Məhkəmə qərarları › İş №2-1(105)-297/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-297/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-297/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlikedən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, AR Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X15 X16 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X15 X16 2 saylı regional ərazi filialına qarşı “Mərhum həyat yoldaşı X7 xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-136/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mərhum həyat yoldaşı X7 xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X13 ilə xx xxxxx 1978-ci il tarixdə rəsmi qaydada evlənmişdir. Həyat yoldaşı xx xxxxx 2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı yaş həddi imkan verdiyi üçün pensiyaya çıxmağa hazırlaşır. Bununla əlaqədar hüquq müəyyənedici sənədlərini toplayıb AR Əmək və X4 Nazirliyi yanında Cavabdehnə təqdim etmişdir. DSMF-nin Quba rayon Şöbəsi xx xxxx 2019-cu il tarixli məktubu ilə mərhum həyat yoldaşı X7 iş stajı «Əmək Pensiyaları haqqında» Azərbaycan Respubdikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1–ci bəndinə əsasən əmək kitabçasında öz əksini tapmadığı gündən şöbənin pensiya təyin edən komissiyasının 12 iyul tarixli 213 saylı qərarı ilə ərizənin rədd edilməsini bildirmişlər. Ona görə də öz pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı DSMF-nin Quba rayon Şöbəsinin imtinasını əsassız hesab edir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Dövlət X5 xx.xx.2015-ci il tarixli arxiv çıxarışdan və həmin tarixli arxiv arayışından aşkar olur ki, o, xx.xx.1976-cı ildə əmək fəaliyyətinə başlayıb. xx xxxxxx 1997-ci il tarixə kimi müxtəlif təşkilatlarda işləmiş və əmək haqqı almışdır. Lakin onun işlədiyi dövrlər əmək kitabçası olmadığı üçün əmək kitabçasında qeyd edilməmişdir. Onun qeyd edilən dövrlər üçün 22 il sığorta stajı vardır. İddia ərizəsinə əlavə etdiyi mərhum həyat yoldaşı E.İsayevin H3- ******* saylı xx.xx.1974-cü il tarixli hərbi biletindən aşkar olur ki, xx.xx.1974-cü il tarixdən xx xxx 1976-cı il tarixə kimi keçmiş Sovet Ordusunda xidmət etmişdir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin «v» bəndinə əsasən iş stajının bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, mili təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini müdafiə və prezident mühafizə orqanlarında xidmət müddəti daxil edilir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-136/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2015-ci il tarixli, 1920 saylı Arxiv Çıxarışında və xx.xx.2015-ci il tarixli, 1921 saylı Arxiv Arayışında qeyd olunan, İddiaçı mərhum həyat yoldaşı X7 1976-1997-ci il illərdə işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, iddiaçının ailə başçısını itirməyə görə pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim İ.Quliyev) Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X15 X16 2 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və X4 Nazirliyi yanında Dövlət X12 məcburi dövlət sosial sığorta haqları ödənilmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bu Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydadaməcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1 bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının mərhum həyat yoldaşı X7 əmək kitabçasında xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixədək işlədiyi dövr qeyd edilməmişdir. Apelyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X7 xx xxxx 1976-cı il tarixindən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin DSMF-nin Quba rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. X10 Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “X7 xx xxxx 1976- cı il tarixindən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, iddiaçının ailə başçısını itirməyə görə pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur”. Buradan da aydın olur ki, vətəndaşın iddia tələbində əks olunmadığı halda, məhkəmə iddia tələbindən əsassız olaraq kənara çıxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54.2-ci maddəsinə əsasən, cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Həmçinin Məcəllənin 54.3-cü maddəsinə əsasən, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Qeyd olunan maddələrin dispozisiyasından da göründüyü kimi, iddia tələbinin dəyişdirilməsi yazılı sənəddə-məhkəmə qərardadında öz əksini tapmalıdır. MPM-nin 218-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan qanunvercilik normalarına əsasən Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddia tələbində qeyd olunmadığı halda ailə başçısını itirməyə görə pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulması ilə bağlı qərarını qət etməkdə səlahiyyətli deyildir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(118)-136/2020 saylı qərarının ləğv edilməsi nəticəsinə gəlir. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək “Mərhum həyat yoldaşı X7 xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, arayışda qeyd olunan dövrlər iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2015-ci il tarixli, 1920 saylı Arxiv Çıxarışında və xx.xx.2015-ci il tarixli, 1921 saylı Arxiv Arayışında qeyd olunan, İddiaçı mərhum həyat yoldaşı X7 1976-1997-ci il illərdə işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, iddiaçının ailə başçısını itirməyə görə pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İşdən görünür ki, iddiaçı mərhum həyat yoldaşı X7 xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial siğorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, işə baxan məhkəmə isə İPM-in 73.2-ci maddəsinə istinad edərək iddiaçının mübahisələndirdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, iddiaçının ailə başçısını itirməyə görə pensiya təyinatına yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması nəticəsinə gəlmişdir. İPM-in 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi İPM-in 73.2-ci maddəsinə istinad edərək iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoymuş, lakin həmin normada nəzərdə tutulan iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsini mümkün etməyən halları göstərməmiş, məhkəmənin hüquqi mövqeyini nədə ifadə etməsini göstərməmiş, bununla bağlı hüquqi əsaslandırma aparmamışdır. İPM-in 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 1 inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 2 inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 3 inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göründüyü kimi, birinci instansiya məhkəməsinin istinad etdiyi məsələ İPM-in 73.3.3-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda tətbiq edilə bilər. Həmin normanı tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Hazırkı işdə isə məhkəmənin belə bir halı müəyyən etdiyi görünmür. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 73.3.3-cü maddəsi məcburetmə haqqında iddialarda tətbiq edilən normadır. Hazırkı işdə isə iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Öhdəliyin icrası haqqında iddialar üzrə isə İPM-in 73.3.3-cü maddəsinə istinad edilməsi qanuna və formalaşmış inzibati praktikaya uyğun deyil. Bu tipli iddialar üzrə işə baxılarkən orta mövqe tutulmamalı, işə baxan məhkəmə konkret mübahisəni həll etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənirsə, məhkəmə öz qərarı ilə bu hüququ müdafiə etməlidir, yox əgər bu fakt işin hallarının ətraflı araşdırılması nəticəsində öz təsdiqini tapmırsa, məhkəmə cavabdehi iddiaçının əsassız tələblərindən qorumalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin apelyasiya şikayətinə əlavədə istinad etdiyi iddia tələbindən kənaraçıxma halına qiymət verməklə iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım etməli, bundan sonra iddiaçının ailə başçısını itirməyə görə pensiya təyinatına baxmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi məhkəmənin yardım etmək vəzifəsini müəyyən etmişdir. Həmin maddəyə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Hazırki iş üzrə isə məhkəmə, mübahisəyə baxmış, lakin onu tam həll etməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-136/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Elman Əhmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar