Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-297/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə (Açar sözlər: kompensasiyanın məbləğinin müəyyən edilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 60000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-822/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayon Fatmayı yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* saylı imtina məktubundan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti olaraq dayandıırlmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayi kəndində yerləşən 0.06 ha torpaq sahəsi tam olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş yol tikintisi layihəsinin daxilində yerləşir. Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Abşeron rayon Saray qəsəbəsində Bakı- Bilgəh-Sumqayıt avtomobil yoluna yaxın ərazidə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinə dair 2017-2023-cü illər üzrə hər il üzrə bir neçə alqı-satqı müqavilələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin alqı-satqı müqavilələrdən görünür ki, sözügedən ərazidə bir sot torpaq sahəsinin dəyəri təxminən manat arasında dəyişir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Abşeron rayonunun Saray və Fatmayı kəndləri ərazisindən keçən hissəsində tikinti altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahələrinə dəymiş ziyana görə (Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış bazar qiymətinin 20 faizi nəzərə alınmaqla) kompensasiya xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzrə:-Saray kəndi - 1 sot - 3000 manat, Fatmayı kəndi -1 sot-4800 manat ödənilmişdir: Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 60000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair mülkiyyət hüququ "Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində 12 yanvar 2012-ci i! tarixdə qeydiyyata alınmış və həmin 0.06 ha torpaq sahəsinə dair çıxarış və plan ölşü verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus daşınmaz əmlakların üzərində notariat əməliyyatı aparmaq istəyərkən mümkün olmamışdır. Apardığı araşdırma zamanı məlum olmuşdur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində 12 yanvar 2012ci il tarixdə qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ ilə ona məxsus Fatmayı kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi cavabdeh Azərbaycan Avtomobil Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Cavabdeh Azərbaycan Avtomobil Dövlət) Agentliyi artıq bir-neçə ildir ki, onunla razılaşmadan onun mülkiyyətində olan torpaq sahəsini yararsız vəziyyətə salmışdır. Bununla da onun mülkiyyət hüququnu kobud surətdə pozmuşdur. Cavabdeh məhkəmənin qərarı olmadan onu mülkiyyətindən məhrum etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-822/2023 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 18.000 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh- Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. Torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin alınmaya məruz qalması isə 2017-ci il tarixdə baş vermişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 2017-ci il tarixli alqı-satqı müqavilələrin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən Abşeron rayonu Fatmayi kəndində 2017-ci il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv m torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 18 manat, 35 manat və 8.75 manat olmuşdur. Alqı-satqı müqavilələrinə əsasən 1 kv m torpağın 3 ən yüksək qiymətinə 18, 35 və 8.7 manat aid edildiyindən, onların orta göstəricisi (18+35+8.7)/3=20.5) 20.5 manat edir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Saray qəsəbəsindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20 % miqdarında əlavə nəzərə alınmaqla torpaq sahəsinin 1 sotu üçün 3000 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda mülkiyyətçiyə daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi Qanundan irəli gələn imperativ öhdəlikdir, yəni dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. İddiaçıya 600 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (600 x 30=) 1800 manat kompensasiya ödənilməlidir. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin layihə çərçivəsində tikinti işləri başlanan zaman öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, inzibati iş materiallarında olan sənədlər və sübutlar əsasında iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə apardığı araşdırma zamanı belə bır nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacları ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacları hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Bu zaman vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Lakin, məhkəmə qeyd qanun normaları üzrə araşdırma aparsa da, düzgün nəticəyə gəlməmişdir. Belə ki, inzibati iş üzrə məhkəmə Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən 2017-2023-cü illər ərzində aidiyyəti üzrə ərazidə torpağa dair aparılmış alqı-satqı müoavilələrinin qiymətlərini nəzərə almaqla tələbim üzrə kompensasiya məbləğini demək olar ki, 3 dəfə az məbləğdə ödənilməsini qərara almışdır. Halbu ki, ona məxsus torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla 1 sotun qiyməti daşınmaz əmlak bazarı nəzərə alınmaqla hazırda 10.000 manat, 2017-ci ildə isə torpağın 1 sotunun qiyməti 8000 manat civarında olmuşdur. Məhkəmə notariat orqanında bağlanmış müqavilələri əsas götürsə də, təcrübədə torpağa dair alqı-satqı edən vətəndaşların müqavilədə qiymətlərin real (vergi ödəmə) qiymətlərin göstərmədikləri hallarını belə nəzərə almamışdır. Digər baxımdan mülkiyyət sahibi olmaqla, ona ayrılmış torpaq sahəsində yaşayış evi tikməkdən məhrum olmuşam. 18000 manat kompensasiya məbləği ilə yaşayış üçün zəruri olan ev tikib başa gətirməsi isə mümkün deyildir. Məhkəmə öz daxili inamı əsasında qərar qəbul etməli olduğu halda, onun taleyimi analoji alqı-satqı müqavilələri ilə həll etsə də, qiymət baxımından düzgün nəticəyə gəlməmişdir. Vətəndaşın iradə ifadəsinə uyğun müqavilə bağlanmasına isə notariat orqanı müdaxilə edə bilməz. Mülkiyyətçi hüquqları qanunla qorunsa da, məhkəmə tərəfindən bu xüsusatlar nəzərə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbrlər PlanTnın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Saray qəsəbəsindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınmanın daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla torpaq shəsinin 1 sotu üçün 3000 manat məbləğində qiymətləndirilir. Məhkəmə Fərmandan irəli gələn arqumentləri hazırki dövrə, 2017- 2023-cü illərə olduğu kimi tətbiq etməklə də, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə diqqətəlayiq halları nəzərə almamış, 18000 manat kompensasiya ödənilməsi ilə demək olar ki, təkrarən mülkiyyətimdən məhrum etmişdir. Məhkəmə yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Məhkəmə cavabdehin mövqeyini, onu məhkəməyə cəlb etmədən, iddia tələbinə qarşı hər hansı yazılı etirazını tələb etmədən səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbrlər Planını sübut kimi qəbul etmiş, əlavə sübutların təqdim edilməsinə şərait yaratmamış, heç bir diqqətəlayiq halı nəzərə alımamışdır. Cavabdeh tərəfindən verilmiş imtina cavabı üzrə “Bilgəh Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlərin müvəqqəti dayandırılması, tikinti işlərinin başlandığı andan tələb olunan kompensasiyanın ödənilməsi məsələsinin bərpa olunması hallarını məhkəmə araşdırmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır. Hazırki iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bakı-Bilgəh avtomobil yolunun tikintisi layihəsi başa çatdığından sənədləşmə işlərinin aparılması qeyri-mümkündür. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağn alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə- naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Apellyasiya şikayətlərinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 60000 manat məbləğində bazar dəyəri qismində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı özünün apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 60000 manat məbləğində bazar dəyəri qismində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə görə qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1- bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmuş və təmin olunmamış hissələri mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya məxsus olan 0,06 ha ölçülü torpaq sahəsinin müvafiq avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyündən, onun əvəzi olaraq müvafiq məbləğdə kompensasiya ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, müvafiq tikinti layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayandırılmışdır, sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, həmin torpaq sahəsi müvafiq yolun tikintisi altına düşür (cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus olan 0,06 ha torpaq sahəsinin müvafiq yolun tikinti altına düşməsi halını qəbul edir). İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı tərəf məhkəmə qərarı ilə müəyyən edilən kompensasiya məbləği ilə razı deyildir, cavabdeh tərəf isə müvafiq yolun tikintisi layihəsi başa çatdığından sənədləşmə işlərinin aparılmasının mümkün olmadığını, alan orqan tərəfindən alınmanın təsirinə məruz qalmış şəxslə torpağın alınması rəsmiləşdirilmədiyini və alqı-satqı müqvailəsi bağlanılmadığını, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, istifadəsində olduğunu əsas gətirərək, etiraz etmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, sözügedən torpaq sahəsinin həmin tikinti layihəsinin altına düşməsi halı iş materialları əsasında öz təsdiqini tapmış, habelə həmin hal işin mübahəsəsiz halı kimi çıxış edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsi müvafiq tikinti layihə çərçivəsində tikinti altına tam olaraq düşür. Bundan əlavə, iddiaçı öz izahatında həmin torpaq sahəsində hazırda tikinti işlərinin aparıldığını, torpaq sahəsinin tam olaraq tikinti layihəsinin təsiri altına düşdüyünü qeyd etmişdir. Bu hal isə özlüyündə iddiaçının həmin əmlaka dair mülkiyyət hüququndan məhrum edilməsinə və ya mülkiyyət hüququnun məhdudlaşıdırlmasına, həmin torpaq sahəsindən təyinatına uyğun istədiyi şəkildə istifadə etməsinə, ona dair sərəncam verməsinə dair hüququn realizəsindən məhrum edilməsinə gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh tərəfindən şikayətin dəlili kimi həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, istifadəsində olması halına istinad etməsi əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə alınan torpaqla bağlı müvafiq qaydada rəsmiləşdirmə işlərinin aparılması məhz müvafiq orqanın səlahiyyətinə aid olmaqla, iddiaçının məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Bu baxımından, cavabdeh inzibati orqan tərəfindən həmin hala istinad edilməsi formal xarakter daşımışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci intansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, birinci instansiya məhkəməsi müvafiq kompensasiya məbləğini alqı-satqı müqavilələri əsasına müəyyən edilən qiymət (20,5 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20 faiz əlavə ilə birlikdə 30 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmaqla, kompensasiyanın məbləğini ümumilikdə 18000 manat məbləğ müəyyən etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə, kompensasiya məbləğinin hesbalanması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət versə də, müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatda əks olunmuş qiymətin 3000 manat əsas götürülməsi hissəsində yalnışlığa yol vermiş və həmin hesablanma nəticəsində kompensasiyanın məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müvafiq yolun tikintisi layihəsinin təsirinə məruz qaldığı dövrə aid həmin ərazidə yerləşən torpaq sahələrinə dair notarial qaydada bağlanılmış alqı-satqı müqavilələrinə dair notariat işləri tələb edilmiş, həmin alqı-satqı müqavilələrinə əsasən 1 kv.m torpağın ən yüksək qiymətinə 45, 10 və 9 manat aid edildiyindən, onların ortaq göstəricisi 21,3 manat olduğu müəyyən edilmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən məhkəmə ünvanlanmış 24 aprel 2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, müvafiq tikinti layihəsi çərçivəsində yeni tikilən yolun Abşeron rayonu Saray və Fatmayı kəndləri ərazisindən keçə hissəsində tikinti altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahələrinə dəymiş ziyana görə (Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20 % miqdarında əlavə nəzərə alınmaqla) kompensasiya aşağıdakı kimi ödənilmişdir: xüsusi mülkiyyətində olan torpaq sahəsi üzrə Saray kəndi üzrə 1 sot-3000 manat, Fatmayi kəndi üzrə 1 sot-4800 manat İndiki halda, müvafiq alqı-satqı müqavilələri üzrə qeyd edilmiş torpaq sahəsinin qiymətinin ən yüksən qiymətlərinin orta göstəricisi 1 kv.m üçün 21,3 manat olduğundan, habelə iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi Abşeron rayonu Fatmayi kəndi ərazisində yerləşdiyindən, ona münasibətdə məhz müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatda həmin ərazidə alınmanın təsirinə məruz qalan torpaqlarla bağlı dəymiş ziyana görə kompensasiyanın məbləği 1 sot 4800 manat əsas götürülməklə müəyyən edildiyindən, həmin qiymət isə alqı-satqı müqaviləsi üzrə müəyyən edilmiş orta göstərici qiymətin məbləğindən yüksək olduğundan, məhz hesabatdakı qiymət (1 sot 4800 manat) əsas götürülməklə, kompensasiya məbləği müəyyən edilməlidir. Nəticə etibarilə, müvafiq tikinti altına düşən torpaq sahəsinin ölçüsü 0,06 ha olduğundan, kompensasiyanın məbləğinin hesablanması üçün 1 sotun qiyməti 4800 manat əsas götürüldüyündən, ümumilikdə iddiaçıya həmin torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği 28800 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı iddia tələbi və şikayətinin məzmununda ona ödənilməli olan kompensasiyanın məbləğinin 60000 manat olduğunu qeyd etsə də, ona dair heç bir sübut təqdim etməmiş, habelə həmin hal iş materialları əsasında təkzib olunmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı məhz kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməli, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği 28800 manat müəyyən edilməli, iddia həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-822/2023 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-297/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-297/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver