Məhkəmə qərarları › İş №2-1(105)-292/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-292/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-292/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “16.02.2006-cı il tarixli məhkəmə qətnaməsi və 29.12.2006-cı il tarixli alqı-satqı müqaviləsini nəzərə alaraq, İddiaçı ilə X12 arasında - 2,77 ha. bağ sahəsinin yerdə qalan 1,7364 ha. hissədə və 3,38 ha. əkin sahəsinin tam hissədə alqı-satqısına dair əqdlərin bağlanmış sayılması əsasında, Qazıxanov Əmir Məhəmməd oğlunun adına verilmiş 03.05.2007-cil il tarixli **********21 və **********22 reyestr nömrəli Çıxarışlarının dəyişdirilərək İddiaçı adına müvafiq Çıxarışlar və onlara uyğun plan-ölçü sənədlərinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2020 saylı 11 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “16.02.2006-cı il tarixli məhkəmə qətnaməsi və 29.12.2006-cı il tarixli alqı-satqı müqaviləsini nəzərə alaraq, İddiaçı ilə X12 arasında - 2,77 ha. bağ sahəsinin yerdə qalan 1,7364 ha. hissədə və 3,38 ha. əkin sahəsinin tam hissədə alqı-satqısına dair əqdlərin bağlanmış sayılması əsasında, Qazıxanov Əmir Məhəmməd oğlunun adına verilmiş 03.05.2007-cil il tarixli **********21 və **********22 reyestr nömrəli Çıxarışlarının dəyişdirilərək İddiaçı adına müvafiq Çıxarışlar və onlara uyğun plan-ölçü sənədlərinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, Qusar rayon Məhkəməsinin 16.02.2006-cı il tarixli 2-55-2006 nömrəli qətnaməsi (hakim T.Məmmədov) ilə İddiaçı X3 JN:122 saylı Dövlət Aktı üzrə 2,77 ha. bağ sahəsi və 3,38 ha. əkin sahəsinin alqı-satqısına dair razılaşmaların (əqdlər) bağlanmış və etibarlı sayılması qət edilmişdir. Eyni zamanda bildirilir ki, 29.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 qızı olan Muradova (Qazıxanova) Bahar Əmir qızı JN:122 saylı Dövlət Aktı üzrə 2.77 ha. bağ sahəsindən ailə üzvü olaraq ona düşən 1,04 ha. hissəni digər vətəndaşa satmışdır. Daha sonra isə X7 tərəfindən-JN:122 saylı Dövlət Aktı üzrə 2,77 ha. bağ sahəsindən yerdə qalan 1,7364 ha. hissədə DƏDRX-nin 03.05.2007-ci il tarixli MH №00010975 seriyalı və 3,38 ha. əkin sahəsinə tam hissədə DƏDRX-nin 03.05.2007-ci il tarixli MH №00010962 seriyalı Çıxarışları ilə mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq bildirilir ki, sözügedən torpaq sahələri üzərində İddiaçı öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə qeyd olunan və qanuni qüvvəsini almış məhkəmə qətnaməsini təqdim etsə də, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi bunu nəzərə almamış və 30.05.2019-cu il tarixli **********99 nömrəli imtina məktubu vermişdir. İmtina məktubuna əsas kimi, həmin torpaq sahələrinə dair artıq DƏDRX-nin 03.05.2007-cil il tarixli MH №00010975 seriyalı və 3,38 ha. əkin sahəsinə tam hissədə DƏDRX-nin 03.05.2007-ci il il tarixli MH №00010962 seriyalı Çıxarışların verilməsi göstərmişdir. Halbuki Qusar rayon Məhkəməsinin 16.02.2006-ci il tarixli 2-55-2006 nömrəli qətnaməsi əsasında, İddiaçı ilə X7 arasında 2.77 ha. bağ sahəsi və 3.38 ha əkin sahəsinin alqı-satqısına dair əqdlərin bağlanmış sayılması ilə məsələyə artıq hüquqi qiymət verilmişdir. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsindən bəhs edən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 12.1-ci maddəsi rəhbər tutularaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 rayonu Ləgər kəndində yerləşən torpaq sahəsinin dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi ilə bağlı 23.09.2019-cu il tarixli ərizə ilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə 30.05.2019-cu il tarixli **********99 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Qusar rayon Məhkəməsinin 16.02.2005-ci il tarixli, 2-55-2006 saylı məhkəmə qətnaməsində göstərilmiş Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 1.73 ha və 3.38 ha torpaq sahələrinə 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına dövlət reyestrindən 03.05.2007-ci il tarixli, **********21 və **********22 reyestr nömrəli çıxarışlar verilmişdir. Ərizəçinin nəzərinə çatdırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəçinin müraciətinin icrası mümkün olmamışdır. Bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsi; məhdudlaşdırılması; araşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məsəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X11 birinci instansiya məhkəməsində izahat verərək, bildirmişdir ki, iddiaçı tərəfindən dəyişdirilməsi tələb edilən çıxarışlar onun mərhum atasının, özünün və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahələrinə dair verilib. İddiaçı məhkəməyə sübut növü kimi təqdim etdiyi Qusar rayon Məhkəməsinin qətnaməsi saxtadır. Belə ki, Qusar rayon Məhkəməsindən onun sorğusuna verilən cavab məktubundan bəlli olmuşdur ki, iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi qətnamə Qusar rayon Məhkəməsi tərəfindən çıxarılmamışdır. Qeyd olunanlara əsasən X11 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2020 saylı 11 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2020 saylı 11 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyatı əvvəllər AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmışdır. Məhz bu səbəbdən Qusar rayon Məhkəməsi qətnamə qəbul etdiyi zaman dövlət aktlarına düzəlişlərin edilməsi öhdəliyini AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə qoymuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2020 saylı 11 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Qusar rayon Məhkəməsinin 16.02.2005-ci il tarixli, 2-55-2006 saylı məhkəmə qətnaməsində göstərilmiş Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 1.73 ha və 3.38 ha torpaq sahələrinə 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına dövlət reyestrindən 03.05.2007-ci il tarixli, **********21 və **********22 reyestr nömrəli çıxarışlar verilmişdir. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmamış və iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon məhkəməsinin 16.02.2006-cı il tarixli qətnaməsi ilə JN:122 saylı Dövlət Aktı üzrə 2,77 ha. bağ sahəsi və 3,38 ha. əkin sahəsinin alqı-satqısına dair razılaşmalar (əqdlər) bağlanmış və etibarlı sayılması qət edilmişdir. Digər bi əsas isə odur ki, X11 ilə X8 arasında 29.12.2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, Qusar rayon Məhkəməsinin 16 fevral 2006-cı il tarixli 2-55-2006 saylı qətnaməsində Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin üzərinə İddiaçı adına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi qoyulmamışdır. Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 1.04 ha torpaq sahəsinin X11 tərəfindən 29 dekabr 2006-cı ildə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 da 03.05.2007-cil il tarixli **********21 və **********22 reyestr nömrəli Çıxarışların dəyişdirilməsinə əsas deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınması niyyətində olduğu torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir. Həmin torpaq sahəsi ilə bağlı başqa şəxslərin adlarına çıxarışlar mövcuddur, torpaq sahəsi ilə bağlı hazırda mübahisə mövcuddur, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq mövcuddur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunan maddənin tələbləri baxımından müəyyən edilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə daşınmaz əmlak üzərində hər hansı hüquq əldə edən şəxsin adına aparılmış qeyd həqiqi sayılır. Kollegiya qeyd edir ki, hazırki iddia tələbinin predmeti olan 03.05.2007-cil il tarixli **********21 və **********22 reyestr nömrəli Çıxarışlara dair aparılmış qeydlərin qeyri dəqiq olması ilə bağlı hər hansı bir hal mövcud deyildir. Dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi üçün lazım olan tələblərdən biri daşınmaz əmlakın dövlət reyestrində daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun olmasıdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər dövlət reyestrində saxlanılan məlumata uyğun deyildir. Həmçinin qeyd olunmalıdır ki, ümumiyyətlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda çıxarışların (qeydiyyatların) dəyişdirilməsi anlayışı yoxdur. Qeyd olunan Qanunun 16.1-cı maddəsində qeydiyyat orqanı tərəfindən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, həmin Qanunun 2.1-ci maddəsində isə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması nəzərdə tutulub. Verilmiş iddia tələbi isə nə buraxılmış texniki səhvlərin aradan qaldırılması, nə də ki hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar deyildir. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2020 saylı 11 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2020 saylı 11 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar