Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-304/2023 15.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin yenidən təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi Bilalov Vasif Hacat oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-2737/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Mərkəzi Hərbi Həkim Komissiyasının 561 nömrəli xx.xx.2011-ci il tarixli arayışından görünür ki, X10 diaqnozu hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə əlillik hər il 1 il olmaqla, sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə 2- ci dərəcəli əlillik təyin edilmişdir. DSMF-nun X13 filiaılı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********7/3 nömrəli arayışdan görünür ki, İddiaçı filialdan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2011-xx.xx.2021-ci il tarixədək İİ dərəcəli əlilliyə görə 350 manat sosial müavinət, 130 manat prezident təqaüdü almışdır. TSEK tərəfindən edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmənin nəticəsindən görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi “diaqnoz və ağırlaşma əlilliyinin təyininə əsas vermir göstərilmişdir. TSEK tərəfindən edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmənin nəticəsindən görünür ki,imtinanın səbəbləri kimi “göndəriş natamam doldurulmuşdur, əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətrafldı qeyd edilsin göstərilmişdir. DSMF Arxiv və Sosial Ödəniş işlərinin İnvertarlaşdırılması üzrə Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlav edilmiş İddiaçı sosial ödənişinə dair sənədlərindən görünür ki, O. 2011-2016 və 2016-2021-ci illərdə fasiləsiz olaraq əlilliyə görə sosial müavinət almışdır. Şamaxı rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1114 saylı məktubdan görünür ki, vətəndaş Şamaxı rayonu Dağ Bağırlı kənd sakini İddiaçı barəsində Şamaxı RMX-sı PHŞ-nin rəhbərliyi tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, vətəndaş İddiaçı Şamaxı RMX-nın Həkim Məsləhət Komissiyasına əlilliyin qiymətləndirilməsi üçün müraciət etmiş, Həkim Məsləhət Komissiyası tərəfindən iki dəfə baxılması üçün Tibbi Sosial Ekspert komissiyasının reyestirinə işlənmişdir, ilk dəfə xx.xx.2021-ci il tarixində sənədlər Tibbi Sosial Ekspert komosiyasının reyestirinə işlənmişdir. Tibbi Sosial Ekspert komissiyası həmin zaman cavab olaraq (Dövlət səhiyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmasını və əsas diaqnozun ağırlaşması və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin) bildirərək əliliyin təyinin imtina etmişdir. Daha sonra Şamaxı RMX-sı PHŞ-İ tərəfindən xx.xx.2022-ci il tarixində yenidən sənədləri qəbul edərək əliliyin təyinin olunması üçün Tibbi Sosial Ekspert komissiyasının reyestirinə işlənmişdir. Tibbi Sosial Ekspert komissiyası isə öz cavabında ( Diaqnoz əlillik əlaməti təyin etməməsi diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) bildirərək əliliyin təyinin olunmasıdan imtina etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X9 tərəfindən verilmiş T 382/2023 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1 .İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edib göndərilmiş xx.xx.2022-ci il tarixli göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağtərəfli torakoabdominal dəlib-keçən güllə yaralanması (xx.xx.2011) hemopnevmotoraksa, sağ ağciyərin, diafraqman, qaraciyərin zədələnməsinə görə sağtərəfli torakosintez, laporotomiya, sağ ağciyərin aşağı və orta payının diafraqmanın yaralarının, qaraciyər yarasının tikilməsindən, yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət” diaqnoz onda hazırda da müəyyən edilir. Xəstə hərbi əməliyyatlardan sonra əməliyyat olunmuş hemopnevmotoraks aradan götürülmüş, sağ ağciyrəin, diafraqmanın, qaraciyərin zədələnməsi, sağ ağciyərin aşağı və orta payının, diafraqmanın və qaraciyərin yaraları tikilmiş, dəridəki yaraları birincili cərrahi işlənmişdir. Hazırda dəridə olan yaraların yerində çapıqlar əmələ gəlmişdir, daxili üzvlərin yaralanmaları isə tam sağalmışdır. 2.İddiaçı “X2 İnstitutu” PHŞ-də xx.xx.2022-ci il tarixdə ağciyərlərinin spirometriya müayinəsi zamanı “qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 027№ li X5 məzmunundan görünür ki, əsas xəstəlik kimi sağtərəfli torakoabdominal dəlib-keçən güllə yaralanması hemopnevmotoraksa, sağ ağciyərin, diafraqman, qaraciyərin zədələnməsinə görə sağtərəfli torakosintez, sağ ağciyərin aşağı və orta payının tikilməsi, sağ plevra boşluğunun, laporotomiya, əməliyyatdan sonrakı vəziyyət, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, xx.xx.2011-ci il tarixdə postda olarkən güllə yaralanması almış və cərrahi əməliyyat olunması qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması olması səbəbindən ona əlillik dərəcəsinin yenidən təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildə anadan olmuşdur. 2010-cu ilin yanvar ayında hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini ön cəbhədə - Qızılobada mənfur duşmənlərilə üzbəüz layiqincə yerinə yetirmişdir. 2011-ci ilin fevral ayının 17-də xidmətinin bitməsinə üç ay qalmış hiyləgər düşmənlərin təxribatının qarşısını alaraq erməni səngərinə daxil olmuş və onların 5 əsgərini tərksilah edərək, güllələyıb məhv etmişdir. Sonra da silahlarını götürüb xidmət etdiyi posta gələrkən səngərə 15-20 metr qalmış erməni silahlı qüvvələri tərəfindən vurulmuşdur. Yaralanmasına baxmayaraq özünü toplayaraq sürünəsürünə silahlarla birlikdə öz səngərlərinə çatmışdır. Hadisə yerindən qəti ağır vəziyyətdə N saylı hərbi hissəyə aparılmış (Sarıcalı hospitalı), orada təxirəsalınmaz qaydada üzərində sağtərəflı toraktonomiya, sağ ağ ciyərin aşağı və orta paylarının, diafraqmanın yarasının tikilməsi, sağ plevra boşluğunun drenajı, laparotomiya, qara ciyərin yarasının tikilməsi, yaraların birincili cərrahı işlənməsi əməliyyatı icra olunmuşdur. Sonra Bakı şəhərində Silahlı Qüvvələrin Hərbi Hospitalına yerləşdirilmişdir. Müalicələrdən sonra əmək qabiliyyətini itirmiş və İİ qrup əlil olmuş, hal-hazırda sağlamlıq vəziyyətində qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur.Uzun müddətdir xəstədir. Sağlamlıq imkanlarının məhdud olduğuna görə işləyə bilmir. Əlilliyinə görə xx.xx.2011-ci il tarixdə pensiya təyin olunmuşdur. Lakin 2021ci ilin oktyabr ayının 31-dən pensiyası dayandırılmışdır. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq əlilliyinin və pensiyasının bərpasına imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ll dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: Sağtərəfli toroko-abdominal, dəlib kəçən güllə yaralanması (xx.xx.2011) hemopnermotoraks, sağ ağ ciyərin diafraqmanın qara ciyərin zədələnməsinə görə sağ tərəfli torokotomiya. Sağ ağ ciyərin aşağı və orta payının diafraqmanın yaralarının tikilməsi kimi qeyd edilmişdir. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağtərəfli toroko-abdominal, dəlib kəçən güllə yaralanması (xx.xx.2011) hemopnermotoraks, sağ ağ ciyərin diafraqmanın qara ciyərin zədələnməsinə görə sağ tərəf..." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => ҮЗб - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağtərəfli torakoabdominal dəlib-kecən güllə yaralanması \xx.xx.2011\ hemapnevmotoraksa sağ ağciyrəin diafraqmanın qaraciyərin zədələnməsinə görə sağtərəfli torakotomiya sağ ağciyərin aşağı və orta payının diafraqmanın yaralarının tiklməsi yaraların birincili cərrahı işlənməsindən sonrakı vəziyyət qaraciyrə yarasının tikilməsindən sonrakı vzəiyyət Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi; Göndərişin natamam doldurulması - Səbəb əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin’ səbəbi ilə imtina verilmişdir.Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağtərəfli torakoabdominal dəlib-kecən güllə yaralanması (xx.xx.2011) hemopnevmotoraksa, sağ ağciyrəin, diafraqmanın, qaraciyərin zədələnməsinə görə sağtərəfli torakosintez, laporotomiya, sağ ağciyərin aşağı və orta payının diafraqmanın yaralarının, qaraciyər yarasının tikilməsindən,yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş və qərar verilməsi üçün Agentliyə göndərilmişdir.Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparıiaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 561 nömrəli Məzuniyyət Arayışı verilmişdir. Həmin arayışda “Sağ tərəfli torakoabdominal dəlib-keçən güllə yaralanması (xx.xx.2011), hemopnevmotoraksa, sağ ağciyərin, diafraqmanın yaralarının tikilməsi, sağ pievra boşluğunun drenajı, laparotomiya (17.02.11), qaraciyər yarasının tikilməsi, yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət' diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zaman/ alınmışdır” kimi müəyyənləşdirilmişdir (30 günlük). MN MHHK tərəfindən verilmiş digər Qərar/Şəhadətnamə təqdim edilməmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ tərəfli döş qəfəsində və qarnın ön səthində laporatomik cərrahi əməliyyatlara uyğun köhnə çapıqlar, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs, tənəffüs keçiriciliyi sağ ağciyər müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat 'Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-2737/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə əlillik 2011-ci ilin oktyabr ayının 05-də təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq diaqnozun əlillik əlamətlərini təyin etməməsi və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S27 - Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travm...; Diaqnozun mətni: Sağtərəfli toroko-abdominai, dəlib kəçən güilə yaralanması (xx.xx.2011) hemopnermotoraks, sağ ağ ciyərin diafraqmanın qara ciyərin zədələnməsinə görə sağ tərəfli torokotomiya. Sağ ağ ciyərin aşağı və orta payının diafraqmanın yaralarının tikilməsi.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağtərəfli toroko-abdominai, dəlib kəçən güllə yaralanması (xx.xx.2011) hemopnermotoraks, sağ ağ ciyərin diafraqmanın qara ciyərin zədələnməsinə görə sağ tərəf...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S27 - Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travm...; Diaqnozun mətni: Sağtərəfli toroko-abdominai, dəlib kəçən güllə yaralanması (xx.xx.2011) hemopnermotoraks, sağ ağ ciyərin diafraqmanın qara ciyərin zədələnməsinə görə sağ tərəfli torokotomiya. Sağ ağ ciyərin aşağı və orta payının diafraqmanın yaralarının tikilməsi.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağtərəfli toroko-abdominai, dəlib kəçən güllə yaralanması (xx.xx.2011) hemopnermotoraks, sağ ağ ciyərin diafraqmanın qara ciyərin zədələnməsinə görə sağ tərəf...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08-T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => T1...; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş lokalizasiyalı travma.Sağ tərəfli torakoabolominal dəlib keçən güllə yaralanması.T.Ç l-ll dərəcə.Pnevmotoraks, hemopnevmotoraks.Sağ ağ ciyərin diafraqmasının qara ciyərin zədələnməsinə görə sağ tərəfli torokotomiya.Digər dəqiqləşdirilmiş plevra zədələnmələri, sağ ağ ciyərin aşağı və orta paylarının diafraqmanın yaraların tikilməsi.Sağ plevra boşluğunun drenajı,laporotomiya qara ciyər yarasının tikilməsindən sonrakı vəziyyət.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ tərəfli torakoabolominal dəlib keçən güllə yaralanması.T.Ç l-ll dərəcə.Pnevmotoraks, hemopnevmotoraks.Sağ ağ ciyərin diafraqmasının qara ciyərin zədələnməs...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08-T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => T1...; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş lokalizasiyalı travma.Sağ tərəfli torakoabolominal dəlib keçən güllə yaralanması.T.Ç l-i! dərəcə. Pnevmotoraks, hemopnevmotoraks.Sağ ağ ciyərin diafraqmasının qara ciyərin zədələnməsinə görə sağ tərəfli torokotomiya.Digər dəqiqləşdirilmiş plevra zədələnmələri, sağ ağ ciyərin aşağı və orta paylarının diafraqmanın yaraların tikilməsi.Sağ plevra boşluğunun drenajı,laporotomiya qara ciyər yarasının tikilməsindən sonrakı vəziyyət.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ tərəfli torakoabolominal dəlib keçən güllə yaralanması.T.Ç l-ll dərəcə.Pnevmotoraks, hemopnevmotoraks. Sağ ağ ciyərin diafraqmasının qara ciyərin zədələnməs...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağtərəfli torakoabdominal dəlib-kecən güllə yaralanması \xx.xx.2011\ hemapnevmotoraksa sağ ağciyrəin diafraqmanın qaraciyərin zədələnməsinə görə sağtərəfli torakotomiya sağ ağciyərin aşağı və orta payının diafraqmanın yaralarının tiklməsi yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət qaraciyrə yarasının tikilməsindən sonrakı vzəiyyət Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin səbəbi ilə imtina verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının 14.01,2022-ci il tarixli göndərişi əsasıncs baxılmış və X3: XX Sinif - Xəstələnmənin və ölümü- xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatla' => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozur mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağtərəfli torakoabdominal dəlib-kecən güllə yaralanması (xx.xx.2011 hemopnevmotoraksa, sağ ağciyrəin, diafraqmanın, qaraciyərin zədələnməsinə görə sağtərəfli torakosintez, laporotomiya, sağ ağciyərin aşağı və orta payının diafraqmanır yaralarının, qaraciyər yarasının tikilməsindən,yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş və qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 561 nömrəli Məzuniyyət Arayışı verilmişdir. Həmin arayışda “Sağ tərəfli torakoabdominal dəlib-keçən güllə yaralanması (xx.xx.2011), hemopnevmotoraksa, sağ ağciyərin, diafraqmanın yaralarının tikilməsi, sağ plevra boşluğunun drenajı, laparotomiya (17.02.11), qaraciyər yarasının tikilməsi, yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir (30 günlük). MN MHHK tərəfindən verilmiş digər Qərar/Şəhadətnamə təqdim edilməmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ tərəfli döş qəfəsində və qarnın ön səthində laporatomik cərrahi əməliyyatlara uyğun köhnə çapıqlar, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs, tənəffüs keçiriciliyi sağ ağciyər üzərində bir qədər zəifləmiş, SpO2-99%, çəkisi 54 kq, boyu 169 sm, boy/çəki indeksi 18,68 müəyyən olunmuş, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri qeydə alınmamışdır. Təqdim etdiyi TƏBİB X2 İnstitutunun xx.xx.2022-ci il tarixli 8671 nömrəli X4 diaqnoz “Sağ tərəfli torakoabdominal dəlib-keçən qüllə yaralanması, hemopnevmotoraksa, sağ ağciyərin, diafraqmanın yaralarının tikilməsi, sağ plevra boşluğunun drenajı, laparotomiya, qaraciyər yarasının tikilməsi, yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunub’ kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bundan əlavə analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (102)-1561/2022 nömrəli qərarında da (35-ci bənd) əlilliyin təyin olunması üçün şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicə müddətinin gözlənilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X3na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun oiaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddian təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2- 1(118)-2737/2022 say qərarı ləğv edilməlidir. İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlillər İddiaçı apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, uzun müddətdir ki, xəstədir. Digər tərəfdən ona ağırlaşma halında xəstəlik diaqnozu qoyulmuşdur. Xəstəliklərinə görə mütəmadi müalicə kursu keçir. Bundan əlavə olaraq yanaşı xəstəlikləri də müvcuddur. Əvvəllər İİ qrup əlil olmuş və ona pensiya təyin edilmişdir. Lakin təyin edilmiş əlillik dərəcəsi əsassız olaraq ləğv edilərək, pensiya dayandırılıb. Ağır xəstədir. Özünü idarə edə bilmir. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-2737/2022 saylı qərarında mübahisəni həll edərkən gəldiyi nəticə qanuni və əsaslıdır. Hakim bütün hallara düzgün hüquqi qiymət vermişdir. İddiaçı olaraq öz hüquqlarından istifadə edir. Məhkəmə əsaslı olaraq iddia tələbini təmin etmişdir. Göstərilənlərdən aydın olur ki, Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-2737/2022 saylı qərarında qanunvericiliyin tələblərinə düzgün riayət olumuşdur. Məhkəmə mübahisənin maddi və hüquqi əsasını düzgün müəyyən etmiş, işin hallarını tam və hərtərəfli araşdırılaraq əsaslı nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən, mülki işdəki sübutlar müqayisəli şəkildə tədqiq edilmiş və işin faktiki hallarına uyğun olan qərar verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-2737/2022 saylı qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə etiraz edir. Hesab edir ki, məhkəmə etirazını nəzərə alıb, ədalətli qərar qəbul edəcək. Bütün bunları nəzərə alaraq, Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-2737/2022 saylı qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Bilalov Vasif Hacat oğlu apellyasiya şikayətinə etiraz edərək,yazılı etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 2.2 İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: .... 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9) .... 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əlillik dərəcəsinin yenidən təyin edilməsi ilə bağlı olmuşdur. TSEK tərəfindən edilmiş aparılmış qiymətləndirmənin nəticəsindən görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi “diaqnoz və ağırlaşma əlilliyinin təyininə əsas vermir” göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçıya əsas xəstəlik diaqnozu kimi hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr sağtərəfli toraoabdominal dəlib-keçən güllə yaralanması /xx.xx.2011/ hemapnevmotoraksa sağ ağciyərin diafraqmanın qaraciyərin zədələnməsinə görə sağtərəfli torakotomiya sağ ağciyərin aşağı və orta payınnın diafraqramannın yaralarının tikilməsi birincili cərrahi işlənməsindən sonrakı vəziyyət qaraciyər yarasının tikilməsindən sonrakı vəziyyət (Y36.2), ağırlaşma diaqnozu kimi başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı İİ dərəcə, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu (J 96) qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təyin eidlmiş müvafiq məhkəmə ekspertizasının rəyinin məzmunundan görünür ki, iddiaçının əyani müayinəsi zamanı qeyd olunan xəstəlik diaqnozunun və ağırlaşmalarının olması halı müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində təyin edilmiş diaqnoz qeyd edilən Əsasnamənin yuxarıda istina edilən müvafiq bəndlərində əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, eyni xəstəlik diaqnozu ilə iddiaçı barəsində ilk dəfə əlillik 2011-ci ilin oktyabr ayının 05-də təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmiş, sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq diaqnozun əlillik əlamətlərini təyin etməməsi və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə bu halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, nəticə etibarilə qeyd edilən əsasla bağlı imtinası qanunvericiliyin tələbinə zidd olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK tərəfindən verilmiş Qərar/Şəhadətnamə təqdim edilməməsi halına istinad etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iş materiallarında olan sənədlər (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətnin xx.xx.2015-ci il tarixli məlumatı, 561 №li Arayış, Azərbaycan respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş Çıxarış və digər) cavabdeh inzibati orqanının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi həmin halları təkzib edir. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin digər əsası ilə bağlı qeyd edir ki, 2574003AATMK TQS №088 Göndərişin məzmununda iddiaçının daimi olaraq ambulator müalicə alması (bir gün stasionar müalicə müddəti də əks olunmaqla) halı qeyd olunmuşdur. Bu hal da özlüyündə iddiaçının eyni xəstəliklə son 6 ay müddətində faisləsiz və ya son 12 ay müddətində faisələrlə ümumilikdə 6 aydan çox ambulatory və ya stasionar müalicə müddəti ilə bağlı halı təsdiq etməklə, cavabdehin bununla bağlı şikayətinin dəlilini təkzib edir. Görünüyüdü kimi cavabdehin apellyasiya şikayəti əsassız olmaqla, heç bir dəlilə istinad edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-2737/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-304/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-304/2023
15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver