Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-30/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Quba rayonu, Baxçaəli kənd ərazisində yerləşən, mərhum atası X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 aid olması ilə bağlı arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(118)-698/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə X10 Quba rayonu, Baxçaəli kənd ərazisində yerləşən 2697.75 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, 2697.75 kv.m torpaq sahəsi üzərində qonşu ilə mübahisə mövcud olduğundan nəticə olaraq daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Quba RİHB-nın Rustov İnzibatı Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996 -2000-ci illərə aid Bağça-Əli məntəqəsi üzrə 9 №-li təsərrüfatbaşına kitabda vətəndaş X12 509 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1996-1998-ci illərdə 0,20 ha hətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X12 tək təsərrüfatdır. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 14 saylı qərarı əsasında X4 adına JN-160 saylı, Kod 30321038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və AN-180731 saylı Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Sənədlərin verilməsinə əsas Quba rayon AİK-nın xx.xx.1997-ci i! tarixli 14 saylı qərarı ləğv edilmiş Dövlət Torpaq və Kəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. JN-160 saylı Dövlət aktı əsasında X4 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Quba rayon Rustov bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mərhum atası X4 Rustov bələdiyyəsində olan məlumata əsasən mərhum X4 adına Baxçaəli kəndində X23, Monitorinqi və İnformasiya Mərkəzinin siyahısına əsasən 0.27 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsi 0.2055 ha təşkil edir və naturada mövcuddur. İddiaçı tərəfindən iddia oluna torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin həmin torpaq sahəsi faktiki olaraq digər şəxs tərəfindən istifadə olunur və daxilində həmin şəxsin istifadəsində olan yardımçı tikililər (tövlə və anbar) mövcuddur. İddiaçı iddia etdiyi 2697.75 kv.m torpaq sahəsinin ölçüsü və koordinatları Quba rayonu, Baxçaəli kənd ərazisində yerləşən X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsü (koordinatları) ilə üst-üstə düşmür və yerləşmə mövqeyləri kəskin fərqlidir. Qeyd edək ki, DT və XK-nin Quba rayon şöbəsi tərəfindən X7 verilmi plan-ölçü (kadastr planı) sənədində qeyd olunmuş koordinatlara əsasən 0.2697 ha torpaq sahəsi kəndin başqa bir hissəsində yerləşir və baza məlumatlarına əsasən həmin torpaq sahəsi X5b uqodiyası kolluq kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. İddiaçı iddia etdiyi 2697.75 kv.m torpaq sahəsinin ölçüsü və koordinatları Quba rayonu, Baxçaəli kənd ərazisində yerləşən X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsü (koordinatları) ilə, habelə JN-160 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Quba rayonu Bağçalı kənd ərazisində ayrılmış 0.17 ha torpaq sahəsi ilə, habelə 149 KOD 30321038 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X11 adına Quba rayonu Baxçaəli kənd ərazisində ayrılmış 0.58 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı iddia etdiyi 2697.75 kv.m torpaq sahəsinin ölçüsü və koordinatları Quba rayonu, Baxçaəli kənd ərazisində yerləşən X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsü (koordinatları) ilə Quba rayon Rustov bələdiyyəsinin təsdiq etdiyi sxemlərdə göstərilən torpaq sahəsinin cizgi və konfiqurasiyası uyğunluq təşkil edir. Lakin Quba rayon Rustov bələdiyyəsinin təsdiq etdiyi sxemlərdə koordinatlar olmadığından həmin torpaq sahələrinin üst- üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Onu da qeyd edək ki, DBF siyahısında X4 adında 0.20 ha torpaq sahəsi göstərilmişdir. Bu sualın cavabı 2-ci (ikinci) sualın cavabında öz əksini tapmışdır. İddiaçı iddia etdiyi 2697.75 kv.m torpaq sahəsinin Quba rayonu, Baxçaəli kənd ərazisində yerləşən X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinin, Rustov bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışda qeyd edilmiş 0.27 ha həyətyanı torpaq sahəsinin, JN-160 KOD 30321038 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Quba rayonu Bağçalı kənd ərazisində ayrılmış 0.17 ha torpaq sahəsinin, 149 KOD 30321038 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X11 adına Quba rayonu Baxçaəli kənd ərazisində ayrılmış 0.58 ha torpaq sahəsinin ayrı-ayrılıqda koordinatları müəyyən edildi. Sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh Azərbaycan Respublikası DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Quba rayonu, Baxçaəli kənd ərazisində yerləşən, mərhum atası X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdeh Azərbaycan Respublikası DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Quba rayonu, Baxçaəli kənd ərazisində yerləşən mərhum atası X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 aid olması ilə bağlı arayışın verilməsi vəzifəsinin cavabdeh İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pu.blik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Baxçaəli kənd ərazisində yerləşən mərhum atası X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 nömrəli Qərarına əsasən 2697,75 kv.m. həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin kadastr planı işlənməklə plan və ölçüsü tərtib olunmuşdur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin qarşı tərəf xx.xx.2022-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Bunu onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi ilə bağlı qonşu ilə aralarında mübahisə vardır və bu səbəbdən də daşınmaz əmlakın müayinəsi baş tutmamışdır və ərizənin icrası bu səbəbdən də mümkünsüzdür. Cavabdehin bu imtinası ilə razı deyil. Belə ki, qeyd edilən səbəbdən vətəndaşın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina qanunda nəzərdə tutulmamışdır və bu imtina «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa ziddir və ona görə də həmin imtina əsassız hesab edilməli və təqdim edilmiş sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş 2697.75 kv.m torpaq sahəsi üzərində qonşu ilə mübahisə mövcud olduğundan nəticə olaraq daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır." Ərazi İdarəsinin imtina məzmunu mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından deyildir, həmin hüquqların qeydə alınması üçün texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(118)-698/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba, rayonu, Baxçaəli kənd ərazisində yerləşən, İddiaçı mərhum atası X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 aid olması ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdeh İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 Şöhrət Əliosman oğlunun qanun üzrə vərəsələri sırasına daxildir. Həmçin məhkəmə tərəfindən edilmiş sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********17 saylı məktubu ilə sözügedən torpaq sahəsinə dair Quba rayonu Baxçəli kəndində yerləşən həyətyanı torpaq sahələrinin siyahısından müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə X10 2697.75 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, qərar əsasında Aəzrbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Bundan əlavə məhkəmə icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Quba rayonu Baxçaəli kənd ərazisində yerləşən mərhum atası X7 məxsus olan 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası olmuş, məhkəmə tərəfindən müvafiq araşdırmalar aparılmış, iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi Nümayəndə ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin iş üzrə məhkəmə araşdırması zamanıda müfafiq sorğular edilmiş, qeyd edilən hallar öz təsdiqini tapmışdır. Hazırki mübahisədə 2697.75 kv.m torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmasa belə məhkəmə araşdırmasından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə X10 2697.75 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, qərar əsasında Aəzrbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Bu da X8 torpaq sahəsinə olan mülkiyyət hüququnu təsdiq edir. İş materiallarından görünür ki, iddiaçı X8 vərəsəsidir. Bu halda iddiaçının vərəsə olaraq mərhum atası X7 Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli Qərarına əsasən ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X7 aid olması ilə bağlı arayışın verilməsini tələb etmək hüququ var. Cavadeh qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, daşınmaz əmlakın müayinəsi keçrilməməsi səbəbindən torpaq sahəsinin faktiki ölçüləri, torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdmışdır. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X17 öz izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X13 izahat verərək, öz izahatında apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun:
1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. .... Maddə 13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Maddə 14.Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. ..... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış;..... Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi(xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamənin: Bu Əsasnamə «Torpaq islahatı haqqında», «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) qaydalarını və şərtlərini müəyyən edir.
2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.
3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.
4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- Quba, rayonu, Baxçaəli kənd ərazisində yerləşən 0,069775 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum şəxs X7 aid olması ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi mərhum şəxsin adına ayrılmış 2697.75 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan 2697.75 kv.m torpaq sahəsi üzərində qonşu ilə mübahisə mövcud olduğundan nəticə olaraq daşınmaz əmlakın müayinəsi baş tutmaması səbəbindən həyətyanı torpaq sahəsinin qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan və ölçü sənədi tərtib edilmiş, torpaq sahəsinin verilməsinə əsas olan sənəd kimi Quba rayonu AİK-nın 01 noyabr 1997-ci il tarixli 14 nömrəli qərarı və torpaq sahəsinin ölüçüsü kimi 2697,75 kv.m qeyd edilmiş, habelə kadastr kitabında üçota alınmışdır. İş materiallarında olan Quba rayonu Baxçaəli kəndinin həyətyanı torpaq sahələrinin siyahısından çıxarışın məzmunundan görünür ki, X4 adına ayrılmış torpaq sahəsi kimi 0,20 zəbt sahəsi kimi 0,07 olduğu qeyd edilmişdir. İş materiallarında olan müvafqi arxiv idarəsinin 12 sentyabr 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, Quba RİHB-nın Rustov İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Bağça-Əli məntəqəsi üzrə 9 №li təsərrüfatbaşına kitabda vətəndaş X12 509 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1996- 1998-ci illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmiş, həmin təsərrüfatda X12 tək təsərrüfatdır. İş materiallarından görünür ki, müvafiq Bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmiş, müvafiq bələdiyyə və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq eidlmiş, həmin sənəddə torpaq sahəsinin ölçüsü kimi 0,20 ha olduğu qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu Rustov Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, mərhum şəxsin adına Baxçalı kəndində X23, Monitorinqi və İnformasiya Mərkəzinin siyahısına əsasən 0,27 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmiş, xəritə, sxem əlavə edilmişdir. İş materiallarından görünür ki, X16 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, iddiaçı onun qanun üzrə vərəsəsi qismində çıxış edir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, Quba rayonu AİKnın 01 noyabr 1997-ci il tarixli 14 nömrəli Qərarına əsasən ayrılmış torpaq sahəsi naturada mövcuddur, baza məlumatlarına əsasən həmin torpaq sahəsi X5b uqodiyası kolluq kimi, mülkiyyət növü bələdiyyə mülkiyyəti kimi göstərilmişdir, DBF siyahısında X4 adında 0,20 ha torpaq sahəsi göstərilmişdir (sxem, ortofoto əlavə edilmişdir). Göründüyü kimi indiki halda sözügedən torpaq sahəsi naturada mövcuddur, habelə yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən torpaq sahəsinin ayrılmasına əsas olan sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Bundan əlavə qeyd edilməlidir ki, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan və öçü sənədi tərtib edilmişdir, hansı ki həmin vaxtı yerquruluşu, X23, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi çıxış etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsinə dair mərhum şəxsin mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda torpaq sahəsi mütəxəssislər tərəfindən müayinə olunmuş, həmin torpqa sahəsinin naturada mövcud olduğu müəyyən edilmiş, habelə başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi və üzərindən kommunikasiya xəttlərinin keçməsi halı müəyyən edilməmişdir. Qeyd edlən hallar özlüyündə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib etmişdir. Cavabdeh tərəfindən isə həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamnaı həmin torpaq shaəsi ilə bağlı hər hansı mübahisə olması halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hallara aid hissədə cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı mərhum şəxsə ayrılan torpaq sahəsinin faktiki ölçüsünün 0,20 ha olduğu müəyyən edilmişdir. Belə olan halda, məhz torpaq sahəsinin faktiki ölçüsü olan 0,20 ha hissəsində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması halı müəyyən edilə bilərdi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hal nəzərə alınmamış, torpaq sahəsinin sənəd üzrə ölçüsü əsas götürülməklə, faktiki 0,20 ha olması (0,069775 ha hissəsinin zəbt olması) halını diqqətdən qaçırmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq shaəsinin faktiki ölçüsü 0,20 ha olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə (0,20 ha torpaq sahəsi ilə bağlı) işin hallarına düzgün hüquqi qiymət verildyindən, qeyd edilən hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalı, qalan- 0,069775 ha torpaq sahəsinin mərhum şəxsə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, ləğv olunan həmin hissədə iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- Quba, rayonu, Baxçaəli kənd ərazisində yerləşən 0,069775 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum şəxs X7 aid olması ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023- cü il tarixli, 2-1(118)-698/2023 nömrəli qərarı qismən-Quba, rayonu, Baxçaəli kənd ərazisində yerləşən 0,069775 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum şəxs X7 aid olması ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. Bu hissədə iddia təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023- cü il tarixli, 2-1(118)-698/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.