Məhkəmə qərarları › İş №2-1(105)-301/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-301/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-301/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2, Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 16 aprel 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2- 1(118)-2176/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.

2. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, iddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur.

3. İddiaçının adına açılmış HT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986xx.xx.1990, xx.xx.1990-xx.xx.2006, xx.xx.2006-xx.xx.2009, xx.xx.2009-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2016, xx.xx.2017-ci il tarixdən hal-hazıradək işləyir.

4. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2006-xx.xx.2009-cu illərdə "xxxx" MMC 5-ci dərəcəli elektrik qaynaqçı vəzifəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə ona güzəştli şərtlərlə pensiya hüququ verir.

5. "xxxx" ASC-nin Sutikinti müəssisəsinin xx.xx.2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin Sutikinti müəssisəsinin 2 nömrəli tikinti quraşdırma sahəsində 14.08.201-ci ildən hal-hazıra kimi 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir.

6. İddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-5887/2023 nömrəli cavab məktubu ilə iddiaçının müraciətindən imtina olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, 198082-ci illərdə hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə 03 fevral 1983-cü il tarixdə başlamış, ümumi əmək stajı 40 ilə yaxındır, onun da 12 il 6 ayında çoxu güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən sahədə işləmişdir. O işləmiş olduğu "xxxx" MMC-də 24 iyul 2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək elektrik qaynaqçısı peşəsində, "xxxx" ASCdə xx.xx.2017-ci il tarixdən hal-hazıradək 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də və xx.xx.2010xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işləmişdir.Lakin həmin müəssisə bağlandığından oradan arayış almağı mümkün olmamışdır.Ancaq Əmək kitabçasında qeyd etdiyi müəssisələrdə onun işlədiyi öz təsdiqini tapmışdır . Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuzdur və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b) Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

9. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən mübahisəli məqam iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Hazırkı iş üzrə mübahisələndirilən dövrlər kimi xx.xx.2006-xx.xx.2009-cu il və xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2006xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifələrində işləmişdir. Həmçinin, iddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin Sutikinti müəssisəsinin xx.xx.2021-ci il tarixli arayışa əsasən o, xx.xx.2017-ci il tarixindən etibarən sözügedən şirkətdə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləyir. Hesab edilir ki, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının "xxxx" MMC-də işlədiyi 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsi və xx.xx.2017-ci il tarixindən etibarən "xxxx" ASC-nin Sutikinti müəssisəsində işlədiyi 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsi ilə bağlı iddiaçının təqdim etdiyi güzəştli stajı təsdiq edən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışlarda iddiaçının əl ilə qaynaq aparıbaparmaması barədə məlumat olmadığından həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri ilə eynilik təşkil etmir. Buna görə də iddiaçının yuxarıda qeyd olunan dövrlər ərzində işlədiyi vəzifələr sözügedən siyahıya uyğun hesab edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. c) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

10. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(118)-2176/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1983-cü ildən əmək fəaliyyətinə başlamış, 60 yaşının tamam olduğu 2022-ci il 16 aprel tarixədək 25 ildən artıq ümumi iş stajına malik olmuş, bunun 12 il 6 aydan artıq hissəsini (2006-2009, 2010-2016-cı və 2017-ci ildən halhazıradək) elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçının 12 il 6 ay xüsusi iş stajının qazandığı peşə-elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahında qeyd edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclaslarında cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş və bildirmişlər ki, iddiaçı tərəfindən mübahisələndirilən dövrlərə dair arayışlar təqdim olunsa da, arayışlar uyğunsuz hesab olunmuşdur. Mübahisəli dövrlər daxil edilsə belə, iddaçının 5 il 6 ay güzəştli iş stajı olur, hansı ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vermir. İddiaçının ümumi iş stajı mübahisələndirilmir. 2006-2009 və 2017- 2020-ci illərlə bağlı təqdim edilmiş arayışları qəbul etmirlər, vəzifə uyğunluğunu mübahisələdirirlər. Vəzifənin adı arayışda Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda olduğu kimi dəqiq qeyd edilməlidir. Əl ilə qaynaqçı, qaz qaynaqçısı ayrıayrı vəzifələrdir və ayrı qeyd edilmişdirlər. İddiaçı müəssisənin hal-hazırda mövcud olmadığını bildirərək "xxxx" MMC-də işlədiyi dövrlərlə bağlı arayış təqdim etməmişdir. Müəssisiənin mövcudluğu ilə bağlı müvafiq vergi orqanına sorğular ünvanlasalar da, məlumat əldə etmək mümkün olmamışdır. İşlədiyi müəssisədən arayışın təqdim edilməsi iddiaçının vəzifəsidir. "xxxx" MMC-də qaynaqçı peşəsində işləmişdir. Təqdim edilmiş arayışlarda iddiaçının işlədiyi vəzifələrin AR Ali Məhkəməsinin icmal məktubunda qeyd edildiyi kimi AR Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulan hansı vəzifəyə uyğun olması əsaslı şəkildə qeyd edilməmişdir. Arayışlarda iddiaçının əl ilə qaynaq aparıbaparmaması barədə məlumat olmadığından həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri ilə eynilik təşkil etmir. Mübahisələndirilən dövrlər qəbul edilsə belə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, təqribən 6 ildir. Birinci instansiya məhkəməsinin iddianı hansı arayış, sənədlər əsasında təmin etməsi qərarda qeyd edilməmişdir. İddiaçıya şifahi şəkildə "xxxx" MMC-də işlədiyi dövrlərə bağlı arayış təqdim edilməsi təklif edilsə də, arayış təqdim edilməmişdir. Təqdim edilmiş arayışda "xxxx" MMC-də işlədiyi dövrlərlə bağlı qeyd olmadığına görə həmin dövrlər mübahisəli olaraq qalır. Məhkəmə kollegiyasının iclaslarında iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, güzəştli iş stajı ilə bağlı birinci instansiya məhkəməsində AR Ali məhkəməsinin anoloji işlərlə bağlı qərarlarını təqdim edərək bildirmişlər ki, AR Ali Məhkəməsinin mövqeyinə əsasən, əgər iddiaçının işlədiyi müəssisədən müvafiq arayış almaq mümkün deyildirsə, əmək kitabçası ilə iddiaçının həmin müəssisədə işləməsi faktının təsdiq edilməsi kifayət edir. İddiaçının xx.xx.2010-cü il tarixdən xx.xx.2020-cu il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlə bağlı bildirirlər ki, həmin dövrlərlə bağlı arayış almaq imkanı olmamış, oxşar müəssisə olan "xxxx" MMC-dən 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsi ilə bağlı arayış alınmışdır. Arayış AR Nazirlər Kabinetinin müvafiq qərarına uyğundur. İddiaçının hal-hazırda da işlədiyi "xxxx" ASC-dən 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsi ilə bağlı arayış alınmışdır. Hesab edirlər ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajı öz təsdiqini tapır. "xxxx" MMC ilə bağlı arxiv arayışı da əldə olunması mümkün olmamışdır. Vergi orqanına sorğu ünvanlamamışlar. İddiaçı "xxxx" MMC-də 2010-2016-cı illərdə təqribən 6 il işləmişdir. 2006-2009-cu illlərdə işlədiyi vəzifə elektrik qaynaqçısı olmuşdur. İddiaçının fərqli müəssisələrdə işlədiyi vəzifələr oxşar olmuş, sadəcə dərəcələr fərqli olmuşdur. İddiaçı hal-hazırda da "xxxx" ASC-də 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləyir. "xxxx" MMC və "xxxx" ASC tərəfindən verilmiş arayışlarda bildirilir ki, iddiaçının işlədiyi peşələr AR Nazirlər Kabinetinin qərarına uyğundur. İddiaçı "xxxx" MMC-də işləmişdir. Həmçinin, "xxxx" MMC-də işlədiyi vəzifə ilə digər müəssisədə işlədiyi vəzifələr oxşarlıq təşkil etdiyinə görə, əlavə oxşar müəssisədən arayış almağa ehtiyac yoxdur. Keçən məhkəmə iclasında sadəcə "xxxx" MMC ilə bağlı dövrlər mübahisəli hal olaraq qalmışdı. Digər müəssisələrlə bağlı arayışlar təqdim edilmişdir. İddiaçının "xxxx" MMC-də işlədiyi dövrlərlə bağlı sorğulara cavab verilmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq növbəti arayış da verilmiş, bildirilmişdir ki, iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" MMC ilə bağlı bildirirlər ki, AR Ali Məhkəməsinin anoloji işlərdə olan mövqeyinə görə vətəndaşın işlədiyi müəssisədən müvafiq arayış almaq mümkün deyildirsə, vətəndaşın işləməsi faktı əmək kitabçasında öz təsdiqini tapırsa və cavabdeh inzibati orqan tərəfindən başqa mübahisə yoxdursa, həmin dövrlər qəbul edilməlidir. "xxxx" MMC hal-hazırda fəaliyyət göstərmir. Qaynaqçı vəzifəsi ilə bağlı bildirilir ki, elektrik qaynaqçısı, qaz qaynaqçısı və plasmas və metal boruların qaynağı peşələri vardır. ARDNŞ tərəfindən sorğulara verilmiş cavabda 4cü və 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə dair yerinə yetirilən işlər qeyd edilmişdir. Poladların, çuqunların, əlvan metalların, ərintilərin hazırlanması işi ilə məşğul olmuşdurlar. Müvafiq sorğunun cavabı ilə müəyyən olunur ki, iddiaçı əl ilə qaynaq peşəsində işləmişdir. Sadəcə əmək kiabçasında əl ilə qaynaq sözü qeyd edilməmişdir. İddiaçı plasmasla işləməmişdir. Qaz qaynaqçısı və ya elektirk qaynaqçısı peşələri AR Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyasıhüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir.

16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu 13-cü maddəsinin birinci hissəsinin b) bəndi: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.6-cı bəndi: Sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Qaydalara 2 nömrəli Əlavə (2.4.1-ci bənd) Müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

21. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, hazırki mübahisənin predmetini iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası təşkil edir.

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1983-cü ildən əmək fəaliyyətinə başlamış, 60 yaşının tamam olduğu 2022-ci il 16 aprel tarixədək 25 ildən artıq ümumi işə stajına malik olmuş, bunun 12 il 6 aydan artıq hissəsini (2006-2009, 2010-2016-cı və 2017-ci ildən hal-hazıradək) elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçının 12 il 6 ay xüsusi iş stajının qazandığı peşə-elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahında qeyd edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.

26. İlk növbədə kollegiya qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

27. 10.03.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

28. İddiaçı hazırda 60 yaşının tamam olmasına, tələb olunan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajının mövcud olmasına istinad edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini istəyir.

29. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə istinadən qeyd edir ki, 60 yaşı tamam olan iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması 2) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

30. İlk öncə kollegiya iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, 25 il ümumi iş stajının mövcud olması cavabdeh iznibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, əmək kitabçasından, hərbi biletin surətindən görünür ki, iddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1990, xx.xx.1990-xx.xx.2006, xx.xx.2006-xx.xx.2009, xx.xx.2009xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2016, xx.xx.2017-ci il tarixdən halhazıradək işləyir. Yəni iddiaçının 25 ildən çox ümumi stajının olduğu müəyyən olunur.

31. İddiaçının xüsusi iş stajı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. Cavabdeh iddiaçının xx.xx.2006-xx.xx.2009-cu il və xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər üzrə işləməsini mübahisələndirmişdir.

33. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində iddiaçı "xxxx" MMC-də 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifələrində işləmişdir. Cavabdehin dəlilinə görə iddiaçının əl ilə qaynaq aparıb-aparmaması barədə məlumat olmadığından həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri ilə eynilik təşkil etmir.

34. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini əsassız hesab edir.

35. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2006-xx.xx.2009-cu illərdə "xxxx" MMC 5-ci dərəcəli elektrik qaynaqçı vəzifəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə ona güzəştli şərtlərlə pensiya hüququ verir.

36. "xxxx" ASC-nin Sutikinti müəssisəsinin xx.xx.2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin Sutikinti müəssisəsinin 2 nömrəli tikinti quraşdırma sahəsində 14.08.201-ci ildən hal-hazıra kimi 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir.

37. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının əmək kitabçasında işlədiyi qaynaqçı peşəsinin konkret adı göstərilməsə də, yuxarıda adları qeyd olunan müəssisələr üçün əsasən xarakterik olan qaz qaynaqçısı, əllə qaynaq edən elektrik qaz qaynaqçısı və elektrik qaynaqçısı peşələri «Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı»nın «Ümumi peşələr» adlanan 35-ci bölməsində nəzərdə tutulmuş qaynaqçı peşələrinə uyğundur

38. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən pensiya təyin edən inzibati orqana əmək kitabçası ilə yanaşı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «Əmək pensıyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.6c bəndinin tələbləri nəzərə alınaraq sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də təqdim edilməlidir.

39. Məhkəmə kollegiyası tərəfindən işin hallarının araşadırılması ilə bağlı aiddiyyəti üzrə qurumlara, dövlət orqanlarına sorğular göndərilmişdir.

40. "xxxx" ASC-nin Sutikinti müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə 6-cı dərəcəli elektrik qaz-qaynaqçısının vəzifə təlimatı məhkəmə kollegiyasına təqdim olunmuşdur. Həmin təlimatın 2.3-cü bəndi müəyyən olunur ki, elektrik qaz-qaynaqçısı “texnoloji konstruksiyaların, xüsusi mürəkkəb konfiqurasiyalı konstruksiyaların və müxtəlif diametrli boru kəmərlərin əl ilə qövsü, əl-qaz, təzyiqdən istifadə etməklə qaynaq işlərini yerinə yetirir...”

41. ARDNŞ-nin "Neftqaztikinti" trestinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “konkret "elektrik qaynaqçısı" adlı peşə “Neftqaztikinti" trestində mövcud peşələr siyahısında yoxdur. Trestdə həmin peşəyə oxşar əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi mövcuddur. Əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə yerinə yetirilən işlər: 4cü dərəcə-konstruksion poladlardan, çuqundan, əlvan metallardan və ərintilərdən hazırlanmış aparatların, düyünlərin, konstruksiyaların və boru kəmərlərinin orta mürəkkəb detallarının ve qaynaq tikişinin bütün fəza vəziyyətlərində düyünlərin, konstruksiyaların və boru kəmərlərinin mürəkkəb detallarının əl ilə qövsü və plazma qaynağından, yüksək karbonlu poladlardan, çuqundan və əlvan metallardan hazırlanmış mürəkkəb detalların əl ilə oksigenli kəsilməsindən, çuqundan hazırlanmış konstuksiyaların qaynağından, qızdırılmış balonların və boruların, maşın, mexanizm və konstruksiyaların defektli detallarının lehimlənib calanmasından, mürəkkəb qaynaq metal konstruksiyaların cizgilərinin oxunmasından; 5-ci dərəcə-mürəkkəb aparatların, düyünlərin, konstruksiyaların və müxtəlif poladlardan, əlvan metallardan və ərintilərdən hazırlanmış boru kəmərlərinin əl ilə qövsü və plazmalı qaynağından, mürəkkəb şəraitdə işləyən əhəmiyyətli ve mürəkkəb tikinti və texnoloji konstruksiyaların əl ilə qövsü və plazmalı qaynağından, yüksək karbonlu, lehimlənmış və xüsusi poladlardan və çuqundan hazırlanmış xüsusilə mürəkkəb detalların əl ilə qövsü oksigenlə kəsilməsindən, qaynaq tikişinin bütün fəza vəziyyətlərində bloklu yerinə yetirilmədə konstruksiyaların qaynağından, maşın, mexanizm və konstruksiyaların əhəmiyyətli detallarının detektlərınin lehimiənib calanmasından, xüsusilə mürəkkəb detalların və düyünlərin lehimlənib calanmasından ibarətdir. Əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “35. Ümumi peşələr” bölməsindəki "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşəsi ilə uyğunluq təşkil edir.

42. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2006-xx.xx.2009-cu illərdə "xxxx" MMC-də əl ilə işləyən 5-ci dərəcəli elektrik qaynaqçı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarın 11 bölməsinin 11.2 bəndinə əsasən siyahıda sadalanan metal qızdırıcıları (qaynaqçıları) (güzəştli pensiya kodu 2040400a-19903) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

43. Beləliklə iş materialları və təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının işlədiyi peşələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında olan peşələrdir və güzəştli şərtlərlə pensiya təyinatına əsas verir. Buna baxmayaraq, müvafiq müəssisələrin güzəştli iş stajı ilə bağlı arayışları cavabdeh orqana təqdim olunmasına baxmayaraq, iddiaçıya pensiya təyin olunmasından imtina olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlərdə iddiaçının işləməsini təsdiq edən sənədlər təqdim olunduğu halda cavabdehin imtinası qanunsuz olmuşdur.

44. Məhkəmə kollegiyasının iclaslarında cavabdehin nümayəndələri həmin dövrlərdən başqa iddiaçının 2010-2016-cı illərdə "xxxx" MMC-də işlədiyi dövrləri də mübahisələndirmişlər.

45. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, iddiaçının əmək kitabçasında olan qeydlər və arxiv arayışında göstərilən məlumatlar həmin illərdə işlədiyini təsdiq edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

46. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.

47. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

48. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

49. Habelə, hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə, mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

50. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir.

51. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan mübahisələndirilən illərdə "xxxx" MMC-də işlədiyi dövrlərin mötəbərliyi şübhə altına alınmadığından cavabdehin dəlilləri əsassızdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

53. 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə edilmiş dəyişikliklə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” tələbi aradan qalxmışdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz. Kollegiya cavabdehin hazırkı və oxşar işlər üzrə əmək pensiyası hüququ olan şəxslərin sığorta stajının hesablanmasına formal yanaşması və “İnzibati icraat haqqında” qanunun tələblərini pozmaqla qanunvericiliyin tələblərini pensiya təminatını həyata keçirməli olan inzibati orqanın mənafeyinə uyğun olaraq görməzdən gəlməsi və yanlış tətbiq edilməsi ilə bağlı praktikasının vətəndaşların konstitusion pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən yolverilməz olduğunu qeyd edir.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(118)-2176/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar