Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-290/2021 31.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı “Quba rayonu Gülüstan sovxozunun 05.08.1996-cı il tarixli 33 saylı əmrinə dair 01.11.2017-ci il tarixli 1911-1912 saylı Arxiv çıxarışlarına əsasən Vladimirovka kəndi ərazisindən İddiaçı ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-17/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Quba rayonu Gülüstan sovxozunun 05.08.1996-cı il tarixli 33 saylı əmrinə dair 01.11.2017-ci il tarixli 1911-1912 saylı Arxiv çıxarışlarına əsasən Vladimirovka kəndi ərazisindən İddiaçı ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, Quba rayonu Gülüstan sovxozunun 05.08.1996-cı il tarixli iclasının 8 saylı protokol qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması barədə müraciət etmiş 444 nəfər vətəndaşın müraciətlərinin təmini üçün Quba rayonu, Vladimirovka kəndində 0,06 ha, Mirzməmmədkənd kəndində isə 0,08 ha olmaqla 31,7 ha torpaq fondu ayrılmış və siyahı üzrə vətəndaşlara paylanmışdır. Gülüstan sovxozunun 05.08.1996-cı il tarixli 33 saylı əmrinə dair 01.11.2017-ci il tarixli 1911-1912 saylı Arxiv çıxarışlarında həyətyanı torpaq sahəsinin ayrılmasına ehtiyacı olan vətəndaşların siyahısında 178-ci olaraq İddiaçı da Vladimirovka kəndi üzrə 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin siyahıda adının Səlvinaz kimi qeyd olunması səhvi məhkəmə qaydasında Quba rayon Məhkəməsinin 21 iyun 2018ci il tarixli qətnaməsi ilə düzəldilmişdir. Qeyd olunan sənədlərə əsasən 0,06 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı barədə Çıxarışın verilməsi üçün müraciət etdiyi DƏDRX-nin 5 saylı Ərazi İdarəsi 19 mart 2019-cu il tarixli məktubu ilə ona ərizəsinə əlavə edilmiş Gülüstan sovxozu üzrə 05.08.1996-cı il tarixli, 33 nömrəli əmrin 01.11.2017-ci il tarixli 1911 nömrəli arxiv çıxarışında ayrılmış torpaq sahəsinin hüquq sahibinin adının göstərilmədiyi, təqdim olunmuş 01.11.2017-ci il tarixli 1912 nömrəli arxiv çıxarışının isə Quba rayon Gülüstan sovxozu üzrə olan kəndlərinin həyətyanı torpaq sahəsində ehtiyacı olan vətəndaşların siyahısının olduğu, bundan əlavə 0,06 ha torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişdiyi bildirilməklə Çıxarışın verilməsindən imtina edilmişdir. Halbuki həmin massivdə digər vətəndaşlara torpaq sahəsinə dair Çıxarışlar qeyd olunan siyahı və sənədlər üzrə verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X1 rayonu, Vladimirovka kəndində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə 27.02.2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Ərizəyə əlavə olunmuş “Gülüstan" sovxozu üzrə 05.08.1996- cı il tarixli, 33 nömrəli əmrin 01.11.2017-ci il tarixli 1911 nömrəli arxiv çıxarışında ayrılmış torpaq sahəsinin hüquq sahibinin adı göstərilməmişdir. Təqdim edilmiş 01.11.2017-ci il tarixli 1912 nömrəli arxiv çıxarışı isə Quba rayonu ‘'Gülüstan” sovxozu üzrə olan kəndlərinin həyətyanı torpaq sahəsinə ehtiyacı olan vətəndaşların siyahısıdır. Bundan əlavə, 0.06 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-17/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-17/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən cavabdeh orqanın Gülüstan Sovxozunun 05.08.1996-cı il tarixli 33 №-li əmrinin 1911 saylı arxiv Çıxarışında ayrılmış torpaq sahəsinin hüquq sahibinin adının göstərilməməsinə, 1912 saylı arxiv Çıxarışının isə «Gülüstan» Sovxozu üzrə həyətyanı torpaq sahəsinə ehtiyacı olan şəxslərin siyahısı olması kimi absurd dəlilinə istinad etmişdir. Halbuki qeyd olunan əmrdə siyahı üzrə 1-ci qeyd olunan addan sonuncu qeyd olunan 183-cü ada qədər olan siyahıda İddiaçı adının 178-ci № ilə qeyd olunması, həmçinin qeyd olunan arxiv Çıxarışlarının hüquqmüəyyənedici sənəd olması Quba rayon məhkəməsinin qanuni qüvvəsini almış 21 iyun 2018-ci il tarixli 2(027)-1528/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar həmin şəxslərə, hazırda iddiaçıya münasibətdə yenidən sübuta yetirilməyən haldır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin arxiv Çıxarışında hüquq sahibi kimi adının qeyd olunmamasına və buna görə də hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməməsinə istinad etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub- olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsi Çıxarış verilməsi tələb olunan 0,06 ha torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsini qeyd etməklə kifayətlənmiş, lakin digər şəxslərə Çıxarış verilməsinə əsas olmuş hüquq müəyyənedici «Torpağın mülkiyyətə verilməsinə dair JN-062F KOD30311018 saylı Şəhadətnamənin 20 ha torpaq sahəsinə verilməsinin qeyri- mümkün, saxta yolla tərtib olunmasını araşdırmamış, hüquqi qiymət verməmişdir. Eyni zamanda iddianı rədd etməklə işin yekunlaşdırılması İddiaçı iddia tələbinin əsasını dəyişdirmək və iddianın həcmini artırmaq kimi prosessual hüquqdan məhrum etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-17/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin halarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək Quba rayonu Gülüstan sovxozunun 05.08.1996-cı il tarixli 33 saylı əmrinə dair 01.11.2017-ci il tarixli 1911-1912 saylı Arxiv çıxarışlarına əsasən 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb İddiaçı adına çıxarışın verilməsini istəmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Gülüstan" sovxozu üzrə 05.08.1996-cı il tarixli, 33 nömrəli əmrin 01.11.2017-ci il tarixli 1911 nömrəli arxiv çıxarışında ayrılmış torpaq sahəsinin hüquq sahibinin adı göstərilməmişdir. Təqdim edilmiş 01.11.2017-ci il tarixli 1912 nömrəli arxiv çıxarışı isə Quba rayonu ‘'Gülüstan” sovxozu üzrə olan kəndlərinin həyətyanı torpaq sahəsində ehtiyacı olan vətəndaşların siyahısıdır. Bundan əlavə, 0.06 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişir. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmamış və iddianı onunla əsaslandırmışdır ki, həmin massivdə digər vətəndaşlara torpaq sahəsinə dair çıxarışlar qeyd olunan siyahı və sənədlər üzrə verilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsinə və məhkəmənin sorğusuna əsasən DƏDRX-in saylı 5 Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məktuba əlavə edilmiş sənədlərin təsdiqlənmiş surətinə isitnad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən ona istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsi digər şəxslərin adına olan torpaqlar sahələri ilə üst-üstə düşdüyündən, ərizəsinin icrası mümkün olmamışdır. Qeyd edilən halların araşdırılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, Quba rayonu, Gülüstan sovxozunun 05.08.1996-cı il tarixli 33 saylı əmri ilə İddiaçı ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sxemləri və qonşuluqlarını göstərən məlumatlar olmadığından həmin torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə uyğun olub-olmaması mümkün olmamış və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi RX seriyalı ******* saylı çıxarışa əsasən X6 mülkiyyətinə verilmiş olan 0.06 ha torpaq sahəsinin 0.0553 ha hissəsi ilə və RX seriyalı ******* saylı çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş olan 0.06 ha torpaq sahəsinin 0.0392 ha hissəsi ilə üst-üstə düşür. Bundan başqa, məhkəmənin sorğusuna əsasən DƏDRX-in saylı 5 Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 21.10.2020-ci il tarixli, **********60 nömrəli məktuba əlavə edilmiş sənədlərin təsdiqlənmiş surətindən görünür ki, RX seriyalı ******* saylı çıxarışa əsasən X8 və RX seriyalı ******* saylı çıxarışa əsasən X5 müvafiq olaraq 0.06 ha torpaq sahəsi satılmışdır. Məhkəmə kollegiyası ekspert rəyi ilə və müvafiq çıxarışlara əsasən iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni X6 mülkiyyətinə verilmiş olan 0.06 ha torpaq sahəsinin 0.0553 ha hissəsi ilə və RX seriyalı ******* saylı çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş olan 0.06 ha torpaq sahəsinin 0.0392 ha hissəsi ilə üst-üstə düşdüyündən, iddia tələbini əsassız hesab edir. Beləliklə məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınması niyyətində olduğu torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir. Həmin torpaq sahəsi ilə bağlı başqa şəxslərin adlarına çıxarışlar mövcuddur, torpaq sahəsi ilə bağlı hazırda mülki mübahisə mövcuddur, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq mövcuddur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunan maddənin tələbləri baxımından müəyyən edilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə daşınmaz əmlak üzərində hər hansı hüquq əldə edən şəxsin adına aparılmış qeyd həqiqi sayılır. Dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi üçün lazım olan tələblərdən biri daşınmaz əmlakın dövlət reyestrində daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun olmasıdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər dövlət reyestrində saxlanılan məlumata uyğun deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-17/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-17/2021 saylı 25 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-290/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-290/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver