Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-301/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-3143/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qeydiyyat və yaşayış yerini dəyişməsi ilə əlaqədar və Qazax RİH-nin başçısının müvafiq sərəncamının və məktubunun əsasında Sumqayıt ŞİH-də 13 aprel 2021-ci il tarixdən etibarən həmin S-40- 68 nömrə ilə və ya yeni nömrə ilə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçota alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iş yeri ilə əlaqədar daimi olaraq ailəliklə Sumqayıt şəhərinə köçmüş, qohumunun mənzilində, yəni ünvan 3-də sadəcə daimi qeydiyyata düşmüşdür, lakin uzun müddətdir ki, Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayırlar. Həyat yoldaşı işsizdi, az miqdarda aldığı zəhmət haqqı isə kirayə haqqını ödəməyə və dolanışığına bəs eləmir deyə xeyli çətinliklər çəkirlər, himayəsində azyaşlı qızı var. Cavabdehin imtinasını əsassız hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: AZ-İİ seriyalı, 425941 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı və X8 17 mart 2001-ci il tarixdə nikahlarını bağlamışlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 dekabr 2023-cü il tarixli “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı 5 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Ərazi İdarəsinin 12 aprel 2021-ci il tarixli, 3344 nömrəli “Daşınmaz əmlkaın dövlət reyestrindən arayış”dan görünür ki, İddiaçı və X3 adına paylı mülkiyyət olaraq ünvan 4i ərazisində JN-424A və JN-824 sənədlər üzrə torpaq sahələri qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Ərazi İdarəsinin 12 aprel 2021-ci il tarixli, 3344 nömrəli “Daşınmaz əmlkaın dövlət reyestrindən arayış”dan görünür ki, X2 Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. Azərbaycan Respublikasının Qazax Rayon İcra Hakimiyyətinin başçısının 28 aprel 2021-ci il tarixli, 9-21/190 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan Qazax rayonu Yuxarı Salahlı kənd sakini, İİİ qrup Qarabağ Müharibəsi əlili İddiaçı Qazax RİH başçısının ünvanına yazdığı 13 aprel 2021-ci il tarixli, S-40-063 nömrəli müraciəti nəzərə alınaraq RİH başçısı aparatında İİİ qrup Qarabağ Müharibəsi əlili kimi 19 aprel 2021-ci il tarixdən 207-ci sırada mənzil uçotuna alınması qərara alınmışdır. Azərbaycan Respublikasının Qazax Rayon İcra Hakimiyyətinin başçısının 30 oktyabr 2023-cü il tarixli, 9-23/267 nömrəli sərəncamı ilə İddiaçı Qazax Rayon İcra Hakimiyyətində İİİ dərəcəli Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotundan çıxarılması, Qazax Rayon İcra Hakimiyyətində İİİ dərəcəli Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçot sənədlərinin Sumqayıt Şəhər icra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Sumayıt Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 15 dekabr 2023-cü il tarixli, 5- 6/1-S-139/5-068/2-t/1/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan qeyd olunur ki, o, 3 dərəcəli Vətən müharibəsi əlili kimi Qazax rayon İcra Hakimiyyəti Başçısının 28 aprel 2021-ci il tarixli, 9-21/190 saylı sərəncamı ilə mənzil uçotuna alınmış, 30 oktyabr 2023-cü il tarixli, 9-23/267 saylı sərəncamla mənzil uçotundan ərizəsi əsasında çıxarılmışdır. Sonradan qohumuna məxsus ünvan 3-ə qeydiyyata düşmüşdür. Bildirilir ki, qüvvədə olan Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq və Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilərlər. Köçürülmə yolu ilə mənzil uçotuna götürülmə 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır. Mənzil uçotunun yaşayış yeri üzrə köçürülməsini Sumqayıt şəhər icra Hakimiyyəti ilə razılaşdırmadan həyata keçirilməklə müvafiq qanun normasını pozmuşunuz. Qeyd edilən səbəblərdən xahişinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin İcra Aparatının 19 fevral 2024-cü il tarixli, 413 nömrəli məktubundan görünür ki, xx xxxx 1991-ci il təvəllüdlü X5 Sumqayıt bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində hər hansı məqsədli təyinatı üzrə torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş 20 fevral 2024-cü il tarixli, 18/2-4720/2024 saylı məktubundan görünür ki, İddiaçı ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti və həmin ünvanda qeydiyyatda olan şəxslərin adlı siyahısı qoşma ilə göndərilmişdir: ünvan 3 ünvanda qeydiyyatda olan şəxslərin adlı siyahısından görünür ki, həmin ünvanda X12, İddiaçı, X7, X6 qeydiyyatdadırlar; 03 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, X12 8-ci mikrorayon, ev 5/18, mənzil 11 ünvanına İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 13 avqust 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil X9 xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payın sahibidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-689/2024 nömrəli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən ünvan 4i ünvanında yerləşən 2,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı 6 nəfər ilə ümumbirgə mülkiyyət hüququ 29 noyabr 1997-ci il tarixidə JN- 824 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə qeydiyyata alınmışdır. ünvan 4i ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı 6 nəfər ilə ümumbirgə mülkiyyət hüququ 11 oktyabr 2000-ci il tarixdə JN-424A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş JN-824 (kod: ********) nömrəli dövlət aktının, JN-424A (kod: ********) nömrəli şəhadətnamənin və Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 5/18 ünvanında yerləşən 11 nömrəli mənzilə dair 13 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətiləri qoşma şəklində göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-3143/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı (əlili) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi öhdəliyinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla, kirayə götürülmüş mənzildə arvadı və bir övladı ilə yaşayır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İİİ dərəcəli əlilliyi vardır. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Məhkəmə tərəfindən göndərilmiş sorğuya münasibətdə bildirilmişdir ki, iddiaçıya Sumqayıt bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində torpaq sahəsi ayrılmamışdır (§ 1-10). ünvan 3 ünvanında yerləşən 28,08 kv.m ümumi sahəsindən ibarət əmlak tam mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda iddiaçı ilə yanaşı, X12, X7, X6 qeydiyyatdadırlar. Deməli, iddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunur. Məhkəmə, tərəflərin iddia tələbinə dair mövqelərini iş materialına əlavə edilmiş sənədlər, mövcud qanunvericiliyin normaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan qərarında qeyd olunanları əsas götürərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Mustafa Salifov İİİ dərəcəli Vətən müharibəsi əlili kimi Qazax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 9-21/190 saylı sərəncamı ilə xx.xx.2021-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. O, 4 nəfər ailə tərkibi ilə yaşayış yerini dəyişərək qohumuna məxsus yaşayış sahəsi 28,08 kvadratmetrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 18/5, mənzil 11-ə 2023-cü ildə qeydiyyata düşdüyü səbəbdən müraciəti əsasında Qazax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 9- 23/267 saylı sərəncamı ilə mənzil uçotundan çıxarılmışdır. Ərizəçi şəhər İcra Hakimiyyətində qəbul olunmuş, ona izahat verilmişdir ki, qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq və Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilərlər. Eyni zamanda bildirilmişdir ki, Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil b) İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, apellyasiya şikayəti ilə tanış olarkən məlum olmuşdur ki, həmin şikayət tamamilə əsassız və qanunsuzdur. Əvvəla ona görə ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3143/2024 saylı qərarı apellyasiya şikayətinin əksinə olaraq əsaslı, ədalətli və qanunidir. Digər tərəfdən isə, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti həmin qərarın qeyri-qanuniliyinə dair heç bir hüquqi əsas gətirə bilməmiş, sadəcə bir neçə təsirsiz ifadələri bir-birinə qoşmaqla kifayətlənmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Halbu ki, apellyasiya şikayəti kifayət qədər əsaslı olmalı, məhkəmənin buraxdığı maddi və prosessual hüquq normalarını göstərməlidir və əsaslandırmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmədə cavabdeh olaraq ona verdiyi imtina məktubuna dair istinad etdiyi halları, yəni imtinanın əsaslılığını sübut edə bilməmiş, lakin bunun əksinə olaraq o, istinad etdiyi bütün halları məhkəmədə sübut etmiş, məhkəmə də işi tam və qanuni yolla araşdıraraq qanuni və ədalətli qərar çıxarmışdır. Bir daha bildirir ki, əvvəllər qeydiyyatda olduğu və yaşadığı Qazax RİH-nə bundan əvvəl ərizə ilə müraciət edib bildirmişdir ki, Qazax rayonunda qeydiyyatda olmaqla yaşadığı vaxtda 44 günlük müharibədə ağır yaralanmağı ilə əlaqədar 3-cü dərəcəli əlillik almışdır, ailəlidir, himayəsində 2 (iki) azyaşlı qızı var, mənzil vəziyyəti normal olmadığına görə ərizənin və RİH-nin sərəncamının əsasında xx.xx.2021-ci il tarixdə, S-40-68 nömrə ilə Qazax Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmışdır, lakin indiyə kimi mənzillə təmin edilməmişdir. Sonra iş yeri ilə əlaqədar, daimi olaraq ailəliklə Sumqayıt şəhərinə köçmüşdür, qohumlarının mənzilində, yəni ünvan 3-də sadəcə daimi qeydiyyata düşmüşdürlər, lakin uzun müddətdir ki, Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayırlar. Həyat yoldaşı işsizdir, az miqdarda aldığı zəhmət haqqı isə kirayə haqqını ödəməyə və dolanışığa bəs eləmədiyi üçün xeyli çətinliklər çəkirlər. Daha sonra Qazax RİH-nə və cavabdeh Sumqayıt ŞİH-nə ərizə ilə müraciət edərək mənzil növbəsinin Qazax rayonundan Sumqayıt şəhərinə keçirilməsini xahiş etmişdir. Qazax RİH-nin xx.xx.2023-cü il tarixli məktubu ilə (Qazax RİH-nin başçısının sərəncamı ilə) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçot sənədləri eyni yolla uçota alınmağı üçün Sumqayıt ŞİH-nə göndərilmiş, lakin ona göndərilmiş cavabdeh Sumqayıt ŞİH-nin 5-6/1-S-139/5-068/2t/l/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə haqlı xahişindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (-) 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. (-) Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.[1] Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı mənzil uçotuna alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir və İİİ dərəcəli müharibə əlildir. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Hazırda ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla, kirayə götürülmüş mənzildə yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin İcra Aparatının 19 fevral 2024-cü il tarixli, 413 nömrəli məktubundan görünür ki, xx xxxx 1991-ci il təvəllüdlü X5 Sumqayıt bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində hər hansı məqsədli təyinatı üzrə torpaq sahəsi ayrılmamışdır. İş materialları ilə o da müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 28,08 kv.m ümumi sahəsindən ibarət əmlak tam mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. ünvan 3 ünvanda qeydiyyatda olan şəxslərin adlı siyahısından görünür ki, həmin ünvanda X12, İddiaçı, X7, X6 qeydiyyatdadırlar. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cavabdeh imtina məktubunda Mənzil Məcəlləsinin 52-ci maddəsində istinad etmiş, eyni zamanda apellyasiya şikayətinin dəlillərində də birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu vurğulayaraq həmin maddəyə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Bu maddənin tələbini və yuxarıda istinad edilmiş Qaydaları əlaqəli təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, vətəndaşlar onlara məxsus evi satmaq, bağışlamaq yolu ilə və ya digər buna bənzər əsaslarla öz mənzil şəraitini süni surətdə pisləşdirdikdə, belə hərəkətlərinin məqsədi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək kimi qiymətləndirilə bilər. Bu hərəkətlərə yol verildiyi gündən 5 il müddət keçənədək həmin şəxslər uçota götürülə bilməzlər. Müddətin bitməməsi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ünvan 4indən qeydiyyatdan çıxaraq ünvan 3 ünvanında qeydiyyata düşməsi onun tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilə bilməz və işin hallarına görə, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtina əsası iddiaçı tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsi ola bilməz. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmış, indiyə qədər də mənzillə təmin edilməmişdir. Azərbaycan Respublikasının Qazax Rayon İcra Hakimiyyətinin başçısının 28 aprel 2021-ci il tarixli, 9-21/190 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan Qazax rayonu Yuxarı Salahlı kənd sakini, İİİ qrup Qarabağ Müharibəsi əlili İddiaçı Qazax RİH başçısının ünvanına yazdığı 13 aprel 2021-ci il tarixli, S-40-063 nömrəli müraciəti nəzərə alınaraq RİH başçısı aparatında İİİ qrup Qarabağ Müharibəsi əlili kimi 19 aprel 2021-ci il tarixdən 207-ci sırada mənzil uçotuna alınması qərara alınmışdır. Bu isə iddiaçının yaşayış yerinə ehtiyac olan şəxs olmasını təsdiq edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Qazax Rayon İcra Hakimiyyətinin başçısının 30 oktyabr 2023-cü il tarixli, 9-23/267 nömrəli sərəncamı ilə İddiaçı Qazax Rayon İcra Hakimiyyətində İİİ dərəcəli Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotundan çıxarılması, Qazax Rayon İcra Hakimiyyətində İİİ dərəcəli Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçot sənədlərinin Sumqayıt Şəhər icra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın Qazax Rayon İcra Hakimiyyətinin sərəncamlarını nəzərə almaması inzibati orqanlar arasında yarana biləcək mübahisəli hal kimi qiymətləndirilə bilər. Lakin hər bir halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının etimad hüququ qorunmalı, onun hüquqları pozulmamalıdır. Cavabdeh inzibati orqanın digər dəlili ondan ibarətdir ki, Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülürlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri kimi 5 il daimi qeydiyyat müddətinin tamam olmasını bildirsə də, bunun hüquqi əsaslarını qeyd etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın mənzil uçotuna alınmaq üçün 5 il daimi qeydiyyat tələbi formasında inzibati praktikası olsa belə, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və İİİ dərəcəli müharibə əlili olması bu praktikaya istisna təşkil edəcək hal kimi qiymətləndirilə bilər. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-3143/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.