Məhkəmə qərarları › İş №2-1(105)-293/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-293/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-293/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı “İddiaçı ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(118)- 4397/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır dərəcəli qapalı kəllə-beyin travması almışdır. Ona xx.xx.2007-ci ildə 2-ci dərəcəli əlillik təyin edilməklə əlilliyə görə pensiya təyin edilmişdir. 29 aprel 2021-ci ildə 5 il müddətinə üçüncü qrup əlillik dərəcəsi təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır dərəcəli qapalı kəllə-beyin travması almışdır. Nəticədə ona xx.xx.2007-ci ildə 2-ci dərəcəli əlillik verilməklə əlilliyə görə pensiya təyin edilmişdir. Sonuncu dəfə 17 aprel 2021-ci ildə 2-ci dərəcəli əlillik beş il müddətinə təyin edilsə də, 29 aprel 2021-ci ildə təyin olunmuş əlillik dərəcəsi 3-cü qrup əlillik dərəcəsi əvəzləşmiş və 5 il müddətinə yenidən təyin edilmişdir. İddiaçıya 2007-ci ildən 2021-ci ilə kimi 2-ci qrup əlillik təyin edilmişdir ki, bu da 14 ildən artıq bir müddət edir. O, 2007-ci ildən bu günədək müayinələrdən keçir və xəstəliyi dəyişməz olur. Bununla belə 2-ci qrup əlillik artıq müddətsiz təyin edilməli olduğu halda qərəzli olaraq 3-cü qrup əlillik təyin etmişlər ki, yeni Qaydalara görə 15 illik müəyyən edilmiş müddət aradan qalxsın. Bir sözlə cavabdeh inzibati orqan özünü sığorta etmişdir. Bu da yolverilməzdir. İddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, 08 iyun 2023-cü il tarixli məktub göndərərək (məktub 24 iyun 2023-cü ildə ona poçt vasitəsi ilə çatdırılmışdır) bildirmişlər ki, "Sizə əlillik təyinatının aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" nin 4.2-ci bəndinə əsasən, ikinci dərəcəli əlillik fasiləsiz olaraq 10 il təyin edildiyi halda əlillik müddətsiz təyin edilir. Həmçinin hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "X1 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müddətində müəyyən olunduğu halda, həmçinin fərqli faiz aralıqları üzrə həmin Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz təyin edilir. "Qeyd olunanlara əsasən, Sizə aparılmış əlillik təyinatı ilə bağlı müddətlər qanunvericilikdə müddətsiz təyin edilməsi ilə bağlı müəyyən edilən yuxarıdakı şərtlərə uyğun gəlmədiyindən müddətli əlilliyin təyin edilməsi barədə qərar qanuni və əsaslıdır". Bu da cavabdehin imtina məktubu. Hansı ki, həmin məktubda da aydın şəkildə göstərilir ki, 10 il fasiləsiz təyin edilən əlillik müddətsiz müəyyən edilir. İstinad edilən 2020ci ili tarixli Nazirlər Kabinetinin "X2" qəbul edilərkən onun artıq 13 il əlilliyi mövcüd olmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası tam qanunsuz olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının müharibə veteranı və 30 ildir ki, qazi olduğunu nəzərə almamışdır. İddiaçının artıq 60 yaşı var və xəstəliyi işləməyə imkan vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(118)-4397/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində konkret olaraq xx.xx.2021-ci il tarixli qərarın ləğvini qeyd etməsə də, mahiyyəti etibari ilə həmin qərar və həmin qərar əsas götürülməklə qəbul edilmiş, 05 iyul 2022-ci il tarixli, **********5 nömrəli qərarı mübahisələndirildiyi üçün hazırki iddia mübahisələndirmə haqqında iddiadır. ...“iddiaçıya ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı müraciətinə baxılması üçün ilkin olaraq tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş olmalıdır. Bundan sonra isə iddiaçı cavabdeh inzibati orqanın qərar və hərəkətlərindən narazı qalarsa qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər.” İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı məcburetmə haqqında iddia qaldırsa da mahiyyət etibarı ilə mübahisələndirmə barədə iddia qaldırmışdır. Məhkəmənin qeyd etdiyi həmin inzibati orqanın qərarı hardadır və onu kim görüb? Ümumiyyətlə məhkəmə özü həmin qərarı almamış, necə onun mövcüdluğundan və yalnız cavabehin etiraz məktubunda göstərilənlərə əsaslana bilər. Bundan əlavə AR İnzibati Prosessual Məcəllənin 52-ci maddəsi də hakimin iddiadan kənara çıxmasının yolverilməzliyini imperativ şəkildə göstərmişdir. 1-ci X7 kimi mənfur erməni düşmənlərlə vuruşarkən canından keçməyə hazır olmuş və döyüş zamanı beyin zədələnməsi ilə nəticələnən xəsarət almışdır. Ümumiyyətlə mübahisələndirmə haqqında iddia qaldırmamış və hakimin baxdığı tələbi onun qarşısında irəli sürməmişdir. "Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Mübahisələndirilən birinci instansiya məhkəməsinin qərardandan da göründüyü kimi, məhkəmə nəinki yardım etməmişdir, hətta qaldırmadığı iddia üzrə işə baxıb iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, məhkəmə özü aydın şəkildə "Sərəncam" qəbul etməklə iddianın dəyişməklə onun uğurlu olması istiqamətində yardım etməli idi ki, bunu etməmiş və birinci baxışdan iddianı mümkünsüz saymış, onu ümumiyyətlə istiqamətləndirməmişdir. Məhkəmə obyektivliyin və şəffavlığın qorunması üçün iddiaçı tərəfə aydın və dolğun tövsiyyə etməli idi. Bundan əlavə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin iddiaçının müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı müraciətinin düzgün olmaması kimi əsaslandırması da əsassızdır. Çünki, iddiaçı yenidən qiymətləndirilmə üçün yox, sonuncu qiymətləndirmənin əsassız olduğu və 2-ci qrup müddətsiz əlilliyin təyin edilməsi üçün müraciət etmişdir. Bundan başqa, artıq 2016-cı ildən müddətsiz ikinci qrup əlillik hüququ yaranmışdır. 2021-ci ildə 2-ci, sonra bir neçə gün sonra isə məqsədli olaraq 3-cü qrup əlillik təyin olunarkən bu göndəriş əsasında olmuşdur ki, sonuncu təyinat olarkən hüquqlarının pozulması qənaətinə gələrək hazırki iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Əlilliyinin yerində yoxlanılması da məhkəmədə ekspertiza vasitəsi ilə müəyyən oluna bilər. Çünki komissiya artıq ona əsassız olaraq 3-cü qrupla bağlı rəyini bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2007-ci ildən ikinci dərəcəli əlillik verilməklə əlilliyə görə pensiya təyin edilmişdir. 29 aprel 2021-ci ildə 5 il müddətinə üçüncü qrup əlillik dərəcəsi təyin olunmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı ona 14 ildən artıq müddətdə- 2007-ci ildən 2021ci ilə kimi 2-ci qrup əlil olmasına və 2-ci qrup əlilliyin müddətsiz təyin edilməli olmasına istinad edərək, ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının mahiyyəti etibari ilə cavabdehin 29 aprel 2021-ci il tarixli qərarı və 05 iyul 2022-ci il tarixli, **********5 nömrəli qərarı ilə razılaşmadığını bildirərək hazırkı iddianın növünü mübahisələndirmə haqqında iddia kimi qiymətləndirmişdir. Halbuki, apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçı ümumiyyətlə həmin aktları mübahisələndirməmişdir. İddiaçının hazırki halda hüquqi marağı ona ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədədir ki, buna da məcburetmə haqqında iddia vasitəsilə nail oluna bilər. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbi ona ikinci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi barədə olmaqla, növünə görə məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-15054/2023 nömrəli məktubundan görünür ki, iddiaçı əlillyin müddətsiz təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən həmin müraciəti təmin edilməmişdir. İddiaçı tərəfindən həmin məktubun hansı tarixdə alınması ilə bağlı məlumat yoxdur. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət olunmuşdur. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki iddia məcburetmə haqqında iddia olduğundan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(118)-4397/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı “İddiaçı ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar