Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-290/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi hakim), Quliyev İsmayıl Rza oğlu və X7 ibarət tərkibdə Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 23 avqust 2010cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü kadastr sənədinin və həmin sənəd əsasında X3 adına verilmiş 06 oktybar 2010-cu il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(118)- 325/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon XDS İK-nın 18 iyul 1968-ci il tarixli qərarı ilə iddiaçının mərhum atası X11 Quba şəhəri, Fətəlixan küçəsində 9-cu kvartalda 400 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və 1989-cu ildə tərtib edilmiş yaşayış evinin texniki pasportunda torpaq sahəsinin faktiki ölçüsünün 1041 kv.metr olduğu qeyd edilmişdir. Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı Qərarı ilə X17 0,06 ha torpaq sahəsi ayrılmış və JN 2538 A KOD 30301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X4 Quba şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Quba şəhərində 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-16/2009 nömrəli, 18 noyabr 2009-cu tarixli qətnaməsi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən M.Musayevə Torpağın plan-ölçü sənədi verilərək rəsmiləşdirilmişdir. Mərhum M.Musayev həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixli, **********22 reyestr nömrəli çıxarışla mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata almışdır. Daha sonra M.Musayevin vərəsələri həmin əmlakı Mustafayeva Aybənizə satmışdırlar. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək X3 adına qeydə alınmış xx.xx.2010-cu il tarixli, **********22 reyestr nömrəli çıxarış və ona əsas olmuş sənədlərin ləğv edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubu ilə müraciətindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon XDS İK-nın 18 iyul 1968-ci il tarixli qərarı ilə iddiaçının mərhum atası X14 Quba şəhəri, Fətəlixan küçəsində 9-cu kvartalda 1041 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və 1989-cu ildə tərtib edilmiş yaşayış evinin texniki pasportunda atasının mülkiyyətində 1041 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir. Atası H.Sultanov xx.xx.2009-cu il tarixdə vəfat etmiş, atasının vəfatından sonra xx.xx.2010-cu il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontoruna müraciət edib atası X12 vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Atasının ölümündən sonra bütün ona məxsus əmlaklara sahiblik və istifadə edir və hüquqi varisi kimi məhkəmələrdə iştirak edir. H.Sultanov sağ olarkən Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı Qərarı ilə 1041 kv.metr torpağın 0,06 ha hissəsinə JN 2538 A KOD 30301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir, digər 0,04 ha hissəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı ilə ona verilmişdir və həmin Qərar hal-hazırda da qüvvədədir. Belə ki, mərhum M.Musayevə Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Quba şəhəri, 2-ci kvartalında 0,03 ha həyətyanı torpaq sahəsi ayrıldığı halda o, Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli protokolunda qeyd olunan O.Babaşov və H.Sultanovun “həyətyanı sahələrin arxasında” sözlərini saxtakarlıq yolu ilə dəyişdirərək “arasında” sözü ilə əvəzləşdirərərk, atasına və ona məxsus 1041 kv.metr torpağın 0,03 ha hissəsini mənimsəmək istəyir və saxtakarlıq yolu ilə öz adına çıxarış almışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi M.Musayevin adına çıxarış verərkən saxtakarlıq edərək ilkin kontur nöqtələrini dəyişdirmiş, M.Musayevə çıxarış vermişdir. Həmiçinin, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı ilə mərhum atası H.Sultanova məxsus 0,04 ha torpağın ona verilməsi vəzifəsini DTXK-nın Quba Şöbəsinin üzərinə vəzifə qoymuş və ona 0,04 ha torpağa dair mülkiyyətini təsdiq edən torpağın miqyasına dair kadastr planı verildiyi və həmin torpağın M.Musayevə verilmiş 0,03 ha torpaqla üst-üstə düşdüyünü bildiyi halda, qanunsuz olaraq Musayevlərə çıxarış vermişdir. Atasına verilmiş xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsində atasının mülkiyyətində 400 kv metr torpaq sahəsi və həmin torpaqda yaşayış evi olduğu qeyd edilmişdir. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi idarəsi isə əsassız olaraq faktı bildiyi halda M.Musayevə verilmiş 0,03 ha torpağın kontur nöqtələrini dəyişdirmişdir. Bildirir ki, mərhum M.Musayevə 13 avqust 2010-cu il tarixdə DTXK-nın Quba rayon Şöbəsi tərəfindən verilmiş Torpaq sahəsinin Plan və Ölçüsü sənədi ilə həmin sənəd əsasında M.Musayevin adına verilmiş 05 oktyabr 2010-cu il tarixli çıxarışın koordinatlarını müqayisə edərək aşkar olur ki, Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə çıxarışın koordinatları tam fərqlidir, Daşınmaz Əmlakın Dövlət Reyestri saxtakarlıq edərək M.Musayevin adına mərhum atasından ona miras qalmış 0,04 ha torpağa çıxarış vermişdir. Halbuki, M.Musayev adına verilmiş 18 noyabr 2009-cu il tarixli torpağın planı və ölçüsü kadastr sənədində qeyd olunan konturlar mərhum atası H.Paşayevin mülkiyyəti olan 1041 kv metr torpaq sahəsindən kənarda yerləşir. Əgər həmin sənədlər üzrə ekspertiza keçirilərsə, bütün saxtakarlıqlar üzə çıxacaqdır. Mərhum M.Musayevə Quba rayon XDS İK-nin xx.xx.1989cu il tarixli 7 nömrəli protokolunda 0,03 ha torpağın O.Babaşov və H.Sultanovun həyətyanı sahələrinin arxasında ayrılması göstərilsə də, bu günə kimi həmin protokol X26 filialından tələb edilib araşdırma aparılmamışdır. Həmçinin, bir faktı qeyd etmək istəyir ki, mərhum M.Musayevə ayrılmış 0,03 ha torpaq sahəsinin faktiki ölçülərini müəyyən etmək üçün DƏDRX-nin heç bir əməkdaşı onlara həyətə gələrək müayinə aparmayıb. Bu hal özözlüyündə onu təsdiq edir ki, M.Musayevə verilmiş çıxarış saxtadır və həmin sənəd qanunazidd üsullarla əldə edildiyindən ləğv edilməlidir. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən ləğv edilməsi tələb olunan X3 adına olan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. X3 adına olan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda göstərilən 0.03 ha torpaq sahəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 2V-128 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X13 adına keçmiş və sonuncunun adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X18 həmin torpaq sahəsini 30 Dekabr 2021-ci il tarixli 4Ə-3514 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş və həmin müqaviləyə əsasən X2 adına xx.xx.2022-ci il tarixli ********** qeydiiyyyat nömrəli çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ X5 tərəfindən itirilmişdir. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir:.. torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə....Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2-1(118)-2148/2022 nömrəli qərardadı ilə X18 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi onun təmsil etdiyi şəxsin xüsusi mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsini təmsil etdiyi şəxs alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçının günahı ucbatından torpaq sahəsindən aidiyyəti üzrə istifadə edə bilmirlər. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. ç) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(118)-325/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.14 mart 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, iddiaçının mübahisəli torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs X18 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və üçüncü şəxs X15 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayətləri vaxtında verilmişdir. Apellyasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı X1 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 23 avqust 2010-cu il tarixli Torpaq sahəsinin plan-ölçü kadastr sənədinin və həmin sənəd əsasında X3 adına verilmiş 06 oktybar 2010cu il tarixli çıxarışın ləğv edilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı xx.xx.2010-cu il tarixli, **********22 reyestr nömrəli çıxarış və ona əsas olmuş sənədlərin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ünvanladığı sorğuya verilmiş cavab məktubundan məlum olmuşdur ki, X4 Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Quba şəhəri, 2-ci kvartalında 0,03 ha həyətyanı torpaq səhəsi ayrılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-16/2009 nömrəli, 18 noyabr 2009-cu tarixli qətnaməsi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən M.Musayevə Torpağın plan-ölçü sənədi verilərək rəsmiləşdirilmişdir. X3 adına olan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda göstərilən 0.03 ha torpaq sahəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 2V-128 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X15 adına keçmiş və sonuncunun adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X18 həmin torpaq sahəsini 30 dekabr 2021-ci il tarixli 4Ə-3514 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirmiş və həmin müqaviləyə əsasən X2 adına xx.xx.2022-ci il tarixli ********** qeydiiyyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq Məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının dəlilləri əsassızdır. İşdən görünür ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Quba rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1968-ci il tarixli qərarı ilə X14 Quba şəhərinin 9 nömrəli kvartalından (mərkəzi xəstəxanasının girəcəyindən sol tərəfdən) fərdi mənzil tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsinə dair plan-ölçü sənədinin İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yəni, hazırkı halda 300 kv.metr torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədinin və qeydiyyatın qanuniliyinə hüquqi qiymət verilməzdən əvvəl, iddiaçı mübahisələndirilən torpaq sahəsinə dair ona məxsus hüquqmüəyyənedici sənədləri təqdim etməli, yəni iddia tələbinin əsaslı hesab edilərək təmin edilməsinə nə dərəcədə haqqı çatdığını sübut etməlidir. İddiaçı məhkəmə qərarı əsasında verilmiş plan-ölçü sənədində göstərilən 400 kv.metr torpaq sahəsi ilə üçüncü şəxsə məxsus 300 kv.metr torpaq sahəsinin üst-üstə düşdüyünü iddia etsə də, sözügedən 400 kv.metr torpaq sahəsinə dair plan-ölçü sənədini məhkəməyə təqdim etməmişdir. Məlum olduğu kimi torpaq sahəsinin plan-ölçü sənədlərində torpaq sahələrinin döngə nöqtələrinin koordinatları qeyd olunur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis cəlb edilmədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.X15 adına rəsmiləşdirilmiş **********22 reyestr nömrəli çıxarışda göstərilmiş 0.03 ha torpaq sahəsinin koordinatları Quba rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1968-ci il tarixli qərarı ilə Quba şəhərinin 9 nömrəli kvartalında (mərkəzi xəstəxanasının girəcəyindən sol tərəfdən) fərdi mənzil tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşürmü? 2.Quba şəhərinin 9 nömrəli kvartalında (mərkəzi xəstəxanasının girəcəyindən sol tərəfdən) fərdi mənzil tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsi iddiaçı tərəfindən faktiki istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşürmü? 3.**********22 reyestr nömrəli çıxarışda göstərilmiş mübahisəli 0.03 ha torpaq sahəsi Quba şəhərinin 9 nömrəli kvartalında (mərkəzi xəstəxanasının girəcəyindən sol tərəfdən) fərdi mənzil tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsi daxilində yerləşirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli ekspert vəsatəti göndərilmiş, tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların və digər texniki parametrlərinin mərkəzə təqdim edilməsi xahiş edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq, məhkəmə kollegiyası sözügedən plan-ölçü sənədinin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğular ünvanlanmış, sorğulara xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixli məktublarla cavab olaraq, X14 məxsus arxiv məlumatlarında 400 kv.m torpaq sahəsinə verilmiş plan və ölçü (kadast planı) aşkar edilmədiyi; İddiaçı adına olan Quba şəhərinin 9 nömrəli kvartalı ərazisində yerləşən torpaq sahəsinə dair plan və ölçü (kadastr planı) sənədinin aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, iddiaçı tərəfə (iddiaçının nümayəndəsi və vəkilinə) iddia ərizəsinin dəlillərində qeyd olunan, məhkəmə qərarı əsasında verilmiş 400 kv.metr torpaq sahəsinə dair plan-ölçü sənədini təqdim etməsi barədə təkliflər edilsə də, sözegedən sənəd məhkəməyə təqdim edilməmişdir. Tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatlar, baza məlumatları mərkəzə təqdim edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla ekspertizanın aparılmasından imtina edilmişdir. İş materiallarından görünür ki, 1989-cu ilin may ayında iddiaçının mərhum atası X8 adına fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Lakin sözügedən texniki pasport torpaq sahəsinin yerini müəyyən etmək üçün kifayət edən sənəd deyildir. Belə ki, texniki pasportda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yoxdur. İddiaçı tərəfindən torpaq sahələrinin üst-üstə düşdüyünü təsdiq edən sənəd kimi ləğv edilmiş AR DT və XK-nin Quba rayon icra Şöbəsinin icra, məmuru, lll dərəcəli ədliyyə qulluqçusu cənab Z.Əzizova ünvanladığı məktub məhkəməyə təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, sizin 19 sentyabr 2013-cü il tarixli 760/13 saylı məktubunuza cavab olaraq bildiririk ki, iddia olunan 0,04 ha torpaq sahəsi Azərbaycan Respublikası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 yanvar 2013-cü il tarixli 2(85)-208/2013 saylı qətnaməsi ilə İddiaçı verilən sahəsi eyniliklə Quba rayon məhkəməsinin 2(027)-357/2007 saylı 14 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə X4 verilmişdir. Hər iki qətnaməyə görə verilmiş qərarlar eyni torpaq sahəsinədir. Ona görə də eyni yerə iki müxtəlif məhkəmə qətnamələri olduğundan qeyri-müəyyənlik yaranmışdır. Kollegiya təqdim edilmiş sənədlə bağlı qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 2.0.2-ci maddəsinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. 3.1.16-cı maddəyə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR PHŞ-nin vəzifəsidir. Bu səbəbdən, torpaq sahəsinin üst-üstə düşübdüşməməsi xüsusi bilik tələb edən məsələ olmaqla, qanunvericiliyin tələbi baxımından DƏDKR PHŞ-nin səlahiyyətlərinə aiddir. Bunun üçün mütəxəssis rəyi alınmalı, iş üzrə ekspertiza keçirilməlidir. Bu baxımdan, iddiaçı tərəfindən təqdim edilmiş sənəd özlüyündə torpaq sahələrinin koordinatlarını əks etdirmədiyinə görə, torpaq sahələrinin üst-üstə düşdüyünü təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçının iddia etdiyi kimi 400 kv.metr torpaq sahəsinin üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək üçün zəruri olan sənədlər aşkar olunmamış, iddiaçı tələbinin əsaslığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2023-ci il tarixli, 2-1(118)-325/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.