Məhkəmə qərarları › İş №2-1(105)-298/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-298/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-298/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçının anası X1 adına 0.5 ha torpaq payının ayrılması və iddiaçının anasının adına olan 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-321/2021 saylı 15 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq 1) Cavabdeh (keçmiş icra, bələdiyyə və torpaq islahat komissiyasının səriştəsizliyi üzündən baş vermiş) bu bağışlanmaz ədalətsizliyi aradan qaldırıb Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 3-cü bəndini və X4 Qanununun 12-ci maddəsinin 2-ci bəndini nəzərə alaraq, şəhid anası olan iddiaçının anası X1 adına 0.5 ha torpaq payının ayrılması, 2) Anasının adına olan (hal-hazırda istifadə etdikləri) həyətyanı torpaq sahəsinin xəbərsiz adlarından çıxarılmasını nəzərə alıb, həmin 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02.08.1996-cı il tarixdə qüvvəyə minən, X4 qanunun 12-ci maddəsinin ikinci bəndinə əsasən qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun ərazisində olan hər bir şəxs kimi 17.05.1997-ci il tarixdə vəfat etmiş iddiaçının anası, şəhid anası X2 da torpaq payı ayrılmalı idi. Torpaq islahatı gec və səhvlərlə aparıldığına görə anasına torpaq payı ayrılmamışdır. Dövlət aktları onlara 2004-cü ildə verildikdən sonra aktda anasının adının yazılmadığını görmüşdür. Dəfələrlə bələdiyyə və icra orqanlarına müraciətləri nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, mərhumə X1 adına Quba rayonunun Afurca kəndində 0.15 ha həyətyanı torpaq sahəsinin olması barədə cavabdeh tərəfindən X6 filialına yazılı müraciət olunmuşdur. Güləzi kənd inzibati Ərazi Vahidi üzrə icra hakimiyyətinin 13 mart 1992-ci il tarixli 35 saylı sənədinə əsasən sovetlikdən köçüb gəlmiş, getmiş, tərk olmuş, təsərrüfat başçıları dəyişilmiş təsərrüfatların qaytanlanmış torpaq kitabına və torpaq siyahılarına həyətyanı torpaqları dürüstləşdirmək məqsədi ilə, vətəndaşların rəsmi ərizələrinə əsasən ev tikmək üçün Güləzi sovetliyinin vətəndaşlarından yeni torpaq sahəsinin ayrılması məqsədi ilə sovxozun direktoruna daxil olmuş ərizələri nəzərə alaraq 04 aprel 1992-ci il tarixli 37 saylı əmrinə əsasən “Telman” adına qoyunçuluq sovxozunun direktorluğu tərəfindən ayrı-ayrı yaşayış məntəqələrini əhatə etməklə 5 hektar miqdarında torpaq sahəsi ayrılmış və nəzərdə tutulmuş norma üzrə, torpaq komissiyası ölçüb vətəndaşlara vermişdir. O cümlədən mərhumə X2 da Quba rayon Afurca kəndindən 0.15 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. X3 1990-cı illərə kimi Quba rayonunun Ruçuq kəndində yaşamış, Ruçuq kəndində onun şəxsi istifadəsində həyətyanı torpaq sahəsi olması barədə qeydiyyat aparılmamışdır.1991-1995-ci illərə dair Afurca kəndi üzrə 8 №li təsərrüfatbaşına kitabda vətəndaş X3 576 saylı təsərrüfatın başçısı olub, onun şəxsi istifadəsində 0.15 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Təsərrüfatın başçısı vətəndaş X1 adının üstündən çarpaz xətt çəkilərək “vəfat 17.05.1997” sözləri yazılmışdır. Nümayəndəliyin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında vətəndaş X1 adı aşkar olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-321/2021 saylı 15 fevral 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-321/2021 saylı 15 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: Torpaq islahatı qanunun 12.2. maddəsinə görə anasına da ona təklikdə ayrılan qədər 0,44 ha torpaq payı, həmçinin şəhid oğlunun payı kimi əlavə 0,44 ha olmaqla cəmi təqribən 0,9 ha torpaq ayrılmalı idi. Lakin anası 1996 cı ildə və 1997-ci ilin 17 may tarixinədək sağ olduğu halda, 1996-2000-ci illərə aid təsərüfat kitabında lazımi qeydləri yazmayan keçmiş icra nümayəndəsi və müavini 2-ci saxtakarlığı edərək 1991-1995-ci illərin kitabına 2 il əvvələ, anasının sağ olduğu 1995-ci ildə „vəfat, ləğv" sözlərini yazaraq anasına torpaq payının ayrılmamasına səbəb olub. Baş vermiş keçmiş saxtakarlıq və bağışlanmaz ədalətsizlik nəticəsində şəhid anası həm öz torpaq payından, həm də şəhid oğlunun payından məhrum olunub. Bu haqsızlığın aradan qaldırılması üçün məhkəməyə son çarə olaraq müraciət etmişdir. (Bələdiyyə və icra orqanları 2004-cü ildə torpaq aktlarını ona təqdim etdikdən sonra anasının adının aktda olmadığını görmüşdür). tərəflərin izahatları: Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı məhkəmədən aşağıdakıları xahiş etmişdir:

1. Cavabdeh (keçmiş icra, bələdiyyə və torpaq islahat komissiyasının səriştəsizliyi üzündən baş vermiş) bu bağışlanmaz ədalətsizliyi aradan qaldırıb Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 3-cü bəndini və X4 Qanununun 12-ci maddəsinin 2-ci bəndini nəzərə alaraq, şəhid anası olan iddiaçının anası X1 adına 0.5 ha torpaq payının ayrılması;

2. Anasının adına olan (hal-hazırda istifadə etdikləri) həyətyanı torpaq sahəsinin xəbərsiz adlarından çıxarılmasını nəzərə alıb, həmin 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsi. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, Cavabdeh qanunvericilikdən irəli gələn öhdəliyi olmadığı üçün həmin öhdəliyin icra edilməsinə bələdiyyə məcbur edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. İddiaçının tələbinin birinci hissəsindən görünür ki, o Torpaq islahatı zamanı anası X1 adına ayrılmamış 0.5 ha torpaq payını cavabdeh bələdiyyədən istəyir. X4 Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür və həmin qurumun hüquqi varisi müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmışdır. Bu səbəbdən cavabdehin aqrar islahat əsasında vətəndaşların mülkiyyətinə torpaq sahəsi vermək səlahiyyəti müəyyən olunmur. Kollegiya həmçinin qeyd edir ki, qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyələr verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir, lakin hazırki işdə Cavabdeh qanunvericilikdən irəli gələn hər hansı bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz. Tələbin ikinci hissəsi olan anasının adına olan (hal-hazırda istifadə etdikləri) həyətyanı torpaq sahəsinin xəbərsiz adlarından çıxarılmasını nəzərə alıb, həmin 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsi ilə bağlı kollegiya qeyd edir ki, həmin tələbin də Cavabdehnə yönəldilməsinin heç bir hüquqi əsası qanunvericilikdə müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-321/2021 saylı 15 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-321/2021 saylı 15 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar