Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-291/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-403/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, 1993-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının ərazisində N saylı hərbi hissədə keçmişdir. Həmin dövrdə böyük qardaşı X2 da Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin 13 yanvar tarixində qardaşı X1 rayonu Alxanlı kəndində erməni işğalçıları ilə gedən döyüşdə şəhid olmuşdur. Qardaşı şəhid olduqdan sonra atası və anası ona bu barədə heç nə demədən Naxçıvana gəlib onu xidmət etdiyi hərbi hissədən məzuniyyətə Bakıya aparmışlar. Bakıda olarkən qardaşının şəhid olduğunu öyrənmişdir. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 1992-ci il tarixli, 313 saylı Fərmanına əsasən qardaşları, ataları hərbi xidmət keçərkən həlak olmuş və ya vəfat etmiş çağırışçılar və hərbi vəzifəlilər qismən səfərbərlik üzrə çağırışına xüsusi sərəncam olanadək möhlət verilməsi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq 09 fevral 1994-cü il tarixdə o, Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 1992-ci il tarixli, 313 saylı Fərmanına əsasən hərbi xidmətdən tərxis olunmuşdur. 2019-cu ilin noyabr ayında "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yazılı müraciət etmişdir. Müdafiə Nazirliyinin 13.12.2019cu il tarixli məktubu ilə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Buna əsas kimi isə N saylı hərbi hissənin verdiyi arayış olmuşdur. Belə ki, həmin arayışda bildirilmişdir ki, o hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Hərbi hissəni özbaşına tərk etməmiş, atası və anası Naxçıvana gələrək ona rəsmi məzuniyyət verilməsini istəyiblər və həmin rəsmi məzuniyyətlə o Naxçıvanda xidmət etdiyi hərbi hissəni tərk edib evə gəlmişdir. Evdə qardaşının şəhid olduğunu öyrəndikdən sonra və həmin dövrdə ölkə başçısının yuxarıda qeyd edilən Fərmanına uyğun olaraq Naxçıvandakı xidmət etdiyi hərbi hissəyə qayıtmadan onu Binəqədi rayon hərbi komissarlığında hərbi xidmətdən tərxis etmişlər. Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 1992-ci il tarixli, 313 saylı Fərmanına əsasən qardaşları, ataları hərbi xidmət keçərkən həlak olmuş və ya vəfat etmiş çağırışçılar və hərbi vəzifəlilər qismən səfərbərlik üzrə çağırışına xüsusi sərəncam olanadək möhlət verilməsi müəyyən edilmişdir. Lakin buna baxmayaraq, N saylı hərbi hissənin Müdafiə Nazirliyinə təqdim etdiyi arayışa əsasən bildirilir ki, o hərbi hissəni özbaşına tərk etmişdir. Hesab edir ki, cavabdeh Müdafiə Nazirliyinin onun "Müharibə veteranı" adının və vəsiqəsinin alınması müraciətinə imtina etməsi əsassızdır və məhkəmə araşdırması tələb edir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində N saylı hərbi hissədə xidmət keçdiyini göstərir. N nömrəli hərbi hissə X3 şərti adıdır. N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin bazasında 2013-cü ildə yaradılmışdır. N nömrəli hərbi hissənin tabeliyində müstəqil hərbi hissələr olmuşdur. İddiaçı iddia ərizəsində konkret olaraq hansı hərbi hissənin tərkibində xidmət keçdiyini və döyüşlərdə iştirak etdiyini göstərmir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-403/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-403/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə düzgün deyil. N saylı hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı sübutun təqdim edilməməsi mövqeyi ilə razı deyil. Hərbi hissədən tərxis olunması ilə bağlı sübut məhkəməyə təqdim etdiyi hərbi biletdə açıq-aşkar göstərilmişdir. Eyni zamanda hərbi biletdə tərxis olunmağının əsası kimi Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 1992-ci il tarixli 313 saylı Fərmanı da qeyd edilmişdir. Hərbi biletdə mövcud olan hərbi hissələrin və hərbi komissarlığın möhürləri kimə məxsusdur? Məhkəmə N saylı hərbi hissəyə sorğu göndərmişdir. Həmin sorğuya cavab aldıqdan sonra məhkəmə işi yekunlaşdırmalı deyildi. Həmin sorğuya cavabla hərbi biletdə qeyd edilən ziddiyyəti aydınlaşdırmaq üçün məhkəmə hərbi komissarlığa da sorğu göndərib şəxsi işindən çıxarış tələb etməli idi. Çünki yalnız bu halda iki hərbi qurumun rəsmi sənədlərində əmələ gələn ziddiyyəti aydınlaşdırmaq mümkün olardı. Məhkəmə isə yalnız N saylı hərbi hissənin cavabına istinad etməklə iddia tələbini rədd etmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 403/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, iddiaçının N () nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən N saylı hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının tərxis olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin 8ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi Əks-kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin müddəalarına görə, Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi mövcuddur ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə göndərdiyi 23.11.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissənin arxiv məlumatlarında İddiaçı N saylı hərbi hissədəki xidmət dövründə döyüşlərdə iştrakı barədə məlumat yoxdur, o, hərbi hissəni N il N ay N gün müddətinə özbaşına tərk etmiş və xidmət yerinə qayıtmadığı üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. 10 iyun 1992-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Ali Soveti bu müddəti daha 3 ay uzada bilər. Həmin qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. Müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dovrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim olunmuş 11.03.2021ci il tarixli, **********321 nömrəli SHXÇDX-nin vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair arayışını və SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 06.05.2021-ci il tarixli, 617 saylı məktubunu hazırki iş üzrə mötəbər dəlil kimi qəbul etmir. İddiaçının “Hərbi xidmətə çağırışa möhlət verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 1992-ci il tarixli 313 saytlı Fərmanına əsaslanaraq gətirdiyi dəlillə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin Fərman Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında” 1992-ci il 19 fevral tarixli Fərmanı ilə elan olunmuş qismən səfərbərlik, “MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” 1992-ci il 25 iyul tarixli və “Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin oktyabr— dekabr aylarında həqiqi hərbi xidmətə çağırılması haqqında” 1992-ci il 21 sentyabr tarixli fərmanları üzrə hərbi xidmətə çağırışı nizama salmaq üçün qəbul olunmuşdur. Həmçinin Fərmanın 3-cü hissəsində qeyd olunmuşdur ki, Fərmanın qüvvəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında”, “MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin oktyabr—dekabr aylarında həqiqi hərbi xidmətə çağırılması haqqında” fərmanları üzrə əvvəl hərbi xidmətə çağırılmış şəxslərə də şamil edilsin. Göründüyü kimi, həmin Fərmanla onun hansı çağırışlara münasibətdə şamil olunması dəqiq müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə isə iddiaçı ordu sıralarına 1993-cü ildə çağırılmışdır. Bu səbəbdən İddiaçı adı çəkilən Fərmana əsaslanaraq ordu sıralarına geri dönməməsi onun qanuni şəkildə tərxis olunması demək deyil. Bundan başqa, hərbi biletdə ümumiyyətlə iddiaçının hansı hərbi hissədə xidmət etməsi barədə məlumatlar qeyd edilməmiş, hərbi biletdə qeyd olunan fərmanın iddiaçıya aidiyyəti müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-403/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da iddiaçı İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-403/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-291/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-291/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver