Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-302/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-14/2021 nömrəli iş üzrə 09.02.2021-ci il tarixli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, mülkiyyətində olan Şamaxı rayonu Nağaraxana kəndinin ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv edilməsini və adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İnzbati orqan 11 sentyabr 2018-ci il tarixli məktubda iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin faktiki koordinatları sənəd üzrə göstərilən sahənin koordinatlarından fərqlidir. Belə ki, onun tərəfindən göstərilən torpaq sahəsinin 0,10 ha hissəsinə 23 avqust 2014-cü il tarixdə X3 adına reyestrdən çıxarış verilmişdir. X3 mülkiyyət hüququ qeydiyyata alınarkən tərəflərindən DTXK-nın Şamaxı rayon şöbəsinə 25 iyul 2014-cü il tarixdə **********19 nömrəli sorğu məktubu göndərilmişdir. DTXK-nın Şamaxı rayon şöbəsindən aldıqları cavab məktubunda xəritədə texniki səhvin olduğu bildirilmiş və 22 avqust 2014-cü il tarixdə faktiki torpaq sahəsinin koordinatlarını əks etdirən akt təqdim olunmuşdur. Akt Şamaxı rayon Nağaraxana Bələdiyyəsinin sədri, DTXK-nın Şamaxı rayon şöbəsinin mütəxəssisi və mülkiyyətçi X.Abbasovanın iştirakı ilə tərtib olunmuşdur. Həmin akt əsasında X3 mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmışdır. Torpaq sahəsi mübahisəli olduğu üçün ərizənin icrasından “Daşınmaz əmlkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. Verilən cavabla razılaşmayan İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-759A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Şamaxı rayonu Nağaraxana kəndi ərazisində 0,11 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi, İddiaçı mülkiyyətində olan Şamaxı rayon Nağaraxana kəndinin ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və onun adına AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və onun adına DƏDRX-in 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırılması JN-759A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Şamaxı rayonu Nağaraxana kəndi ərazisində 0,11 hektar torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi haqqında müraciət etsə də, cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin 0,10 ha hissəsinə 23 avqust 2014-cü ildə X3 adına reyestrdən çıxarış verilmişdir. Çıxarış verilən zaman DTXK-nın Şamaxı rayon şöbəsi xəritədə texniki səhvin olduğunu bildirmiş, torpaq sahəsinin faktiki koordinatlarını təsdiq edən sənəd kimi Nağaraxana bələdiyyəsi, vətəndaş X.Abbasova və DTXK-nın Şamaxı rayon şöbəsinin səlahiyyətsiz əməkdaşının iştirakı ilə tərtib edilmiş aktı təqdim etmiş və həmin akt əsasında X3 mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Halbuki, bələdiyyə, torpaq komitəsinin hansısa səlahiyyətli olub olmadığı məlum olmayan əməkdaşının və adi vətəndaş, torpaq sahəsində maraqlı olan X3 tərtib etdiyi akt hər hansı bir mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün əsas kimi qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları nəzərdə tutulmuşdur. Həmin halların heç biri iddiaçıya münasibətdə mövcud deyildir. Bundan başqa hazırda qüvvədə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5668/2017 nömrəli, 16.08.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində 0,11 ha torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair X3 adına çıxarış vermişdir. İddiaçı mülkiyyətində olan Şamaxı rayon Nağaraxana kəndinin ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini və onun adına AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə cavabdehə 13.09.2018-ci ildə müraciət etmişdir. Lakin müraciətinə cavab almamışdır. Cavabdehin iddia ərizəsinə dair etirazı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı iddia etdiyi 0.10 ha torpaq sahəsinə 23 avqust 2014-cü il tarixdə X3 adına reyestrdən çıxarış verilmişdir. X3 mülkiyyət hüququ qeydiyyata alınarkən şəhadətnamədə koordinatlar göstərilmədiyi üçün, tərəflərindən DTXK-nın Şamaxı rayon şöbəsinə 25 iyul 2014-cü il tarixdə **********19 nömrəli sorğu məktubu göndərilmişdir. DTXK-nın Şamaxı rayon şöbəsindən alınan cavab məktubunda xəritədə texniki səhvin olduğu bildirilmiş və 22 avqust 2014-cü il tarixdə faktiki torpaq sahəsinin koordinatlarını əks etdirən akt təqdim olunmuşdur. Akt Şamaxı Rayon Nağaraxana Bələdiyyəsinin sədri, DTXK-nın Şamaxı rayon şöbəsinin mütəxəssisi və mülkiyyətçi X. Abbasovanın iştirakı ilə tərtib olunmuşdur. Həmin akt əsasında X3 mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmışdır. İddiaçı iddia etdiyi torpaq sahəsi X.Abbasovanın adına qeydiyyata alındığına görə, o, Şamaxı Rayon Məhkəməsinə “zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına dair ” iddia ilə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsi tərəfindən proses zamanı mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Ekspertizanın rəyinə əsasən iddia predmeti olan torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən İddiaçı iddiası Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli 2(074)-16/2016 saylı qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya kassasiya şikyəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli 2(105)- 239/2017 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli 2(074)-16/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli 2(105)-399/2017 saylı qətnaməsi Ali Məhkəmənin 16 avqust 2017-ci il tarixli 2(102)-5668/2017 saylı qərarı ilə qismən ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir, hal-hazırda məhkəmə prosesi davam edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2-1(085)-950/2019 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-14/2021 nömrəli iş üzrə 09.02.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan üçüncü şəxs X6 ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Mübahisəli torpaq sahəsi üzrə Şamaxı Rayon Məhkəməsinin icraatında olan İddiaçı X5 “torpağın boşaldılması və sair” tələbi üzrə 13 avqust 2015-ci il tarixdə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertin rəyinə əsasən müəyyən edilmişdir ki, Şamaxı rayonunun Nağaraxana kəndində olan İddiaçı məxsus (şəhadətnamə 759A, kod ********) 0,11 ha həyətyanı torpaq sahəsi X4 məxsus **********83 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşmür.” İddia olunan torpaq sahəsi daş hasarla hasarlanmışdır. Bundan əlavə, həmin iş üzrə əlavə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuş və AR DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 09 fevral 2016-cı il tarixli rəyə əsasən Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən İddiaçı tərəfindən mübahisələndirilən 0,11 ha həyətyanı torpaq sahəsi X4 məxsusdur. İddia olunan torpaq sahəsi X6 tərəfindən zəbt olunmamışdır. Bundan əlavə, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2015-ci il tarixli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən mülki iş materiallarında olan və əlavə olaraq mərkəzə təqdim olunmuş AR DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin 20 oktyabr 2015-ci il tarixli **********07 saylı məktubunun göstəricilərini nəzərə alaraq Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən İddiaçı məxsus (şəhadətnamə kod ********) 0,11 ha və X4 məxsus (0430056 nömrəli çıxarış) 0,10 ha həyətyanı torpaq sahələrinin koordinatları müəyyən edilməklə həmin torpaq sahələrinin üst-üstə düşməməsi və iddia olunan torpaq sahəsinin mişar daşı ilə hasarlanması müəyyən edilir. Lakin bütün bunlara, eləcə də tərəflərindən mübahisəli torpaq sahəsi üzərində yaşayış evinin tikilməsi barədə məhkəməyə sübutlar təqdim olunmasına baxmayaraq ,məhkəmə tərəfindən yenidən ekspertiza təyin olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş həmin 13 yanvar 2020-ci il tarixli mütəxəssis rəyində isə tərəflərindən verilmiş əsas suallardan biri olan “Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* saylı çıxarışın X3 adına qeydiyyata alınmış Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,10 ha torpaq sahəsi ilkin torpaqayırma sənədlərinə (qərar, akt, mülkiyyətə verilməsinə dair şəhadətnamə və s.)” uyğun qeydiyyata alınıb-alınmamasını müəyyən etməyin mütəxəssisin səlahiyyətinə aid olmadığı qeyd olunmuş, həmçinin iddiaçının istəyinə uyğun olaraq tərtib “mübahisəli torpaq sahəsinin yerləşmə sxemində mübahisəli torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsinin guya istifadəçisinin müəyyən olmadığını qeyd etmişdir”. Əslində isə əvvəlki ekspertlər tərəfindən tərtib olunmuş sxemlərdə X4 məxsus mübahisəli torpaq sahəsinin yanındakı torpaq sahəsinin İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış 23.08.2014-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk növbədə iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin hallarından görünür ki, Şamaxı rayon X7 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 0.11 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi X10 Komitəsinin Şamaxı rayon şöbəsində 1641 nömrəsi ilə qeydiyyata alınaraq İddiaçı KOD 41011018 olan JN-759A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Həmçinin, Şamaxı rayon X7 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə üçüncü şəxs X4 Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 0.10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi X10 Komitəsinin Şamaxı rayon şöbəsində 1545 nömrəsi ilə qeydiyyata alınaraq X4 KOD 41011018 olan JN-666A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. İş materialları ilə müəyyən olunur ki, X1 rayonunun Nağaraxana kəndində ona ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 23.08.2014-ci il tarixdə Çıxarış əldə etmişdir. İddiaçı ona ayrılmış 0,11 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata alınması məqsədi ilə DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət etmiş, lakin ona həmin torpaq sahəsinin yerləşdiyi yerə X4 mülkiyyət hüququna dair Çıxarış verilməsi bildirilərək çıxarışın verilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, X3 adına aparılmış qeydiyyatın ləğvini xahiş etmiş, bununla da iddiaçı daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsassız olmasını mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının belə bir tələbi qanunvericiliyə əsasən yolveriləndir, lakin bu zaman qeydiyyatın əsassız aparılması sübuta yetirilmiş olmalıdır. Belə ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatı mübahisələndirə bilər. Bu hüquq Mülki Məcəllənin 149.2-ci maddəsinin tələbindən irəli gəlir. Həmin normaya əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblərin irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində sadalanmışdır. Adı çəkilən Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İstinad olunan normanın hazırki işin hallarına tətbiqi onu deməyə əsas verir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” həmin torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab olunur. Hazırki işdə də bir halda ki, iddiaçı üçüncü şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirir, ilk öncə həmin qeydiyyatın aparılmasına səbəb olmuş əsaslara qiymət verilməlidir. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi bu məqsədlə cavabdehə sorğu vermişdir. (i.v. 154) Məhkəmənin sorğusuna cavab olaraq müəyyən olunmuşdur ki, X3 adına aparılmış 23.08.2014-ci il tarixli, ********** nömrəli qeydiyyat üçüncü şəxsin özünün adına verilmiş KOD 41011018 olan JN-666A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında aparılmışdır. Lakin qeydiyyat aparılan zaman həmin torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinə əlavə edilmiş xəritənin səhv göstərilməsi səbəbindən DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən 25 iyul 2014-cü il tarixli **********19 saylı məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinə müraciət olunmuşdur. Müraciətə cavab olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 230 saylı 12 avqust 2014-cü il tarixli məktubunda üçüncü şəxsə ayrılmış torpaq sahəsinin xəritəsində texniki səhv olaraq torpaq sahəsinin göstərilən yerin əks istiqamətində yerləşdiyi bildirilmişdir. 22 avqust 2014-cü il tarixdə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən üçüncü şəxsin və Bələdiyyənin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş akta əsasən, torpaq sahəsinin faktiki koordinatları dəqiqləşdirilmiş və aktda qeyd edilmişdir ki, torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, naturada iddiaçıya ayrılmış torpaq sahəsində heç bir problemli və ortaq torpaq sahəsi yoxdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 230 saylı 12 avqust 2014-cü il tarixli məktubu və 22 avqust 2014-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilən koordinatlar əsas götürülərək, cavabdeh tərəfindən 0.10 ha torpaq sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə müəyyən olunur ki, üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 23.08.2014-ci il tarixli, ********** nömrəli qeydiyyatın KOD 41011018 olan JN-666A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında aparıldığı bildirilsə də, həmin şəhadətnamədəki torpaq sahəsinin planında qeyd edilən sahə deyil, göstərilən yerin əks istiqamətində olan torpaq sahəsinin koordinatları vurulmuşdur. Belə olduğu təqdirdə aydınlaşdırılmalı məsələ 22 avqust 2014-cü il tarixli aktda koordinatları göstərilən torpaq sahəsinin aktda qeyd edildiyi kimi boş sahə olub-olmadığı, boş olmadığı təqdirdə həmin torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi olubolmamasıdır. Hazırki işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, həm iddiaçıya, həm də üçüncü şəxsə torpaq sahəsi Şamaxı rayon X7 29 may 1998-ci il tarixli 08 saylı qərarı ilə verilmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş Şamaxı rayonunun Nağaraxana kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, 666 sıra sayı olan X4 xəritədə 501 nömrə altında 0,10 ha torpaq sahəsi, sıra sayı 759 olan İddiaçı xəritədə 513 nömrə altında 0,11 ha torpaq sahəsi ayrılmışdır. (cild 1, i.v.143) Həmçinin, iş materiallarının 1-ci cildinə əlavə olunmuş, cədvəldə istinad olunan – Şamaxı rayonu, Nağaraxana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerquruluşu planından görünür ki, həqiqətən də xəritədə 501 nömrəli torpaq sahəsində 666 A, həmin torpaq sahəsinə paralel, lakin əks istiqamətində yerləşən 513 nömrəli torpaq sahəsində 759 A saylı torpaq sahəsi yerləşir. Həmin xəritə əyani baxış keçirilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən tələb olunmuşdur. İş materiallarının 2-ci cildinə əlavə olunan həmin xəritənin-yerquruluşu planının yuxarı sol küncündə mübahisəli torpaq sahələrinin yeri aydın müəyyən olunaraq dəqiqləşdirilmişdir. (i.v.160) Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, DTXK-nin Şamaxı rayon şöbəsi 12 avqust 2014-cü il tarixli məktubda üçüncü şəxsə ayrılmış torpaq sahəsinin xəritəsində texniki səhv olması və torpaq sahəsinin göstərilən yerin əks istiqamətində yerləşməsini bildirsə də, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində saxlanılan Şamaxı rayonunun Nağaraxana kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən, hər iki torpaq sahəsinə dair tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdən, həmçinin Şamaxı rayonu, Nağaraxana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerquruluşu planından görünür ki, bölgü zamanı hər hansı texniki səhvə yol verilməmiş, aqrar islahat zamanı iddiaçıya ayrılmış 759 A saylı 0.11 ha torpaq sahəsinin xəritədə nömrəsi 513 olmaqla yolun bir tərəfində, üçüncü şəxsə ayrılmış 666 A saylı 0.10 ha torpaq sahəsi isə xəritədə 501 nömrə altında qeyd edilməklə, iddiaçının torpaq sahəsinə paralel olmaqla yolun o biri tərəfində, yəni əks istiqamətində yerləşmişdir. İş materiallarından görünür ki, Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 14 saylı Şamaxı Layihə-Tədqiqat İdarəsinin nümayəndəsi, Şamaxı rayon İHB-nın Nağaraxana kənd ərazi üzrə icra nümayəndəliyi və Şamaxı rayon Nağaraxana Bələdiyyəsinin sədri tərəfindən birgə tərtib olunmuş və təsdiq olunmuş 05 dekabr 2016-cı il tarixli akta əsasən, iddiaçının müraciəti ilə əlaqədar ona məxsus 0,11 ha torpaq sahəsinin döngə nöqtələri müəyyənləşdirilərək koordinatlar cədvəldə qeyd olunmuşdur. İddiaçıya məxsus olan və üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza zamanı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27890 saylı 28 mart 2020-ci il tarixli rəyə əsasən, İddiaçı adına verilmiş JN-759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsinin naturada tanıdılması ilə bağlı 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilmiş torpaq sahəsinin koordinatlarının Daşınmaz əmlakın dövlət reyesterində RX seriyalı ******* saylı çıxarış əsasında X3 adına qeydiyyata alınmış çıxarışa əlavə olunmuş plan ölçü sənədlərindəki koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, anoloji rəy mülki iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2018-ci ildə 12283 saylı rəyində də qeyd edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli 2(102)-8125/18 saylı qərarından görünür ki, İddiaçı cavabdeh X8 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə araşdırma zamanı ekspertiza keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 12283 saylı 09 iyul 2018-ci il tarixli rəyinə əsasən İddiaçı adına verilmiş JN-759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin tanıdılması üçün yerquruluşu planı əsasında tərtib edilmiş 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilən koordinatlarla X3 adına verilmiş RX seriyalı ******* nömrəli Çıxarış ilə üst-üstə düşməsi müəyyən edlmişdir. Beləliklə, hər iki ekspertiza rəyi ilə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin naturada tanıdılması ilə bağlı 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilmiş koordinatlarla daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı ******* saylı çıxarış əsasında X3 adına qeydiyyata alınmış 0.10 ha torpaq sahəsinin koordinatları tam olaraq üst-üstə düşür. Üçüncü şəxs apellyasiya şikayətində ekspertin rəyini mübahisələndirərək, onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə iddiaçıya aqrar islahat zamanı ayrılmış torpağın koordinatlarının üst-üstə düşmədiyini bildirdiyindən, məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edilərək, aşağıda qeyd edilən suallar ətrafında mütəxəssis rəyi verilməsi tələb edilmişdir:
1. X3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Şamaxı rayonu Nağaraxana kəndinə yerləşən 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada yerləşməsi Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş “Şamaxı rayonunun Nağaraxana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerqurluşu planı”nda hansı nömrə altında qeydə alınmış torpaq sahəsinin yerləşməsinə uyğun gəlir: 666A, yoxsa 759A?
2. JN 759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinin naturada tanıdılması ilə bağlı 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilən torpaq sahəsinin koordinatları torpağın mülkiyyətə verilməsinə dair JN-759A seriyalı 41011018 saylı şəhadətnamədə qeyd edilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünə, həmçinin torpağın yerləşmə sxeminə uyğun gəlirmi? Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətin tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki: - Şamaxı rayonunun Nağaraxana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerquruluşu planı” üzərində əsas oriyentir kimi tərpənməz istinad obyekti olan məhəllə daxili kəsişən yoldan (dörd yol) şərqə tərəf X3 xüsusi mülkiyyətinə (RX 0430056, reyestr nömrəsi **********83) rəsmiləşdirilən torpaq sahəsinin sxemdə qeyd olunan beşinci GPS nöqtəsinə qədər olan məsafə 213 (ölçü lenti vasitəsilə miqyasın nəzərə alınması ilə hesablama aparmaqla) metr təşkil edir (sxemdə qeyd olunmuşdur) ki, bu da küçənin başlanğıcından, qeyd olunan tərpənməz istinad obyektindən parsellər üzrə sayıldıqda 8-ci torpaq parselinin naturada yerləşməsinə uyğun gəlir, həmçinin elektron kadastr məlumat bazasında mövcud olan xəritə materiallarında (DVJ) JN 759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə yuxarıda qeyd olunan tərpənməz istinad obyektindən 213 metr məsafədə yerləşir (sxem əlavə olunur). Belə ki, mübahisələndirilən torpaq sahəsinin (JN 759A) naturada tərpənməz istinad obyektindən məsafəsi (213 metr) və parsellər üzrə sıra sayı (8-ci parsel), mövcud elektron baza məlumatları və yerquruluşu planı ilə eynilik təşkil edir. - JN 759A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinin naturada tanıdılması ilə bağlı 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilən torpaq sahəsinin koordinatları torpağın mülkiyyətə verilməsinə dair JN-759A seriyalı 41011018 saylı şəhadətnamədə qeyd edilən torpaq sahəsinin planı vəsərhədlərinin ölçüsünə, həmçinin torpağın yerləşmə sxeminə uyğun gəlir. Mütəxəssis rəyi ilə bir daha təsdiq edilir ki, üçüncü şəxsin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Şamaxı rayonu Nağaraxana kəndinə yerləşən 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada yerləşməsi Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş “Şamaxı rayonunun Nağaraxana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerqurluşu planı”nda 8-ci parseldəki 759 A nömrə altında qeydə alınmış torpaq sahəsinin(iddiaçıya ayrılmış sahə) yerləşməsinə uyğun gəlir. Eyni zamanda rəydən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin naturada tanıdılması ilə bağlı 05 dekabr 2016-cı il tarixli aktda qeyd edilən torpaq sahəsinin koordinatları torpağın mülkiyyətə verilməsinə dair JN-759A seriyalı 41011018 saylı şəhadətnamədə qeyd edilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünə, həmçinin torpağın yerləşmə sxeminə uyğun gəlir, Beləliklə həm birinci instansiya məhkəməsi, həmçinin məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olundu ki, iddiaçının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-759A seriyalı 41011018 saylı şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatları ilə daşınmaz əmlakın dövlət reyesterində RX seriyalı ******* saylı Çıxarış əsasında X3 adına qeydiyyata alınmış çıxarışa əlavə olunmuş plan ölçü sənədlərindəki koordinatlar üst-üstə düşür. Bu eynilik isə cavabdeh tərəfindən üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsassız olması qənaətinə gətirib çıxarır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətin dəlillərini əsassız hesab edərək bildirir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. Aqrar islahat zamanı üçüncü şəxsə ayrılmış 0.10 ha torpaq sahəsi “Şamaxı rayonunun Nağaraxana kəndində həyətyanı sahələrin xüsusiləşdirilməsinə aid yerqurluşu planı”nda 501 nömrə altında qeyd edilməklə, iddiaçının torpaq sahəsinə paralel, lakin yolun əks istiqamətində yerləşməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya məxsus 0.11 ha torpaq sahəsinin 0.10 ha hissəsi üçüncü şəxsin adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1 və 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İşin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0.10 ha hissəsinin üçüncü şəxsin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyetsrində qeydə alınması qanunsuz olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0. və 8.0.5-ci maddələrinin tələbinə görə, qeyd edilən şəhadətnamə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Analoji qayda Mülki Məcəllənin 139-1.1 və 139-1.1.5-ci maddələrində də nəzərdə tutulub. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birini instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2-1(118)-14/2021 saylı qərarı dəyişdirilməli, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış 23.08.2014-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-14/2021 nömrəli iş üzrə 09.02.2021-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış 23.08.2014-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.