Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-291/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlərHökümə Çingiz qızı Babayeva və X21 ibarət tərkibdə, İddiaçılar İddiaçı nümayəndəsi və vəkili X13, 3-cü şəxs X5 nümayəndəsi və vəkilləri X1 və X16 iştirakları ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Qusar rayon Quxuroba bələdiyyəsinə qarşı “Qusar rayon Quxuroba bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 138/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından 3-cü şəxs X17 tərəfindən verilmiş apelyasiyaşikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Qusar rayon Quxuroba bələdiyyəsinə qarşı “Qusar rayon Quxuroba bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Quxuroba Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarına əsasən iddiaçıların hərəsinə Qusar rayonunun Quxuroba kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahələri satılmışdır. Həmin həyətyanı torpaq sahələri bir-biri ilə yanaşı yerləşməklə 0,24 ha sahəyə malik ümumi massiv təşkil edir. Həmin torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən iddiaçılara müvafiq olaraq xx xxx 2011-ci il tarixli A№ 343723 saylı və xx xxx 2011–ci il tarixli A№ ******* saylı 2 (iki) ədəd X29 və Ölçüsü verilmiş, həmin torpaq sahələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində Dövlət Torpaq Kadastrı kitabında onların adlarına müvafiq olaraq № 2357 və № 2358 nömrələri ilə dövlət qeydiyyatına (uçotuna) alınmışdır. Həmin torpaq sahələrini onlar 12 ildən çoxdur ki, Qusar rayon Quxuroba bələdiyyəsindən almışlar, bu illərdə həmin torpaq sahələrinin vergilərini ödəmişlər, onlar həmin torpaq sahələrinin ətrafını çəpərləyib bağlamamış və gələcəkdə orada uşaqlarına ev tikəcələri vaxt ətrafını bağlamağı planlaşdırmışlar. Lakin təxminən 1 ildən çoxdur ki, onlara məxsus həmin torpaqlarla qonşuluqda yaşayış evi və həyətyanı torpaq sahəsi yerləşən Qusar rayonu Quxuroba kənd sakini X17 qanunsuz olaraq onların həmin 0,24 ha torpaq sahələrini bütünlüklə zəbt edərək özü üçün istifadə edir. Bununla əlaqədar onlar cavabdeh X5 həmin torpaq sahələrindən çıxarılmasına dair Qusar Rayon Məhkəməsində iddia qaldırmışlar vəhəmin iddiaya Qusar Rayon Məhkəməsində baxılıb qurtarmamış X5 nümayəndəsi onlara həmin torpaq sahələrinin guya qanunsuz satılması barədə X15 şikayət etmiş və Bələdiyyələrlə iş mərkəzi isə cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsinə göstəriş verərək onların hərəsinə Qusar rayonunun Quxuroba kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barəsində Qusar rayonu Quxuroba Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarının ləğv edilməsini tələb etmişdir. Cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi isə X12 bu qanunsuz təklif-göstərişinə əsasən xx xxxxxx 2019–cu il tarixli 08 nömrəli qərar qəbul edərək iddiaçılara Qusar rayonunun Quxuroba kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarı ləğv etmişdir. Onlar aşağıda göstərilən hallara görə Qusar rayonu Quxuroba Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 08 nömrəli qərarının qanunsuz hesab edirlər və həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. İlk növbədə X12 vətəndaş X5 nümayəndəsinin şikayətinə əsasən onlara həyətyanı torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin xx xxxxx 2007–ci il tarixli 4 nömrəli qərarının ləğv edilməsi barədə cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsinə göstəriş verməsi əsassızdır. Çünki vətəndaş X5 həmin torpaqlar barəsində heç bir hüququ yoxdur və onun həmin torpaqlar barədə hər hansı tələb irəli sürməsi belə əsassızdır. Torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarının qəbul edilməsindən 12 ildən artıq vaxt keçmişdir. Bu illərdə həmin torpaq sahələrinin vergilərini onlar ödəmişlər. Quxuroba Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 08 nömrəli qərarında torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarının ləğv edilməli olması onunla əsaslandırılmışdır ki, guya həmin torpaqayırma sənədlərində uyğunsuzluqlar və qanuna zidd hallar vardır. Onlar torpaq almaq üçün Qusar rayonu Quxuroba Bələdiyyəsinə ərizə ilə müraciət etmişlər, ərizələri üzrə torpaqayırma sənədlərini Qusar rayonu Quxuroba Bələdiyyəsi hazırlamışdır. Onlara deyilən vaxtda torpağın satın alınması pulunu bələdiyyənin hesabına ödəmişlər və həmin sənədlər arasında hər hansı bir uyğunsuzluğun olması barədə ötən 12 il ərzində cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi tərəfindən heç bir irad bildirilməmişdir. Həm də həmin sənədlərdə olan hər hansı uyğunsuzluğu görə onlar yox, cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi özü cavabdehlik daşıyır. Digər tərəfdən cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi onlara torpaq sahələri satılması barədə qərar qəbul etməzdən qabaq torpaqayırma sənədlərini özü araşdırdıqdan sonra qərar qəbul etməli idi. Nəhayət cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi tərəfindən verilmiş həmin torpaqayırma sənədlərini onlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə təqdim etmişlər, həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən bir daha araşdırıldıqdan sonra həmin torpaqlar onların adlarına dövlət qeydiyyatına alınmış və onların adlarına müvafiq olaraq A№ 343723 saylı və xx xxx 2011–ci il tarixli A№ ******* saylı 2(iki) ədəd X29 və Ölçüsü verilmiş, həmin torpaq sahələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində Dövlət Torpaq Kadastrı kitabında onların adlarına müvafiq olaraq №2357 və №2358 nömrələri ilə dövlət qeydiyyatına (uçotuna) alınmışdır. Bütün bu proseduralardan 12 il keçəndən sonra cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsinin onların adlarına artıq dövlət qeydiyyatına almmış torpaq sahələri barəsində qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli 08 nömrəli qərarı açıqdan-açığa hüquqlarına hörmətsizlikdir. Qusar rayonu Quxuroba Bələdiyyəsinin xx xxxxx 2007–ci il tarixli 4 nömrəli qərarının ləğvi barəsində məsələ yalnız məhkəmədə iddia qaldırılmaqla həll oluna bilərdi. Cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi səlahiyyət həddini aşaraq qanunsuz olaraq xx xxxxxx 2019-cu il tarixli 08 nömrəli qərarını qəbul etmişdir. Cavabdehin nümayəndəsi X18 tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinə yazılı izahat təqdim olunmuş və izahat onunla əsaslandırılmışdır ki, 2015-ci ilin yanvar ayından Qusar rayonu Quxuroba bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyə sədri vəzifələrinin icrasına başladıqdan sonra bələdiyyə üzvləri ilə birlikdə Quxuroba bələdiyyəsinin balansında olan torpaq sahələrinin monitorinqini keçirmiş və məlum olmuşdur ki, iddiaçılar İddiaçı və Cavabdeh1 Qusar rayonu Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarı ilə hərəsinə 0,12 ha, cəmi 0,24 ha həyətyanı torpaq sahələri satılmışdır. Onlara satılmış həmin 0,24 ha həyətyanı torpaq sahələri, habelə Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətində olan daha 2,0 hektardan artıq torpaq sahəsi faktiki olaraq iş üzrə üçüncü şəxs X17 tərəfindən istifadə olunur. Məlum olmuşdur ki, iş üzrə üçüncü şəxs X17 tərəfindən istifadə olunan həmin 2,0 hektardan artıq torpaq sahəsinin 1,5 ha hissəsi Qusar rayonu Quxuroba bələdiyyəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə X5 həyat yoldaşı X6 cəmi 11 aylıq icarəyə verilmiş, icarə müddəti 2014cü ilin sonunda başa çatmışdır. Bələdiyyə sədri vəzifələrinin icrasına başladıqdan sonra iş üzrə üçüncü şəxs X17 ona müraciət edərək 2014-cü ildə onların 11 aylıq icarəsində olmuş 1,5 ha torpaq sahəsini yenidən onların icarəsinə verməyi xahiş etmişdir. Lakin həmin torpaq sahəsini təzədən X5 icarəsinə verməkdən imtina etmişdir. İmtinanın səbəbi bu idi ki, əvvəlcə X17 qanunsuz istifadə etdiyi torpaq sahələrini Qusar rayonu Quxuroba bələdiyyəsinə qaytarsın, sonra isə bələdiyyə istədiyi 1,5 ha torpaq sahəsini onun qısa müddətli icarəsinə verəcəkdir. X2 qanunsuz istifadə etdiyi torpaq sahələrini Qusar rayonu Quxuroba bələdiyyəsinə qaytarmamışdır və bu səbəbdən də Quxuroba bələdiyyəsi onunla yeni icarə müqaviləsini bağlamamışdır. 2015-ci ilin yanvar ayından etibarən Qusar rayonu Quxuroba bələdiyyəsi tərəfindən iş üzrə üçüncü şəxs X17 və yaxud onun həyat yoldaşı X14 ilə hər hansı torpaq icarə müqaviləsi bağlanmamışdır, 2015-ci ilin yanvar ayından etibarən onlar tərəfindən Qusar rayonu Quxuroba bələdiyyəsinə hər hansı icarə haqqı ödənilməmişdir. Lakin bununla belə Qusar rayonu Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarı ilə iddiaçılar İddiaçı və Cavabdeh1 satılmış cəmi 0,24 ha həyətyanı torpaq sahələrindən, habelə Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətində olan daha 2,0 hektardan artıq torpaq sahəsindən hal-hazıradək iş üzrə üçüncü şəxs X17 tərəfindən qanunsuz olaraq istifadə edilir. Quxuroba bələdiyyəsi tərəfindən iş üzrə üçüncü şəxs X17 tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə edilən torpaq sahələrinin Quxuroba bələdiyyəsinə qaytarılması barədə dəfələrlə hüquq mühafizə orqanlarına müraciətlər olunmuşdur. Lakin buna baxmayaraq, X17 bu günə kimi Qusar rayonu Quxuroba bələdiyyəsinə məxsus 2,0 hektardan artıq torpaq sahəsindən qanunsuz olaraq istifadə etməkdə davam edir. Bundan əlavə iddiaçılar İddiaçı və Cavabdeh1 həyətyanı torpaq sahələrinin satılması barədə olan Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarı və həmin torpaq sahələrinin ayırılmasına dair sənədlərin surətləri Quxuroba bələdiyyəsində də saxlanır. Bələdiyyə sədri vəzifələrinin icrasına başladıqdan sonra iddiaçılara həyətyanı torpaq sahələrinin satılması barədə torpaq ayırma sənədlərində yol verilmiş nöqsanları aşkar etmişdir. Lakin qanunvericiliyə əsasən bələdiyyə özü tərəfindən qəbul edilmiş qərarı, həmin qərarın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv etmək səlahiyyətinə malikdir. İddiaçılara torpaq sahələri Quxuroba bələdiyyəsi tərəfindən 2007-ci ildə satılmışdı, üstündən artıq həmin vaxt 8 il vaxt keçmişdi və Quxuroba bələdiyyəsinin həmin qərarları ləğv etmək səlahiyyəti yox idi. Həm də artıq həmin torpaq sahələri iddiaçıların adlarına dövlət qeydiyyatına alınmış, onların adlarına X23 və Ölçüləri (Kadastr Planları) verilmişdi. Lakin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi iddiaçılara həyətyanı torpaq sahələrinin satılması barədə olan Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarının ləğv edilməsi barədə bələdiyyəyə təklif vermiş və həmin təklif əsasında həmin qərarlar Quxuroba bələdiyyəsi tərəfindən ləğv edilmişdir. Onu da qeyd edir ki, bələdiyyə sədri vəzifələrinin icrasına başladıqdan sonra, iddiaçılarla bərabər Quxuroba bələdiyyəsi tərəfindən əvvəllər həyətyanı torpaq sahələri satılmış bir sıra vətəndaşların həyətyanı torpaq ayırma sənədlərində də eyni tipli nöqsanlar aşkar etmişdir. Belə ki, Quxuroba bələdiyyəsi tərəfindən X9 əvvəllər satılmış, hal-hazırda onun ev tikərək ailəsi ilə yaşadığı həyətyanı torpaq sahəsinin də bələdiyyənin örüş sahəsində yerləşdiyi müəyyənləşdirilmiş. Lakin həmin şəxslərə də torpaq sahələri Quxuroba bələdiyyəsi tərəfindən 2005-2007-ci illərdə satıldığı, üstündən çox müddət keçdiyi, artıq Quxuroba bələdiyyəsinin həmin qərarları ləğv etmək səlahiyyəti olmadığı üçün hal-hazırda da həmin vətəndaşlar tərəfindən torpaq sahələrindən istifadə edilir, bir çoxları həmin torpaq sahələrində yaşayış evlərini tikib yaşayırlar. Qeyd edilən dəlillərə əsaslanmaqla cavabdehin nümayəndəsi qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı və Cavabdeh1 0.12 ha torpaq sahəsinin satılması barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 4 nömrəli qərarının ləğv edilməsi barədə Qusar rayonu Quxurobabələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 08 saylı qərarı ləğv edilmişdir. (hakim C.Məmmədov). Qərardan üçüncü şəxs X17 tərəfindən apelyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi müvafiq qərardan apelyasiya şikayəti verməmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı cavabdehə münasibətdə qanuni qüvvəyə minmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. apelyasiya şikayətinin dəlilləri: Mübahisəli torpaq sahəsi 30 ildən artıq müddətdir ki, faktiki olaraq üçüncü şəxs X5 istifadəsindədir, hazırda həmin torpaq üzərində tikdiyi evdə ailəsi ilə birlikdə yaşayır, təsərüffat işləri ilə məşğul olur, faktiki sahiblik edir, əkibbecərir. Həmin ərazini zibillikdən və bataqlıqdan təmizləmiş, öz hesabına uzaq məsafədən su və elektrik xəttləri çəkmiş, 3000 mindən çox ağac və kollar əkmiş, yaşıllaşdırma işləri aparmışdır. Yeganə gəlir yeri bu torpaq sahəsidir. Lakin indi ona məlum olub ki, yaşadığı və daima istifadəsində olan torpaq sahəsi Quxuroba Bələdiyyəsi tərəfindən qonşuları İddiaçı və onun həyat yoldaşı Cavabdeh1 xx xxxxx 2007-ci il tarixdə ev tikmək məqsədilə satılıb. Mübahisəli torpaq sahəsi qonşularına satıldıqdan sonra 1 ha hissəsi arvadı Sevil İsabəyovaya, digər 1 ha hissəsi isə Elxan İsabəyovaya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədə ilə 11 aylıq icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti bitsə də tərəflərdən heç biri müqaviləni ləğv etməmiş və qanunun tələbinə əsasən icarə münasibətləri davam etdirilir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2-1(85)-1578/2019 saylı qərardadı X17 iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıların iddia tələbi təmin edilmişdir. Məhkəmənin qəbul etdiyi qərar qanunsuz, əsassız və ədalətsizdir. Bələdiyyənin iddiaçılarla bağladığı alqı-satqı müqaviləsi tamamilə qanunsuzdur. Məhz buna görə də X12 xx xxxxxx 2019- cu il tarixli əsaslı təklifinə əsasən Qusar rayon Quxuroba kənd bələdiyyəsində keçirilmiş iclas zamanı bələdiyyə üzvlərinin yekdil səsverməsi nəticəsində qanunsuz qəbul edilmiş alqı-satqı müqavilələri ləğv edilmişdir. Hər iki alqı-satqı müqaviləsində olan qanunsuzluqlar aşağıdakılardan ibarətdir: 1) Torpaqların alqı-satqısma dair aktın məzmunundan görünür ki, iddiaçılara torpaq sahəsi xx xxxxx 2007-ci il tarixli bələdiyyə qərarı ilə verilib. Bu qərarda iddiaçıların xx xxxxxx 2007-ci il tarixli torpağın alınması barədə niyyət ərizələri əsasında verilib. Burda olan uyğunsuzluq ondan ibarətdir ki, tərəflər arasında alqı- satqıya dair akt vətəndaşlar ərizə verməmişdən öncə xx xxxxx 2007-ci il tarixdə tərtib edilərək imzalanıb. Halbuki, vətəndaşlar ərizəni aktdan 4 ay sonra xx xxxxxx 2007-ci il tarixdə veriblər. Qanuna əsasən vətəndaşlar niyyət ərizələrini qərar verilməmişdən öncə verməli idilər. Eyni qanunsuzluqlar xx xxxxx 2007-ci il tarixli 03 və 04 saylı qərarlarda və eyni tarixli Alqı-satqı haqqında aktlarda da öz əksini tapıb. Belə çıxır ki, bələdiyyə vətəndaş torpaq almaq niyyəti olmadan artıq onlar üçün bələdiyyə tərəfindən torpaq ayrılmışdı. 2) 03 saylı xx xxxxx 2007-ci il tarixli bələdiyyə qərarına əsasən X20 ilə bələdiyyə arasında olan alqı-satqı aktından aydın şəkildə qeyd edilib ki, İddiaçı torpağın dəyərinə görə bələdiyyənin hesabına 051428 saylı qəbzlə 228 (iki yüz iyirmi səkkiz) AZN ödəniş edib. Amma iş materiallarına əlavə edilmiş qəbzin nömrəsi və tarixi isə tamamilə başqadır. Həmin qəbz 051472 saylı, xx xxxxxx 2009-cu il tarixlidir. Eyni uyğunsuzluq 04 saylı, xx xxxxx 2007-ci il tarixli bələdiyyə qərarına əsasən Cavabdeh1 ilə bələdiyyə arasında olan alqı-satqı aktında mövcuddur. Həmin aktda da qeyd edilir ki, Abdrzayeva Gülyaz bələdiyyə hesabına alınan torpağa görə 051425, xx.xx.2007- ci il tarixli qəbzlə iki yüz iyirmi səkkiz AZN ödəniş edib. Həmin iş üzrə əlavə edilmiş qəbzin nömrəsi də tamamilə başqadır (051467 saylı, xx xxxxxx 2019). Aktda qeyd edilib ki, pulun dəyəri X8 hesabına ödənilib. Halbuki, həmin pul banka deyil, bir başa bələdiyyəyə alqı-satqıdan 2 il sonra ödənilib. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22- ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edilir.Hesab edirlər ki, vətəndaş əslində torpaq ayrılması üçün bələdiyyəyə həqiqətən də 2009-cu ilin dekabr ayında müraciət edib və ona görə də torpağın dəyərini həmin vaxtda ödəyib. Lakin həmin vaxt (xx.xx.2007-ci ildən sonra) bələdiyyələrin torpaq satmaq səlahiyyəti olmadığına görə vətəndaşa köhnə tarix ilə yəni xx xxxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsi ilə torpaq satılıb. 3) xx xxxxx 2007-ci il tarixli 04 saylı qərarın məzmunundan aydın şəkildə görünür ki, iddiaçılara verilən topaq Quxuroba bələdiyyəsinin ehtiyat fondunun, perspektivli kənd təsərüffatına yararlı torpaq sahəsindən hər birinə 0,12 olmaqla, cəmi 0, 24 ha olmaqla həyətyanı məqsədilə verilib. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.3-cü maddəsinə əsasən Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Yəni bu kateqoriyalı torpaqların alqı-satqısı qanunla qadağan olduğu halda iddiaçılar və bələdiyyə arasında alqı-satqı predimeti olub. 4)Bundan əlavə iş materiallarına əlavə edilmiş xx xxxx 2004-cü il tarixli, 2- 159/2004 saylı Qusar rayon məhkəməsinin qətnaməsindən bəlli olur ki, mübahisə edilən torpaqların təyinatı kənd təsəriiffat təyinatlı deyil, əhalinin mal qarası üçün istifadə olunan örüş sahələridir. Belə ki, həmin qətnamənin təsviri- əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin mütəxəssisi tərəfindən verilmiş şahid ifadəsində qeyd edilir ki, “Tərəfimizidən keçmiş Quxuroba kənd bələdiyyəsinin sədrini yoxlamaya cəlb edib torpaq sahələrindən istifadə etmək vəziyyəti yoxlanıldı və örüş sahələrinin kənd əhalisinə satıldığı müəyyən edildi. Bununla əlaqədar olaraq Quxuroba bələdiyyəsinə göstəriş verilmişdir ki, əhaliyə qanunsuz olaraq verilmiş torpaq sahələrini geri qaytarıb bələdiyyənin balansına daxil etsinlər”. 4) Bundan əlavə, Qusar rayon X3 Elxana ünvanladığı xx.xx.2020-ci il tarixli, 30 saylı xəbərdarlıq məktubunda da aydın şəkildə görünür ki, mübahisəli torpaq örüş təyinatlıdır. Torpaq Məcəlləsinin 16.3-cü maddəsinin tələblərinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Eyni məzmunlu izahatı cavadeh Quxuroba bələdiyyəsinin sədri Namik İsmayılov məhkəməyə vermişdir. 5) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin mübahisəli torpağa dair şikayət ərizəsinə xx.xx.2019-cu il tarixli cavab məktubunda Bələdiyyənin torpağı qanunsuz satması barədə faktlar öz əksini tapır. Hətta həmin məktubun məzmunundan aydın şəkildə görünür ki, 0.24 ha torpaq sahəsinin vətəndaşlara satılması barədə bələdiyyənin xx.xx.2007-ci il tarixli 04 saylı iclas protokolunun qərarının inzibati nəzarəti həyata keçirən orqana təqdim olunması faktı aşkar edilməmişdir. Belə ki, “Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə görə, bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Bundan əlavə, həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşlu və şəhərsalma qaydalarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaq ayırma qaydasında həyata keçirilirdi. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirib. 6) İsabəyov Elxan eyni məzmunlu şikayət ərizəsi ilə X15 müraciət etmişdir. Mərkəzin 09/i-l 141 saylı, xx xxxxxx 2019-cu il tarixli təklif məktubundan bəlli olur ki, iddiaçılar R.Abdulrzayev və G.Abdulrzayevaya torpaq sahəsi ayrılan zaman Qusar Rayon İcra Hakimiyyətinin Memarlıq Xidmətinin rəyi alınmamış, torpağın dəyəri bələdiyyə büdcəsinə ödənilmədən qərar verilmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələbləri pozulmuşdur. 7) “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının əldə edilməsində, habelə kənd təsərrüfatına az yararalı və yararasız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçililərinə və icarəçililərinə, torpaqdan istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istəyən müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlara və istefaya çıxmış hərbi qulluqçulara, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilir. Qanunun müddəasından da aydın şəkildə görünür ki, bu torpağın faktiki istifadəçisi İsabəyov Elxan olduğuna görə və bu kənddə qeydiyyatda olduğuna və daimi yaşadığına görə, torpaq payı almamış yeganə istifadə etdiyi və gəlir yeri bu torpaq olduğuna görə vətəndaş kimi satın alınmasında üstünlük hüququ var idi. Lakin bələdiyyə qanunun bu müddəalarını kobut surətdə pozaraq ona torpaq almaq bərədə heç bir təklif etmədən qanunsuz əsaslarla qonşularına satmışdır. Halbuki, dəfələrlə Bələdiyyəyə mübahisəli torpağı almaq barədə müraciət etsə də, ona bildirilmişdir ki, istifadəsində olan torpaq alqı-satqısı qanunla qadağan edilmiş örüş təyinatlıdır. 8) “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Bu isə o deməkdir ki, mübahisəli torpaq sahəsi hal-hazırda da icarə müqaviləsi əsasında qanuni əsaslarla İsabəyov Elxanın istifadəsindədir. Beləliklə yuxarıda sadalanan bütün qanunsuzluqlar bir daha göstərir ki, bələdiyyənin 03, 04 saylı xx xxxxx 2007-ci il tarixli alqı-satqı müqavilələri və torpaq ayırma haqqında qərarları tamamilə qanunsuz və əsassızdır. Buna görə də Qusar rayon Quxuroba bələdiyyəsi tərəfindən keçirilmiş iclasın nəticəsində üzvlərin verdiyi yekdil səsvermə nəticəsində haqlı olaraq ləğv edilmişdir. Məhkəmə iddiaçıların adına verilmiş torpağın ayrılmasına dair aktda ödənişi 2007- ci ildə deyil, 2009-cu yəni 2 ildən sonra ödənilməsini qanun pozuntusu saymır, əksinə bildirib ki “aktda olan yanlışlıqlar İnzibati İcraat haqqında Azərbaycan Respublikas Qanunun 63.1-ci maddəsinə əsasən həmin orqan tərəfindən səhvlərin aradan qaldırılması üçün əsas ola bilər”. Halbuki həmin qanunun 63.1-ci maddəsi yalnız formal-texniki səhvlərin düzəldilməsini nəzərdə tutur. Qərarda olan uyğunsuzluq isə texniki səhv deyil. Belə ki, torpaq xx xxxxx 2007-ci ildə alınıbsa, necə ola bilər ki, səhv nəticəsində dəyəri 2 il sonra-2009-cu ildə ödənilsin? Qanunun tələbinə əsasən inzibati aktın qəbul edilməsi zamanı yol verilən formal səhvlə inzibati aktın qəbulu arasında səbəbli əlaqə mövcuddursa inzibati akt-formal hüquqi baxımdan qanuna zidd sayılmalı və ləğv edilməlidir.Bələdiyyə haqlı olaraq qanunsuz inzibati aktı ləğv etmişdir. Onu da qeyd edim ki, qanunsuz inzibati akt yuxarı inzibati orqana (Ədliyyə nazirliyinin X15) məlum olduğu andan dərhal onun ləğv edilməsi üçün bələdiyyəyə tövsiyə edilmiş, bu tövsiyədən sonra bu qanunsuz inzibati aktın mövcudluğu Quxuroba bələdiyyəsinə məlum olmuşdur. Bu halı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə idarəsinin xx.xx.2019-cu il tarixli, İ-236 saylı məktubu da təsdiq edir. Həmin məktubda qeyd edilir ki, “həmçinin 0,24 ha torpaq sahəsinin vətəndaşlara satılması barədə bələdiyyənin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolu qərarının inzibati nəzarəti həyata keçirən orqana təqdim olunması faktı aşkar edilmədi. Beləliklə, göstərilən bu pozuntular bir daha sübut edir ki, Bələdiyyə tərəfindən qonşulara əsassız satılmış 30 ildən artıqdır ki, İsabəyov Elxanın faktiki istifadəsində olan torpaq sahəsi qanunsuz və əsassız olmaqla kağız parçasından başqa bir şey deyil. Bu torpaq bələdiyyə sədrinin tamahı nəticəsində satılıb və torpağın dəyəri onun tərəfindən mənimsənilib. Qeyd olunanlara əsasən Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-138/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X5 nümayəndəsi və vəkili X7 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X5 nümayəndəsi və vəkili X26 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı nümayəndəsi və vəkili X24 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X18 yazılı izahatına uyğun izahat verərək qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X12 nümayəndəsi X10 apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalıdır. AR İnzibati-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normaların tələbinə əsasən məhkəmə qərarlarından yalnız iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər. İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. İş materiallarından görünür ki, üçüncü şəxs onunla bağlanmış icarə müqaviləsinə istinad etməklə və 2007-ci il tarixdə iddiaçılarla bələdiyyə arasında bağlanmış müqavilələrin tərtibi zamanı yol verilmiş nöqsanlar səbəbindən birinci instansiya məhkəməsinin qərarını mübahisələndirir. Sumqayıt- İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə üçüncü şəxs qismində X17 məhkəmə icraatına cəlb olunmuşdur. X5 nümayəndəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlbedilmə vəsatətini onunla əsaslandırmışdır ki, həmin mübahisələndirilən torpaq sahəsi 30 ildir ki, X5 istifadəsindədir. Buna görə də məhkəmə qərarı onun qanunla qorunan maraqlarına toxunacağından X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Normadan göründüyü kimi, üçüncü şəxsin cəlb edilməsi üçün zəruri şərtdən biri məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halın olmasıdır. 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Kollegiya qeyd edir ki, tərəf kimi subyektiv hüququ olmadığı halda məhkəmə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmiş, beləliklə onun qəbul olunmuş məhkəmə qərarından şikayət vermək hüququnu tanımaqla həmin iş üzrə iddiaçılar İddiaçı və Cavabdeh1 Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Kollegiya qeyd edir ki, X5 istinad etdiyi xx.xx.2014-cü il tarixli icarə müqaviləsi Qusar rayonu, Quxuroba bələdiyyəsi ilə X4 arasında, xx.xx.2014-cü il tarixli icarə müqaviləsi Qusar rayonu, Quxuroba bələdiyyəsi ilə X17 arasında 11 ay müddətinə bağlanmışlar. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən icarəçi “icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmağa” borcludur. “İcarə haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı 3 il müddətinə bağlandıqdabu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. İş materiallarına əlavə edilmiş məktub və müraciətlərdən görünür ki, cavabdeh Quxuroba Bələdiyyəsi dəfələrlə bələdiyyə torpaqlarının İsabəyov Elxanın qanunsuz istifadəsindən alınması üçün müvafiq aidiyyəti orqanlara, həmçinin İsabəyov Elxana xəbərdarlıq məktubları göndərərək qeyri-qanuni istifadə etdiyi bələdiyyə torpağının mülkiyyətçiyə qaytarılması barədə müraciətlər etmişdir. Bundan başqa, X5 istinad etdiyi onunla cavabdeh arasında icarə münasibətləri yalnız 11 aylıq müddət çərçivəsində olmuş, onun tərəfindən həmin dövr üzrə icarə haqları belə ödənilməmişdir. AR İnzibati-Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İPM-in 87.3-cü maddəsinin tələbinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsində isə qeyd edilib ki, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının X5 qanunla qorunan maraqlarına toxunacağı hallar müəyyən edilmədiyi üçün X5 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməli, X5 şikayəti mümkün sayılmamalı, bununla da аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilsin. Sumqayıt İnzibati Məhkəməsinin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 138/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından X17 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: ünvan 3 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-291/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-291/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver