Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-302/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2- 1(118)-2966/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı İddiaçı 15 iyul 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 100 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün satılmış Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 17 avqust 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə torpaq sahəsinin ayrılmasına dair Sumqayıt Şəhər Bələdiyyə Şurasının 11 dekabr 2003-cü il tarixli 100 saylı Qərarının və torpağın alqı-satqısına dair 7 aprel 2006-cı il tarixli aktın əsli, torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd, torpaq sahəsinin yerləşmə mövqeyini və sərhəd ölçülərini təyin etmək üçün zəruri olan sənəd əlavə olunmamış, həmçinin torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Əlavə olaraq bildirir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilərkən 0.0375 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Eyni zamanda, Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(118)-520/2021 saylı qərarı ilə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı iddia tələbi təmin edilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 100 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün satılmış Sumqayıt şəhəri, 51ci məhəllə ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü il tarixdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Sumqayıt Şəhər Bələdiyyəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyi və torpaq komissiyasının 11 dekabr 2003-cü il tarixli 91 saylı protokolu nəzərə alınaraq, ona Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində fərdi yaşayış evi tikmək üçün 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. Sumqayıt Şəhər Bələdiyyəsinin baş memarı tərəfindən sözügedən torpaq sahəsinə dair mövqe planı, memarlıq-planlaşdırma göstərişləri və memarlıq rəyi alınmışdır. Tikinti üçün torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil haqqında 15 dekabr 2003-cü il tarixli akta əsasən həmin 600 kv.m torpaq sahəsinin sərhədləri yerli şəhər bələdiyyəsinin memarlıq tikinti şöbəsi tərəfindən müəyyən edilmişdir. 07 aprel 2006-cı il tarixdə qeydiyyata alınmış “Torpaqların Alqı-satqısına dair akt” a əsasən xx.xx.2002-ci il tarixdə Sumqayıt bələdiyyəsi ərazisindən 600 kv.m torpaq sahəsinin ayrılması barədə 13 sentyabr 2002-ci ildə qərar qəbul edilmişdir. Torpağın dəyəri olaraq Sumqayıt Bələdiyyəsinin ********* saylı Bank hesabına əvvəlcədən 5.400000 (beş milyon dörd yüz min) manat məbləğində pul ödənilmişdir. Hüquqi savadı olmadığından o zaman bu məsələyə əhəmiyyət verməmiş, sənədləşmə işlərini aparmamışdır. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış almaq niyyətindədir. Buna görə də müvafiq qaydada cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd edir ki, cavab məktubunda qeyd edilən qərar hal-hazırki məsələ ilə bağlı deyil, zəbt edilmiş torpaq sahəsi ilə bağlı olmuşdur. İddiaçının hal-hazırki müraciəti tamamilə qanunidir. Belə ki, “Torpaqların alqı-satqısına dair akt” a əsasən xx.xx.2002-ci il tarixdə Sumqayıt bələdiyyəsi ərazisindən 600 kv.m torpaq sahəsinin ayrılması barədə 13 sentyabr 2002-ci ildə qərar qəbul edilmiş, torpağın dəyəri olaraq Sumqayıt Şəhər Bələdiyyəsinin ********* saylı Bank hesabına əvvəlcədən 5.400000 manat məbləğində haqq ödənilmişdir. İddiaçı hər hansı zəbt edilmiş ərazinin deyil, haqqını ödəməklə əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2966/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə iddiaçı tərəfindən 07 aprel 2006-cı il tarixli alqı-satqı aktının əsli və ya arxiv surəti, Sumqayıt şəhər Bələdiyyə Şurasının 11 dekabr 2003-cü il tarixli, 100 saylı protokol qərarı ilə iddiaçıya ayrılan 600 kv.m torpaq sahəsinin alqı-satqısı və torpaq sahəsinin dəyərinin ödənilməsinə dair sübut - ödəniş qəbzi təqdim edilmədiyindən, ödəniş edilməsinə dair arxiv sənədlərində də hər hansı məlumat aşkar edilmədiyindən cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmişdir. Lakin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sumqayıt filialının xx.xx.2023cü il tarixli məktubunda, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarının, xx.xx.2002-ci il tarixli 5.400.000 (beş milyon dörd yüz min) manat məbləğində pulun kassa mədaxil orderinin, AR DTXK-nin Sumqayıt şəhər şöbəsinin xx.xx.2002-ci il tarixli rəyinin və Sumqayıt şəhər 20-ci mikrorayon ərazisinin eskiz layihəsindən çıxarış və torpaq sahəsinin planının surətindən də görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 13 sentyabr 2002-ci il tarixli qərarı ilə DTXK Sumqayıt şəhər şöbəsinin rəyini nəzərə alaraq şəhər bələdiyyəsi torpaq komissiyasının 13 sentyabr 2002-ci il tarixli 50 saylı protokoluna əsaslanaraq ona Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair mövqe planı, memarlıq-planlaşdırma göstərişləri və memarlıq rəyi alınmış, torpağın dəyəri olaraq bələdiyyənin ********* saylı bank hesabına əvvəlcədən 5.400.000 (beş milyon dörd yüz min) manat məbləğində ödənilmişdir. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin qərarı onun hüquqlarının pozulması ilə nəticələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlük şərtlərini yoxlamadan, işə mahiyyəti üzrə baxaraq iddia tələbini təmin etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2- 1(118)-520/2021 saylı qərarı ilə iddiaçının hazırkı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2- 1(118)-520/2021 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli, 100 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün satılmış Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilməmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı əvvəllər də eyni iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, tələbi təmin edilməmiş və həmin tələblə bağlı qərar qanuni qüvvəyə minmişdir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının 15.5 və 15.6-cı bəndlərinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul edərkən haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2966/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-302/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-302/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver