Məhkəmə qərarları › İş №2-1(105)-290/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-290/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-290/2022 06.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2, vəkili və nümayəndəsi vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2-1(118)-264/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, xx.xx.1984-cü il tarixdə Bakı Maliyyəkredit texnikumunun “Sosial təminat sistemində hüquqşünaslıq və uçot” ixtisası üzrə tam kursunu bitirmiş və ona “hüquqşünası” ixtisası verilmişdir.

2. İddiaçı xx.xx.1984-cü ildə Xaçmaz rayon sosial təminat söbəsinə müvəqqəti müfəttiş vəzifəsinə işə qəbul edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə vəzifədən azad edilənədək Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsində işləmişdir.

3. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsə çevrildiyi üçün işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsindən azad edilərək yeni qurumda müvafiq işlə təmin olunmasını xahiş etmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmrinin və həmin əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “Dövlət qulluğu” haqqında Qanunun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş, onunla təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması qərara alınmışdır.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixindən 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon xidmət nümayəndəliyində ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir.

6. İş materillarında olan həmin əmrə əsasən tərtib olunmuş xx.xx.2020-ci il tarixli xxxxxxx00200 saylı əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı müqavilədə “imza etmirəm, etiraz edirəm” qeydi edərək onu imzalamaqdan imtina etmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli əmrinə əsasən Fondun struktur bölmələrində çalışan adları siyahıda qeyd olunan bir sıra işçiləri (o cümlədən İddiaçı) müddətli əmək müqavilələrinin müddəti qurtardığına görə tutduqları vəzifədən azad edilmələri və onlarla bağlanmış 2020-ci il 14 avqust tarixli əmək müqavilələrinə 2020-ci il 20 noyabr tarixdən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş işdən çıxma əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin ********** №-li xx.xx.2020-ci il tarixli əmrinə əsasən xx.xx.2020-ci il tarixdən 2000-dən çox dövlət qulluğunda olan işçilərin, o cümlədən də iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxma barədə əmr verilərkən bir çox qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 912 №-li, xx.xx.2019cu il tarixli Fərmanının 7.5-ci hissəsinə əsasən Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxsə çevrilmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən qeyd olunan təşkilatlarda işləyən işçiləri, bu Fərmanın 1.4-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunması ilə bağlı tədbirlər görülməsi ilə əlaqədar Fərman qəbul etmişdir. Nazirlik Fərmandan irəli gələn öhdəliyi yerinə yetirməyərək işçiləri aldadılaraq ərizələri alınmış və işdən azad olunmuş 2000-dən çox işçilərin sırasında iddiaçını da qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.1-ci maddəsinə görə müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Nazirlik işçilərin müvafiq işlə təmin olunması ilə əlaqədar verdiyi Fərmana diqqətsiz yanaşmış, müddətsiz əmək müqavilələrinə xitam verilmiş işçilərlə razılaşmadan 600 manat aylıq əmək haqqı göstərilməklə əmək müqavilələri hazırlanmışdır. Həmin müqavilələrin müddəti xx.xx.2020-ci il tarixədək olmaqla, işçilər ştat cədvəlində göstərilməmişdir. Ştat cədvəlində göstərilmədən hansı hesabdan işçilərə əmək haqqı verilməsi də müəmmalıdır. Nazirin xx.xx.2020-ci il tarixində verdiyi ********** №-li əmrinədək fondun və yerli şöbələrdə işləyən işçilərin vəzifələri dövlət qulluğuna aid edilmişdir. Fondun idarə heyətinin sədri Himalay Məmişovun məktubu şöbəyə daxil olmuşdur. Həmin məktubda 23- 24 iyul 2020-ci il tarixlərdə işçilərin (baş işçilər istisna olmaqla) yoxlanılması bildirilmişdir, həmin qiymətləndirmə şöbədə fondun işçilərinə əvvəlcədən hazırlayıb gətirdikdə suallar əsasında keçirilmiş və işçilər tərəfindən doldurulmuş vərəqələr DSMF-yə aparılaraq, orada cavablar qiymətləndirilmişdir. Bu da qiymətləndirmənin ədalətli olmasına şübhə yaradır. Həmin qiymətləndirmə xx.xx.2020-ci il tarixədək dövlət qulluğunda olan işçilər üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə zidd keçirilmişdir. Həmin Qanunun 30.1.1-ci maddəsində göstərilir: “İnzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir”. İddiaçı keçirilən qiymətləndirmədə 30-31 iyul 2020-ci il tarixlərdə xəstə olduğuna görə bülletendə olduğu üçün iştirak etməmişdir. Lakin DSMF onu “C” variantına əsasən qiymətləndirmişdir. “0” balı toplamasını iddiaçı internetdən bilmişdir. Bu da DSMF-nin növbəti qanuna zidd hərəkətidir. DSMF bütün bu qanun pozuntularına ona görə yol vermişdir ki, işdən azad etdikləri işçilərə işdən çıxma müavinəti verilməsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.3-cü maddəsi tətbiq olunmaqla işçilər işdən azad edilən işçilərin hüquqları pozulmuşdur. Prezidentin 9121 №-li, xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar verilmiş xx.xx.2020-ci il tarixli Fərmanında göstərilən tələblərə Nazirlik və DSMF tərəfindən əməl olunmamış, işdən çıxarılan işçilər sosial müdafiəsiz qalmış, bu gərgin karantin müddətində taleyin ümidinə buraxılmışlar. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onun işdən çıxma əmrini və Dövlət Sosial Müdafiə X6 şəxsdən isə onunla birtərəfli qaydada bağlanmış əmək müqaviləsinin surətini ala bilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nazirlik 1 ay müddətinə gözləməli olduğu halda həmin müddəti gözləmədən, ərizəni düzgün qiymətləndirməyərək onu işdən azad etmişdir.

10. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ərizə ilə müraciət edərək öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna 29 iyul 2020-ci il tarixdən **********6 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1- ci maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. İşəgötürən göstərilən normada qeyd edilən hüququndan istifadə etməmiş və ərizə qeydə alınan gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə X6 şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6- 1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4- cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Qeyd edilən tapşırığın icrası ilə bağlı həm Nazirlik tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsi və yeni yaradılmış müvafiq qurumda işlə təmin olunması ilə bağlı ərizə yazmışdır. Ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmri ilə Fondun Xaçmaz rayon xidmət nümayəndəliyində işlə təmin edilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-264/2021 nömrəli qərarına əsasən iddia təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz iradə ifadəsi olaraq tutduğu vəzifədən azad edilməsi və yeni yaradılacaq qurumda işə qəbul edilməsi barədə ərizə yazmış və onun ərizəsi təmin edilərək o, tutduğu vəzifədən azad edilərək DSMF-nin Xaçmaz rayon xidməti nümayəndəliyində işlə təmin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının dövlət qulluğuna qanunauyğun şəkildə xitam verilmişdir. Onun dövlət qulluğuna xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas yoxdur.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, öz arzusu ilə işdən azad olmağı barədə xx.xx.2020-ci il tarixli, **********6 nömrəli əmr düzgün deyil. İşdən öz arzusu ilə çıxmaq barədə ərizə yazmamışdır. Bunun sübutu isə həmin ərizənin surətinin məhkəməyə təqdim olunmamasıdır. O, Prezidentin Fərmanına əsasən Dövlət Sosial Müdafiə X6 şəxsə keçdiyi üçün “dövlət qulluğumu dayandırmaqla” (həmin Fərmanın 5.1-ci hissəsində DSMF-nin dövlət qulluğundan çıxarılması göstərilir) müvafiq işlə təmin olunmağını xahiş etmişdir. Həmin ərizəni xx.xx.2020-ci il tarixdə yazaraq Nazirliyin “email” hesabına göndərmişdir. Nazir isə onun işdən azad olmağı barədə əmri xx.xx.2020-ci il tarixdə imzalayıb və xx.xx.2020-ci il tarixdən minlərlə işçinin, o cümlədən də onun öz arzusu ilə işdən azad olmağı barədə əmr imzalayıb. Əgər Nazirlik onun ərizəsini “işdən çıxma” kimi qiymətləndirirsə ərizəni Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 1 ay müddətində gözləməli idi. Lakin Nazirlik bu maddəyə əməl etməmiş, əksinə absurd bir formada xx.xx.2020-ci il tarixdə imzaladığı ərizəni Nazirin xx.xx.2020-ci il tarixli əmrinə daxil edilmişdir. Həmin ərizədə Nazirliyin işçisi və 2(004)-7414/2020 №-li məhkəmə işində olduğu kimi nazirliyin nümayəndəsi kimi məhkəmə iclasında iştirak edən Nümayəndə2 aldatma və təzyiq formasında telefon zənglərindən sonra yazmışdır. O, nazirin əmrini DSMF-nin Xaçmaz rayon şöbəsindəki komputerdə gördükdən sonra xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 1 ay keçməmiş ƏƏSMN-ə teleqram göndərərək imtina etmişdir. Nazirlik həmin teleqrama xx.xx.2020-ci il tarixli, **********4 №-li şablon, onun teleqramına uyğun olmayan cavab verərək, ərizəni ləğv etməmişdir. ƏƏSMN-nin nümayəndəsi Nümayəndə2 onun işə bərpa tələbi ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1263/2020 nömrəli məhkəmə işində qarşı tərəfin nümayəndəsi kimi iştirak edib. O, onun iddia tələbinə etiraz olaraq əlavə sənəd kimi təqdim etdiyi 2(004)-4414/2020 nömrəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin və 2(103)-1830/2021 nömrəli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məhkəmə iclaslarında da ƏƏSMN-nin nümayəndəsi kimi çıxış etmişdir. Həmin məhkəmə iclaslarında iddiaçı X4 ərizələrində göstərmişdir ki, ona Nümayəndə2 zəng edərək “öz arzusu ilə işdən çıxarılması” barədə ərizə yazmasını tələb etmişdir. Bu hal isə Əmək Məcəlləsinə əsasən “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işçini aldatmaq, təzyiq göstərmək” kimi başa düşülməli idi. Lakin hər iki məhkəmə bu fakta əhəmiyyət verməyərək, analıq məzuniyyətində olan qadını işdən çıxarılmasını qanuni hesab etmişdir. Nazirlik onu xx.xx.2020-ci il tarixdən işdən azad edərkən o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə olduğu üçün bülletendə olmuşdur. X5 Rayon Xəstəxanasının 708317 nömrəli, xx.xx.2020-ci il tarixli xəstəlik vərəqəsi də təsdiq edir və ona həmin müddət üçün xəstəlik müavinəti də hesablanıb ödənilib. Onun ƏƏSMN-dən iş istədiyi ərizəni nazirlik işdən çıxma ərizəsi kimi qiymətləndirdiyi üçün ********* nömrəli teleqramla ərizəsindən imtina etdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işdən çıxarıldığı gün əmək qabiliyyətini müvəqqəti itirdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində olduğu kimi nazirlik onu işdən azad edə bilməzdi. Əmək Məcəlləsinin 79.3-cü maddəsinə əsasən (əlillərin birtərəfli qaydada işdən çıxarılması yol verilməzdir. O, xx.xx.2020-ci il tarixində ƏƏSMN-nə göndərdiyi ərizəsindən xx.xx.2020-ci il tarixində imtina etdiyi üçün rəhbərlik birtərəfli qaydada onu işdən azad edə bilməzdi. O, 2014-cü il tarixindən İİ qrup əlildir. Daimi ağrı sindromundan əziyyət çəkir. ƏƏSMN-nin nümayəndəsi bildirir ki, DSMF ləğv olunub. “Dövlət Sosial Müdafiə Fondu” yaranıb?! Belə olmuş olsa belə, Əmək Məcəlləsinin 63.1-ci maddəsində qeyd olunur: müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa, qalan bütün işçilərlə mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Nazirlik həmin maddənin şərtlərini tamamilə əks icra etmiş, müdir və müavini işdə saxlamış, digər işçilər aldadılaraq işdən çıxarılmışdır. Məhkəmə iclasında Nazirliyin nümayəndəsi bildirmişdir ki, DSMF ləğv olunub. Lakin bu haqda nə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, nə də ƏƏSMN-nin nazirinin əmri var. Prezidentin 10777 №-li 31 avqust 2020-ci il tarixli Fərmanına əsasən DSMF publik hüquqi şəxsə keçib. Fərmanın 5.4-cü bəndi: “Bu Fərmanın 7.6-cı bəndində nəzərdə tutulan pulblik hüquqi şəxslərin təsisçilərinin “Publik şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində göstərilən səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla Azərbaycan Respublikası ƏƏSMN həyata keçirir”. Dövlət Sosial Müdafiə Fondunun (publik hüquqi şəxs) nizamnaməsinin 1.2-ci bəndində göstərilir: “Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir”. 4.11.11-ci bənd “Bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən işçilərin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşmaqla qərar qəbul edilir”. Cənab Nümayəndə2 ştat ixtisarının işçilərin mənafeyinə zidd olduğu üçün işçiləri “öz arzuları ilə” işdən çıxardıqlarını bildirib. Çox absurd bir fikirdir, “ştat ixtisarı ilə” işdən çıxarılmalı işçilərə 2 il ərzində aylıq müavinət və işdən çıxma müavinəti verməmək üçün Nazirlik belə addım atmışdır. Cənab Nümayəndə2 onun Fond tərəfindən keçirilən qiymətləndirmədə iştirak etmədiyini işdən çıxmada səbəb kimi göstərib. O, birincisi 23-24 iyul 2020-ci il tarixlərində qiymətləndirmə keçirilərkən yuxarıda qeyd etdiyi kimi xəstə olmuşdur. İkincisi, qiymətləndirmə qeyri-qanuni keçirilib. Belə ki, Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən dövlət qulluqçularının qiymətləndirilməsi hər ilin axırında keçirilir və “əla, yaxşı, kafi və qeyri-kafi” qiymətləndirilir. 2019-cu il üçün şöbənin işçilərinin qiymətləndirilməsi artıq aparılmış, 2020-ci ildə başa çatmadığı üçün hansı qiymətləndirməni nazirlik keçirmişdir? 23-24 iyul 2020-ci il tarixlərində keçirilən qiymətləndirmənin məqsədi işçilərin bilik səviyyələrinin yoxlanılmasıdır, bunun nəticəsində işçilər işdən çıxarılmayacaq. Nazirliyin nümayəndəsi onun ali təhsili olmadığı üçün işdən azad olduğunu da səbəb kimi bildirmişdir. O, Bakı maliyyə kredit texnikumunun “sosial təminat sistemində hüquqşünaslıq və uçot” şöbəsini “sosial təminat sistemində hüquqşünası” ixtisası üzrə 1984-cü il tarixdə bitirdikdən sonra sosial təminat sistemində həmin tarixdən etibarən işləyir. Fondun nizamnaməsində işçilərə ali təhsil tələbi yoxdur. Ali təhsil tələbi yeni işçilərə şamil olunmalıdır. 17 iyul 2020-ci il tarixdə DSMF-nin onunla bağladığı əmək müqaviləsinə imza etməmişdir. Həmin müqavilədə onu ştatdankənar işçi kimi işə götürdükləri göstərilib. Azərbaycan Respublikası Əmək Məcəlləsində ştatdankənar işçi məfhumu yoxdur. Ştatdankənar işçiyə nazirlik hansı hesabdan əmək haqqı ödəyib? Əmək Məcəlləsinin tələblərinə uyğun olmadan tərtib edildiyi üçün həmin müqavilə etibarsızdır. Onun ƏƏSMN ilə müddətsiz əmək müqaviləsi olduğu halda, niyə o DSMF ilə Əmək Məcəlləsinə uyğun olmadan tərtib olunmuş 3 aylıq ştatdankənar işçi kimi müqaviləyə imza etməlidir? DSMF-nin Quba şəhərində yerləşən mərkəzində onlarla ştat vahidi, Xaçmaz şəhərində yerləşən nümayəndəliyində isə 6 ştat vahidi boşdur. Lakin Nazirlik və DSMF israrla həmin boş yerlərə işdən çıxarılmış işçiləri yerləşdirmək istəmir. Göründüyü kimi məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur.

15. Cavabdehin apellyasiya şikayətinə dair etiraz verərək, etirazda idda ərizəsinə etirazın dəlillərinə istinad etməklə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(105)-401/2021 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-264/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-73/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2-1(105)-401/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

19. Ali Məhkəmənin iş üzrə qərarında göstərilir ki, “...işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı müvafiq ərizəni xx.xx.2020-ci il tarixində təqdim etmiş, cavabdeh isə xx.xx.2020-ci il tarixində mübahisələndirilən əmri qəbul etmişdir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmri qəbul etdiyi tarixdə (xx.xx.2020-ci il) iddiaçının işdən azad edilməsi barədə xahişi olmamışdır. Odur ki, iddiaçının işdən azad edilməsi barədə xahişi olmadan cavabdeh tərəfindən onun əmək müqaviləsinin “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) ləğv edilməsinin qanuniliyinə məhkəmə tərəfindən qiymət verilməlidir. Bundan başqa, məhkəmə tərəfindən iddiaçının ərizəsinin məzmununa da düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yuxarıda qeyd olunanlardan məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən iddiaçının işdən azad edilməsi üçün məhz həmin məzmunda müraciəti olmalı idi. İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafə Nazirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin məzmunu isə belə olmuşdur ki, “Dövlət Sosial Müdafiə X6 şəxs olduğu üçün, məni 2-ci dərəcə dövlət qulluğundan azad edib, yeni qurumda müvafiq işlə təmin etməyinizi xahiş edirəm”. Göründüyü kimi, sözügedən ərizə işdən ümumiyyətlə azad edilmə barədə yox, yaradılacaq yeni qurumda müvafiq vəzifəyə keçirilmə barədə ərizədir. Yəni, iddiaçı öz iradə ifadəsini həmin ərizədə işdən azad edilmə kimi yox, başqa vəzifəyə keçirilmə kimi göstərmişdir. Məhkəmə zamanı da iddiaçının iradə ifadəsinin işdən azad edilmə yox, başqa vəzifəyə keçirilmə olduğu nəzərə alınmalı və məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanuni olub-olmamasına buna uyğun qiymət verilməli idi (Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(102)-73/2022 nömrəli qərarının 27-31-ci bəndləri ).

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-290/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

21. İş üzrə təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə dair yenilənmiş etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə əvvəlki apellyasiya baxışında təqdim olunmuş etirazdakı eyni dəlilləri təkrarlayan yeni etirazda əlavə olaraq Ali Məhkəmənin iş üzrə qərarında göstərilən hallarla bağlı bildirilmişdir ki, iddiaçı ərizə ilə Nazirliyə rəsmi mail ünvanından ərizə ilə müraciət etmiş və onu dövlət qulluğundan azad edib yeni yaranmış publik hüquqi şəxsdə işlə təmin edilməsini xahiş etmişdir. Əmrin qəbul edilmə tarixi xx.xx.2020-ci il tarixi olsa da əmrin 1-ci hissəsindı göründüyü kimi siyahıda əlavə olunmuş işçilərin əmək müqaviləsinə xx.xx.2022ci il tarixdən xitam verilmişdir. Etirazda Əmək Məcəlləsinin 49-cu maddəsinə istinad edilməklə iddiaçının işdən azad olunma haqqında bildirişinə əsasən onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Həmçinin qeyd edildiyi kimi, iddiaçı əvvəlcədən elektron qaydada müraciət etmiş, yalnız ərizənin qeydiyyat tarixi xx.xx.2020-ci il tarixdə olmuşdur. Etirazda ərizənin məzmunu ilə bağlı göstərilir ki, birinci hissədə İddiaçı dövlət qulluğundan azad olma ilə bağlı iradəsini ifadə etmiş, ikinci hissədə isə yeni yaranan qurumda işlə təmin edilməsini xahiş etmişdir. Etirazda Dövlət Sosial X1 4.5.6-cı bəndinə istinad edilməklə göstərilir ki, yeni yaranmış publik hüquqi şəxslərin əməkdaşlarına münasibətdə işəgötürən olmadığından İddiaçı əmək müqaviləsinə xitam verilmədən yeni yaranmış qurumlarda işə götürmək nə hüquqi nə də ki, texniki olaraq mümkün deyildir. Bu baxımdan həmin ərizə əsasında iddiaçının nazirlik tərəfindən dövlət qulluğuna xitam verilmiş və DSMF tərəfindən işlə təmin edilmişdir. Etirazda həmçinin göstərilir ki, iddiaçı əsasən Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmri ilə Fondun Xaçmaz rayon xidmət nümayəndəliyində işlə təmin edilmiş, lakin iddiaçı təyin edildiyi vəzifə ilə razılaşmamış və faktiki olaraq işə çıxmamışdır. İddiaçı orta ixtisas təhsillidir, onun ali təhsili olmamışdır. İddiaçının işdən çıxarılmasının qanunsuzluğu ilə bağlı iddialarına münasibətdə göstərilir ki, İddiaçı dövlət qulluqçusu olduğu üçün şikayətində istinad olunan Əmək Məcəlləsinin 79.1-ci maddəsi ona münasibətdə şamil oluna bilməz. Belə ki, maddə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunduğu halları tənzimləyir. Lakin iddiaçı öz ərizəsinə əsasən xx.xx.2020-ci il tarixində vəzifəsindən azad olunmuşdur. Cavabdeh daha sonra etirazında aşağıdakı səbəblərdən iddianın təmin edilməməli olduğunu bildirir: iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir və əmr verilərkən hər-hansı prosedur pozuntulara yol verilməmişdir; iddiaçının əvvəllər çalışdığı dövlət orqanı faktiki olaraq ləğv edilmiş və Nazirlik yeni yaranmış publik hüquqi şəxslərə münasibətdə işəgötürən deyildir; İddiaçı yeni yaranmış qurumda öz arzusu ilə işlə təmin edilmiş lakin ali təhsili olmama səbəbi ilə həmin işlə razılaşmamışdır.

22. İş üzrə təkrar apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli ərizə təqdim edərək ərizədə işin hallarına istinad etməklə cavabdehin onun işdən azad olunması barədə **********6 saylı, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, Dövlət Sosial Müdafiə X6 Şəxsin yerli şöbəsində müvafiq vəzifəyə keçirilməklə işsiz qaldığı müddətin əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 15 aprel 2021-ci il tarixli qərarın ləğv edilərək iddiasının xx.xx.2022-ci il tarixli ərizədə gösətrilən tələbə əsasən təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi, habelə digər nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ İİ. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər... Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

27. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 1. Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 2. Dövlət qulluğu 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 22. Dövlət məvacibi 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 33. Dövlət qulluğuna xitam verilməsi Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər Maddə 11 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 61. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

29. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

30. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə 1.1. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. 1.4. Nazirlik fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur. ...5.5. Nazir: 5.5.6. Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 5.5.6-1. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir.

31. Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Fərmanı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: ... 1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu;

32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

5. Müəyyən edilsin ki: 5.1. bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X2, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir;

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 7.2.3. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin say həddini və əməkhaqlarını ( o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişlər bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla) təsdiq etsin; 7.5. Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin; “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” 1.1. Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmalıdır.

34. İlk növbədə məhkəmə kollegiyası iddiaçının iddianın dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli ərizəsinin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən normadan çıxış edən məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində yalnız mübahisələndirilən əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinin irəli sürülməsi, apellyasiya şikayətində isə əlavə olaraq məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə tələbin də göstərilməsini iddiaçının diqqətinə çatdırmış, iddiaçı iddianın dəqiqləşdirilməsinə dair yuxarıda qeyd edilən məzmunlu ərizə təqdim etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini, eyni zamanda İPM-nin 70.3-cü maddəsinin tələblərini nəzərə alaraq, ərizənin icraata qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Belə ki, həmin normaya əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

35. İş üzrə təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırılma aparılmış, tərəflərin müvafiq dəlilləri dinlənilmişdir.

36. İş materiallarından görünür ki, cavabdehin mübahisələndirilən xx.xx.2020-ci il tarixli əmri ilə “Dövlət qulluğu” haqqında Qanunun 33.1.1-ci maddəsinə əsasən iddiaçının 2020-ci il 29 iyul tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi qərara alınmış, əmrdə onun qəbul edilməsinə əsas kimi “siyahıda adları qeyd edilmiş işçilərin ərizələri” göstərilmişdir.

37. İş materiallarından görünür ki, iddiaçı həm iddia ərizəsində, həm də birinnci instansiya məhkəməsində verdiyi izahatlarında, o cümldən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsində (cild 1, səh.51-62) və apellyasiya şikaətində onun müvafiq ərizəsinin məzmunun öz arzusu ilə işdən azad olunma deyil, yeni yaradılmış qurumda işlə təmin olunma barədə olduğunu bildirməklə yanaşı ərizəni xx.xx.2020-ci il tarixdə yazaraq cavabdehin rəsmi mail ünvanına göndərdiyini də bildirmişdir. Cavabdeh etirazında iddiaçının “əvvəlcədən elektron qaydada müraciət etdiyini”, yalnız ərizənin qeydiyyat tarixinin xx.xx.2020-ci il tarixdə olduğunu göstərsə də, qeyd edilən xüsusat apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi həmin ərizəninin surətində (cild 1, səh.25) mətnin sonunda “xx.xx.2020” tarixi qeyd edilmişdir. Cavabdehin birinci apellyasiya baxışı zamanı təqdim etdiyi həmin ərizənin surətində isə mətnində sonunda tarix mövcud deyildir, ərizənin üzərində isə **********6 nömrəsi, “xx.xx.2020” tarixi qeyd edilmişdir. Beləliklə, cavabdeh iddiaçının qeyd edilən ərizənin xx.xx.2020-ci il tarixdə yazaraq cavabdehin rəsmi mail ünvanına göndərilməsi barədə dəlilini təkzib edən hər-hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, İPM-nin sübut etmə vəzifəsini müəyyən edən yuxarıda istinad edilən 14.1-ci maddəsi mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqanın həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğunu nəzərdə tutur.

38. Beləliklə, işin qeyd edilən halları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tutduğu vəzifədən azad olunmasını nəzərdə tutan və onun üçün əlverişsiz inzibati akt olan xx.xx.2020-ci il tarixli əmri qəbul edilərkən həmin əmrin qəbul edilməsi üçün əsas kimi göstərilən iddiaçının ərizəsinin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin əmrin qanunsuz olması barədə iddiaçının dəlilləri əsaslıdır. Belə ki, işçinin öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi üçün əsas həmin işçinin işdən çıxmaq barədə iradəsini ifadə etdiyi müraciətidir. Cavabdeh tərəfindən bu məzmunda əmr yalnız o halda qəbul edilə bilərdi ki, işçi işdən azad edilməsi barədə ərizə ilə inzibati orqana müraciət etmiş olsun.

39. Cavabdehin etirazının iddiaçının işdən azad olunma haqqında bildirişinə istinad etməklə onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal mübahisələndirilən əmrin qəbul edilməsi zamanı iddiaçının ərizəsinin mövcudluğuna dəlalət etmir, çünki elə əmrin özündə də iddiaçının xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi nəzərdə tutulmuşdur.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri qanuna ziddir və iddiaçının hüquqlarını pozur. Çünki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Mübahisələndirilən əmrin qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Hazırkı halda, həmin tələb cavabdeh tərəfindən təmin olunmamışdır. Yuxarıda istinad olunan “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə görə, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Bilavasitə dövlət qulluğuna aid münasibətləri tənzimləyən “Dövlət qulluğu haqqında” qanunun yuxarıda istinad edilən 33.1.1-ci maddəsi dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsni nəzərdə tutur ki, bu da dövlət qulluqçusunun müvafiq “arzu”sunun, yəni dövlət qulluğuna xitam verilməsi ilə bağlı aşkar iradəsinin xitamdan əvvəl inzibati orqana məlum olduğu halda mümkündür. Hazırkı işdə isə iddiaçının öz arsuzu ilə dövlət qulluğuna xitam verilməsi barədə mübahisələndirilən xx.xx.2020-ci il tarixli əmr iddiaçının müvafiq xx.xx.2020-ci il tarixli ərizəsindən iki gün əvvəl qəbul edilmişdir. Bu isə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin yuxarıda istinad edilən müddəalarının tələblərinin təmin olunmamasının aşkar göstəricisidir. Beləliklə, iddiaçı barəsində qəbul edilmiş inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Bu baxımdan, məhkəmə kollegiyası maddi hüquq normaları ilə bağlı məsələlərin əlavə yoxlanılmasına, o cümlədən iddiaçının onun tutduğu vəzifədən azad olunması zamanı Əmək Məcəlləsinin tələblərinin pozulması ilə bağlı dəlillərinin araşdırılaraq onlara qiymət verilməsinə zərurət görmür.

41. İddiaçının iddia tələbinin müvafiq vəzifəyə təyin olunma və işləmədiyi müddətdə əmək haqqının ödənilməsini tələbini də əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin etirazının müvafiq dəlilləri həmin tələblərin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, mübaisələndirilən xx.xx.2020-ci il tarixli əmr yuxarıda qeyd edilən səbələrdən qanunsuz inzibati akt olmaqla həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığından cabadeh inzibati orqan Azərbaycan Respublikası Prezidentinin yuxarıda istinad olunan 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanın 7.5-ci bəndinin tələbləri baxımından özünün struktur qurumu olmuş və artıq fəaliyyət göstərməyən Dövlət Sosial Müdafiə Fondunda işləmiş iddiaçını yeni yaradılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə X6 şəxsində müvafiq vəzifəyə təyin olunması ilə bağlı vəzifə daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İV hissəsi Azərbaycan Respublikası Prezidentinin fərmanlarının tətbiqi və icrasısının bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburiliyini nəzərdə tutur.

42. Bu səbəbdən istər cavabdeh inzibati orqanın, istərsə də hazırkı icraata üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda həmin orqanların hüquqi statusu və həmin orqanlarda işə qəbulla bağlı nəzərdə tutulmuş tənzimləmələr qanunsuz əmr nəticəsində tutduğu vəzifdən azad edildiyi müəyyən olunmuş, 35 ildən artıq müvafiq vəzifədə çalışmış iddiaçı qadının Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulan əmək hüququnu və 55-ci maddəsində nəzərdə tutulan dövlət orqanlarında qulluq etmək imkanını məhdudlaşdıran normalar kimi çıxış edə və müvafiq vəzifəyə təyin edilməsini istisna edən əsaslar qismində nəzərə alına bilməz. Çünki, Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

43. Bundan əlavə, iddiaçı qanunsuz əmr nəticəsində tutduğu vəzifdən azad edilənədək dövlət qulluğunda işləməklə dövlət məvacibi aldığından onun işləmədiyi dövrlərə görə əmək haqqı tələbi də Konstitusiyanın 35-ci maddəsində nəzərdə tutulan öz işinə görə haqq almaq hüququnun təminatı kimi təmin olunmalıdır.

44. Cavabdehin etirazının iddiaçının yeni yaranmış qurumda öz arzusu ilə işlə təmin edilməsi, lakin ali təhsili olmama səbəbi ilə həmin işlə razılaşmaması barədə dəlillərinə gəldikdə isə, yuxarıda qeyd edildiyi kimi, hazırkı iş üzrə üçüncü şəxsin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixindən 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon xidmət nümayəndəliyində ştatdankənar işçi vəzifəsinə təyin edilsə də, iddiaçı həmin əmrə əsasən tərtib edilmiş müqaviləni imzalamaqdan imtina etmişdir. Bu səbəbdən qeyd edilən əmrə baxmayaraq tərəflər arasında əmək münasibətləri yaranmamışdır. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı qeyd edilən əmək müqaviləsini imzalamasa da, digər əsaslarla işdən azad olunmasına səbəb yaratmamaq üçün 3 ay ərzində işlədiyini və müvafiq əmək haqqı aldığını bildirmişdir. Bununla belə, üçüncü şəxsin xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləlsinin müddətinin qurtardığına görə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir ki, bu halın özü də 35 ildən artıq müvafiq vəzifədə dövlət qulluğunda işləyən iddiaçının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanın 7.5-ci bəndinin tələbləri baxımından yeni yaradılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə X6 şəxsində müvafiq vəzifəyə təyin olunması kimi qiymətləndirilə bilməz.

45. Göstərilənlərdən əlavə məhkəmə kollegiyasl bir xüsusatı da qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı ikinci qrup əlil, öhdəsində hərbi xidmətə yararsız işləməyn oğlunun olması, işə ehtiyacının olmasını bildirməklə yeni qurumda işlə təmin edilməyini xahiş etmiş, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında hətta əvvəllər işlədiyi Xaçmaz rayon xidmət nümayəndəliyində, bu mümkün olmadıqda isə istənilən qonşu rayonda kargüzar vəzifəsində işləməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” 13 dekabr 2006-cı il tarixli Konvensiyasının 6-cı maddəsi nəzərədə tutur ki, iştirakçı dövlətlər əlil qadın və qızların çoxsaylı ayrı-seçkiliyə məruz qaldığını etiraf edir və bununla əlaqədar olaraq onların bütün insan hüquqlarını və əsas azadlıqlarını tam və bərabər həyata keçirməsini təmin etmək üçün tədbirlər görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən iştirakçı dövlətlər digər şəxslərlə bərabər, əlillərin əmək hüququnu tanıyırlar; bu hüquq əmək bazarının və istehsalat mühitinin əlillər üçün açıq, inklüziv və əlverişli şəraitdə əlilin sərbəst seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək hüququnu ehtiva edir. Eyni zamanda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əssən əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

47. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2-1(118)-264/2021 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmri İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsində müvafiq vəzifəyə təyin olunması və işləmədiyi dövrlər üçün əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar