Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-292/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 28.N2.N93-cü il tarixdən N2.05.N94-cü il tarixə qədər və 220 N-li əmrlə təxris olunduğu 09.02.N96-cı il tarixədək N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi və nəticədə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 202N-ci il tarixli, 2-N(NN8)-2NN5/202N nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: N. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 28.N2.N93-cü il tarixdən N2.05.N94-cü il tarixinədək elan olunan atəşkəsə qədər və 220 N-li əmrlə təxris olunduğu 09.02.N96-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları aparan N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi və nəticədə onun Azərbaycan Respublikası Müdafiə Nazilriyinin tabeliyində olan N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28.N2.N93-cü il tarixdən N2 may N94-cü il tarixədək N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda gedən döyüş əməliyyatlarında təkrar hərbi xidmət kimi döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üçün komissiyaya müraciət etsə də, xidmət etdiyi dövr barədə arxiv arayışında dəqiq məlumat olmadığına görə müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Döyüşlərdə iştirak etməyi faktını hərbi hissə komandiri təsdiq etmiş, lakin Arxiv idarəsi onun əksini bildirmişdir. İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə müraciət etməyinə baxmayaraq heç bir məlumat ala bilməmişdir. Qeyd edir ki, MN Mərkəzi Arxivindən ona göndərilən arxiv arayışında onun hərbi xidməti barədə arxiv məlumatının olmaması onun təqsiri ucbatından olmamışdır. Hesab edir ki, qeyd olunanların araşdırılması inzibati orqan kimi MN Arxiv İdarəsinin vəzifəsidir. Qanunla Arxiv İdarəsi həm də MN-in tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyətlə bağlı verilən əmrlərin müəyyən vaxtdan sonra MN Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Ona görə də Arxiv İdarəsi tərəfindən hərbi hissədən əmrlərin Arxiv İdarəsinə təqdim olunmaması səbəbindən ona arayışın verilməsindən imtina qanunsuzdur. Ərizəyə əlavə olunan hərbi biletinin 7-ci səhifəsinin N8-ci bəndində qeyd edilib ki, 28.N2.N93-cü il tarixdən N2 may N94-cü il tarixədək və 220 N-li əmrlə təxris olunduğu 09.02.N96-cı il tarixədək N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında təkrar hərbi xidmət kimi döyüşlərdə iştirak etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 202N-ci il tarixli, 2-N(NN8)-2NN5/202N nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova)
4. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək işin birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti iddia ərizəsi iə eyni məzmunda əsaslandırılmış, yeni hallar göstərilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur.(İPM-in 62.3-cü maddəsi).
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
9. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. N0. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
TƏTBİQ EDİLƏN HÜQUQ: NN. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 4 saylı qərarı. N2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (-). Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 8N. Apellyasiya şikayəti vermək hüququ 8N.N. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: N3. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. N4. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. N5. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qərardadı belə əsaslandırmışdır ki, iddiaçının tələbi qeyri-dəqiq olması ilə yanaşı, iddiaçı müvafiq tələblə cavabdeh orqana müraciət etməmiş və bununla bağlı cavabdehin imtina cavabını almamışdır. Cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. N6. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. N7. Hazırki işin hallarından görünür ki, iddiaçı 28.02.N92-ci il tarixdən N2.05.N94-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun xidməti ilə bağlı N və N saylı saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılma aparılması və ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. N8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış N6 dekabr 20N-cu il tarixli 9/2-N980 saylı məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N aprel N92-ci il tarixli N38№li əmrində İddiaçı batalyon üzrə növbətçinin köməkçisi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N92-ci il tarixli N7№li əmrilə N7.06.N92-ci ildən N.06.N92ci ilədək 3 (üç) gün müddətinə həbs olunmuşdur. Zəngilan RHK-dan çağırılmış N72-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N93-cü il tarixli 3N№li əmrilə hərbi hissəyə daxil edilib, bütün növ təminatlarla təmin olunmuşdur. Ərizədə İddiaçı nə vaxtadək N nömrəli hərbi hissədə xidməti barədə məlumat verilmədiyindən əlavə araşdırma aparılması mümkün olmamışdır. N. Göründüyü kimi, iddiaçının xidmət keçməsi ilə bağlı arxivdə olan məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən araşdırılmış və buna dair iddiaçıya arxiv arayışı təqdim edilmişdir.
20. Hazırda iddiaçı verilən arayışın məzmunu ilə razılaşmayaraq, ehtiyata buraxılmağı barədə arxiv arayışının verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2N. Yuxarıda qeyd edilən Plenum Qərarının 7-ci bəndinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
22. Müdafiə Nazirliyi tərəfindən arxiv arayışının verilməsi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. İşdən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda əsas məqsədi müharibə veteranı vəsiqəsini almaqdır. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək və verilən cavabla razılaşmadığı təqdirdə məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir.
23. İddiaçının hazırkı ərizəsində sadaladığı xüsusatlar isə müharibə veteranı vəsiqəsinin verilməsinə dair inzibati mübahisə üzrə məhkəmənin xidməti vəzifəsinə görə araşdırılmalı və hüquqi qiymət verilməli olduğu hallardır.
24. Azərbaycan Respublikası İPM-nin 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
25. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunur.
26. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir.
27. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2, 35.N, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 202N-ci il tarixli, 2-N(NN8)-2NN5/202N nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən N0 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ N025, ünvan 3 bilər.