirmiş, həmin şəxsin fəaliyyət yeri və araşdırma üçün digər məlumatları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarı qəbul etməmişdən əvvəl inzibati icraat apararaq, özünün “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145775 saylı qərarına əsasən “Azəragroprogres" MMC-də yanvar 2016-cı il tarixdən dekabr 2020ci il tarixədək olan vergi dövrü əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2021-ci il tarixli **********145784 nömrəli Tələbnamə verilmişdir. İddiaçı MMC-də aparılan səyyar vergi yoxlaması ilə yoxlanılan yanvar 2016 - dekabr 2020-ci illəri əhatə edən dövrdə müəyyən olunmuşdur ki, "Azəragroprogres” MMC tərəfindən 18874 ədəd müxtəlif akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmişdir. Elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyatoru, 4750 ədəd avtokameri, 3805 ədəd rezin şini təqdim etdiyi göstərilmişdir. Lakin qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin 20 aprel 2021-ci il tarixində vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir. Həmin obyektlərin başqa şəxslərə icarə verilməsi məlum olmuşdur. Həmçinin, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli **********598300 nömrəli məktubunda da heç bir mal qalığı olmadığı, idxal olunan malların topdan satış qaydada təqdim edildiyi bildirilmişdir. Ölkəyə idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan BARS markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə vergi orqanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və X2 Birliyinə müraciəti üzrə ekspert rəyi alınmışdır. Mənbəyi bəlli olan bu məlumatlardan istifadə edərək akkumulyatorlar üzrə bazar qiyməti ilə satışı gəlir kimi qəbul edilmişdir, xərc kimi isə malın invoys dəyəri və digər xərclər əsas götürülməklə cəmiyyətin akkumulyator üzrə mənfəəti müəyyən edildi. Akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat olduğunu nəzərə almaqla 49007.2 ({560820.3-315784.1)*20%) manat mənfəət vergisi hesablanmışdır. Digər mallara münasibətdə (avtokamer, avtoşin) isə satışa dair sənədlər yoxlamaya təqdim edilməməsi səbəbindən satışın dəyərini müəyyən etmək mümkün olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü it tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət xərclər əsasında müəyyən edildi. Beləliklə, digər mallar üzrə (avtokamer, avtoşin) ümumi xərc 309518.2 manat, buna əsasən 371421.9 manat gəlir hesablanmışdır. Ümumilikdə 2020-ci ildə vergi ödəyicisinin 932242.2 manat gəliri, 625302.4 manat xərci olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2020-ci il mənfəət vergisi bəyannaməsində gəlir məbləğini və vergi məbləğini 0 manat göstərdiyindən 61387.9 manat ((932242.2-625302.4)*20%) mənfəət vergisi kənarlaşması aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci ilin mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 61388.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 30694.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Əlavə dəyər vergisi üzrə kənarlaşma araşdırılarkən məlum olmuşdur ki, yük gömrük bəyannamələri məlumatlarına əsasən 2020-ci ildə vergi ödəyicisi tərəfindən 18874 ədəd müxtəlif akkumulyator idxal edilmişdir. Yoxlama dövründən sonrakı dövrdə vergi ödəyicisi tərəfindən bu akkumulyatorların 12974 ədədi elektron qaimə əsasında təqdim edilmişdir. Baxış zamanı qalmalı olan 5900 ədəd akkumulyator aşkar edilməmişdir. Vergi ödəyicisinin baxış zamanı aşkar edilməyən 5900 ədəd akkumulyatora mənbəyi bəlli olan məlumatlardan istifadə edərək topdansatış qiyməti hesablanmış, akkumulyator satışı üzrə dövriyyə 560820.3 manat (ƏDV-siz) təşkil etmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən 6150 ədəd avtokamer idxal edilmiş, 4750 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, 12250 ədəd rezin şin idxal edilmiş, 3805 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, nəticədə əskik gələn 1400 ədəd avtokamerin və 8445 ədəd avtoşinin ƏDV-si hesablamaya aid edilmişdir (baxış zamanı mal qalığı aşkar edilməmişdir). Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Buna əsasən 2020-ci ilin dekabr ayı ƏDV dövriyyəsi 873450.4 manat (akkumulyator üzrə dövriyyə-560820.3 manat, kamer üzrə dövriyyə - 6027.7 manat, şin üzrə dövriyyə 306602.4 manat) müəyyən olunmuşdur. Vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 0-a bərabər olduğundan səyyar vergi yoxlaması ilə 157221.1 manat (873450.4*18%) ƏDV kənarlaşması aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci il üzrə əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 157221.1 manat azaldılmasına görə 50 faiz məbləğində, yəni 78610.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********145787 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən idxal olunan malların satışının qanunvericiliyə uyğun həyata keçirilməməsi, zəruri hesabatların aparılmaması, satış və xərc sənədlərinin tam təqdim edilməməsi nəticəsində vergi orqanı tərəfindən yuxarıda qeyd edilən əsaslarla inzibati icraat aparılaraq iddiaçının vergidən yayındığı hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası vergi orqanın apardığı icraat və hüquqi əsaslandırma ilə razılaşaraq, onları təkrar sadalamağa zərurət görmür. Məhkəmə kollegiyası iddia ərizəsində və iddiaçının apellyasiya şikayətinə etirazında qeyd etdiklərini mübahisələndirilən qərarın birinci instansiya tərəfindən ləğv edilmiş hissəsinin qanunsuz hesab edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə X3 arasında aparılan əməliyyatların əmtəəsiz əməliyyat olmaması öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı zəruri sənədləri və məlumatları təqdim etmədiyi üçün inzibati orqan mənbəyi bəlli məlumatlar əsasında müvafiq hesablama aparmışdır. İddiaçı əlavə olaraq qeyd edir ki, Səyyar vergi yoxlamasının 10-cu səhifəsində mənfəət vergisinin hesablanmasına dair hissədə qeyd edilir ki, akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat müəyyən edilmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən 2020-ci il ərzində, ümumilikdə, 734 423.80 manat dəyərində akkumulyator idxal edildiyi halda, vergi orqanı xərc olaraq onun yalnız 315 748.1 manat hissəsini götürmüş və bunu hansı səbəbdən etdiyini səyyar vergi yoxlaması aktında əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi orqanı bu hesablamanı vergi ödəyicisinin bəyan etdiyi məlumatlarda akkumlyatorların qalan hissəsi kimi nəzərə alaraq hesablama aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisinin idxal etdiyi malların satışını qanunvericiliyin tələblərinə uyğun həyata keçirməməsi, lazımi məlumatların və hesabatların verilməməsi nəticəsində vergidən yayınmış, cavabdeh inzibati orqan isə öz səlahiyyətləri çərçivəsində yuxarıda qeyd edilən inzibati icraatı apararaq əsaslı olaraq hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə vergi orqanı mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, əksi vergi ödəyicisi tərəfindən sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi isə ekspert rəyini əsas götürərək, əsassız olaraq mübahisələndirilən qərarı qismən ləğv etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan yuxarıda qeyd edilən halları tam aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın həmin hissədə ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – cavabdehin xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarının qismən – 49.904,06 manat mənfəət vergisinin və 95.207,74 manat ƏDV-nin hesablanması və 72.555,90 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2-1(118)-188/2022 nömrəli qərarı qismən – cavabdehin xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarının qismən – 49.904,06 manat mənfəət vergisinin və 95.207,74 manat ƏDV-nin hesablanması və 72.555,90 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar