Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-298/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Sosial Ödənişlərin X1rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı, avabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Sosial Ödənişlərin X1rşı “iddiaçının 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı Xaqani adına xalçaçılıq artelində toxucu işlədiyi illərin staj kimi müəyyən edərək həmin illərin sığorta stajına daxil edilməklə pensiya hüququnun yarandığı 2018-ci il tarixdən əmək pensiyasının təyin olunması və həmin vaxt qüvvədə olan X4 Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla hesablanıb birdəfəlik ödənilməsini cavabdehin üzərinə iddiaçıya pensiya təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)- 1751/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır.
2. İddiaçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri təqdim edərək ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubu ilə bildirmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, təqdim edilmiş xx.xx.1977-ci il tarixində tərtib edilmiş əmək kitabçasının surətinə əsasən iddiaçının ümumi sığorta stajı 23 il 8 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır və eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18.035 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 9177,41 manat olmaqla ümumilikdə 27,213 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar. Milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının təqdim edilmiş arxiv arayışında göstərilən Şirvan adına Xalça artelindəki fəaliyyət dövrü əmək kitabçasında öz təsdiqini tapmadığına görə həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.10-3-cü maddəsinə əsasən xx.xx.2018-ci il tarixindən ona çox uşaqlı ana kimi social müavinət təyin olunmuşdur. Həmin Qanunun 22-1.5 maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı Xaqani adına xalçaçılıq artelində toxucu işlədiyi illərin staj kimi müəyyən edərək həmin illərin sığorta stajına daxil edilməklə pensiya hüququnun yarandığı 2018-ci il tarixdən əmək pensiyasının təyin olunması və həmin vaxt qüvvədə olan X4 Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla hesablanıb birdəfəlik ödənilməsini cavabdehin üzərinə iddiaçıya pensiya təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyinin qoyulması”nı xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuş, hazırda Qobustan rayonunun Nabur kəndində qeydiyyatdadır, faktiki olaraq Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 31-ci məhəllədə yaşayır. 1973-cü ildən əmək fəaliyyətinə başlamışdır. 13 may 1973-cü ildən 13 may 1977-ci ilə kimi Şamaxı rayon Şirvan adına xalça artelində toxucu işləmişdir. Müqavilə ilə işlədiyi hər xalçaya görə əmək haqqı almışdır. 18 avqust 1978-ci ildə X2 ərə getmiş və Dəmirova soyadını qabul etmişdir. 28 may 1977-ci ildə Şamaxı rayon S.Vurğun adına sovxoza fəhlə qəbul olunmuş və onun adına əmək kitabçası açılmış, işlədiyi bütün illər orada qeyd olunmuşdur. Lakin xalça artelindǝ işlədiyi 1973-1977-ci illər əmək kitabçasına qeyd edilməmişdir. 2018-ci ildə yaşa görə pensiyaya çıxarkən təqdim etdiyi əmək kitabçasında iş stajı 23 il 8 ay təşkil etdiyindən ona əmək pensiyası deyil, sosial pensiya təyin edilmişdir. Şamaxı rayon Dövlət arxivinin 03 may 2021-ci il tarixli arxiv arayışını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon 11 saylı Regional Ərazi İdarəsinə təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin X11 Filialı tərəfindən “X4” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsaslanaraq iddiaçıya 29 iyul 2021-ci il tarixli **********3 saylı imtina məktubu göndərilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırılmışdır ki, Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmak pensiyasi hüquqlarının nəzərə alınması üçün iş staji əmak kitabçasına əsasən müəyyən edilir. Belə ki, “X4” Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsində göstərilir ki, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarǝetməni həyata keçirən Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş haddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında DSMF-nin Şamaxı rayon 11 saylı Regional idarəsinin imtinası ilə iddiaçının konstitusion hüquqları pozulmuşdur.
6. Cavabdeh iddia tələbinə etirazında imtina məktubunun məzmununa istinad edərək eyni dəlilləri göstərməklə bildirmişdir ki, Fondun 11 saylı regional ərazi filiali tərəfindən verilən imtina qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Etirazda “X4” Qanuna, Əmək Məcəlləsinə, Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnaməyə, Nazirlər Kabinetinin 1996-ci il dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması va onun tərtibi Qaydalarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “X4” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yeniden hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına istinad edilərək göstərilir ki, sosial siğorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İş üzrə icraat materiallarından da göründüyü kimi İddiaçı adına tərtib olunmuş əmək kitabçasında iddia edilən illər qeyd olunmamışdır. X5 Şamaxı filialı tərəfindən verilmiş 03 may 2021-ci il tarixli arayışda iddiaçının işə girmə, işdən çıxma əmrlərinə dair hər hansı məlumat öz əksini tapmamışdır. Beləliklə, həmin arayış mötəbər sübut olmadığından iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Etirazda daha sonra göstərilir ki, imtina məktubunda qeyd edilməsə də, əmək kitabçasındakı 1977- 1989-cu illərə dair qeydlər kril yox, latın qrafikalı əlifba ilə tərtib olunmuş möhürlə təsdiqlənmişdir. Bu da həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Digər tərəfdən, iddiaçı ərizəsində yaşa görə pensiya hüququnun xx.xx.2018-ci il tarixdən yarandığını qeyd etsə də, o, pensiya yaşına xx.xx.2021-ci il tarixdə (62 yaş) çatmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1751/2021 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı Xəqani adına xalçaçılıq artelində toxucu işlədiyi iş illərinin staj kimi müəyyən edərək həmin illərin sığorta stajina daxil edilməklə pensiya hüququnun yarandığı 17 yanvar 2021-ci il tarixdən əmək pensiyasının təyin olunması va həmin vaxtı qüvvədə olan X4 Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla hesablanıb birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Sosial Ödənişlərin X11 Filialının üzərinə vəzifə olaraq qoyulmuşdur (xx.xx.2022-ci il tarixli qərardadla qərardakı yanlışlıqlar düzəldilməsi nəzərə alınmaqla).
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan adına xalça artelinin əmr kitablarının və S.Vurğun adına sovxozun heç bir sənədinin Dövlət X8 təhvil verilməməsi iddiaçının təqsiri deyildir, iddiaçını sahib olduğu hüquqdan məhrum edə bilməz. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 27 oktyabr 2021-ci il tarixli cavab məktubu, arxiv arayışında qeyd edilmiş 1973-1977-ci illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi üçün kifayət edir. İddiaçı X4 Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına 62 yaşında çatmışdır. Bu halda cavabdeh tərəfindən 17 yanvar 2021-ci il tarixdən iddiaçıya pensiya təyinatı aparılmalı idi.
9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətində imtinanən və iddia ərizəsinə etirazın dəlillərinə istinad edilərək göstərilir ki, Sumqayıt İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. İş üzrə icraat materiallarından da göründüyü kimi İddiaçı adına tərtib olunmuş əmək kitabçasında iddia edilən iş illəri qeyd olunmamışdır. X5 Şamaxı filialı tərəfindən verilmiş 03 may 2021-ci il tarixli arayışda Dəmirova (Həşimova) Raziyə Əliheydər qızının işə girmə, işdən çıxma əmrlərinə dair hər hansı məlumat öz əksini tapmamışdır. Beləliklə həmin arayış mötəbər sübut olmadığından iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Eyni zamanda əmək kitabçasındakı 1977-1989-cu illərə dair qeydlər kiril yox, latın qrafikalı əlifba ilə tərtib olunmuş möhürlə təsdiqlənmişdir. Həmçinin möhür “Səməd Vurğun adına sovxoz”a deyil, Qobustan rayonu Səməd Vurğun adına üzüm istehsalı və emalı müəssisəsinə məxsusdur. Bu da həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Qeyd olunan hallar məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda öz əksini tapsa da, həmin hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
12. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
14. “X4” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
15. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. “X4” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
19. SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli, 590 №-li qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamə İ Ümumi qaydalar. 2. Bu əsasnamədə fəhlələr, qulluqçular və onların ailələri üçün mqəyyən olunmuş qaydalar müvafiq surətdə aşağıdakılara da şamil edilir (əgər başqa şərt qyulmamışdırsa): v) sənət kooperasiyası artellərinin keçmiş üzvlərinə və onların ailələrinə Vİİİ. Stajın hesablanması. 109. Fəhlə və qulluqçu sifəti ilə görülən işdən başqa aşağıda göstərilən işlər də ümumi iş stajına daxil edilir: d) sənət kooperasiyası artelinin (sənət kooperativ artelinin və əlillərin kooperativ artelinin) üzvü sifətilə ümumi emalatxanalarda və ya ev şəraitində görülən iş, eləcə də arteldə şagird sifətilə (artel üzvlüyündən asılı olmayaraq) görülən iş.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir.
26. Cavabdehin imtinası ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Dəmirova (Həşimova) Raziyə Əliheydər qızının işə girmə, işdən çıxma əmrlərinə dair hər hansı məlumatın əldə edilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 edilmiş 08 oktyabr 2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X12 İddiaçı Şamaxı rayonu Şirvan adına Xalça artelində 1973-1977-ci illərdə aldığı əmək haqqı barədə arxiv arayışı cavabdehə təqdim edilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, Şirvan adına xalça artelinin əmr kitabları və S.Vurğun adına sovxozun heç bir sənədi Dövlət X8 təhvil verilməmişdir.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan adına xalça artelinin əmr kitablarının və S.Vurğun adına sovxozun heç bir sənədinin Dövlət X8 təhvil verilməməsi iddiaçının təqsiri deyildir, iddiaçını sahib olduğu hüquqdan məhrum edə bilməz. Dövlət X7 27 oktyabr 2021-ci il tarixli cavab məktubu, arxiv arayışında qeyd edilmiş 1973-1977-ci illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi üçün kifayət edir. Arxiv arayışında qeyd edilmiş 1973-1977-ci illər nəzərə alındıqda iddiaçının 25 il sığorta stajı yaranmış olur.
27. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmadan əlavə işə İşə apellyasiya qaydasında baxılarkən cavabdehin müvafiq dəlilləri ilə bağlı X9 və Qobustan Filiallarına sorğular verilərək İddiaçı S.Vurğun adına üzümçülük sovxozunda işləməsi ilə bağlı arxiv arayışının məhkəməyə təqdim olunması, eyni zamanda X9 Filialının xx.xx.2021-ci il tarixli arayışında İddiaçı 1973-1977-ci illərdə Şirvani adına xalça artelində işləməsi ilə bağlı arxivdə mövcud olan digər sənədlər (işə daxil olma və işdən azad olunma əmrləri, müvafiq dövrlər üzrə əmək haqqı cədvəlləri) barədə arxiv arayışının məhkəməyə təqdim olunması xahiş olunmuşdur.
28. Qobustan Rayon Dövlət Arxivinin sorğuya cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Həşimova (Dəmirova) Raziyə Əliheydər qızı 28 may 1977-ci il tarixli 100 nömrəli əmrə əsasən S.Vurğun adına sovxoza fəhlə təhkim edilmiş, 01 dekabr 1989-cu il tarixli 219 nömrəli əmrlə S.Vurğun adına sovxozdan azad edilmişdir. 11 iyul 1990-cı il tarixli 136 nömrəli əmrlə S.Vurğun adına sovxoza fəhlə qəbul edilmiş, 16 iyun 1992-ci il tarixli 68 nömrəli əmrlə işdən azad edilmişdir.
29. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2022-ci il tarixli məktubla sorğuya cavab olaraq Dəmirova (Həşimova) Raziyə Əliheydər qızının 1973- 1977-ci illərdə Şamaxı rayon Şirvani adına xalça artelində işləyib aldığı əmək haqqı barədə arxiv arayışı təqdim edilmişdir. Həmin arxiv çıxarışından görünür ki, Dəmirova (Həşimova) Raziyə Əliheydər qızının 1973-1977-ci illərdə Şamaxı rayon Şirvani adına xalça artelində ip götürüb xalça toxuyub əmək haqqı almışdır.
30. İşin yuxarıda qeyd edilən hallarını, habelə hazırkı qərarın 18-20-ci bəndində istinad edilən normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Şamaxı rayon Şirvani adına xalça artelində işləyib əmək haqqı aldığı dövrdə qüvvədə olan müvafiq qanunvericilik sənət kooperasiyası artelinin üzvü sifətilə ev şəraitində görülən işlərin, eləcə də arteldə şagird sifətilə (artel üzvlüyündən asılı olmayaraq) görülən işlərin ümumi iş stajına daxil edilməsini nəzərdə tutduğundan cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını əsas gətirməklə 1973-1977-ci illərin iddiaçıının ümumi iş (sığorta) stajı hesablanarkən nəzərə almaması qanuna uyğun olmamışdır.
31. Bundan əlavə, kollegiya tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə sorğu verilərək Qobustan rayon S.Vurğun adına üzüm istehsalı və email müəssisəsinin hansı dövrlərində fəaliyyət göstərməsi (yaranma tarixi göstərilməklə), o cümlədən həmin müəssisənin S.Vurğun adına üzümçülük sovxozunun əsasında yaradılıb-yaradılmaması və iddiaçının həmin sovxozda (müəssisədə) işləməsi ilə bağlı məlumatın təqdim olunması xahiş olunmuş, sorğuya cavab olaraq daxil olmuş xx.xx.2022ci il tarixli məktubda Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 1995-ci il 11 yanvar tarixli 20 nömrəli əmrinə əsasən ilkin şərab zavodları üzüm istehsal edən sovxozlarla birləşdirilərək sərbəst hüquqi şəxs statuslu Qobustan rayon S.Vurğun adına üzüm istehsalı və email müəssisəsi yaradıldığı və Nazirliyin tərkibində fəaliyyət göstərdiyi, müəssisənin sənədləri mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilmədiyindən iddiaçının həmin müəssisədə işləməsinə dair tələb olunan məlumatların təqdim edilməsinin imkan xaricində olduğu göstərilmişdir.
32. İmtinada göstərilməsinə baxmayaraq İddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərilən iddiaçının əmək kitabçasındakı 1977-1989-cu illərə dair qeydlərin kiril yox, latın qrafikalı əlifba ilə tərtib olunmuş möhürlə təsdiqlənməsi, həmin möhürün “Səməd Vurğun adına sovxoz”a deyil, Qobustan rayonu Səməd Vurğun adına üzüm istehsalı və emalı müəssisəsinə məxsus olmasının həmin qeydlərin mötəbərliyini şübhə altına alması ilə bağlı dəlillərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərlə Qobustan rayon S.Vurğun adına üzüm istehsalı və email müəssisəsinin iddiaçının işlədiyi S.Vurğun adına üzümçülük sovxozunun əsasında yaradıldığı müəyyən olunur. Eyni zamanda iddiaçının S.Vurğun adına üzümçülük sovxozunda işləməsi əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları ilə də təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin müvafiq dəlillərini əsassız hesab etməklə, həmin dəlillərin iddiaçının əmək kitabçasında göstərilən, uzun müddət işlədiyi və dövlət arxivinin arayışı ilə öz təsdiqini tapan əmək fəliyyətinin onun sığorta stajına hesablanmasını istisna edən hallar kimi nəzərə alınmasını mümkün saymır.
33. Bununla əlaqədar məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
34. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və həmin təcrübəyə əməl edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı rayon Şirvani adına xalça artelində olan fəaliyyətinin onun sosial sığorta stajına daxil etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
35. Beləliklə, işin qeyd edilən arxiv arayışı ilə təsdiq olunan 13 may 1973-cü ildən 13 may 1977-ci ilə qədər Şamaxı rayon Şirvani adına xalça artelində ip götürüb xalça toxuyub işlədiyi müddət də əlavə edildikdə iddiaçının 25 ildən artıq sığorta stajı olur ki, bu da ona “X4” Qanunun 7-ci maddəsinə əsasən pensiya (62 yaşına çatmış qadınların yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir.
36. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində ona pensiya hüququnun yarandığı 2018-ci il tarixdən əmək pensiyasının təyin olunmasını xahiş etsə də, birinci instansiya məhkəməsi İPM-nin 52-ci maddəsinə istinad etməklə iddiaçının pensiya yaşına (62 yaş) çatdığı xx.xx.2021-ci il tarixdən ona əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmiş, iddiaçı həmin qərarla razılaşaraq qərarı mübahisələndirməmişdir.
37. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(118)-1751/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.