AzərbaycanRespublikasıadından Qərar Sumqayıtşəhəri İş№2-1(105)-296/2025 14.05.2026 SUMQAYITAPELLYASIYAMƏHKƏMƏSI HakimlərBabayevaHöküməÇingizqızı(sədrlikedənvəməruzəçihakim), AxundovToğrulBəhruzoğluvəHacıyevVahidMəcidoğlundanibarəttərkibdə, X2qızınınkatibliyi, Iddiaçınınnümayəndəsi(vəkili)Vəkil, CavabdehinnümayəndələriX3vənümayəndə1iştiraklarıilə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəməbaxışıqaydasındabaxaraqaşağıdakıqərarıqəbuletdi. IŞIN HALLARI
1. Cavabdeh ##.##.2023-cü il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2020-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövrlər üzrə növbəti səyyar vergi yoxlaması təyinedilmişdir.
2. DVX-nin * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2020-ci il üzrə 88.598,53 manat, 2021-ci il üzrə 85.040,21 manat, 2022-ci il üzrə 73.927,26 manat olmaqla, ümumilikdə, 247.566 manat mənfəət vergisi, həmin məbləğin 50 faizi həcmində (VM-nin 58.1-ci maddəsinə əsasən) 123.783 manat maliyyə sanksiyası, 2021, 2022, 2023-cü illər üzrə əlavə dəyər vergisi üzrə müvafiq olaraq 849,99 manat, 393,92 manat, 29.010,61 manat artıq hesablanma, 2021-ci və 2022-ci illər üzrə VM-nin 58.1-ci maddəsinə əsasən müvafiq olaraq 4.448,55 manat və 2.753,37 manat maliyyə sanksiyası, 2023-cü il üzrə əlavə dəyər vergisi, həmin məbləğin 50 faizi həcmində 45.076,57 manat maliyyə sanksiyası, həmçinin, VM-nin 58.6-cı maddəsinə əsasən 2020-ci il üzrə 6.504,55 manat, 2021-ci il üzrə 6.893,43 manat, 2022-ci il üzrə 1090,72 manat və 2023-cü il üzrə 543,43 manat olmaqla, cəmi 15.032,13 manat maliyyə sanksiyası (ümumilikdə, 332.300,11 manat vergi məbləği və 191.093,65 manat maliyyə sanksiyalarının cəmi523.393,76manat)hesablanmışdır.
3. Iddiaçı “xxxx” MMC cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsiniməhkəmədənxahişetmişdir.
4. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 2020-ci il mənfəət vergisi üzrə 88598.53 manat, 2021-ci il mənfəət vergisi üzrə 85040.21 manat, 2022-ci il mənfəət vergisi üzrə 73927.26 manat, ƏDV 2021-ci il üzrə 8897.09 manat, ƏDV 2022-ci il üzrə 5506.73 manat, ƏDV 2023-cü il üzrə 90153.13 manat toplamda 352122.98 manat azaldılmış məbləğlərin və 2020-ci il mənfəət vergisi üzrə 44299.27 manat, 2021-ci il mənfəət vergisi üzrə 42520.11 manat, 2022-ci il mənfəət vergisi üzrə 36963.63 manat, ƏDV 2021-ci il üzrə 4448.55 manat, ƏDV 2022-ci il üzrə 2753.37 manat, ƏDV 2023-cü il üzrə 45076.57 manat, 2020-ci il ƏDV məbləğinin ödənilməsinə görə 6504.55 manat, 2021-ci il ƏDV məbləğinin ödənilməsinə görə 6893.43 manat 2022-ci il ƏDV məbləğinin ödənilməsinə görə 1.090,72 manat, 2023-cü il ƏDV məbləğinin ödənilməsinə görə 543.43 manat toplamda 191093.65manatmaliyyəsanksiyasıhissəsindələğvedilməsinixahişetmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarla iddiaçı barəsində mənfəət vergisinin Vergi Məcəlləsinin hansı maddələrinə uyğun olaraq hesablanması onlara məlum olmamışdır. Hesab edirlər ki, bununla bağlı müvafiq sübutlar olmadan hesablama aparılmışdır. Belə ki, vergi orqanı tərəfindən gəlirin hansı əsasla artırılması, xərclərin hansı əsasla sayılmaması, hansı xərclərin azaldılması nə səyyar vergi yoxlaması aktında, nə də vergi məsuliyyətinə cəlbetmə qərarında qeyd edilməmişdir. Bundan əlavə, vergi orqanı tərəfindən ƏDV dövrləri üzrə də maliyyə sanksiyaları tətbiq edilmişdir. Belə ki, müəssisə tərəfindən ƏDV VM-nin 159, 166, 175 və 176-cı maddələrinə əsasən hesablanaraq ödənildiyi təqdirdə, bu barədə hansı əsasla azalmaların müəyyən edilməsi və maliyyə sanksiyasının tətbiq edilməsi əsaslandırılmalıdır. Lakin, vergi orqanı tərəfindən bu barədə də hər hansı bir əsaslı sübut və ya məlumat səyyar vergi yoxlaması aktında qeyd edilməmişdir. SVY vergi orqanı tərəfindən qanunsuz olaraq keçirildiyi kimi qanunvericiliyə uyğun olmadan rəsmiləşdirilmişdir. Bu səbəbdən də mübahisələndirilən qərar qeyd edilən hissələrdəqanunsuzolduğundanləğvedilməlidir.
6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı iddiaçı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb olunan dövriyyə ilə bank əməliyyatları üzrə çıxarış cədvəlləri müqayisə edilərkən fərqlərin olduğu müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən 2020-ci ilin dekabr ayında 849.99 manat, 2021-ci ilin aprel ayında 1279.44 manat, iyun ayında 5303.91 manat, noyabr ayında 3987.1 manat, 2022-ci ilin sentyabr ayında 1.01 manat, dekabr ayında 32057.28 manat, 2023-cü ilin mart ayında 1086.86 manat, avqust ayında 4332.18 manat artıq ödənilmiş vergi məbləğləri, 2021-ci ilin iyul ayında 5 303.9 manat, oktyabr ayında 2 996.17 manat, dekabr ayında 14 007.16 manat, 2022-ci ilin yanvar ayında 5 031.79 manat, fevral ayında 1 923.29 manat, mart ayında 2 685.8 manat, aprel ayında 15 540.95 manat, iyun ayında 762.36 manat, iyul ayında 852.71 manat, avqust 1000,67 manat, 2023-cü ilin yanvar ayında 21 209.6 manat, may ayında 104.55 manat, iyun ayında 206.47 manat, iyul ayında138.92manatazaldılmışvergiməbləğiaşkaredilmişdir. Həmçinin, yoxlama zamanı Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl edilibedilməməsi araşdırılarkən kənarlaşma aşkar edilmişdir. Belə ki, 2021-ci ilin oktyabr ayında ##.##.2021-ci il tarixli EBBL seriyalı, ****** nömrəli e-qaiməyə ödənilən və əvəzləşdirilən 450 manat ƏDV məbləği malların ƏDV-siz dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənilmədiyi üçün əvəzləşdirilən ƏDV məbləği azaldılmışdır. Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən 2021-ci ilin oktyabr ayında ##.##.2021-ci il tarixli EBBK seriyalı ****** nömrəli e-qaiməyə ödənilən və əvəzləşdirilən 1417.08 manat ƏDV məbləği malların əsas dəyərinin 2021-ci ilin noyabr ayında ödənildiyi üçün həmin ayda, 2022-ci ilin mart ayında ##.##.2022-ci il tarixli EBBQ seriyalı ****** nömrəli e-qaiməyə ödənilən və əvəzləşdirilən 1240.30 manat ƏDV məbləği malların əsas dəyərinin 2022-ci ilin aprel ayında ödənildiyi üçün həmin ayda əvəzləşdirilən ƏDV-yə aid edilmişdir. Bundan əlavə, ##.##.2021-ci il tarixli EBBM seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDF seriyalı ****** nömrəli e-qaimələrə görə ödənilən 1952.46 manat ƏDV məbləği müvafiq olaraq 2021-ci ilin noyabr və 2023-cü ilin may ayındaəvəzləşdirilənƏDV-yəaidedilmişdir. Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən 2021-ci ilin dekabr ayında 3316,73 manat, 2022-ci ilin dekabr ayında 4107.54 manat, 2023-cü ilin sentyabr ayında 1523,37 manat malların maya dəyərindən aşağı qiymətə satışının həyata keçirildiyi aşkar edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallarbirəqdvəyamüqaviləüzrətəqdimedilmişhesabedilir. Vergi ödəyicisinin aktiv təsərrüfat subyektində ##.##.2023-cü il tarixli Qərar əsasında keçirilən inventarizasiya zamanı vergi ödəyicisinin sahibliyində 15 xammal üzrə 1 142 742,31 manat dəyərində həm istehsal, həm də ticarət fəaliyyətində istifadə olunan xammal və materiallar müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilən mal-material hesabatına əsasən vergi ödəyicisinin sahibliyində düyü məhsulu 362 927.20 kq qalmalı olduğu halda inventarizasiya zamanı 260 000 kq, arpa məhsulu 1 156 537.69 kq qalmalı olduğu halda, inventarizasiya zamanı 600 000 kq, buğda unu məhsulu 214 457.8 kq qalmalı olduğu halda inventarizasiya zamanı 248 097.8 kq müəyyən edilmişdir. Nəticədə düyü məhsulu üzrə 102 927,2 kq, arpa məhsulu üzrə 556 kq, buğda unu məhsulu üzrə 30 276 kq əskik gəldiyi müəyyən edilmişdir. Əskik gələn malların qaimə-faktura əsasında 1 vahidinin alış qiyməti düyü məhsulunda 1.56 manat, arpa məhsulunda 0.35 manat, buğda unu məhsulunda 1.15 manat müəyyən edilmişdir. Əskik gələn miqdarlar qeyd olunan vahidin qiymətinə vurulduqda düyü məhsulunun qiyməti 160 086.16 manat, arpa məhsulunda 192 057.2 manat, buğda unu məhsulunda 34 817.4 manat, cəmi 386 960.75 manat müəyyən edilmişdir. Düyü məhsulu ilə arpa məhsulunu vergi ödəyicisi ƏDV-yə 18% dərəcə ilə əldə etdiyinə görə əskik gələn mallar Vergi Məcəlləsinin 159.5-ci və 67.15-ci maddəsinə əsasən yoxlama dövrünün sonuna bərpa edilməklə 63 385.8 manat hesablama aparılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 31 692.90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Buğda unu üzrə əskik gələn 34 817.4 manat məbləğində mallar ƏDV-dən azad əməliyyatlar şəklində alındığından Vergi Məcəlləsinin 164.1.27-ci, 67.15-ci maddəsinə əsasən yoxlama dövrünün sonuna ƏDV-dən azadəməliyyatlarşəklindəbərpaedilmişdir. Vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş 2020-ci il, 2021-ci il və 2022-ci illər üzrə mənfəət vergisi bəyannaməsi yoxlama ilə əhatə olunmuşdur. Yoxlama zamanı hər 3 il üzrə mənfəət vergisində kənarlaşma aşkar edilmişdir. Mənfəət 2020 - vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilən 2020-ci ilin mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 1.990.324,52 manat, cəmi xərclərini 1.985.802,76 manat göstərməklə vergitutma məqsədləri üçün mənfəəti 4.491,76 manat, hesablanmış vergi məbləği isə 898,35 manat olmuşdur. Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən vergi ödəyicisinin illər üzrə gəlirləri müəyyən edilmişdir. Belə ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin 2020-ci ildə elektron qaimə-faktura əsasında təsdiqlənən dövriyyəsi 1.906.438,91 manat olmuşdur. Həmin dövriyyənin 1.215.207,09 manat hissəsi makaron, əriştə, qovurulmuş verməşil, buğda yarması, arpa yarması istehsalından formalaşmış, 691.231,82 manat hissəsi isə lobya, mannı, düyü, qarabaşaq, bulğur, noxud, qaroxun ticarət qaydasında topdan satışından formalaşmışdır. Vergi ödəyicisinin 2020-ci ildə pərakəndə satışı üzrə gəlirləri olmamışdır. Yoxlama ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında 83.885,61 manat gəlir təsdiqini tapmadığından yoxlama ilə azaldılmışdır. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən istehsal fəaliyyəti ilə əlaqədar yoxlamaya təqdim etdiyi kalkulyasiya (reseptura) məlumatlarına və vergi orqanında olan uçot baza məlumatlarına əsasında ticarət fəaliyyətinin, həm də istehsal fəaliyyətinin xərcləri və gəlirləri Vergi Məcəlləsinin 108-ci, 109-cu, və 136-cı maddəsinin tələblərinə əsasən yoxlanmışdır. Vergi ödəyicisinin elektron qaimə-faktura əsasında təqdim etdiyi həm istehsal, həm də ticarət fəaliyyəti ilə əlaqədar mallar çeşidlənmişdir. Istehsal fəaliyyəti ilə əlaqədar istifadə olunan xammalın (çovdar unu, arpa, buğda, buğda unu, paket və kisə) kalkulyasiya məlumatlarına əsasən miqdarı müəyyən edilmişdir. Müəyyən edilən miqdarlar həmin ildə alınan xammalların qaimə-faktura məlumatlarına əsasən vahidinin dəyərinə vurulmaqla xammalın dəyəri müəyyən edilmişdir. Müəyyən edilən xammalın dəyəri 884.684,98 manat olmuşdur. Həmçinin, ticarət qaydasında satılan lobya, mannı, düyü, qarabaşaq, bulğur, noxud, mərci məhuslları çeşidlənmiş və satış miqdarları qaimə-faktura əsasında alış miqdarları ilə üzləşdirilmişdir. Satılan həmin məhsullarının dəyəri il ərzində elektron qaimə-faktura əsasında alınan malların maya dəyərinə vurulmaqla malların dəyəri müəyyən edilmiş, nəticədə, həmin malların maya dəyəri501.337,69manatmüəyyənedilmişdir. Nəticədə, 2020-ci ildə vergi ödəyicisinin həm istehsal, həm də ticarət fəaliyyəti üzrə satışından əldə etdiyi gəlirlərin maya dəyəri 884.684,98 + 501.337,69 = 1.386.022,66 manat müəyyənedilmişdir. Vergi ödəyicisinin 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində malın dəyəri müəyyən edildikdən sonra digər gəlirləri də yoxlanılmışdır. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin bəyan etdiyi əmək haqqı və ona uyğun olaraq hesablanmış sosial sığorta ayırmaları təqdim edilən əmək haqqı ştat cədvəlinə əsasən öz təsdiqini tapmışdır. Enerji, qaz, yanacaq, rabitə, sığorta üzrə xərcləri il ərzində elektron qaiməfaktura əsasında rəsmiləşən xərclərə görə təsdiqini tapmış və yoxlama ilə təsdiqlənmişdir. Bank xərci kimi göstərilən 1981,14 manat xərci bank çıxarışlarına əsasən 2231 manat olduğu müəyyən edilmişdir. Amortizasiya xərci kimi bəyan edilən xərci Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən təqdim edilmiş amortizasiya cədvəllərinə əsasən öz təsdiqini tapmışdır. Nəticədə, vergi ödəyicisinin 2020-ci il üzrə ümumi gəlirləri 1.906.438,91 manat, cəmi xərcləri 1.458.954,50 manat, vergitutma məqsədləri üçün mənfəəti 447 484.41 manat, vergi məbləği isə 89 496.88 manat olmuşdur. Müəyyən edilən vergi məbləğindən vergi ödəyicisinin bəyan etdiyi vergi məbləği, yəni 898.35 manat çıxıldıqdan sonra Vergi Məcəlləsinin 104-cü, 105.1ci,108-ci, 109-cu, 114-cü, 135-ci, 136-cı maddələrinə əsasən 88.598,53 manat hesablama aparılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 44.299,27 manat maliyyə sanksiyasıtətbiqedilmişdir. Mənfəət 2021 - Vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilən 2021-ci ilin mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 2.797.308,77 manat, cəmi xərclərini 2.749.909,74 manat göstərməklə, vergitutma məqsədləri üçün mənfəəti 47.399,03 manat, hesablanmış vergi məbləği isə 9.479,81 manat olmuşdur. Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən vergi ödəyicisinin illər üzrə gəlirləri müəyyən edilmişdir. Belə ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin 2021-ci ildə elektron qaimə-faktura əsasında təsdiqlənən dövriyyəsi 2.768.021,66 manat olmuşdur. Həmin dövriyyənin 1.534.038,17 manatı makaron, əriştə, qovurulmuş verməşil, buğda yarması, arpa yarması istehsalından formalaşmış, 1.233.983,31 manatı isə lobya, mannı, düyü, qarabaşaq, bulğur, noxud, qarox, arpa ununun ticarət qaydasında topdan satışından formalaşmışdır. Vergi ödəyicisinin 2021-ci ildə pərakəndə satışı üzrə gəlirləri olmamışdır. Əlavə olaraq vergi ödəyicisi tərəfindən ticarət qaydasında 77.175 kq maya dəyəri 120.271,46 manat olan düyü məhsulu həmin ildə 116.954,72 manata satılmışdır. Nəticədə, həmin mal əsas olmadan maya dəyərindən 3.316,74 manat ucuza satılmışdır ki, həmin məbləğ maya dəyərində gəlirlərə bərpa edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 2.768.021,66 + 3.316,74 = 2.771.338,21 manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında25.970,56manatgəlirtəsdiqinitapmadığındanyoxlamailəazaldılmışdır. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən istehsal fəaliyyəti ilə əlaqədar yoxlamaya təqdim etdiyi kalkulyasiya (reseptura) məlumatlarına və vergi orqanında olan uçot baza məlumatlarına əsasında ticarət fəaliyyətinin, həm də istehsal fəaliyyətinin xərcləri və gəlirləri Vergi Məcəlləsinin 108-ci, 109-cu və 136-cı maddəsinin tələblərinə əsasən yoxlanmışdır. Vergi ödəyicisinin elektron qaimə-faktura əsasında təqdim etdiyi həm istehsal, həmdə ticarət fəaliyyəti ilə əlaqədar mallar çeşidlənmişdir. Istehsal fəaliyyəti ilə əlaqədar istifadə olunan xammalın (çovdar unu, arpa, buğda, buğda unu, makaron, paket və kisə) kalkulyasiya məlumatlarına əsasən miqdarı müəyyən edilmişdir. Müəyyən edilən miqdarlar həmin ildə alınan xammalların qaimə-faktura məlumatlarına əsasən vahidinin dəyərinə vurulmaqla xammalın dəyəri müəyyən edilmişdir. Müəyyən edilən xammalın dəyəri 1.178.498,86 manat olmuşdur. Həmçinin, ticarət qaydasında satılan lobya, mannı, düyü, qarabaşaq, bulğur, noxud, mərci məhsulları çeşidlənmiş və satış miqdarları qaimə-faktura əsasında alış miqdarları ilə üzləşdirilmişdir. Satılan həmin məhsullarının dəyəri il ərzində elektron qaimə-faktura əsasında alınan malların maya dəyərinə vurulmaqla malların dəyəri müəyyən edilmişdir ki, həmin malların maya dəyəri 1.035.273,18 manat müəyyən edilmişdir. Nəticədə, 2021-ci ildə vergi ödəyicisinin həm istehsal, həm də ticarət fəaliyyəti üzrə satışından əldə etdiyi gəlirlərin maya dəyəri 1.178.498,86 + 1.035.273,18 = 2.213.772,05 manat müəyyən edilmişdir. Vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində malın dəyəri müəyyən edildikdən sonra digər gəlirləri də yoxlanılmışdır. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin bəyan etdiyi əmək haqqı və ona uyğun olaraq hesablanmış sosial sığorta ayırmaları təqdim edilən əmək haqqı ştat cədvəlinə əsasən öz təsdiqini tapmışdır. Enerji, qaz, yanacaq, rabitə, sığorta üzrə xərcləri il ərzində elektron qaiməfaktura əsasında rəsmiləşən xərclərə görə təsdiqini tapmış və yoxlama ilə təsiqlənmişdir. Bank xərci kimi göstərilən 2.173 manat xərci bank çıxarışlarına əsasən 15.337,56 manat olduğu müəyyən edilmişdir. Amortizasiya xərci kimi bəyan edilən xərci Vergi Məcəlləsinin 114cü maddəsinə əsasən təqdim edilmiş amortizasiya cədvəllərinə əsasən öz təsdiqini tapmışdır. Nəticədə, vergi ödəyicisinin 2021-ci il üzrə ümumi gəlirləri 2.771.338,21 manat, cəmi xərcləri 2.298.738,09 manat, vergitutma məqsədləri üçün mənfəəti 472.600,12 manat, vergi məbləği isə 94.520,02 manat olmuşdur. Müəyyən edilən vergi məbləğindən vergi ödəyicisinin bəyan etdiyi vergi məbləği, yəni 9.479,81 mənat çıxıldıqdan sonra Vergi Məcəlləsinin 104-cü, 105.1 -ci, 108-ci, 109-cu, 114-cü, 135-c}, 136-cı maddələrinə əsasən 85.040,22 manat hesablama aparılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 42.520.11 manat maliyyə sanksiyasıtətbiqedilmişdir. Mənfəət 2022 - Vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilən 2022-ci ilin mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 2.603.655,39 manat, cəmi xərclərini 2.571.851,81 manat göstərməklə vergitutma məqsədləri üçün mənfəəti 31.803.58 manat, hesablanmış vergi məbləği isə 6.360,72 manat olmuşdur. Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən vergi ödəyicisinin illər üzrə gəlirləri müəyyən edilmişdir. Belə ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin 2022-ci ildə elektron qaimə-faktura əsasında təsdiqlənən dövriyyəsi 2.596.309,4 manat olmuşdur. Həmin dövriyyənin 912.781,12 manat hissəsi makaron, əriştə, qovurulmuş verməşil, buğda yarması, arpa yarması istehsalından formalaşmış, 1.683.528,25 manat hissəsi isə lobya, mannı, düyü, qarabaşaq, bulğur, noxud, qaroxun, buğda, yuyucu vasitələr ticarət qaydasında topdan satışından formalaşmışdır. Vergi ödəyicisinin 2022-ci ildə pərakəndə satışı üzrə gəlirləri olmamışdır. Əlavə olaraq, vergi ödəyicisi tərəfindən ticarət qaydasında 23.000 kq maya dəyəri 26.421,11 manat olan noxud məhsulu həmin ildə 22.313,57 manata satılmışdır. Nəticədə, həmin mal əsas olmadan maya dəyərindən 4.107,54 manat ucuza satılmışdır ki, həmin məbləğ maya dəyərində gəlirlərə bərpa edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 2.596.309,4 + 4.107,54 = 2.600.416,9 manat olmuşdur. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən istehsal fəaliyyəti ilə əlaqədar yoxlamaya təqdim etdiyi kalkulyasiya (reseptura) məlumatlarına və vergi orqanında olan uçot baza məlumatlarına əsasında ticarət fəaliyyətinin, həm də istehsal fəaliyyətinin xərcləri və gəlirləri Vergi Məcəlləsinin 108-ci, 109-cu və 136-cı maddəsinin tələblərinə əsasən yoxlanmışdır. Vergi ödəyicisinin elektron qaimə-faktura əsasında təqdim etdiyi həm istehsal, həm də ticarət fəaliyyəti ilə əlaqədar mallar çeşidlənmişdir. Istehsal fəaliyyəti ilə əlaqədar istifadə olunan xammalın kalkulyasiya məlumatlarına əsasən miqdarı müəyyən edilmişdir. Müəyyən edilən miqdarlar həmin ildə alınan xammalların qaiməfaktura məlumatlarına əsasən vahidinin dəyərinə vurulmaqla xammalın dəyəri müəyyən edilmişdir. Müəyyən edilən xammalın dəyəri 738.010,81 manat olmuşdur. Həmçinin, ticarət qaydasında satılan ticari mallar çeşidlənmiş və satış miqdarları qaiməfaktura əsasında alış miqdarları ilə üzləşdirilmişdir. Satılan həmin məhsullarının dəyəri il ərzində elektron qaimə-faktura əsasında alınan malların maya dəyərinə vurulmaqla malların dəyəri müəyyən edilmişdir ki, həmin malların maya dəyəri 1.344.962,9 manat müəyyən edilmişdir. Nəticədə, 2022-ci ildə vergi ödəyicisinin həm istehsal, həm də ticarət fəaliyyəti üzrə satışından əldə etdiyi gəlirlərin maya dəyəri 738.010,81 + 1.344.962,9 = 2.082.973,71 manat müəyyən edilmişdir. Vergi ödəyicisinin 2022-ci il üzrə mənfəət yergişj bəyannaməsində malın dəyəri müəyyən edildikdən sonra digər gəlirləri də yoxlanılmışdır. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisinin bəyan etdiyi əmək haqqı və ona uyğun olaraq hesablanmış sosial sığorta ayırmaları təqdim edilən əmək haqqı ştat cədvəlinə əsasən öz təsdiqini tapmışdır. Icarə xərci kimi göstərilən xərci icarə müqavilələrinə və təqdim edilmiş ÖMV bəyannamələrinə əsasən təsdiqlənmişdir. Enerji, qaz, yanacaq, rabitə, sığorta üzrə xərcləri il ərzində elektron qaimə-faktura əsasında rəsmiləşən xərclərə görə təsdiqini tapmış və yoxlama ilə təsiqlənmişdir. Bank xərci kimi göstərilən 920.03 manat xərci bank çıxarışlarına əsasən 4.433 manat olduğu müəyyən edilmişdir. Borca görə ödənilən faiz xərclərinin 15.406,45 manat olduğu müəyyən edilmişdir. Amortizasiya xərci kimi bəyan edilən xərci Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən təqdim edjlmiş amortizasiya cədvəllərinə əsasən öz təsdiqini tapmışdır. Nəticədə, vergi ödəyicisinin 2022-ci il üzrə ümumi gəlirləri 2.600.416,91 manat, cəmi xərcləri 2.198.977,02 manat, vergitutma məqsədləri üçün mənfəəti 401.439,89 manat, vergi məbləği isə 80.287,97 manat olmuşdur. Müəyyən edilən vergi məbləğindən vergi ödəyicisinin bəyan etdiyi vergi məbləği, yəni 6.360,72 manat çıxıldıqdan sonra Vergi Məcəlləsinin 104-cü, 105.1-ci, 108-ci, 109-cu, 114-cü, 135-ci, 136-cı maddələrinə əsasən 73.927,26 manat hesablama aparılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 36.963,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ##.##.2024-cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi, ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024cü il tarixli **************** nömrəli Qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 2020-ci il mənfəət vergisi üzrə 88598.53 manat, 2021-ci il mənfəət vergisi üzrə 85040.21 manat, 2022-ci il mənfəət vergisi üzrə 73927.26 manat, ƏDV 2021-ci il üzrə 8897.09 manat, ƏDV 2022-ci il üzrə 5506.73 manat, ƏDV 2023-cü il üzrə 90153.13 manat toplamda 352122.98 manat azaldılmış məbləğlərin və 2020-ci il mənfəət vergisi üzrə 44299.27 manat, 2021-ci il mənfəət vergisi üzrə 42520.11 manat, 2022-ci il mənfəət vergisi üzrə 36963.63 manat, ƏDV 2021-ci il üzrə 4448.55 manat, ƏDV 2022-ci il üzrə 2753.37 manat, ƏDV 2023-cü il üzrə 45076.57 manat, 2020-ci il ƏDV məbləğinin ödənilməsinə görə 6504.55 manat, 2021-ci il ƏDV məbləğinin ödənilməsinə görə 6893.43 manat 2022-ci il ƏDV məbləğinin ödənilməsinə görə 1.090,72 manat, 2023-cü il ƏDV məbləğinin ödənilməsinə görə 543.43 manat toplamda 191093.65 manat maliyyə sanksiyası hissəsindələğvedilməsiqəraraalınmışdır(hakimRahimHəsənov).
8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, yoxlama “Inzibati icraat haqqında” Qanunun və IPM-in tələbləri pozularaq, kifayət qədər əsaslandırma aparılmadan keçirilmiş, nəticədə qanunsuz inzibati akt qəbul edilmiş və əsassız hesablamalar aparılmışdır. Məhkəmə iclasında yoxlayıcı tərəfindən ekspert və mütəxəssis rəylərinin alınmasının mümkün olmadığı, inventarizasiya zamanı mövcud malların tam aktlaşdırılmadığı, “xxxx” MMC-də müvəqqəti saxlanılan mallar üzrə ayrıca inventarizasiya aktının tərtib edilmədiyi, inventarizasiya nəticələrinin düzgün nəzərə alınmadığı və aktda uyğunsuzluqların mövcud olduğu etiraf edilmişdir. Həmçinin, alış sənədləri və xərc sənədləri mövcud olsa da, həmin sənədlərin mənfəət vergisi hesablamalarında nəzərə alınmaması əsaslandırılmamış, mallara bazar qiymətinin tətbiqi və bu əsasla ƏDV hesablanması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Vergi orqanı yalnız Mehdiabad qəsəbəsində yerləşən obyekt üzrə inventarizasiya aparmış, digər obyektdə saxlanılan malları nəzərə almamış, inventarizasiya siyahısındakı alış qiymətləri ilə hesablamalar arasında isə ziddiyyət yaranmışdır. Bununla da “Səyyar vergi yoxlamasının keçirilməsi qaydaları”nın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsinixahişetmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında məhkəmə iclası zamanı yoxlayıcının şahid qismində dəvət edildiyi, yoxlama zamanı hesablamalar aparılarkən ekspert və ya mütəxəssis cəlb edilmədiyi, mütəxəssis və ekspert rəylərinin təqdim olunmadığı, yoxlama müddətinin hansı əsaslarla artırıldığı, inventarizasiyanın keçirilməsi zamanı inventarizasiya aktında göstərilməyən mal-materialların müəyyən edildiyi, lakin həmin inventarizasiya zamanı müvafiq mal-materialların faktiki olaraq mövcud olduğu, “xxxx” MMC-yə məxsus obyektdə müvəqqəti saxlanılan mallarla bağlı ayrıca aktın tərtib edilmədiyi, inventarizasiya aktında və səyyar vergi yoxlaması aktında inventarizasiya nəticələrinin düzgün nəzərə alınmadığı, artıq gələn malların əskik qeyd edildiyi vəhəminnöqsanlarınyoxlayıcıtərəfindəndəetirafedildiyigöstərilmişdir. Bununla bağlı bildirir ki, cavabdehin əməkdaşı nümayəndə1 məhkəmə prosesində şahid qismində deyil, cavabdehin nümayəndəsi qismində iştirak etmişdir. Həmçinin, mütəxəssis və ekspert rəyinin təqdim edilməməsi və bazar qiymətlərinin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən cavabdehə göndərilmiş ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı MMC-də aparılan səyyar vergi yoxlaması zamanı ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək arpa və buğdadan hazırlanan makaron, vermişel, əriştə və digər məhsulların istehsal həcminin, eləcə də, aylar üzrə istehsal edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi buğda və arpanın sertifikat sənədlərinin təqdim edilməməsi, həmçinin, istehsal prosesində istifadə olunan avadanlıqların, əsasən makaron istehsalı qurğusunun demontaj olunması səbəbindən mümkün olmamışdır. Bundan əlavə, yoxlama zamanı vergi ödəyicisinin xərcsənədlərininnəzərəalındığıbildirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən elektron qaimə əsasında əldə edilmiş mallar təqdim edilmədiyi halda, gəlirlə bağlı xərc hesab edilə bilməz və yalnız təqdim olunduğu zaman gəlirdən çıxılan xərc kimi nəzərə alınmalıdır. Yoxlama zamanı vergi ödəyicisinin gəlirləri təhlil edilmiş, təqdim edilmiş malların miqdarı müəyyən olunmuş, kalkulyasiya və itki norması nəzərə alınmaqla həmin dövrdə eyni həcmdə əldə edilmiş xammalın miqdarı və dəyəri vergi ödəyicisinin mal-material xərci kimi qəbul edilmişdir. Kalkulyasiyaya uyğun olaraq gəlirdən çıxılan xərcdən azaldılmış mal-materiallar keçirilmiş inventarizasiya zamanı vergi ödəyicisinin mal-material qalığında aşkar edilmədiyindən, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlama dövrünün sonuncu ayında əldə edilən qaimələrdə göstərilən qiymətlər nəzərə alınmaqla ƏDV-yə cəlb olunan əməliyyatlara aid edilmişdir. Məhkəmə qərarında əlavə olaraq qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 44 və 45-ci maddələrinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə və xüsusi bilik tələb olunan hallarda mütəxəssis dəvət oluna bilər. Məhkəmə hesab etmişdir ki, ekspertizanın keçirilməsi ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsində və “Inzibati icraat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş prosedurlara əməl olunmadığı müəyyən edilir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan qanunvericiliyin və Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən tələblərə əməl etmədən birbaşa ekspertiza təyin etmiş, nəticədə həmin norma və qərarın müddəalarını pozaraq yoxlama müddətini əsassız olaraq 60 iş günü uzatmışdır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun qərarında “ekspert rəyi”, “ekspertlə bağlanan müqavilə”, “ekspertə məsuliyyət barədə xəbərdarlıq” ifadələrinin işlədilməsi göstərir ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdehin istinad etdiyi rəy ekspert rəyi hesab edilməli və aparılan tədqiqat ekspertiza tədqiqatı xarakteri daşımalıdır. Lakin, məhkəmə cavabdeh tərəfindən həmin qaydalara əməl edilmədiyiniqeydetmişdir. Bununla bağlı bildirir ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə vergi orqanının rəhbəri və ya onun müavini 10 gün müddətində aşağıdakı qərarlardan birini qəbul edir: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, məsuliyyətə cəlb edilməsindən imtina olunması və ya əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar. Yoxlama müddətinin artırılması ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox keçirilə bilməz və belə yoxlama 30 iş günündən artıq davam edə bilməz. Lakin, müstəsna hallarda yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının müddəti 90 iş gününədək artırılabilər. Həmçinin, qeyd edilməlidir ki, yoxlama zamanı Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl olunub-olunmaması ilə bağlı hesablanmış əlavə vergi məbləği üzrə məhkəmə iddianı təmin etsə də, qəbul edilmiş qərarda həmin məsələyə münasibət bildirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Iddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində ekspert və mütəxəssis rəyinin təqdim edilməməsini “Azərekspertiza” Birliyinin məktubu ilə əsaslandıraraq istehsal həcmi və bazar qiymətlərinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Lakin, buna baxmayaraq, vergi orqanı xüsusi bilik tələb edən hesablamaları hər hansı ekspert və ya mütəxəssis rəyi olmadan özü aparmış, bununla da həmin məsələlər üzrə kifayət qədər xüsusi biliyə malik olmadığını faktiki olaraq etiraf etmişdir. Halbuki, Vergi Məcəlləsinin 44 və 45-ci maddələrinə əsasən xüsusi bilik tələb edən hallarda ekspertiza keçirilməli və ya mütəxəssis rəyi alınmalıdır. Belə bir rəy təqdim edilmədən aparılmış hesablamalar əsaslı və mötəbər sübut hesab edilə bilməz. Bundan başqa, 2020-ci ildə materialların 572.128,12 manat; 2021-ci ildə 495.522,65 manat; 2022-ci ildə 391.794,21 manat xərc sənədlərinin nəzərə alınmadığını yoxlayıcı məhkəmə iclasında da bildirmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən malların alış sənədlərinin mövcudluğu görünür, həmçinin, yoxlayıcı məhkəmə iclasında malların alış sənədlərinin mövcudluğunu etiraf etmişdir. Əgər malların alış sənədləri mövcud olmuşdursa, bu halda malın alış sənədlərini nəzərə almadan verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Həmçinin, yoxlama zamanı xərc sənədlərinin nəzərə alınmaması əsaslandırılmamışdır. Belə ki, müvafiq xərc sənədləri alış sənədi olaraq ƏDV bəyannamələrində nəzərə alınmış, lakin, mənfəət vergisi bəyannaməsində 3 ilin mənfəət vergisi bəyannaməsində xərclərdən çıxarılmışdır. Iddiaçını xeyrinə olan hallar yoxlama zamanı nəzərə alınmamış, malların alış sənədləri nəzərə alınmamaqla, bazar qiyməti tətbiq edilməsiəsaslandırılmamışdır. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən isə bütün ziddiyyətlər və qeyrimüəyyənliklərvergiödəyicisininxeyrinəşərhedilməlidir. Eyni zamanda, inventarizasiya natamam və ziddiyyətli aparılmışdır. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi ifadədə belə “xxxx” MMC ilə müəssisə arasında bağlanan saxlama müqaviləsinin mövcudluğu, akta əlavə edilməsi, iltizama qoşma edilməsi də təsdiqini tapmışdır. Lakin, vergi orqanı səyyar vergi yoxlaması zamanı yalnız İddiaçı MMCə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan obyektində inventarizasiya keçirmiş, buradakı malları aktlaşdırmışdır. Belə ki, iltizamda göstərildiyi kimi əmlakın xammalının bir hissəsinin “xxxx” MMC-ə məxsus obyektdə müvəqqəti saxlanıldığı qeyd olunsa da, sözügedənmallarüzrəobyektdəinventarizasiyaaktıtərtibedilməmişdir. Bundan əlavə, yoxlayıcı “xxxx” MMC obyektində müvəqqəti saxlancda olan malların hətta saxlanc müqaviləsinin təqdim edildiyini də, saxlanc müqaviləsi ilə obyektdə saxlanılan malların mövcudluğunu yoxladığını və orada nə qədər malın mövcud olduğunu məhkəmə iclasında bildirmişdir. Həmçinin, ##.##.2024-cü il tarixli iltizamda da qeyd etmişdir ki, İddiaçı MMC-nin digər obyektində təmir işləri ilə əlaqədar xammalın bir hissəsi, yəni arpa, un və buğda “xxxx” MMC-yə məxsus obyektdə müvəqqəti saxlamamadır. Lakin, həmin obyektdə mövcud mallar barədə akt tərtib etməmişdir. Bu isə inventarizasiya aktının və onun nəticəsinin mötəbər sübut kimi götürülməsinə mane törədən və əsassız olduğunu sübut edən hal kimi qiymətləndirilməlidir. Mübahisələndirilən qərarın qəbul olunmasına əsas verən səyyar vergi yoxlaması aktına əsasən müəssisənin qeyd edilən obyektində iltizamda qeyd edilən 1.435.766,26 manat məbləğində deyil, 1.142.742,31 manat məbləğində mal-materialın olduğu qeyd edilmişdir, bu da 293.023,95 manat məbləğində malların əksik olduğu deməkdir. Lakin, səyyar vergi yoxlaması aktında əksik gələn xammalların miqdarları üzrə həmin xammalların mənbəyi məlum olmayan qaimə-faktura əsasında 1 vahidinin alış qiymətləri təyin edərək hesablamalar apararaq 293.023,95 manatlıq deyil, 386.960,75 manatlıq əksikgəlmə müəyyən edərək əlavə hesablama aparmışdır. Halbuki, inventarizasiya da vergi orqanı tərəfindən keçirilmişdir, vergi orqanın tərtib etdiyi əmlakın və digər qiymətlilərin inventarizasiya siyahısında malların alış qiymətləri başqa qeyd edilmişdir. Yəni, vergi orqanının hesablamaları bir-birinə ziddiyyət təşkil edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı vergi ödəyicisi 1 kq makaron istehsalına sərf etdiyi xammalı göstərmiş, vergi orqanı tərəfindən həmin xərcin çox göstərildiyi müəyyən edilmişdir. Tərəflərindən iddiaçının göstərdiyi xammal miqdarı azaldılsa da, xammala görə mənfəət vergisi hesablanmamış, yalnız iddiaçının bəyan etdiyi xərcin məbləği azaldılmışdır. Xərc azaldılarkən istehsal edilən məhsula sərf olunan xammalın dəyəri də azaldılmışdır. Iddiaçının təqdim etdiyi kalkulyasiya sənədləri əsasında müəyyən edilmişdir ki, qeyd edilən miqdardan daha az miqdarda xammaldan istifadə edilmişdir. Ticari məhsulla bağlı isə iddiaçının satdığı məhsula uyğun ümumi olaraq maya dəyəri xərci tərəflərindən müəyyən edilmiş, vergi ödəyicisinin gəliri bir hissədə artırılmışdır. ƏDV ilə bağlı ilk məsələ odur ki, nağd ödəniş edildiyi halda, məbləğ əvəzləşməyə daxil edilmişdir. Digər məsələ isə ödəmənin noyabr ayında, əvəzləşmənin isə oktyabr ayında olması ilə bağlıdır. Nağd qaydada ödənilən məbləğin əvəzləşməsini qəbul etməyərək, həmin hissədə tərəflərindən həm ƏDV, həm də maliyyə sanksiyası hesablanmışdır.Əvəzləşmənin müəyyən edilmiş tarixdən əvvəlki tarix üzrə edildiyi hallarda yalnız maliyyə sanksiyası hesablanılmışdır. Cavabdehin nümayəndəsişikayətintəminedilməsinixahişetmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsinixahişetmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə6.Dövlətvergiləri 6.1.Dövlətvergilərinəaşağıdakılaraiddir: 6.1.1.fizikişəxsləringəlirvergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); ... Maddə13.BuMəcəllədəistifadəedilənəsasanlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa,həminqanunvericiliksahələrindəqəbuledilmişmənadatətbiqedilir. 13.2.BuMəcəlləninməqsədləriüçünaşağıdakıanlayışlaristifadəolunur: ... 13.2.19.Xalismənfəət-mənfəətvergisiçıxıldıqdansonraqalanmənfəət. ... 13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq; ... Maddə24. Vergiorqanlarınınvəzifələri 24.1.Vergiorqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə;vergiqanunvericiliyinətamvədəqiqriayətetməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə38.Səyyarvergiyoxlaması 38.1.Səyyarvergiyoxlamasıvergiorqanınınqərarınaəsasənhəyatakeçirilir. Səyyarvergiyoxlamasınövbətivənövbədənkənarolabilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergiyoxlamasınınbaşlanmasındanazı15günəvvəlyazılıbildirişgöndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergiödəyicisininvəvergiorqanlarınınhüquqvəvəzifələrigöstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzindəbir dəfədən çox olmayaraq keçirilir.Səyyar vergi yoxlaması30iş günündənartıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsimüddəti90iş gününəqədərartırılabilər. 38.4.Səyyarvergiyoxlamasıişgünüvəvergiödəyicisininişvaxtıərzindəkeçirilir. 38.5. Inventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallardavergiorqanınınəsaslandırılmışqərarıiləaparılır: 38.5.1. vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabatsənədlərininaparılmamasıaşkaredildikdə; 38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğunolaraqaparılmadıqda; 38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarıaşkaredildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyüyoxlanıldıqda. 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icrahakimiyyətiorqanıtərəfindənmüəyyənedilir. Maddə53.Vergiqanunvericiliyininpozulmasınagörəməsuliyyətinümumiəsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərholunur. Maddə67.Vergitutmaobyektininayrı-ayrıhallardamüəyyənedilməsiqaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habeləsəyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda,mühasibatuçotuvə hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardanistifadəetməkləhesablamaqhüququvardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmişvergibəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlakbarədərəsmiməlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin,xidmətlərin)fizikihəcmibarədərəsmiməlumatlar; 67.1.6.vergiödəyicisininidxal-ixracəməliyyatlarıbarədərəsmiməlumatlar; 67.1.7. vergi ödəyicisinin bankvə digər ödənişhesablarındakı vəsaitlər, o cümlədən bankvə digər ödənişhesablarındakıvəsaitlərinhərəkətibarədəalınanrəsmiməlumatlar; 67.1.8.vergiödəyicisindəaparılmışxronometrajmüşahidələrinnəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (##.##.2024-cü il tarixədək qüvvədə olmuşdur). Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə103.Vergiödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatlarımənfəət vergisinin ödəyiciləridir. Maddə105.Verginindərəcələri 105.1.Müəssisələrinmənfəətindən20faizdərəcəsiiləvergitutulur. ... Maddə108.Gəlirinəldəedilməsiiləbağlıxərclər 108.1.Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə109.Gəlirdənçıxılmayanxərclər 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.3. Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. ... 109.5.Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fizikişəxsin fərdiistehlaklavəyaəməkhaqqınınalınmasıiləbağlıolanxərclərigəlirdənçıxılmır. ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləritəsdiqedənsənədhesabedilmir. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsivə vergi tutulan idxal vergitutma obyektidir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə -alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğunolaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektronqaimə-fakturaüzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektronqaimə-fakturaüzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündənbir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozithesabınaödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrininmüddəalarıtətbiqolunur.
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə12.Işinhallarınınaraşdırılmasıprinsipi
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyətkəsbedənbütünfaktikihallarıxidmətivəzifəsinəgörəaraşdırmağaborcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlartələbedəbilər. Maddə14.Sübutetməvəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsinizəruriedənfaktikişərtlərinmövcudluğunusübutetməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə81.Apellyasiyaşikayətiverməkhüququ 81.1.Inzibatiməhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyasıinzibatikollegiyaları (bundan sonra apellyasiyainstansiyasıməhkəmələri)tərəfindənbaxılır Maddə85. Şikayətinverilməsinədairtələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibatiməhkəmə vasitəsiləverilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən)yeniqərarqəbuledəbilər. Maddə87.8.Apellyasiyainstansiyasıməhkəməsiqərarınıəsaslandırmağaborcludur. Maddə89.Apellyasiyainstansiyasıməhkəməsininqərarınınqanuniqüvvəyəminməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyəminir. Maddə90. Kassasiyaşikayətiverməkhüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali MəhkəməninInzibatikollegiyasına (bundansonra–AliMəhkəməyə)şikayətveriləbilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
16. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiyamümkünhesabedilmişdir.
17. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - cavabdeh vergi orqanının ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 79.063,57 manat mənfəət vergisi və həmin məbləğin 50 faizi olan 39.531,79 manat maliyyə sanksiyası, 21.348,28 manat ƏDV, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV üzrə 2021-ci il üçün 4.448,55 manat, 2022ci il üçün 2.753,37 manat, 2023-cü il üçün 13.383,66 manat maliyyə sanksiyası, habelə, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 15.032,13 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməli,qərarqalanhissədədəyişdirilmədənsaxlanılmalıdır. 19.Yaranmışmübahisəiləbağlıkollegiyaaşağıdakılarıqeydedir:
20. Işdən görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 2020-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövrlər üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş, yoxlama nəticəsində ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbuledilmişdir. 21.Həminqərarlaiddiaçıbarəsində: - 2020-2022-ci illər üzrə 247.566 manat mənfəət vergisi və həmin məbləğin 50 faizi həcmində(VM-nin 58.1-cimaddəsinəəsasən)123.783 manat maliyyə sanksiyası; - 2021-ci və 2022-ci illər üzrə VM-nin 58.1-ci maddəsinə əsasən müvafiq olaraq 4.448,55 manat və 2.753,37 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 84.734,08 manat əlavə dəyər vergisi, həminməbləğin50faizihəcmində45.076,57 manatmaliyyəsanksiyası; - VM-nin 58.6-cı maddəsinə əsasən 15.032,13 manat maliyyə sanksiyası hesablanmışdır.
22. Mənfəət vergisinə münasibətdə:
23. Səyyar vergi yoxlaması aktından və vergi orqanının mübahisələndirilən qərarından görünür ki, cavabdeh iddiaçı vergi ödəyicisinin 2020-ci il üzrə bəyan etdiyi 1.990.324,52 manat dövriyyənin 83.885,61 manat hissəsini elektron qaimə-fakturalarla təsdiq olunmadığı üçün qəbul etməmiş və gəliri 1.906.438,91 manat məbləğində müəyyən etmişdir. Eyni zamanda, vergi ödəyicisinin bəyan etdiyi 1.985.802,76 manat xərclərin böyük hissəsi Vergi Məcəlləsinin 108-ci, 109-cu və 136-cı maddələrinin tələblərinə uyğun olaraq təqdim edilmiş sənədlər, kalkulyasiya məlumatları və elektron qaimə-fakturalar əsasında təsdiqini tapmadığından, maya dəyəri və sənədlərlə təsdiqlənmiş digər xərclər nəzərə alınmaqla cəmi xərclər 1.458.954,50 manat məbləğində qəbul edilmişdir. Nəticədə, cavabdeh tərəfindən vergitutma məqsədləri üçün mənfəət 4.491,76 manat deyil, 447.484,41 manat məbləğində müəyyən edilmişdir.
24. Analoji yanaşma 2021-ci il üzrə də tətbiq edilmiş, cavabdeh iddiaçının bəyan etdiyi 2.797.308,77 manat dövriyyənin 25.970,56 manat hissəsini təsdiqedici sənədlərlə təsdiqlənmədiyinə görə qəbul etməmiş, ticarət qaydasında düyü məhsulunun maya dəyərindən ucuza satılması halı olduğundan həmin məbləğ maya dəyərində gəlirlərə bərpa edilmişdir. Bəyan edilmiş xərclərin bir hissəsini Vergi Məcəlləsinin tələblərinə uyğun hesab etməyərək ümumi gəliri 2.771.338,21 manat, xərcləri isə 2.298.738,09 manat məbləğində müəyyənetmişdir.
25. Eyni qaydada, 2022-ci il üzrə də vergi ödəyicisinin gəlir və xərcləri elektron qaiməfakturalar, kalkulyasiya məlumatları və digər uçot sənədləri əsasında yenidən hesablanmış, maya dəyərindən aşağı satılmış mallara görə 4.107,54 manat məbləğ gəlirə əlavə edilmiş, nəticədə bəyan edilmiş 2.571.851,81 manat xərc əvəzinə 2.198.977,02 manat xərc qəbul edilmiş və vergitutma məqsədləri üçün mənfəət 401.439,89 manat məbləğində müəyyən olunmuşdur. 26.Yoxlamaaktındanmüəyyənedilirki,iddiaçınınfəaliyyətiikiistiqamətdəolmuşdur: 1) istehsalfəaliyyəti(makaron,əriştəvəs.istehsalı); 2) ticarətfəaliyyəti(lobya,düyü,noxudvəs.hazırməhsullarınalınıb-satılması). Istehsal fəaliyyəti ilə bağlı:
27. Cavabdeh vergi orqanının istehsal fəaliyyəti üzrə əsas mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən mənfəət vergisi bəyannamələrində göstərilmiş xammal və material xərcləri faktiki istehsal həcmi ilə uyğunluq təşkil etməmiş, istehsal edilən məhsulların həcminə münasibətdə xammal sərfi artıq göstərilmişdir. Cavabdeh bu nəticəyə iddiaçının yoxlamaya təqdim etdiyi kalkulyasiya məlumatlarını, elektron qaimə-fakturaları və uçot-baza məlumatlarınıqarşılaşdırmaqlagəldiyinibildirmişdir.
28. Kollegiya qeyd edir ki, mənfəət vergisi üzrə vergi bazasının müəyyən edilməsində istehsalfəaliyyətiiləbağlıxərclərinqiymətləndirilməsixüsusiəhəmiyyətdaşıyır.
29. Vergi Məcəlləsinin 108-ci maddəsinin məzmununa görə gəlirin əldə edilməsi ilə bağlı olan və qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş xərclər gəlirdən çıxılmalıdır. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi üçün isə xərcin nəzərə alınması Vergi Məcəlləsinin 136-cı maddəsində göstərilən şərtlərlə, yəni vergi ödəyicisinin maliyyə öhdəliyini qəbul etməsi, həmin öhdəliyin məbləğinin dəqiq qiymətləndirilməsi və əqd üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Buna görə də vergi orqanı istehsal xərclərini azaltmaq istədikdə, yalnız xərclərin “çox göstərilməsi” barədə ümumi mülahizə ilə kifayətlənməməli, konkret hansı xammal və material üzrə, hansı miqdarda, hansı sənəd və metod əsasında xərcin artıq hesab edildiyinigöstərməlidir.
30. Başqa sözlə, istehsal fəaliyyəti üzrə xammal xərclərinin azaldılması üçün vergi orqanı üç məsələni aydın və yoxlanıla bilən şəkildə əsaslandırmalıdır: birincisi, vergi ödəyicisinin istehsal etdiyi məhsulların həcmi; ikincisi, həmin məhsulların istehsalı üçün texnoloji baxımdan tələb olunan xammal sərfi; üçüncüsü isə vergi ödəyicisinin bəyan etdiyi xammal xərci ilə vergi orqanının qəbul etdiyi xammal xərci arasındakı fərqin hansı konkret hesablamaya əsaslandığı. Bu məsələlər xüsusi bilik tələb edən iqtisadi və texnoloji qiymətləndirmə xarakteri daşıdığından, həmin nəticələr yalnız ümumi ehtimallara və ya vergi orqanınındaxilimülahizəsinəəsaslanabilməz.
31. Hazırkı işdə cavabdehin nümayəndəsi məhkəmə iclasında da bildirmişdir ki, iddiaçı tərəfindən istehsal olunan makaron, əriştə, vermişel və digər məhsulların istehsalı üçün faktiki olaraq bəyannamədə göstərildiyindən daha az miqdarda xammal tələb olunur. Lakin bu mövqenin hansı texnoloji norma, istehsal standartı, mütəxəssis rəyi və ya konkret müqayisəli hesablamaəsasındaformalaşdığıişmateriallarındangörünmür.
32. Belə ki, səyyar vergi yoxlaması aktından müəyyən edilir ki, vergi orqanı tərəfindən iş üzrə mütəxəssis və ekspert dəvət edilsə də, yekunda müvafiq rəy verilməsi mümkün olmamışdır.
33. Vergi orqanı bu hissədə hesablamaları öz mülahizəsi əsasında apararaq iddiaçının təqdim etdiyi kalkulyasiya məlumatlarının iqtisadi baxımdan qeyri-real, texnoloji baxımdan mümkünsüz və ya sənədlərlə ziddiyyətli olduğunu təsdiq edən ayrıca sübut təqdim etməmişdir.
34. Məhz qeyd olunan məsələlərin xüsusi bilik tələb etməsi nəzərə alınaraq, apellyasiya icraatında iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçı vergi ödəyicisinin istehsal və ticarət fəaliyyəti üzrə real gəlir və xərclərinin, o cümlədən istehsal edilmiş məhsullara sərf olunmuş xammalın miqdarı və dəyərinin müəyyən edilməsi ilə bağlı suallarqoyulmuşdur.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilənlərdən görünür ki, ekspert qarşısında qoyulmuş suallar tam cavablandırılmayaraq dolğun və ətraflı rəy verilməmiş, iddiaçı vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamə məlumatları köçürülərəkrəyverilmişdir.
36. Qeyd edilən səbəbdən, kollegiya tərəfindən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin ekspertiza tədqiqatı çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, */**** nömrəli ekspert rəyində 2020–2022-ci illər üzrə iddiaçı tərəfindən istehsal edilərək satılmış məhsulların hər bir çeşidi üzrə miqdarı, ümumi çəkisi və satış dəyəri, habelə həmin məhsulların istehsalına sərf edilmiş xammalın hər bir növü üzrə miqdarı, ümumi çəkisi və dəyəri ayrıca göstərilmiş, bu göstəricilər iş materiallarında mövcud olan kalkulyasiya məlumatları və miqdar uçotu sənədləriəsasındasistemləşdirilərəkcədvəlformasındatəqdimedilmişdir. 37.Beləki,rəydəngörünürki: - 2020-ci il ərzində iddiaçının istehsal etdiyi məhsullar (593.750 kq makaron (1 kq 0,81 manat), 638.660 kq qovurulmuş əriştə və ya makaron (1 kq 0,89 manat), 70.000 kq buğda yarması (1 kq 0,68 manat), 177.380 kq arpa yarması (1 kq 0,61 manat), 13.000 kq xırda arpa yarması(1kq0,72manat))üzrəsatışı1.209.603,30 manatolmuşdur; - 2020-ci il ərzində iddiaçı tərəfindən istehsal edilərək satılan həmin məhsullara iddiaçı tərəfindən təqdim edilən kalkulyasiya məlumatlarına əsasən 1.163.080,10 manat xammal (285 ton çovdar unu, 1.956,80 manat arpa, 47,95 ton buğda, 1.163,90 ton buğda unu, 43.696 ədəd paket və kisə, 5.680 kq kağız kisə, 7.530 ədəd polipropilen kisə, 1 ton palietilen paket, 1,37 ton polietilen örtük, 3.109 kq çap klyok, 2.819,12 kq polietilen klyok nizki, 2.210 kq təkviyyəpaket)sərfedilmişdir; - iddiaçının 2020-ci il ərzində istehsal etdiyi məhsulların satışından ümumi gəliri 1.209.603,30 manat, həmin məhsulların istehsalına çəkilən xərci isə 1.163.080,10 manat olmuşdur; - 2021-ci il ərzində iddiaçının istehsal etdiyi məhsullar (makaron, qovurulmuş əriştə və ya makaron, buğda yarması, arpa yarması, xırda arpa yarması) üzrə satışı 1.503.688,60 manatolmuşdur; - 2021-ci il ərzində iddiaçı tərəfindən istehsal edilərək satılan həmin məhsullara iddiaçı tərəfindən təqdim edilən kalkulyasiya məlumatlarına əsasən 1.452.839,23 manat xammal (çovdar unu, arpa, buğda, buğda unu, əla növ un, paket və kisə, polipropilen kisə, çap klyok, polietilenklyoknizki,təviyyəpaket,3baskılıtəkviyyəpaket)sərfedilmişdir; - iddiaçının 2021-ci il ərzində istehsal etdiyi məhsulların satışından ümumi gəliri 1.503.688,60 manat, həmin məhsulların istehsalına çəkilən xərci isə 1.452.839,23 manat olmuşdur; - 2022-ci il ərzində iddiaçının istehsal etdiyi məhsullar (makaron, qovurulmuş əriştə və yavermeşil,buğdayarması,arpayarması)üzrəsatışı859.189,25 manatolmuşdur; - 2022-ci il ərzində iddiaçı tərəfindən istehsal edilərək satılan həmin məhsullara iddiaçı tərəfindən təqdim edilən kalkulyasiya məlumatlarına əsasən 826.143,51 manat xammal (çovdar unu, arpa, buğda, buğda unu, əla növ un, paket və kisə, polipropilen kisə, təviyyə paket,3baskılıtəkviyyəpaket)sərfedilmişdir; - iddiaçının 2022-ci il ərzində istehsal etdiyi məhsulların satışından ümumi gəliri 859.189,25 manat, həmin məhsulların istehsalına çəkilən xərci isə 826.143,51 manat olmuşdur.
38. Iş materiallarında mövcud olan kalkulyasiya məlumatlarından (3-cü cild, səhifə 99- 100) görünür ki, arpanın 1 kq-nın qiyməti 0,3003 manat, kağız kisə 0,42 manat, polietilen paket 2,54 manat, polietilen örtük 1,85 manat, çap klyok 2,42 manat, polietilen klyok nizki 1,91manat,təviyyəpaket2,29manatolmuşdur.
39. Ekspert rəyindən də görünür ki, iddiaçı tərəfindən istehsal edilərək satılan məhsulların istehsalına çəkilən xammalın miqdarı hesablanarkən hər çeşid üzrə həqiqətən dəkalkulyasiyaməlumatlarındakıqiymətəsasgötürülmüşdür.
40. Qeyd olunan ekspert rəyini tərtib edən ekspert X4 da məhkəmə iclasında iştirak edərək izahatında ekspert rəyindən qeyd olunanları təsdiqləyərək, bildirmişdir ki, iş materiallarında mövcud olan kalkulyasiya məlumatları və miqdar uçotundan hazır məhsula sərf olunan xammal çeşidi və miqdarı görünür. Belə ki, kalkulyasiya məlumatları və miqdar uçotunda bir ton məhsula sərf olunan xammalın miqdarı və çeşidi ümumi şəkildə qeyd edilmiş, tərəfindənhəminməlumatlarümumiləşdirilərəkcədvəlformasındarəyəəlavəedilmişdir.
41. Beləliklə, cavabdeh bir tərəfdən iddiaçının təqdim etdiyi kalkulyasiya məlumatlarını əsas götürdüyünü bildirsə də, həmin kalkulyasiya məlumatları əsasında əlavə ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş xammal sərfi göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlinəticəyəgəlmişdir.
42. Belə ki, ekspertin rəyində 2020-ci il üzrə iddiaçı tərəfindən istehsala 1.163.080,10 manatlıq xammal sərf olunduğu göstərilir, lakin, vergi orqanı həmin il üzrə istehsal xərcini 884.684,98 manat məbləğində qəbul etmişdir. Cavabdeh tərəfindən isə bu fərqin konkret hansı hesablamalar və ya ya mütəxəssis rəyləri əsasında müəyyənləşdirildiyi işdən görünmür, bununlabağlıməhkəməyəsübutlartəqdimedilməmişdir.
43. Kollegiya qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən təqdim olunmuş kalkulyasiya məlumatlarının ziddiyyətli və ya iqtisadi baxımdan qeyri-real olmasını təsdiq edən hər hansı istehsal standartı və ya digər mötəbər sübut təqdim etməmişdir. Cavabdehin mövqeyi əsasən istehsal edilən məhsullar üçün faktiki olaraq daha az miqdarda xammal tələb olunması barədə ümumi mülahizəyə əsaslansa da, həmin mülahizəni təsdiqləyən konkret hesablamalar və ya müvafiq sahə üzrə mütəxəssis rəyləri iş materiallarında mövcud deyildir. Əksinə, əlavə ekspertiza zamanı məhsulların istehsalına sərf olunan xammalın miqdarı və dəyəribirbaşaiddiaçınıntəqdimetdiyikalkulyasiyasənədləriəsasındahesablanmışdır.
44. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh tərəfindən istehsal fəaliyyəti üzrə xərclərin süni şəkildə şişirdilməsi və mənfəətin azaldılması barədə irəli sürülən nəticə sübut olunmadığındanəsaslıhesabediləbilməz. 45.Buhissədəkollegiyaekspertrəyindəqeydolunanlarıəsaslıhesabedir. Ticarət fəaliyyəti ilə bağlı:
46. Ticarət fəaliyyəti üzrə mübahisəli məsələ iddiaçının istehsaldan kənar topdansatış qaydasında təqdim etdiyi mallar üzrə gəlirdən çıxılan xərclərin, yəni satılmış malların maya dəyərinin düzgün müəyyən edilib-edilməməsi ilə bağlıdır. Cavabdeh vergi orqanının mövqeyinə görə iddiaçının ticarət fəaliyyəti üzrə əldə etdiyi gəlir və həmin malların maya dəyəri elektron qaimə-fakturalar əsasında müəyyən edilmiş, satılmış malların miqdarı onların alış sənədləri ilə üzləşdirilmişdir. Vergi orqanı hesab etmişdir ki, ticarət malları üzrə maya dəyəri yalnız sənədlərlə təsdiq olunan və məhz satılmış mallara aid edilə bilən alış göstəriciləri əsasında müəyyən edilməlidir. Bundan əlavə, 2021 və 2022-ci illərdə bəzi malların maya dəyərindən aşağı qiymətlə satıldığı müəyyən olunduğundan həmin fərqlər müvafiq olaraq 3.316,74manatvə4.107,54manatməbləğindəgəlirəbərpaedilmişdir.
47. Kollegiya qeyd edir ki, mənfəət vergisinin hesablanması məqsədilə ticarət fəaliyyəti üzrə gəlirdən çıxılan xərc kimi yalnız həmin hesabat dövründə satılmış malların alış dəyəri nəzərə alına bilər. Vergi Məcəlləsinin 108-ci maddəsinin məzmununa görə gəlirin əldə edilməsi ilə bağlı olan və qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş xərclər gəlirdən çıxılır. Hesablama metodu ilə uçot aparıldığı halda isə gəlir və xərc müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və xərcin çəkilməsi barədə öhdəliyin yarandığı dövrdə nəzərə alınır. Buna görə də ticarət malları üzrə maya dəyəri müəyyən edilərkən il ərzində alınmış bütün malların dəyəri deyil, həmin il ərzində faktiki satılmış malların alış sənədləri ilə təsdiq olunanmayadəyəriəsasgötürülməlidir.
48. Bu yanaşma ticarət fəaliyyətinin iqtisadi mahiyyətindən də irəli gəlir. Satılmamış və hesabat dövrünün sonuna qalıqda qalmış malların alış dəyəri həmin hesabat ili üzrə gəlirin əldə edilməsi ilə birbaşa bağlı xərc kimi qəbul edilə bilməz. Əks halda, vergi ödəyicisinin həmin ildə əldə etdiyi gəlirlə həmin gəlirin əldə edilməsinə sərf olunmuş xərc arasında uyğunluq pozularvəmənfəətvergisininvergitutmabazasıdüzgünmüəyyənedilməz.
49. Iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası qarşısında iddiaçının 2020–2022ci illər ərzində istehsaldan kənar topdansatış qaydasında satdığı məhsulların satış məbləğləri və məhz həmin məhsulların alışına dair elektron qaimə-fakturalar əsasında maya dəyərinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. Ekspertiza tədqiqatı çərçivəsində bu istiqamətdə araşdırma aparılsa da, rəyin həmin hissəsində satılmış malların maya dəyərinin müəyyənedilməsindəmetodolojivəriyaziuyğunsuzluqlarayolverilmişdir.
50. Belə ki, ekspert rəyinin 6-cı səhifəsindəki 1-ci cədvəldən görünür ki, 2020-ci il ərzində iddiaçı tərəfindən istehsaldan kənar topdansatış qaydasında 108.429,99 kq mannı yarması, 91.918,68 kq bulqur, 98.079,35 kq uzun düyü, 48.261,63 kq lobya, 43.000 kq mərci, 38.925 kq noxud və 79.000 kq qarabaşaq satılmışdır. Həmin cədvəldə bu mallar üzrə satış məbləği 780.869,96manatkimimüəyyənedilir.
51. Lakin rəyin 6–7-ci səhifəsində 2020-ci il üzrə həmin məhsullardan əldə edilmiş gəlir 780.721,19 manat kimi göstərilmişdir. Bu, rəyin öz daxilində satış göstəricilərinin hesablanması baxımından uyğunsuzluq olduğunu göstərir. Bununla yanaşı, ticarət fəaliyyəti üzrə əsas mübahisə satış məbləğindən daha çox, satılmış malların maya dəyərinin düzgün müəyyənedilib-edilməməsiiləbağlıdır.
52. Ekspert qarşısında qoyulmuş sual 2020-ci il ərzində istehsaldan kənar topdansatış qaydasında satılmış məhsulların alışına dair elektron qaimə-fakturalar əsasında məhz həmin məhsulların maya dəyərinin müəyyən edilməsindən ibarət olmuşdur. Lakin rəyin 6-cı səhifəsindəki 2-ci cədvəldən görünür ki, həmin hesablamada bəzi məhsullar üzrə satılmış miqdar deyil, il ərzində alınmış ümumi miqdar əsas götürülmüş, eləcə də satış cədvəlində yer almayanməhsullarmayadəyərihesablamasınadaxiledilmişdir.
53. Məsələn, 2020-ci il üzrə satış cədvəlində iddiaçı tərəfindən 108.429,99 kq mannı yarması satıldığı göstərildiyi halda, maya dəyəri cədvəlində həmin məhsul üzrə hesablama 133.573,61 kq miqdar əsasında aparılmışdır. Eyni xarakterli uyğunsuzluq bulqur, mərci, noxud və qarabaşaq məhsulları üzrə də mövcuddur. Digər tərəfdən, uzun düyü və lobya məhsulları üzrə maya dəyəri satış miqdarından az miqdar əsas götürülməklə hesablanmış, habelə satış cədvəlində yer almayan düyü, Vyetnam düyüsü, yumru düyü və qırmızı lobya barədəməlumatlardamayadəyərihesablamasınadaxiledilmişdir.
54. Bu səbəbdən kollegiya hesab edir ki, ekspert rəyinin 2020-ci il üzrə satılmış ticarət mallarının maya dəyərinə dair hissəsi olduğu kimi mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin hissədə satış göstəriciləri ilə maya dəyərinin hesablanması arasında uyğunluq təmin olunmamış, rəyin ilkin məlumat bazası ilə yekun nəticələri arasında ziddiyyət yaranmışdır.
55. Kollegiya həmin uyğunsuzluğu aradan qaldırmaq məqsədilə satılmış malların hər bir çeşid üzrə faktiki satış miqdarını həmin çeşidin elektron qaimə-fakturalar əsasında müəyyən edilən1kqalışdəyərinəvurmaqlaaşağıdakıhesablamanıaparır: mannıyarması:108.429,99kq×0,66manat=71.563,79manat; bulqur:91.918,68kq×1,02manat=93.757,05manat; uzundüyü:98.079,35kq×1,04manat=102.002,52manat; lobya:48.261,63kq×2,14manat=103.279,89manat; mərci:43.000kq×1,34manat=57.620manat; noxud:38.925kq×0,98manat=38.146,50manat; qarabaşaq:79.000kq×1,30manat=102.700manat.
56. Beləliklə, 2020-ci il üzrə satılmış ticarət mallarının elektron qaimə-fakturalar əsasında təsdiq olunan maya dəyəri 569.069,75 manat təşkil edir. Ekspert rəyində isə həmin göstərici 750.070,68 manat kimi müəyyən edilmişdir. Buna görə də 2020-ci il üzrə 181.000,93 manatxərcsatılmışmallarınmayadəyərikimitəsdiqinitapmır.
57. Eyni metodoloji səhv 2021-ci il üzrə də müşahidə olunur. Ekspert rəyinin 8-ci səhifəsindəki 1-ci cədvəldən görünür ki, 2021-ci il ərzində iddiaçı tərəfindən istehsaldan kənar topdansatış qaydasında 61.300 kq mannı yarması, 125.500 kq bulqur, 339.500 kq düyü, 65.300 kq lobya, 74.760 kq mərci, 56.000 kq noxud, 29.000 kq makaron və 144.500 kq qarabaşaq satılmışdır. Həmin məhsullar üzrə satış məbləği 1.264.114,40 manat olduğu halda, rəyin8–9-cusəhifəsindəhəmingəlir1.264.333,06manatkimigöstərilmişdir.
58. Bundan başqa, 2021-ci il üzrə 125.500 kq bulqur satıldığı halda, maya dəyəri cədvəlində bu məhsul üzrə hesablama 135.300 kq miqdar əsasında aparılmışdır. Eyni xarakterli uyğunsuzluğa düyü, lobya və mərci məhsulları üzrə də yol verilmişdir. Mannı yarması üzrə isə əksinə, satış miqdarı 61.300 kq olduğu halda, maya dəyəri 58.830 kq miqdar əsasında hesablanmışdır. Bu hallar ekspert rəyinin 2021-ci il üzrə satılmış malların maya dəyərinidüzgünəksetdirmədiyinigöstərir.
59. Kollegiya 2021-ci il üzrə satılmış malların maya dəyərini eyni qaydada, yəni satılmış mallarınfaktikimiqdarınıonların1kqalışdəyərinəvurmaqlaaşağıdakıkimimüəyyənedir: mannıyarması:61.300kq×0,66manat=40.458manat; bulqur:125.500kq×1,03manat=129.265manat; düyü:339.500kq×0,93manat=315.735manat; lobya:65.300kq×2,07manat=135.171manat; mərci:74.760kq×1,65manat=123.354manat; noxud:56.000kq×1,10manat=61.600manat; makaron:29.000kq×0,79manat=22.910manat; qarabaşaq:144.500kq×1,72manat=248.540manat.
60. Beləliklə, 2021-ci il üzrə satılmış ticarət mallarının elektron qaimə-fakturalar əsasında təsdiq olunan maya dəyəri 1.077.033 manat təşkil edir. Ekspert rəyində isə həmin göstərici 1.220.455,57 manat kimi müəyyən edilmişdir. Buna görə də 2021-ci il üzrə 143.422,57manatxərcsatılmışmallarınmayadəyərikimitəsdiqinitapmır.
61. 2022-ci il üzrə də eyni xarakterli uyğunsuzluq mövcuddur. Ekspert rəyinin 10-cu səhifəsindəki cədvəldən görünür ki, 2022-ci il ərzində iddiaçı tərəfindən istehsaldan kənar topdansatış qaydasında 160.600 kq mannı yarması, 222.200 kq bulqur, 300.000 kq düyü, 73.500 kq lobya, 62.600 kq mərci, 40.300 kq noxud, 251.500 kq makaron və 223.400 kq qarabaşaq satılmışdır. Həmin məhsullar üzrə satış məbləği 1.734.724,40 manat olduğu halda, rəyin11-cisəhifəsindəhəmingəlir1.737.120,15manatkimigöstərilmişdir.
62. Bundan başqa, 2022-ci il üzrə 160.600 kq mannı yarması satıldığı halda, maya dəyəri cədvəlində bu məhsul üzrə hesablama 166.000 kq miqdar əsasında aparılmışdır. Eyni qaydada bulqur, düyü, lobya, mərci və qarabaşaq məhsulları üzrə də satılmış miqdardan artıq miqdar əsas götürülmüşdür. Digər tərəfdən, noxud və makaron məhsulları üzrə maya dəyəri satış miqdarından az miqdar əsasında hesablanmışdır. Bu səbəbdən rəyin həmin hissəsi də satılmışmallarınrealmayadəyərinidüzgünəksetdirmir.
63. Kollegiya 2022-ci il üzrə satılmış malların maya dəyərini aşağıdakı kimi müəyyən edir: mannıyarması:160.600kq×0,87manat=139.722manat; bulqur:222.200kq×1,10manat=244.420manat; düyü:300.000kq×1,11manat=333.000manat; lobya:73.500kq×2,07manat=152.145manat; mərci:62.600kq×1,70manat=106.420manat; noxud:40.300kq×0,95manat=38.285manat; qarabaşaq:223.400kq×1,58manat=352.972manat.
64. Cədvəldə makaronun alış qiyməti 1 ədədi 17,46 manat olmaqla, 18.240 ədəd göstərilmişdir.
65. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilən makaronun alış qaimələrindən görünürki,həminmakaronməhsulunun1ədədi20kqməhsuldanibarətdir.
66. Belə olan halda, kollegiya ekspert rəyində göstərilən qiymət əsasında (17,46 manat)həminmakaronməhsulunun1kqüzrəqiymətinin0,87manattəşkiledir.
67. Nəticədə, 364.800 kq (18.240 ədəd x 20 kq) alınmış makaron məhsulunun ümumialışqiyməti317.376,00manatmüəyyənedilir.
68. Beləliklə, 2022-ci il üzrə satılmış ticarət mallarının elektron qaimə-fakturalar əsasında təsdiq olunan maya dəyəri 1.684.340,00 manat təşkil edir. Ekspert rəyində isə həmin göstərici 1.755.234,33 manat kimi müəyyən edilmişdir. Buna görə də 2022-ci il üzrə 70.894,33manatxərcsatılmışmallarınmayadəyərikimitəsdiqinitapmır.
69. Yuxarıda aparılmış hesablamalar göstərir ki, 2020-ci il üzrə 181.000,93 manat, 2021-ci il üzrə 143.422,57 manat, 2022-ci il üzrə isə 70.894,33 manat olmaqla, ümumilikdə 395.317,83 manat xərc ticarət fəaliyyəti üzrə satılmış malların maya dəyəri kimi təsdiq olunmur.
70. Kollegiya xüsusi olaraq qeyd edir ki, burada iddiaçının bütün ticarət fəaliyyəti üzrə ümumi gəliri və ya bütün mənfəət vergisi öhdəliyi yenidən müəyyən edilmir. Məhkəmə araşdırmasının bu hissəsində yalnız ekspert rəyində satılmış malların maya dəyərinin artıq göstərilməsi nəticəsində gəlirdən çıxılmış, lakin təsdiqini tapmamış xərc məbləği müəyyən edilir. Həmin məbləğ gəlirdən çıxılan xərclərdən azaldılmalı olduğundan, iddiaçının əlavə vergiyəcəlbolunanmənfəətidəhəminməbləğqədərartır.
71. Buna görə də ticarət fəaliyyəti üzrə əlavə vergiyə cəlb olunan mənfəət 395.317,83 manat təşkil edir. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulduğundan, həmin məbləğ üzrə hesablanmalı mənfəətvergisi79.063,57manatdır: 395.317,83 manat x 20% = 79.063,57 manat.
72. Beləliklə, vergi orqanının mənfəət vergisi üzrə hesablamaları ticarət fəaliyyəti hissəsində tam həcmdə deyil, yalnız 395.317,83 manat təsdiqini tapmayan xərc, buna uyğun olaraq 79.063,57 manat mənfəət vergisi və həmin məbləğin 50 faizi olan 39.531,79 manat maliyyəsanksiyasıhissəsindəəsaslıhesabedilməlidir. VM-nin 58.6-cı maddəsinə əsasən hesablanmış 15.032,13 manat maliyyə sanksiyasına münasibətdə:
73. Bununla bağlı səyyar vergi yoxlaması aktının 15-ci səhifəsində qeyd edilmişdir ki, 2021-ci ilin oktyabr ayında ##.##.2021-ci il tarixli EBBL seriyalı, ****** nömrəli e-qaiməyə ödənilən və əvəzləşdirilən 450 manat ƏDV məbləği malların ƏDV-siz dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənilmədiyi üçün əvəzləşdirilən ƏDV məbləği azaldılmışdır. Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən 2021-ci ilin oktyabr ayında ##.##.2021-ci il tarixli EBBK seriyalı ****** nömrəli e-qaiməyə ödənilən və əvəzləşdirilən 1417.08 manat ƏDV məbləği malların əsas dəyərinin 2021-ci ilin noyabr ayında ödənildiyi üçün həmin ayda, 2022-ci ilin mart ayında ##.##.2022-ci il tarixli EBBQ seriyalı ****** nömrəli e-qaiməyə ödənilən və əvəzləşdirilən 1240.30 manat ƏDV məbləği malların əsas dəyərinin 2022-ci ilin aprel ayında ödənildiyi üçün həmin ayda əvəzləşdirilən ƏDV-yə aid edilmişdir. Bundan əlavə, ##.##.2021-ci il tarixli EBBM seriyalı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDF seriyalı ****** nömrəli e-qaimələrə görə ödənilən 1952.46 manat ƏDV məbləği müvafiq olaraq 2021-ciilinnoyabrvə2023-cüilinmayayındaəvəzləşdirilənƏDV-yəaidedilmişdir.
74. Cavabdeh vergi orqanının mövqeyinə görə iddiaçı tərəfindən bir sıra elektron qaimə-fakturalar üzrə ƏDV məbləğləri həmin dövrlərdə əvəzləşdirilsə də, malların ƏDV-siz dəyərinin tam və ya qismən ödənildiyi tarixdən sonra həmin ödənişlərə mütənasib ƏDV məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ƏDV depozit hesabına ödənilməmişdir. Bu səbəbdən həmin əməliyyatlar üzrə əvəzləşdirilmiş ƏDV məbləğləri müvafiq dövrlər üzrə azaldılmış, ödəniş şərtlərinin yerinə yetirildiyi dövrlərə keçirilmiş və vaxtında ödənilməmiş ƏDV məbləğlərinin 50 faizi həcmində Vergi Məcəlləsinin 58.6-cı maddəsinəəsasənmaliyyəsanksiyasıhesablanmışdır.
75. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1, 175.1.1 və 175.1.3-cü maddələri ƏDV ödəyiciləri üçün ƏDV-nin əvəzləşdirilməsi hüququnun yaranması və həyata keçirilməsişərtlərinimüəyyənedir.
76. Həmin normaların məzmununa görə ƏDV-nin əvəzləşdirilməsi hüququ yalnız elektron qaimə-fakturanın mövcudluğu ilə yaranmır. Alınmış mallar, işlər və xidmətlər üzrə ƏDV-nin əvəzləşdirilməsi üçün həmin malların, işlərin və xidmətlərin ƏDV-siz dəyəri satıcının bankhesabına,onaaidƏDVməbləğiisəƏDVdepozithesabınaödənilməlidir.
77. Malın, işin və ya xidmətin dəyəri hissə-hissə ödənildikdə hər bir ödəniş ayrıca əməliyyat kimi qiymətləndirilir və həmin ödənişə mütənasib ƏDV məbləği malın dəyərinin ödənildiyi gündən 1 iş günü müddətində ƏDV depozit hesabına ödənilməlidir. Bu qaydaya əməledilmədikdəhəminƏDVməbləğimüvafiqdövrdəəvəzləşdiriləbilməz.
78. Vergi Məcəlləsinin 58.6-cı maddəsi isə əvəzləşdirmə hüququnun yaranmasını deyil, göstərilən ödəniş qaydasının pozulmasına görə maliyyə məsuliyyətini tənzimləyir. Belə ki, elektron qaimə-faktura üzrə malın ƏDV-siz dəyəri tam və ya qismən ödənildiyi halda, həmin ödənişə mütənasib ƏDV məbləği qanunla müəyyən edilmiş 1 iş günü müddətində ƏDV depozit hesabına ödənilmədikdə, vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi həcmində maliyyəsanksiyasıtətbiqedilir.
79. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında olan ƏDV-nin hesablanmasının müqayisəli cədvəlinə dair EXCEL faylının “58.6” adlı iş vərəqindən müəyyən edilir ki, iddiaçı tərəfindən bir sıra elektron qaimə-fakturalar üzrə malların ƏDV-siz dəyəri ödənildiyi halda, həmin ödənişlərə mütənasib ƏDV məbləği qanunla müəyyən edilmiş 1 iş günü müddətində tam ödənilməmişdir. Bu səbəbdən vergi orqanı tərəfindən vaxtında ödənilməmişƏDVməbləğlərinin50faizimiqdarındamaliyyəsanksiyasıhesablanmışdır. 80.Beləki,həminəməliyyatlarüzrəhesablamalaraşağıdakıkimidir:
1. ##.##.2020-ci il tarixli, EBAQ seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 6.567,80 manat, ƏDV məbləği 1.182,20 manat təşkil etmişdir. Malın ƏDV-siz dəyəri ##.##.2020-ci il tarixdə ödənilmiş, ƏDV məbləği isə ##.##.2020-ci il tarixdə ƏDV depozit hesabına ödənilmişdir. Beləliklə, 1.182,20 manat ƏDV məbləği malın dəyərinin ödənildiyi gündən 1 iş günü müddətində ödənilmədiyindən, həminməbləğin50faizi,yəni591,10manatmaliyyəsanksiyasıhesablanmışdır.
2. ##.##.2020-ci il tarixli, EBAR seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 55.570,36 manat, ƏDV məbləği 10.002,66 manat təşkil etmişdir. Malın dəyəri hissə-hissə — ##.##.2020-ci il tarixdə 20.000 manat, ##.##.2020-ci il tarixdə 10.000 manat, ##.##.2020-ci il tarixdə 25.570,36 manat ödənilmişdir. ƏDV məbləği isə ##.##.2020-ci il tarixdə 5.000 manat və ##.##.2020-ci il tarixdə 5.002,66 manat olmaqla ödənilmişdir. Ilk iki ödəniş üzrə, yəni 30.000 manat ƏDV-siz dəyərə mütənasib 5.400 manat ƏDV qanunla müəyyən edilmiş 1 iş günü müddətində ödənilmədiyindən, həmin məbləğin 50 faizi, yəni 2.700 manat maliyyə sanksiyası hesablanmışdır.
3. ##.##.2020-ci il tarixli, EBAR seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” firması olmuş, qaimənin ƏDV-siz dəyəri 26.102 manat, ƏDV məbləği 4.698,36 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2020-ci il tarixdə 6.316,70 manat və ##.##.2020-ci il tarixdə 19.785,30 manat olmaqla ödənilmiş, ƏDV məbləği isə bütöv şəkildə ##.##.2020-ci il tarixdə tam ödənilmişdir. ##.##.2020-ci il tarixdə ödənilmiş 6.316,70 manat dəyərə mütənasib 1.137,01 manat ƏDV həmin ödənişdən sonra 1 iş günü müddətində ödənilmədiyindən, 568,50 manatmaliyyəsanksiyasıhesablanmışdır.
4. ##.##.2020-ci il tarixli, EBAS seriyalı, ***** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 5.169,49 manat, ƏDV məbləği 930,51 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2020-ci il tarixdə ödənilmiş, ƏDV məbləği isə ##.##.2020-ci il tarixdə ödənilmişdir. ƏDV məbləği 1 iş günü müddətində ödənilmədiyindən, 930,51manatın50faiziolan465,26manatmaliyyəsanksiyasıhesablanmışdır.
5. ##.##.2020-ci il tarixli, EBAR seriyalı, ***** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 1.398,31 manat, ƏDV məbləği 251,70 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2020-ci il tarixdə ödənilmiş, ƏDV məbləği isə yalnız ##.##.2020-ci il tarixdə ödənilmişdir. Buna görə 251,70 manat vaxtında ödənilməmiş ƏDV məbləğinin50faizi,yəni125,85manatmaliyyəsanksiyasıhesablanmışdır.
6. ##.##.2020-ci il tarixli, EBAS seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 6.567,80 manat, ƏDV məbləği 1.182,20 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2020-ci il tarixdə, ƏDV məbləği isə ##.##.2020-ci il tarixdə ödənilmişdir. ƏDV məbləği qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyindən, 1.182,20manatın50faiziolan591,10manatmaliyyəsanksiyasıhesablanmışdır.
7. ##.##.2020-ci il tarixli, EBAS seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 12.669,49 manat, ƏDV məbləği 2.280,51 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2020-ci il tarixdə, ƏDV məbləği isə ##.##.2020-ci il tarixdə ödənilmişdir. Vaxtında ödənilməmiş ƏDV məbləği 2.280,51 manat olduğundan, həmin məbləğin50faiziolan1.140,26manatmaliyyəsanksiyasıhesablanmışdır.
8. ##.##.2020-ci il tarixli, EBAS seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 6.567,80 manat, ƏDV məbləği 1.182,20 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2020-ci il tarixdə, ƏDV məbləği isə ##.##.2020-ci il tarixdə ödənilmişdir. Bu səbəbdən 1.182,20 manat vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faiziolan591,10manatmaliyyəsanksiyasıhesablanmışdır.
9. ##.##.2020-ci il tarixli, EBAS seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” firması olmuş, qaimənin ƏDV-siz dəyəri 13.136 manat, ƏDV məbləği 2.364,48 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2020-ci il tarixdə 11.799,63 manat və ##.##.2020-ci il tarixdə 1.336,37 manat olmaqla ödənilmişdir. ƏDV üzrə ##.##.2020-ci il tarixdə 1.800 manat, ##.##.2020-ci il tarixdə isə 548,48 manat ödəniş aparılmışdır. ##.##.2020-ci il tarixli 1.336,37 manatlıq ödənişə mütənasib 240,55 manat ƏDV qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyindən, həmin məbləğin 50 faizi olan 120,27 manat maliyyə sanksiyası hesablanmışdır.
10. ##.##.2020-ci il tarixli, EBAV seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 107,63 manat, ƏDV məbləği 19,37 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2020-ci il tarixdə, ƏDV məbləği isə ##.##.2021-ci il tarixdə ödənilmişdir. Bu səbəbdən 19,37 manat vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi olan 9,69manatmaliyyəsanksiyasıhesablanmışdır.
11. ##.##.2020-ci il tarixli, EBAT seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” firması olmuş, qaimənin ƏDV-siz dəyəri 12.457,65 manat, ƏDV məbləği 2.242,38 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2021-ci il tarixdə ödənilmiş, ƏDV üzrə isə ##.##.2021-ci il tarixdə 1.800,38 manat, ##.##.2021-ci il tarixdə 442 manat ödəniş aparılmışdır. Beləliklə, 442 manat ƏDV məbləği qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyindən, həmin məbləğin 50 faizi olan 221 manat maliyyə sanksiyası hesablanmışdır.
12. ##.##.2021-ci il tarixli, EBAX seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 9.083,90 manat, ƏDV məbləği 1.635,10 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2021-ci il tarixdə ödənilmiş, ƏDV məbləği isə ##.##.2021-ci il tarixdə ödənilmişdir. Buna görə 1.635,10 manat vaxtında ödənilməmiş ƏDV məbləğinin50faiziolan817,55manatmaliyyəsanksiyasıhesablanmışdır.
13. ##.##.2021-ci il tarixli, EBAZ seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” QSC olmuş, qaimənin ƏDV-siz dəyəri 5.871,04 manat, ƏDV məbləği 1.056,79 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2021-ci il tarixdə ödənilmiş, ƏDV məbləği isə ##.##.2021-ci il tarixdə ödənilmişdir. ƏDV məbləği 1 iş günü müddətində ödənilmədiyindən, 1.056,79manatın50faiziolan528,40manatmaliyyəsanksiyasıhesablanmışdır.
14. ##.##.2021-ci il tarixli, EBAY seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 55.572,03 manat, ƏDV məbləği 10.002,97 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2021-ci il tarixdə 20.000 manat və ##.##.2021-ci il tarixdə 35.572,03 manat olmaqla ödənilmiş, ƏDV məbləği isə ##.##.2021-ci il tarixdə tam ödənilmişdir. ##.##.2021-ci il tarixdə ödənilmiş 20.000 manat dəyərə mütənasib 3.600 manat ƏDV həmin ödənişdən sonra 1 iş günü müddətində ödənilmədiyindən, həmin məbləğin 50 faiziolan1.800manatmaliyyəsanksiyasıhesablanmışdır.
15. ##.##.2021-ci il tarixli, EBBA seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 5.084,75 manat, ƏDV məbləği 915,25 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2021-ci il tarixdə ödənilmiş, ƏDV məbləği isə ##.##.2021-ci il tarixdə ƏDV depozit hesabına köçürülmüşdür. Bu səbəbdən 915,26 manat vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi olan 457,63 manat maliyyə sanksiyası hesablanmışdır.
16. ##.##.2021-ci il tarixli, EBBF seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 15.635,59 manat, ƏDV məbləği 2.814,41 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2021-ci il tarixdə ödənilmiş, ƏDV məbləği isə ##.##.2021-ci il tarixdə ödənilmişdir. Buna görə 2.814,41 manat vaxtında ödənilməmiş ƏDV məbləğinin50faiziolan1.407,21manatmaliyyəsanksiyasıhesablanmışdır.
17. ##.##.2021-ci il tarixli, EBBF seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə satıcı “xxxx” MMC olmuş, qaimənin ƏDV-siz dəyəri 4.119,32 manat, ƏDV məbləği 741,48 manat təşkil etmişdir. Malın dəyəri ##.##.2021-ci il tarixdə, ƏDV məbləği isə ##.##.2021-ci il tarixdə ödənilmişdir. ƏDV məbləği qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyindən, 741,48manatın50faiziolan370,74manatmaliyyəsanksiyasıhesablanmışdır.
81. Digər - ##.##.2021-ci il tarixli, EBBL seriyalı, **** nömrəli, ##.##.2022-ci il tarixli, EBBP seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, EBDB seriyalı, ****** nömrəli və ##.##.2022-ci il tarixli, EBBU seriyalı, ****** nömrəli elektron qaimə-fakturalar üzrə də malın dəyəri ödənildikdən sonra ƏDV məbləğinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ƏDV depozit hesabına köçürülmədiyi müəyyən edilmiş, bu səbəbdən vaxtında ödənilməmiş ƏDVməbləğlərinin50faizihəcmindəmaliyyəsanksiyasıhesablanmışdır.
82. Qeyd olunan 21 ədəd e-qaimə faktura əsasında iddiaçı barəsində VM-nin 58.6cımaddəsinəəsasən15.032,13manatmaliyyəsanksiyasıhesablanmışdır. Beləliklə, müqayisəli cədvəldən göründüyü kimi sadalanan elektron qaimə-
83. üzrə malların dəyəri ilə onlara mütənasib ƏDV məbləğlərinin ödənilmə tarixləri fakturalar arasında qanunla yol verilən müddəti ötən hallar mövcud olmuş, nəticədə müəyyən hissədə ƏDVməbləğlərivaxtındaödənilməmişdir.
84. Iddiaçı tərəfindən isə müvafiq ödənişlərin qanunla müəyyən edilmiş müddətdə həyatakeçirildiyinitəsdiqedənsübutlartəqdimedilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin məbləğdə maliyyə sanksiyasının tətbiqi Vergi Məcəlləsinin 58.6, 175.1, 175.1.1 və 175.1.3cümaddələrinintələblərinəuyğunolmuşdur. 85.
86. Odur ki, vergi orqanının qərarı VM-nin 58.6-cı maddəsinə əsasən 15.032,13 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində də qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı həmin hissədə ləğv edilərək, iddia bu hissədə rədd edilməlidir. Əlavə dəyər vergisinə münasibətdə:
87. Əvvəla, hesablanmış vergi məbləği ilə bağlı kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddia tələbinə etirazının dəlillərində 2021, 2022 və 2023-cü illər üzrə müxtəlif əsaslarla (ƏDV bəyannamələri ilə bank əməliyyatları arasında uyğunsuzluqlar, malların maya dəyərindən aşağı qiymətə satılması, inventarizasiya zamanı aşkar edilmiş mal əskikliyi səbəbindən) mübahisələndirilən ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarla iddiaçı barəsində hər 3 il üzrə ayrı-ayrılıqda ƏDV hesablandığını qeyd etsə də, həmin qərarın özündən, eləcə də, səyyar vergi yoxlaması aktının 20-21-ci səhifəsində olan cədvəldən görünürki,həminqərarlaiddiaçıbarəsindəyalnız2023-cüilüzrəƏDVhesablanmışdır.
88. Belə ki, sözügedən qərarın (2-ci cild, səhifə 15) nəticə hissəsində göstərilən cədvəldən müəyyən edilir ki, 2021, 2022, 2023-cü illər üzrə əlavə dəyər vergisi üzrə müvafiq olaraq 849,99 manat, 393,92 manat, 29.010,61 manat artıq hesablanma, 2021-ci və 2022-ci illər üzrə VM-nin 58.1-ci maddəsinə əsasən müvafiq olaraq 4.448,55 manat və 2.753,37 manat maliyyə sanksiyası, 2023-cü il üzrə isə 84.734,08 manat əlavə dəyər vergisi, həmin məbləğin50faizihəcmində45.076,57 manatmaliyyəsanksiyasıhesablanmışdır.
89. Həmçinin, ƏDV-nin hesablanmasının müqayisəli cədvəlinə dair EXCEL faylının “ƏDV müqayisə” adlı iş vərəqindən (Worksheet) dən də müəyyən edilir ki, 2020-2023-cü illər üzrə iddiaçı barəsində həm əlavə hesablanma, həm artıq hesablanmalar müəyyən edildiyinən yekunda 2023-cü il üzrə iddiaçı barəsində 84.734,08 manat azaldılmış ƏDV aşkar edilmişdir.
90. Qeyd olunan 84.734,08 manat məbləğin tərkibi isə səyyar vergi yoxlaması aktının 20-21-ci səhifəsində olan cədvəldən müəyyən edilir. Həmin məbləğin tərkibinə 2023-cü il üzrə inventarizasiya nəticəsində hesablanmış hesablanmış 63.385,8 manat və ƏDV bəyannamələri ilə bank əməliyyatları arasında uyğunsuzluqlar nəticəsində hesablanmış 21.348,28 manat daxildir.
91. 2023-cüilüzrəəlavəƏDV-ninhesablanmasınınəsaslarıaşağıdakılardır:
1. Inventarizasiya zamanı aşkar edilmiş mal əskikliyi: Vergi Məcəlləsinin 67.15-ci və 159.5-ci maddələrinə əsasən, inventarizasiya zamanı düyü, arpa və buğda unu məhsulları üzrə uçot qalığı ilə faktiki qalıq arasında uyğunsuzluq aşkar edilmiş, əskik gələn mallar təqdim edilmiş mal kimi qiymətləndirilərək 386.960,75 manat məbləğində mal üzrə vergi hesablanmış, düyü və arpa məhsulları üzrə 63.385,8 manat ƏDV və bunun 50%-i həcmində 31.692,90manatmaliyyəsanksiyasıtətbiqedilmişdir.
2. ƏDV bəyannamələri ilə bank əməliyyatları arasında uyğunsuzluqlar: səyyar vergi yoxlaması zamanı ƏDV bəyannamələri ilə bank çıxarışları arasında uyğunsuzluqlar müəyyən edilmiş, nəticədə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müxtəlif dövrlər üzrə artıq ödənilmiş və 21.348,28 manat azaldılmış vergi məbləği aşkar edilmişdir. Inventarizasiya zamanı aşkar edilmiş mal əskikliyi:
92. ƏDV-nin hesablanmasının digər əsası isə vergi ödəyicisinə məxsus obyektdə keçirilmişinventarizasiyailəbağlıolmuşdur.
93. Bununla bağı səyyar vergi yoxlaması aktının 15-16-cı səhifələrində qeyd edilmişdir ki, ##.##.2023-cü il tarixli inventarizasiya zamanı vergi ödəyicisinin uçot məlumatları ilə faktiki mal qalığı arasında uyğunsuzluq aşkar edilmiş, düyü üzrə 102.927,2 kq, arpa üzrə 556.537,69 kq və buğda unu üzrə 30.276 kq əskik gəlmə müəyyən edilmişdir. Əskik gələn malların ümumi dəyəri 386.960,75 manat hesablanmış, ƏDV-yə cəlb olunmuş düyü və arpa məhsulları üzrə Vergi Məcəlləsinin 159.5-ci maddəsi və Vergi Məcəlləsinin 67.15-ci maddəsi əsasında 63.385,80 manat ƏDV bərpa edilmiş, bunun 50 faizi məbləğində – 31.692,90 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Buğda unu isə ƏDV-dən azad əməliyyatlarla əldə edildiyindən həmin mal üzrə məbləğ Vergi Məcəlləsinin 67.15-ci və 159.5-ci maddələrinə əsasən ƏDV-dən azadəməliyyatkimibərpaedilmişdir.
94. Iş materiallarında olan (2-ci cild, səhifə 126-128) “Əmlakın və digər qiymətlilərin inventarizasiya” aktından və akta əlavə edilmiş “Əmlakın və digər qiymətlilərin inventarizasiya” siyahısından görünür ki, vergi orqanı tərəfindən inventarizasiya zamanı vermeşil və əriştə, lobya, mannı, düyü, uzun düyü, qarabaşaq, bulqur, mərci, makaron, çovdar unu, arpa, buğda, buğda unu, paket və kisə məhsulları üzrə mühasibat uçotu məlumatları əsasında 1.435.766,26 manat məbləğində mal qalığı olmalı olduğu halda, faktiki olaraq 1.142.742,31 manat məbləğində mal qalığı müəyyən edilmiş və həmin fərq əsasında mal əskikliyi nəticəsinə gəlinmişdir. Məhz bu nəticə əsasında düyü və arpa məhsulları üzrə 63.385,80 manat ƏDV bərpaedilmiş,əlavəolaraq31.692,90manatmaliyyəsanksiyasıtətbiqolunmuşdur.
95. Lakin iş materiallarının araşdırılması göstərir ki, vergi orqanı tərəfindən inventarizasiya tam və hərtərəfli aparılmamışdır. Belə ki, işdən görünür ki, (2-ci cild, səhifə 34) iddiaçı MMC-nin direktoru nümayəndə2 Cəmaləddin oğlu tərəfindən iltizam verilərək bildirilmişdir ki, aparılan təmir işləri ilə əlaqədar xammalın bir hissəsi, yəni arpa, un və buğda “xxxx”LTDMMC-yəməxsusobyektdəmüvəqqətisaxlamadadır.
96. Həmçinin, iltizama iddiaçı MMC ilə “xxxx” LTD MMC arasında bağlanmış ## #### 2020-ci il tarixli, ** nömrəli “malların anbarda saxlama müqaviləsi” də əlavə edilmişdir. Həmin müqaviləyə əsasən saxlayıcı “xxxx” LTD MMC saxlama haqqı müqabilində tapşıranın (“xxxx” MMC) ona verdiyi qida məhsullarını (arpa, buğda, düyü, qarabaşaq, mərci” 1 (bir) il müddətinə onaməxsusolananbardasaxlamaqüçünqəbuletməyiöhdəsinəgötürmüşdür.
97. Buna baxmayaraq, vergi orqanı inventarizasiya zamanı həmin məlumatı araşdırmamış, malların saxlanıldığı göstərilən anbarda inventarizasiya aparmamış, orada mövcud olan mal qalığını müəyyən etməmiş və bu barədə hər hansı akt tərtib etməmişdir. Nəticədə, inventarizasiya yalnız iddiaçıya məxsus əsas obyektdə aparılmış, lakin müəssisəyə məxsusmallarınbaşqaünvandasaxlanılmasıehtimalınəzərəalınmamışdır.
98. Halbuki, inventarizasiya müəssisəyə məxsus bütün əmlakın faktiki mövcudluğunu müəyyən etmək məqsədi daşıyır. Müəssisəyə məxsus malların bir hissəsinin üçüncü şəxsin anbarında saxlanıldığı barədə məlumat və bunu təsdiq edən müqavilə mövcud olduğu halda həmin mallar yoxlanılmadan mal əskikliyi barədə nəticəyə gəlmək mümkün deyildir. Belə şəraitdə inventarizasiya nəticələri müəssisənin bütün əmlakını əhatə etmədiyindən, onun əsasındamüəyyənedilmişəskikliyindəqiqvəetibarlıolduğuqənaətinəgəlməkolmaz.
99. Digər tərəfdən, inventarizasiya zamanı əsas götürülmüş uçot göstəricilərinin formalaşdırılması da mübahisəlidir. Belə ki, cavabdeh vergi orqanı istehsal prosesində istifadə edilmiş xammal sərfini daha az hesab etmiş və bu əsasla müəssisədə 1.435.766,26 manat məbləğində mal qalmalı olduğu qənaətinə gəlmişdir. Lakin, mənfəət vergisinə münasibətdə yuxarıda ətraflı qeyd edildiyi kimi iş üzrə alınmış ekspert rəyi ilə iddiaçının istehsal prosesində xammal sərfi barədə təqdim etdiyi məlumatların həqiqi vəziyyətə uyğun olduğu təsdiq edilmiş, cavabdehinhesablamalarınınəsassızlığımüəyyənolunmuşdur.
100. Beləliklə, inventarizasiya üçün əsas götürülmüş uçot göstəricilərinin əsassız olduğu, inventarizasiya nəticələrinin natamam araşdırmaya əsaslandığı, mal əskikliyinin mövcudluğunun kifayət qədər sübuta yetirilmədiyi və əksinə, malların bir hissəsinin başqa anbarda saxlanıldığına dair sənədlərin iş materiallarında mövcud olduğu nəzərə alınaraq, həmin əsasla hesablanmış 63.385,80 manat ƏDV və tətbiq edilmiş 31.692,90 manat maliyyə sanksiyasıəsaslıhesabediləbilməz.
101. Bu hissədə də iddiaçı tələbində haqlı olduğundan vergi orqanının qərarının həmin hissədə ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. ƏDV bəyannamələri ilə bank əməliyyatları arasında uyğunsuzluqlar:
102. Bu hissəylə bağlı həm səyyar vergi yoxlaması aktından, həm də ##.##.2024-cü il tarixli, **************** nömrəli qərardan görünür ki, ƏDV bəyannamələrində vergiyə cəlb olunan dövriyyə ilə bank əməliyyatları üzrə çıxarış cədvəlləri arasındakı kənarlaşmalar səbəbindən 2023-cü ilin müvafiq ayları üzrə müxtəlif məbləğlərdə (yanvar ayı üzrə 21.209,60 manat, may ayı üzrə 177,01 manat və s) olmaqla, yekunda 21.348,28 manat (84.734,08 - 63.385,80)azaldılmışƏDVmüəyyənedilmişdir.
103. Iş materiallarında olan sənədlərdən – ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə iddiaçı barəsində ƏDV-nin hesablanmasının müqayisəli cədvəlinə dair EXCEL faylından, eləcə də, iddiaçının bank hesab çıxarışları və ƏDV bəyannamələrindən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış həmin ƏDV hesablamasıqanunivəəsaslıolmuşdur.
104. Göründüyü kimi qeyd olunan əsasla elə 2023-cü ilin yanvar ayı üzrə kifayət qədər yüksək məbləğdə - 21.209,60 manat ƏDV hesablanmış, sonrakı aylarda isə cüzi məbləğlərdə hesablanmışdır.
105. Bununla bağlı kollegiya qeyd edir ki, yoxlama aktındakı cədvəldən göründüyü kimi 2023-cü ilin yanvar ayı üzrə iddiaçı 5.800,66 manat ƏDV bəyan etmiş, səyyar vergi yoxlaması zamanı isə iddiaçının ƏDV öhdəliyi 27.010,26 manat müəyyən edilmiş, bununla da,həminayüzrəiddiaçıbarəsindəəlavəolaraq21.209,60manatƏDVhesablanmışdır.
106. ƏDV-nin hesablanmasının müqayisəli cədvəlinə dair EXCEL faylının “ƏDV müqayisə” adlı iş vərəqindən (Worksheet) dən də müəyyən edilir ki, 2023-cü ilin yanvar ayı üzrə iddiaçı dövriyyəsini 182.814 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış yoxlama ilə onun dövriyyəsi 300.645,11 manat müəyyən edilmiş, dövriyyə fərqi 117.831,11 manat müəyyən edildiyindən həmin fərq məbləğinin 18%-i miqdarında (117.831,11 x 18% = 21.209,60)manatƏDVhesablanmışdır.
107. Həmçinin, sözügedən EXCEL faylının “166” adlı iş vərəqindən (Worksheet) dən göründüyü kimi 2023-cü ilin yanvar ayı üzrə iddiaçının təqdim etdiyi dövriyyə məbləği 182.814 manat olmuş, iddiaçının bank hesablarına ƏDV-siz daxilolması isə (108.441,71 manat “Yapı Kredi”,192.203,40manatisə“xxxx”olmaqla)cəmi300.645,11manattəşkiletmişdir.
108. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının “xxxx” və “X1 Azərbaycan” ASC-dəki hesablarından çıxarışlardan görünür ki, 2023-cü ilin yanvar ayı üzrə həqiqətən də, cavabdehin bildirdiyi kimi onun “X1 Azərbaycan” ASC-dəki bank hesabına 108.441,71 manat, “xxxx” ASC-dəki hesabına isə 192.203,40 manat olmaqla, ümumilikdə, 300.645,11manatməbləğindəvəsaitdaxilolmuşdur.
109. Beləliklə, göründüyü kimi cavabdeh tərəfindən 2023-cü ilin yanvar ayı üzrə iddiaçı barəsində qəbul edilmiş 300.645,11 manat dövriyyə həqiqətən də həmin dövr üzrə onun bank hesablarınadaxilolanvəsaitolmuşdur.
110. Iddiaçı isə 2023-cü ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində bank hesablarına daxil olmuş məbləği daha az 182.814 manat məbləğində bəyan etmiş, yekunda ƏDV öhdəliyini 5.800,66 manat məbləğində göstərmişdir. Yaranmış kənarlaşma üzrə iddiaçı barəsindəhəminayüzrə21.209,60manat(27.010,26-5.800,66)ƏDVhesablanmışdır.
111. ƏDV hesablanmasının digər ayları üzrə də bank hesablarından çıxarışlar və ƏDV bəyannamələrinin müqayisəsi nəticəsində analoji uyğunsuzluqlar müəyyən edilmiş, iddiaçı isəhəminhesablamalarınəsassızolduğunutəsdiqedənsübutlartəqdimetməmişdir.
112. Beləliklə, 2023-cü il üzrə cavabdeh tərəfindən aparılmış hesablamalar bank sənədləri ilə təsdiq olunduğundan və iddiaçı tərəfindən bank hesablarına daxil olmuş vəsaitlərin daha az məbləğdə bəyan edilməsinin səbəblərini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, kollegiya hesab edir ki, həmin dövr üzrə əlavə hesablanmış 21.348,28 manatƏDVməbləğiqanunivəəsaslıolmuşdur.
113. Beləliklə, sadalananlara əsasən kollegiya hesab edir ki, cavabdeh vergi orqanının qərarı ƏDV bəyannamələrində vergiyə cəlb olunan dövriyyə ilə bank əməliyyatları üzrə çıxarış cədvəlləri arasındakı kənarlaşmalara görə 21.348,28 manat ƏDV və onun 50%-i 10.674,14 manat maliyyə sanksiyası hesablanması hissəsində qanuni və əsaslıdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə ləğv edilərək, iddia bu hissədə rədd edilməlidir. 2021-ci, 2022-ci və 2023-cü illər üzrə VM-nin 58.1-ci maddəsinə əsasən ƏDV üzrə hesablanmış 4.448,55 manat, 2.753,37 manat və 13.383,66 manat (45.076,56 – 31.692,90) maliyyə sanksiyasına münasibətdə:
114. Həm səyyar vergi yoxlaması aktında olan, həm də mübahisələndirilən qərarda göstərilənyekunvergihesablamasınadaircədvəldəngöründüyükimi: 2021-ci il üzrə iddiaçı tərəfindən bəyan edilən vergi məbləği 8.897,09 manat azaldılmış, eyni zamanda həmin il üzrə 9.291,01 manat məbləğindəartıq hesablanmamüəyyən edilmiş, bu səbəbdən, həmin dövr üzrə yekunda əlavə ƏDV hesablanmasımüəyyənedilməmişdir. 2022-ci il üzrə də eyni qaydada iddiaçı tərəfindən bəyan edilən vergi məbləği 5.506,73 manat azaldılmış, eyni zamanda həmin il üzrə 34.517,34 manat məbləğindəartıq hesablanmamüəyyən edilmiş, bu səbəbdən, həmin dövr üzrə yekunda əlavə ƏDV hesablanmasımüəyyənedilməmişdir. 2023-cü il üzrə isə iddiaçı tərəfindən bəyan edilən vergi məbləği 90.153,13 manat azaldılmış, eyni zamanda həmin il üzrə 5.419,05 manat məbləğindəartıq hesablanmamüəyyən edildiyindən həmin dövr üzrə yekunda həmin fərq qədər 84.734,08 manatəlavəƏDVhesablanmasımüəyyənedilmişdir.
115. Göründüyü kimi, iddiaçının fəaliyyəti üzrə 2021 və 2022-ci illərdə ƏDV sahəsində büdcəyəhərhansıəlavəvergiməbləğihesablanmamışdır.
116. 2021 və 2022-ci illər üzrə yekunda əlavə ƏDV hesablanmasa da, iddiaçı tərəfindən bəyannamə üzrə 8.897,09 manat və 5.506,73 manat azaldılma müəyyən edildiyindən həmin illər üzrə VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğlərin 50%-i müvafiq olaraq 4.448,54 manat və 2.753,36 manat maliyyə sanksiyası hesablanmışdır. Həmçinin, 2023-cü il üzrə də əlavə hesablanma 84.734,08 manat olsa da, bəyannamə üzrə azaldılmış ƏDV məbləği 90.153,13 manat olduğundan həmin məbləğin 50%-i miqdarında 45.076,56 manat maliyyə sanksiyası hesablanmışdır. Qeyd olunan il üzrə hesablanmış 45.076,56 manat maliyyə sanksiyasının inventarizasiya nəticəsində hesablanmış 31.692,90 manat (63.385,80 x 50%) hissəsi yuxarıda aparılan təhlillə qanunsuz və əsassız sayıldığından hazırda hüquqi qiymət verilməliolanhissə13.383,66 manat (45.076,56 – 31.692,90) maliyyə sanksiyasıdır.
117. Odur ki, hazırda araşdırılmalı olan məsələ 2021-ci il üzrə 4.448,54 manat, 2022-ci il üzrə 2.753,36 manat, 2023-cü il üzrə isə hesablanmış 13.383,66 manat maliyyə sanksiyalarınınqanuniliyiməsələsidir.
118. Nəzərə almaq lazımdır ki, bu məsələ ilə bağlı artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur.
119. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduzlu (***) *-*(***)-****/**** nömrəli qərarında göstərilmişdir ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsi vergi ödəyicisinin büdcə qarşısında öhdəliyini bəyanetmə mərhələsində düzgün icra etməsini təmin edən məsuliyyət normasıdır. Həmin normanın məqsədi hesabatda göstərilməli olan vergi məbləğinin azaldılmasının və ya hesabat təqdim edilməməklə büdcəyə çatası məbləğin yayındırılmasının qarşısını almaqdır. Bu baxımdan, maliyyə sanksiyası azaldılmış və ya yayındırılmış vergi məbləğinə münasibətdə tətbiq edilən hüquqi məsuliyyət tədbiri olmaqla, vergi intizamının yaradılmasına, büdcə daxilolmalarının vaxtında həyata keçirilməsini təmin etməyə və vergi ödəyiciləri arasında bərabərlik prinsipinin qorunmasına xidmət edir. Həmin maddə maliyyə sanksiyası müəyyən edən məsuliyyət normasıdır, vergi ödəyicisinin vergi öhdəliyini düzgün və vaxtında bəyan etməməsinə görə hüquqi nəticə yaradır və mahiyyət etibarilə, cəza xarakterli fiskal məsuliyyət tədbiridir.
120. Bu səbəbdən, vergi məsuliyyətindən azadolma və ya təqsiri istisna edən hallar, yalnız qanunvericilikdə açıq, dəqiq və konkret şəkildə nəzərdə tutulduqda tətbiq edilə bilər. Lakin Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin məzmunundan görünür ki, həmin norma vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi hər hansı vergi üzrə artıq ödənilmiş məbləğin digər vergi borcunun ödənilməsi hesabına nəzərə alınmasını müəyyən edir. Bu normanın tətbiqi verginin, ümumiyyətlə, bəyan edilib-edilməməsi ilə əlaqəli deyil, vergilər üzrə artıq ödənilmiş məbləğlərin mövcudluğu ilə bağlıdır. Başqa sözlə, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsində təsbit edilmiş məsuliyyəti istisna edən hal vergi orqanı tərəfindən yoxlama nəticəsində müəyyən edilmiş “artıq hesablama” deyil, büdcəyə faktiki olaraq artıq ödədiyi pul vəsaitinin mövcudluğudur. Artıq hesablama və artıq ödəmə isə eyni hüquqi anlayış olmamaqla fərqlidir. Artıq hesablama vergi öhdəliyinin müəyyənləşdirilməsi mərhələsinə aiddir, artıq ödəmə isə hesablanmış vergi, faiz və ya maliyyə sanksiyası məbləğindən artıq məbləğin büdcəyə faktiki daxil olmasını ifadə edir. Bu səbəbdən, vergilər üzrə faktiki olaraq artıq ödənilmiş məbləğ olmadığı təqdirdə, sadəcə hesabat dövrü üzrə bəyan edilməli olan vergi öhdəliyinin vergi ödəyicisi tərəfindən düzgün olmayaraq başqa hesabat dövründə artıq bəyan edilməsi, vergi öhdəliyinin düzgün hesabat dövrü üzrə azaldılması və ya tam şəkildə yayındırılması ilə bağlı pozuntu halını aradan qaldırmır və buna görəməsuliyyəttədbiriningörülməsiniistisnaetmir.
121. Məhkəmə kollegiyası qeyd olan qərarda təsbit edilmiş hüquqi mövqedən çıxış edərək bildirir ki, vergi yoxlaması nəticəsində eyni illər üzrə digər bəyannamələr fərqindən irəli gələn "artıq hesablama" ların aşkar edilməsi və bu səbəbdən 2021-2022-ci illər üzrə yekunda əlavə vergi öhdəliyinin yaranmaması iddiaçını törədilmiş hüquqpozmaya görə fiskal məsuliyyətdən azad etmir. Çünki, vergi qanunvericiliyində məsuliyyəti istisna edən hal kimi nəzərdə tutulan "artıq ödəmə" (büdcəyə faktiki pul daxil olması) ilə vergi orqanının apardığı yoxlama nəticəsində yaranan "artıq hesablama" fərqli hüquqi kateqoriyalardır və "artıq hesablama"bəyanetməmərhələsindəyolverilmişqanunpozuntusunuaradanqaldırmır.
122. Həmçinin, işin qeyd olunan hallarından göründüyü kimi səyyar vergi yoxlaması nəticəsində 2023-cü il üzrə müəyyən edilmiş 90.153,13 manat məbləğində azaldılmış ƏDV üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 45.076,56 manat maliyyə sanksiyasının inventarizasiya nəticələri ilə bağlı hissəsi (31.692,90 manat) qanunsuz hesab edilsə də, qalan 13.383,66 manat məbləğində maliyyə sanksiyası iddiaçının vergi öhdəliyini düzgünbəyanetməməsifaktıiləşərtlənmişdir.
123. Kollegiya bir daha vurğulayır ki, vergi ödəyicisinin vergi öhdəliyini hesabat dövrü üzrə düzgün bəyan etməməsi Vergi Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulmuş hüquqpozmanın obyektiv tərəfini təşkil edir. Sonradan yoxlama zamanı müəyyən edilmiş hər hansı artıq hesablama hallarının mövcudluğu və ya ayrı-ayrı əməliyyatlar üzrə düzəlişlərin aparılması vergi ödəyicisinin həmin dövrdə vergi öhdəliyini düzgün bəyan etməməsi faktını aradanqaldırmır.
124. Bu hüquqi əsaslara görə, iddiaçının bəyannamədə vergi məbləğlərini azaltmaqla vergi intizamını pozduğu sübut olunmuş hesab edilir və vergi orqanı tərəfindən 2021 və 2022ci illər üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq azaldılmış məbləğlərin 50%i miqdarında (müvafiq olaraq 4.448,55 manat, 2.753,37 manat) maliyyə sanksiyalarının, 2023-cü il üzrə isə hesablanmış 13.383,66 manat maliyyə sanskiyasının tətbiqi qanuni, əsaslıvədüzgündür.
125. Odur ki, birinci instansiya məhkəməsinin qərarı bu hissədə ləğv edilməklə, iddiaçınınbuhissədəkitələbirəddedilməlidir.
126. Beləliklə, işin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən cavabdeh vergi orqanının ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 79.063,57 manat mənfəət vergisi və həmin məbləğin 50 faizi olan 39.531,79 manat maliyyə sanksiyası, 21.348,28 manat ƏDV və 2023-cü il üzrə VM-nin 58-ci maddəsinə əsasən ƏDV üzrə 13.383,66 manat maliyyə sanksiyasına münasibətdə ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədənsaxlanılmalıdır. Göstərilənlərəəsasən,məhkəməkollegiyası
QƏRARA ALDI:
Apellyasiyaşikayətiqisməntəminedilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən - cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 79.063,57 manat mənfəət vergisi və həmin məbləğin 50 faizi olan 39.531,79 manat maliyyə sanksiyası, 21.348,28 manat ƏDV, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV üzrə 2021-ci il üçün 4.448,55 manat, 2022-ci il üçün 2.753,37 manat, 2023-cü il üçün 13.383,66 manat maliyyə sanksiyası, habelə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 15.032,13 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğvedilsin. Həminhissələrdəiddiarəddedilsin. Qərarqalanhissədədəyişdirilmədənsaxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti70)vasitəsiləkassasiyaşikayətiveriləbilər.