Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-293/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “onunla mərhum atası X3 arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası X1 Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı onunla mərhum atası X3 arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası X1 Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 29 dekabr 2019-cu il tarixli, **********555 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, müraciətə əlavə edilmiş **********81 reyestr nömrəli, 22.11.2017-ci il tarixli dövlət reyestrindən əldə edilmiş çıxarışdan göründüyü kimi, torpaq sahəsi üzərində icarə müddətini 31.12.2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqə ilə mümkündür. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmənin 07.10.2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə mərhum atası Qarabağ müharibəsi veteranı X1 icarəsinə Sumqayit şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində sahəsi 300 kv.metr olan torpaq sahəsi ayrılmışdır. İddiaçı ilə mərhum atası arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli torpağın icarə hüququnun bağışlama müqaviləsi əsasında atası X1 bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrart metr olan torpaq sahəsi üzərindəki icarə hüququ iddiaçıya keçmişdir. Həmin bağışlama müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinə dair hüquq iddiaçının adına keçmiş və icarənin müddəti 2019-cu ilin sonunadək müəyyən edilmişdir. Bundan sonra iddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün cavabdehə müraciət etmişdir. Daşınmaz Əmlakdan Dövlət Reyesteri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 22 noyabr 2017-ci il tarixində sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona Seriya RX saylı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Həmin çıxarışa əsasən icarə huququnun yüklülüyü 2019-cu ilin dekabr ayının 31-i tarixinədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatmaq üzrə olduğunu bildirmiş və icarə müddətinin uzadılmasını xahiş etmişdir. İddiaçının müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsi sözügedən torpaq sahəsinə dair iddiaçı ilə 17 dekabr 2019-cu il tarixli, 134 nömrəli yeni X8 bağlamış və torpağın icarə müddəti 31 dekabr 2024-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra iddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etsə də, bu dəfə cavabdeh hüququnun dövlət qeydiyyatindan imtina etmişdir. Cavabdeh tərəfındən iddiaçının müraciətinə verilmiş 29 dekabr 2019-cu il tarixli **********55 nömrəli cavab məktubunda bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə əldə edilə biləcəyi göstərilərək, torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd etdiyi kimi sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007 ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçının mərhum atası X1 icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına münasibətdə 2007-ci ilin dekabr ayinin 1-dən sonra müəyyən edilmiş bələdiyyə torpaqlarının ayrılmasına dair normalar tətbiq edilə bilməz. Bu müvafiq qanunvericilik aktında da oz əksini tapmışdır. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir sey deyildir. İddiaçı onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin imtina məktubunda istinad etdiyi normalar 28 oktyabr 2008-ci ildə qəbul edilmiş qanunvericilik aktı ilə müəyyən edilmişdir, lakin buna baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən 22 noyabr 2017-ci il tarixdə sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona Seriya RX saylı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən Çıxarış” verilmişdir. Sual oluna bilər ki, əgər qanun torpaq üzərində iddiaçının hüququnun dövlət qeydiyyatını istisna edirsə, niyə 2017-ci ildə eyni əsaslarla həmin torpaq üzərində hüququnun dövlət qeydiyyatı həyata keçirilmişdir? Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericiliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını da heçə saymışdır. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq və ya müsabiqələri vasitəsilə əldə edə bilər. Müraciətə əlavə edilmiş 22 noyabr 2017-ci il tarixli **********81 reyestr nömrəli dövlət reyestrindən çıxarışdan görünüdüyü kimi, torpaq sahəsi üzərində icarə müddəti 31 dekabr 2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 29 dekabr 2019-cu il tarixli **********55 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Üçüncü şəxs Sumqayıt şəhər Bələdiyyəsi iddiaya münasibətində bildirmişdir ki, iddiaçı 2019-cu ilin sonlarında Sumqayıt Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatması səbəbindən icarə müddətinin uzadılmasını xahiş etmiş və onun müraciəti əsasında Sumqayıt Bələdiyyəsi ilə torpaq sahəsinə dair 17 dekabr 2019-cu il tarixli,134 nömrəli yeni X8 bağlanılmış və yeni icarə müqaviləsi ilə torpağın icarə müddəti 31 dekabr 2024-cü il tarixədək müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatından keçirilməsi barədə etdiyi müraciətinə verilmiş 29 dekabr 2019-cu il tarixli, **********55 saylı cavab məktubunda bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə əldə edilə bilinəcəyi barədə bildirilənlər tamamilə əsassız və qanuna ziddir. Belə ki, qüvvədə olan torpaq qanunvericiliyinə əsasən yalnız 2007-ci ilin dekabrın 1dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Bu qanun norması mübahisələndirilən torpaq sahəsinə şamil edilə bilməz. Mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsi olmaqla Sumqayıt Bələdiyyəsinin 17 may 2007-ci il tarixli,15 saylı qərarı ilə mərhum X1 icarəsinə verildiyindən, həmin torpaq sahəsinə münasibətdə 2007-ci ilin dekabrın 1-dən sonra qüvvəyə minmiş qanun normaları tətbiq oluna bilməz. Bələdiyyə hesab edir ki, cavabdehin iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının həyata keçirilməsindən imtinası üçün hər hansı qanuni əsas mövcud deyildir. Cavabdehin hüququn dövlət qeydiyyatından imtinasının əsasını təkil edən qanun norması 28 oktyabr 2008-cı il tarixində qəbul olunmuş Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilmişdir. Belə olan halda sual oluna bilər ki, cavabdeh həmin qanun norması mövcud olduğu halda, hansı səbəbdən əvvəlcə mərhum X1, 22 noyabr 2017-ci il tarixdə isə İddiaçı icarə hüququnu dövlət qeydiyyatından keçirmiş və bu barədə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” müvafiq Çıxarışlar verilmışdir. Həqıqətən də, cavabdehin bildirdiyi kimi, qüvvədə olan qanun normaları torpaq üzərində iddiaçının hüququnun dövlət qeydiyyatını istisna edirsə, hansı səbəbdən 2017-ci ildə eyni əsaslarla həmin torpaq üzərində iddiaçının hüququnun dövlət qeydiyyatı aparılmışdır? Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Sumqayıt şəhər Bələdiyyəsi ilə torpaq sahəsinə dair 17 dekabr 2019-cu il tarixli, 134 nömrəli yeni X8 bağlamış və torpağın icarə müddəti 31 dekabr 2024-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etsə də, bu dəfə cavabdeh hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, **********55 nömrəli cavab məktubunda bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə əldə edilə bilinəcəyi göstərilərək, torpaq üzərində hüququmun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə ayrılması nəzərdə tutulmuşdur. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 15 nömrəli qərarı ilə mərhum atası X1 icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına münasibətdə 2007-ci ilin dekabr ayının 1-dən sonra müəyyən edilmiş bələdiyyə torpaqlarının ayrılmasına dair normalar tətbiq edilə bilməz. Bu müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Cavabdehin imtina məktubunda istinad etdiyi normalar 28 oktyabr 2008-ci ildə qəbul edilmiş qanunvericilik aktı ilə müəyyən edimişdir, lakin buna baxmayaraq Cavabdeh tərəfindən 22 noyabr 2017-ci il tarixdə sözügedən torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə Seriya RX saylı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. Məhkəmənin istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi sadalanan mübahisəyə tətbiq edilə bilməz, belə ki, həmin maddə ilə sözügedən qanun norması qüvvəyə mindikdən sonra bələdiyyələr tərəfindən ayrılan torpaq sahələri üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsi tənzimlənir, həmin qanun norması qüvvəyə minməmişdən əvvəl ayrılmış torpaq sahələrinin icarə müqavilələrinin uzadılmasına münasibətdə isə bu qanun norması tətbiq oluna bilməz. Sözügedən qanun norması isə “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanunu qəbul edildikdən sonra qüvvəyə minmişdir. Hazırki icarə müqaviləsinin müddətinin uzadılmasına sözügedən qanun norması şamil edilə bilməz. Bu müddəa “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununda da aşkar şəkildə nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun 9-cu bəndində birbaşa qeyd olumuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Məhkəmə bələdiyyə torpaqarının ayrılması ilə artıq bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması məsələlərinə münasibətdə yanlışlığa yol verərək qanun normasını səhv təfsir etmişdir. Nəticədə, məhkəmənin gəldiyi nəticə qanunsuz olmaqla yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının, habelə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına da ziddir. Məhkəmə öz qərarını 2007-ci ilin 01 dekabr tarixindən sonra bələdiyyə torpaqları üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsi ilə əldə edilə bilinəcəyi ilə əsaslandırsa da, icarəsində olan torpaq sahəsinin 2007-ci ilin dekabr ayının 1-dən əvvəl ayrıldığını, bu səbəbdən də həmin tarixdən sonra qəbul edilmiş qanun normasının bu torpağa münasibətdə şamil edilmədiyini nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh bağlanılmış icarə müqaviləsinin formasına deyil, onun ümumiyyətlə bağlana bilinməməsinə irad bildirmiş və müqavilənin torpaq müsabiqəsi və ya hərracı vasitəsi ilə bağlanmadığına görə icarə hüququnun qeydiyyatından imtina etmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan 17 dekabr 2019-cu il tarixli, 134 saylı X4 görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22 noyabr 2017-ci il tarixli, ******* saylı çıxarışı əsasında Sumqayıt şəhəri, Çerkassı küçəsi ərazisində yerləşən ümumi sahəsi 232 kv.m(ha) olan torpaq sahəsinin müvəqqəti istifadəsi üçün yeni icarə müqaviləsi bağlanmış, müqavilənin müddəti “01” yanvar 2020-ci il tarixdən “31” dekabr 2024-cü il tarixədək dövrləri əhatə etmişdir. Hazırki işin hallarından görünür ki, İddiaçı onunla mərhum atası X3 arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası X1 Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracı yaxud müsabiqəsi yolu vasitəsilə əldə edə bilər. Müraciətə əlavə edilmiş 22 noyabr 2017-ci il tarixli **********81 reyestr nömrəli dövlət reyestrindən çıxarışdan görünüdüyü kimi, torpaq sahəsi üzərində icarə müddəti 31 dekabr 2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmamış və iddianı onunla əsaslandırmışdır ki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı yaxud müsabiqəsi yolu ilə ayrılması nəzərdə tutulmuşdur. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007 ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçının mərhum atası X1 icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına münasibətdə 2007-ci ilin dekabr ayinin 1-dən sonra müəyyən edilmiş bələdiyyə torpaqlarının ayrılmasına dair normalar tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının qanunu qüvvəyə minənə qədər Azərbaycan Respublikası vətəndaşlarına sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün icarəsinə ayrılmış torpaq sahələrinin icarə müqavilələri açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadıla bilər. Sumqayıt bələdiyyəsi iddiaçı ilə 17 dekabr 2019cu il tarixli, 134 saylı X8 bağlamışdır. Lakin bələdiyyə torpaq sahəsinin ilkin icarəyə verilmə və istifadə əsaslarını müəyyən edib qanunvericiliyin imkan verdiyi halda icarə müqaviləsini uzada bilərdi. Cavabdeh inzibati orqana təqdim edilmiş 17 dekabr 2019-cu il tarixli, 134 saylı X6 bu hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 10-cu bəndinə əsasən, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu”nun 9 və 10-cu bəndlərinə əsasən Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Qanunun qeyd edilən normasından görünür ki, qanunvericiliyə edilmiş dəyişiklikdən sonra hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Lakin qeyd edilən qanun qüvvəyə minənə qədər icarəyə ayrılmış torpaqların hamısı yox, qanunla müəyyən edilmiş müəyyən hissəsinin icarə müqaviləsi açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadıla bilər. Hazırki işin hallarından isə görünür ki, iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında müqavilə uzadılmamış, 17 dekabr 2019-cu il tarixli, 134 saylı yeni X8 bağlanmışdır. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, qüvvədə olan torpaq qanunvericiliyinə əsasən yalnız 2007-ci ilin dekabrın 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə ayrılması nəzərdə tutulmuşdur. Bu qanun norması mübahisələndirilən torpaq sahəsinə şamil edilə bilməz. Mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsi olmaqla Sumqayıt Bələdiyyəsinin 17 may 2007-ci il tarixli,15 saylı qərarı ilə mərhum X1 icarəsinə verildiyindən, həmin torpaq sahəsinə münasibətdə 2007-ci ilin dekabrın 1-dən sonra qüvvəyə minmiş qanun normaları tətbiq oluna bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili ilə razılaşmır və qeyd edir ki, yuxarıda qeyd edilən qanun normalarına əsasən yalnız istisna olaraq, 28.10.2008-ci il tarixdən əvvəl Azərbaycan Respublikası vətəndaşlarına sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün icarəsinə ayrılmış torpaq sahələrinin icarə müqavilələri açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadıla bilər. Sumqayıt bələdiyyəsi də iddiaçı ilə 17 dekabr 2019cu il tarixli, 134 saylı X8 bağlamışdır. Lakin bələdiyyə torpaq sahəsinin ilkin icarəyə verilmə və istifadə əsaslarını müəyyən edib qanunvericiliyin imkan verdiyi halda icarə müqaviləsini uzada bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-293/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-293/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver