Məhkəmə qərarları › İş №2-1(105)-301/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-301/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-301/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X7 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X6rşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1287/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 02 dekabr 2021-ci il tarixli, 23777 nömrəli ”Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla. Vegetativ damar distoniyası, nevrotik təzahürlər" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, "Vertebroqen lumbalqiya, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” qeyd edilmişdir. İddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixli 0329003AAPDL nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən iddiaçı son 6 ay ərzində - xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” xəstəliyi ilə ambulator müayinədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X2 stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz “Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr. QKBT-sı Barotravma” qoyulmuş, ağırlaşmalar “F07.2 Postkontuzion sindrom emosional pozuntu”, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, emosional pozuntularla”, yanaşı xəstəliklər isə “F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegtetativ damar distonsiyası, nevrotik təzahürlər. Vertebrogen lumbalgiyası remissiya mərhələsində” kimi müəyyən edilmişdir. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli 0329003AAPDL nömrəli göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi – diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müracət edərək əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixdək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi ilə əlaqədar olaraq 5 il müddətinə əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Cəbrayıl və Qubadlı istiqamətlərində vətən müharibəsində iştirak etmişdir. AR-nın Ali Baş Komandanı tərəfindən “Cəbrayıl və Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cəbrayıl rayonu istiqamətində vətən müharibəsi zamanı ağır yaralanaraq xəsarət almış, bir çox tibb müəssisələrində müalicə və müayinə olunmuşdur. xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 23777 nömrəli şəhadətnamə ilə təmin edilmişdir. Bu barədə səhhətində olan ağırlaşmalarla bağlı ona əlillik təyin edilməsi üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə 0329003AAPDL nömrəli göndəriş cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun səhhətində olan xəstəliklər, müalicə olunduğu tibb müəssisələri tərəfindən onun barəsində müalicə vaxtı tərtib edilmiş epikrizlər və 0329003AAPDL nömrəli göndəriş ona əlillik təyin edilməsinə əsas verir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0329003AAPDL saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar X4: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Postkontuzion sindrom, emosional pozuntu. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0- F62.9,F45-F45.9.F48- F48.9).” səbəbi ilə 5 il müddətinə İİİ dərəcə əlillik dərəcəsi verilmişdir. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin qiymətləndirilməsi barədə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə xx.xx.2022-ci il tarixdə Agentlikdə baxılmışdır. Aparılan araşdırmalar çərçivəsində, iddiaçı Agentlikdə əyani müayinə olunmuş, hazırkı vəziyyətini əks etdirən tibbi sənədlər araşdırılmışdır. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0329003AAPDL nömrəli göndərişi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Verilmiş qərardan narazı qalan iddiaçı təkrar olaraq əyani müayinə edilmişdir. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 23777 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla. Vegetativ damar distoniyası, nevrotik təzahürlər" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Vertebroqen lumbalqiya, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlik” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 18.03-xx.xx.2022-ci il tarixli 3225/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (postkontuzion sindrom nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. AR SH-nin Quba rayon X1 27.05-xx.xx.2022-ci il tarixli 417/22 nömrəli stasionar tibbi kartadan çıxarışında diaqnoz "QKBT nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom, bir neçə dəfə sui-qəsd cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ – konversion pozuntu” kimi müəyyənləşdirilmişdir. Nəticədə əlillik qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 2.3.9-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1287/2022 nömrəli qərardadı ilə iddiaçının əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. Məhkəmə qərardadının icrası olaraq iddiaçının əlilliyi TSEK-də yenidən qiymətləndirilərək ona “Postkontuzion sindrom emosional pozuntu. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, emosional pozuntularla” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əlilliyin dərəcəsi ilə razılaşmayaraq, məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1287/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən ikinci qrup Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim L.Mirzəyeva). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. İddiaçının əlilliyinin səbəbinin dəyişdirilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: (-).

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-).

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-). 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. (-).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-). 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ikinci dərəcə müddətsiz əlillik təyin edilməsindən imtinası təşkil edir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib olunmuş 0329003AAPDL nömrəli (Forma 88) göndərişdə qeyd edilən XBT 10 F45.3 “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distoniyası, nevrotik təzhürlər” diaqnozlu xəstəlik AR NK-nın 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 2.4.4-cü maddəsində ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verən xəstəliklər sırasında öz əksini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdən görünür ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixli 0329003AAPDL nömrəli göndəriş əsasında ilk dəfə TSEK-də xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə ona əlilliyin təyinindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli aralıq qərardadı ilə iddiaçının əyani müayinə edilərək onun əlillik vəziyyətinin cavabdeh tərəfindən yenidən qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. Məhkəmə qərardadının icrası olaraq iddiaçının əlilliyi TSEK-də yenidən qiymətləndirilərək ona “Postkontuzion sindrom emosional pozuntu. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, emosional pozuntularla” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Eləcə də cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı 17 iyun 2022-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndəriş və tibbi sənədlərində qeyd edilmiş diaqnoz və ağırlaşmalar – anamnestik və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Bundan irəli gələrək AR NK-nın 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 2.3.9–cu bəndinə müvafiq olaraq iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xx.xx.2022-ci ildən 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya birinci instansiyada icraat zamanı xx.xx.2022-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmiş, iddiaçı isə bu təyinatla razılaşmayaraq hazırda ona həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilməsini xahiş edir. Cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətini Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının 12 iyul 2022-ci il tarixli qərarı ilə əsaslandırmışdır. İş materiallarında olan həmin qərarın 2-ci hissəsindən görünür ki, İddiaçı dair tibb müəssisəsinin 0329003AAPDL nömrəli göndərişi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Verilmiş qərardan narazı qalan İddiaçı təkrar olaraq əyani müayinə edilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 23777 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, emosional pozuntularla. Vegetativ damar distoniyası, nevrotik təzahürlər" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Vertebroqen lumbalqiya, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlik” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 18.03-xx.xx.2022-ci il tarixli 3225/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (postkontuzion sindrom nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. AR SH-nin Quba rayon X1 27.05-xx.xx.2022-ci il tarixli 417/22 nömrəli stasionar tibbi kartadan çıxarışında diaqnoz "QKBT nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom, bir neçə dəfə sui-qəsd cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ – konversion pozuntu” kimi müəyyənləşdirilmişdir. Nəticədə əlillik qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 2.3.9-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində əlavə olaraq iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəliyin Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığını, bu səbəbdən iddia tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsinin mümkün olmadığını bildirmişdir. Qeyd edilən qərar və apellyasiya şikayətindən müəyyən olunur ki, cavabdeh iddiaçıya əlillik dərəcəsi verilməsi üçün əsas olmuş xəstəliyin Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığını hesab edərək iddiaçıya təyin edilmiş üçüncü dərəcə əlilliyin ikinci dərəcə ilə dəyişdirilməsindən imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının adına tərtib edilmiş 0329003AAPDL nömrəli göndərişdə iddiaçının əsas diaqnozu olaraq “Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr. QKBT-sı Barotravma”, xəstəliyin ağırlaşmaları olaraq F07.2 kodlu “Postkontuzion sindrom emosional pozuntu”, F07.0 kodlu “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, emosional pozuntularla”, yanaşı xəstəlik olaraq isə F45.3 kodlu “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər, “Vertebrogen lumbalgiyası remissiya mərhələsində” göstərilsə də, cavabdeh yalnız F07.2 və F07.0 kodlu xəstəliklərə əsasən iddiaçıya üçüncü dərəcə əlillik təyin etmişdir. Halbuki, Müdafiə Nazirliyinin HHK tərəfindən verilmiş 02 dekabr 2021-ci il tarixli, 23777 nömrəli ”Xəstəlik haqqında Şəhadətnamə” dən görünür ki, göndərişdə F45.3 kodu altında qeyd edilmiş “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər” diaqnozlu xəstəliyi də Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar yaranmış və həmin diaqnoz müddətsiz ikinci dərəcə əlilliyin təyininə əsas verir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ikinci dərəcə əlilliyin təyininə əsas olan diaqnozun Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar yaranmadığını bildirir. Bununla bağlı kollegiya qeyd edir ki, Müdafiə Nazirliyinin HHK tərəfindən verilmiş 02 dekabr 2021-ci il tarixli, 23777 nömrəli ”Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən yalnız iddiaçının "Vertebroqen lumbalqiya, remissiya mərhələsində" diaqnozlu xəstəliyinin səbəbli əlaqəsi ümumi xəstəlik kimi qeyd edilmiş, yəni həmin xəstəlik Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar yaranmamışdır. 0329003AAPDL nömrəli göndərişdə isə iddiaçının yanaşı xəstəliyi kimi XBT F45.3 kodu altında “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər” xəstəliyi ilə yanaşı, səhvən həmin kodlu xəstəliyə heç bir aidiyyəti olmayan “Vertebrogen lumbalgiyası remissiya mərhələsində” xəstəliyi də qeyd edilmişdir. Belə ki, X3 görünür ki, Vertebrogen lumbalgiya xəstəliyi Təsnifatın “Digər dorsopatiyalar (M50-M54)” bölməsinə aid olmaqla, M51.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi Fəqərəarası disklərin yerdəyişməsi nəticəsində lümbaqo; M54.3 İşias. Fəqərəarası diskin zədələnməsi nəticəsində (M51.1), lümbaqo ilə (M54.4) kodları ilə təsbit edilmişdir. Göründüyü kimi lümbaqo xəstəliyi iddiaçının adına tərtib edilmiş göndərişdə F45.3 kodu ilə qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin xəstəliyin XBT kodu F45.3 deyil, M50-M54-dür. Hansı ki, F45.3 kodlu “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər” diaqnozlu xəstəlik Təsnifatın “Streslə bağlı və somatoform nevrotik pozğunluqlar (F40–F48)” bölməsində, "Vertebroqen lumbalqiya, remissiya mərhələsində" diaqnozlu xəstəlik isə “Digər dorsopatiyalar (M50-M54)” bölməsində qeyd olunan xəstəliklərə aid olmaqla birbiri ilə əlaqədar olmayan xəstəliklərdir. Həmçinin, qanunvericiliyin tələblərindən görünür ki, “Vertebroqen lumbalqiya, remissiya mərhələsində" diaqnozlu xəstəlik iddiaçının əlilliyinin müəyyən edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə, həmçinin, hazırda qüvvədə olan NK-nın 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nda əliliyin təyin edilməsinə əsas verən xəstəliklər sırasında qeyd edilməmişdir. Lakin, xx.xx.2021-ci il tarixli 0329003AAPDL nömrəli (Forma 88) göndərişdə qeyd edilən XBT F45.3 “Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar distonsiyası, nevrotik təzahürlər” diaqnozlu yanaşı xəstəlik isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4 və 2.4.4-cü bəndinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-). 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); (-). İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1287/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar